Məhkəmə qərarları › İş №1(102)-275/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-275/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-275/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Vidadi Cəfər oğlu Cəfərov və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Ümid Nadir oğlu Şahvələdovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarından Zər ərçəkmiş şəxs10 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Hüseynov (sədrlik edən), Eldar İsmayılov və Samir Əliyev) 28 fevral 2022-ci il tarixli, 1(101)-69/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı ümumilikdə 1 (bir) il 7 (yeddi) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 4 (dörd) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza ç əkmə müddətinin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi) Zəki Babayev və Ziya Şirinov) 01 iyun 2022-ci il tarixli, 1(103)898/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(101)-69/2022 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamın onun Zərərçəkmiş şəxs6 55.000 (əlli beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs5 70.000 (yetmiş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirməsi barədə dələduzluq epizodları üzrə əməlində cinayət tərkibi olmadığına görə həmin epizodlar üzrə Məhkum bəraət verilmişdir. Zərərçəkmiş şəxs1 nümayəndəsi və müdafiəçisi Nümayəndə1, Zərərçəkmiş şəxs6 apellyasiya şikayətləri və Dövlət ittihamçısı1 apellyasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti qismən təmin edilmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər Əziz Seyidov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Ələsgər Novruzov) 05 oktyabr 2022-ci il tarixli, 1(102)1777/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli, 1(103)-898/2022 nömrəli hökmü Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxı şına təyin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. Maddənin mənasına görə, kassasiya şikayəti vermək hüququ məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarının mövcud olduğu halda yaranır. 18 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə da xil olmuşdur. Azərbaycan Respublikası CPM-in 413.1.5-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin xahişi kassasiya şikayəti və ya kassasiya protestində öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs10 verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli, 1(103)-898/2022 nömrəli hökmünün ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs10 kassasiya şikayəti ilə mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli, 1(103)898/2022 nömrəli hökmü artıq Ali Məhkəmənin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 1(102)-1777/2022 nömrəli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Be ləliklə, müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs10 kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqda kassasiya şikayəti ilə mübahisələndirilən qərar ləğv edilmiş və faktiki olaraq mövcud olmamış, bu isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 408.1-ci maddəsinin tələblərinə görə cinayət prosesi iştirakçılarının bu qərardan kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququnu istisna edir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-in 415.1-ci maddəsinə əsasən apellyasiya instansiya sı məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini (415.1.1-ci maddəsinə əsasən həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda) baxılmamış saxlamaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzr ə icraatın materiallarını apelyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs10 kassasiya şikayəti baxışdan çıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli, 1(103)-898/2022 nömrəli hökmündən Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar