Məhkəmə qərarları › İş №1(102)-275/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-275/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-275/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Həsənov Nizami Qəməd oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 25 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi N.Q.Həsənov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə (hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvə llər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə, CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmu su üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum qohumu Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla müəyyən edilməmiş Türkiyə Res publikasında yaşayan “X” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddələrin və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə “X” adlı şəxsin Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddələri onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, “X” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhəd indən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in I siyahısına daxil edilən ümumi təmiz çəkisi 8,698 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in I siyahısına daxil edilən ümumi təmiz çəkisi 20,203 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həbi, külli miqdarda “Güclü təsir edən maddələrin siyahısına” daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkib li dərman preparatını və külli miqdarda “Güclü təsir edən maddələrin siyahısına” daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatını Məhkum istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini 6 bükümdə qablaşdırıb bir bükümdə olan 0,448 qramını, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini 18 bükümdə qablaşdırıb bir bükümdə olan 0,113 qramını Təqsirləndirilən şəxs, bir bükümdə olan 0,526 qramını Məhkum üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,442 qram, 2,013 qram, 0,989 qram, 2,142 qram və 0,664 qram olmaqla ümumi təmiz çəkisi 8,25 qram narkotik vasitə heroini, 16 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,027 qram, 2,549 qram, 3,00 qram, 2,366 qram, 2,302 qram, 2,642 qram, 0,710 qram, 0,734 qram, 1,16 qram, 0,115 qram, 0,132 qram, 0,168 qram, 0,145 qram, 0,143 qram, 0,237 qram və 0,134 qram olmaqla ümumi təmiz çəkisi 19,564 qram psixotrop maddə metamfetamini, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həbi, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatını və tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatını Məhkum istifadəsində olan “Kia Optima” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitə lərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 aprel 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30da ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman təmiz çəkisi 0,448 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,113 qram psixotrop maddə metamfetamin bir ədəd qara rəngli kağız bükümündə olmaqla əynindəki qara rəngli cins şalvarın sol yan cibindən, Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə idarə etdiyi, 19 aprel 2020-ci il tarixli 717 nömrəli icarə müqaviləsinə əsasən qohumu Məhkum istifadəsində olan “Kia Optima” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı 2,442 qram çəkidə narkotik vasitə heroin bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindəki bir ədəd şəffaf sellofan bükümdə olmaqla qabaq oturacaqların ortasında yerləşən dirsəkaltı saxlanc yerindən, ayrı-ayrılıqda təmiz çəkiləri 2,013 qram, 0,989 qram, 2,142 qram və 0,664 qram olmaqla ümumi təmiz çəkisi 5,808 qram narkotik vasitə heroin dörd ədəd şəffaf polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,027 qram, 2,549 qram, 3,00 qram, 2,366 qram, 2,302 qram, 2,642 qram, 0,710 qram, 0,734 qram və 1,16 qram olmaqla ümumi təmiz çəkisi 18,49 qram psixotrop maddə metamfetamin doqquz ədəd şəffaf polietilen paketlərdə, ayrı-ayrılıqda tə miz çəkiləri 0,115 qram, 0,132 qram, 0,168 qram, 0,145 qram, 0,143 qram, 0,237 qram və 0,134 qram olmaqla ümumi təmiz çəkisi 1,074 qram psixotrop maddə metamfetamin yeddi ədəd kağız bükümlərdə, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həb, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatı, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatı və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi avtomobilin salonunun cihazlar panelində yerləşən saxlanc yerindən bir ədəd sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarı ş tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Məhkum 21 aprel 2020-ci il tarixdə saat 22:20də ünvan 4 ünvanının qarşısında saxlanılıb həmin idarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman təmiz çəkisi 0,526 qram psixotrop maddə metamfetamin bir ədəd qara rəngli kağız bükümündə olmaqla əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 25 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya ş ikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü isə Məhkum aid hissədə və onun tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzanı yüngülləşdirən halları nəzərə almaqla barəsində ədalətli cəza təyin edilməsini, müdafiəçisi N.Q.Həsənov isə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək Məhkum CM-nin 32.5,206.2 və 234.4.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilməsini, əməlinin CM-nin 234.4.3 və 240.3.2-ci maddəsindən həmin Məcəllənin 234.1- 1 və 240.3.2-ci maddələrinə tövsif edilərək həmin maddələrin sanksiyasında nəzərdə tutu lmuş minimum həddə cəza təyin olunmasına dair qərarın qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun barəsində həmin aktlar qəbul edilərkən işin halları düzgün araşdırılmamış, prosessual qanunvericiliyin tələbləri pozulmuş, iş materiallarında heç bir sübut və dəlilin olmamasına baxamayaraq əməli əsassız olaraq CM-nin 206.2-ci maddəsi ilə tövsif edilmişdir. Həmçinin işə baxan məhkəmələr onun barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən ali təhsilli olmasını, evin tək övladı olmaqla himayəsində xəstə valideynlərinin olmalarını, ilk dəfə məhkum edilməsini, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edildməməsini nəzərə almamış və ona bu hallara uyğun olmayan açıq-aşkar ağır cəza təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarlarına, habelə iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və Məhkum barəsindəki yekun məhkəmə akt larına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi N.Q.Həsənov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq qərəzli mövqedən yanaşılmaqla qeyri-obyektiv, şəxsin prosessual hüquqları, o cümlədən, insan və vətəndaş hüquq və azadlıqlarının kobud surətdə pozulması ilə müşaiyət olunan çox səthi və naqis formada aparılmış, iş üzrə sübutlar qeyri-qanuni üsullarla toplanmış, məhkəmələr də bu pozuntuları nəzərlərindən nəzərlərindən qaçıraraq sadəcə ibtidai araşdırma orqanının gəldiyi nəticəni təsdiq etməklə kifayətlənmişlər. Bu nəticəyə görə, guya Məhkum X adlı şəxsin narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keç irilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. Lakin iş materillarından da görünür ki, Məhkum Türkiyə Respublikasında yaşayan X adlı şəxslə əvvəlcədən danışıb onun Azərbaycan Respublikası ərazisinə gətirəcəyi narkotik vasitənin sərhəddən keçrilməsinə kömək edəcəyini, kəçrilmış narkotik vasitələri Azərbaycan ərazisində saxlayacağına və satacağına söz verməmiş, bunu verdiyi ifadələrində də göstərmiş və təhlil edilən halı təsdiq edən sübutlar əldə edilməyərək araşdırılmamışdır. İşin əsas halı ondan iba rətdir ki, Məhkum yalnız şəxsi istifadəsi üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlamış və daşımışdır. Bütün bu halların Məhkum əməlindən həm 32.5, 206.2-ci, həm də CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasına dəlalət etməsinə baxmayaraq, o qanunsuz olaraq həmin maddələrlə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçinin qənaətinə görə, hüquqlarını müdafiə etdiyi şəxs yalnız CM-nin 234.1-1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməli və ona həmin maddələr əsasında ədalətli cəza təyin olunmalıdır. Məhkumun barəsində cəza tədbiri seçilərkən isə məhkəmələrin kifayət qədər nəzərə almadıqları cəzanı yüngülləşdirən hallar da nəzərə alınmalıdır. Odur ki, müdafiəçi N.Q.Həsənov qeyd edilən dəlillərlə əsaslanaraq onun kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Cinayət prosesinin digər iştirakçıları ilə yanaşı Məhkum da kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya müraciətlərinin məzmunlarından göründüyü kimi, həmin şikayətlərin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş və onlara düzgün qiymət verməmiş, iş üzrə qəbul olunmuş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, Məhkum əməlləri düzgün tövsif olunmadığına və cinayət qanunu normasının tətbiqində səhvə yol verildiyinə görə, sonuncu əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuş, eyni zamanda o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Bununla da, şikayət müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli və dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, törədilmiş əməlin tövsifində səhvə yol ver dikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi N.Q.Həsənovun şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası mə hkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid ed ilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi ə sasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin nor malarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müda fiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin e dilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyət inə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sü butları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haq qında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. K onvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğun a görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisə yə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasın ın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da o nun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraat ının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanu ni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunv ericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməy ə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onu n xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikavsı Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında göstiərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan mə sələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin t övsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, hər hansı qanun pozuntusuna yol verilmədən əldə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhku mun hökmün təsviriəsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya müraciətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum qismən etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə məhkum olunmuş digər şəxs Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq proto kollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum qohumu Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla müəyyən edilməmiş Türkiyə Respublikasında yaşayan “X” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddələrin və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə “X” adlı şəxsin Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddələri onun qoyacağı yerdən götürüb satışın ın təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, “X” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in I siyahısına daxil edilən ümumi təmiz çəkisi 8,698 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in I siyahısına daxil edilən ümumi təmiz çəkisi 20,203 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həbi, külli miqdarda “Güclü təsir edən maddələrin siyahısına” daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatını və külli miqdarda “Güclü təsir edən maddələrin siyahısına” daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatını Məhkum istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini 6 bükümdə qablaşdırıb bir bükümdə olan 0,448 qramını, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini 18 bükümdə qablaşdırıb bir bükümdə olan 0,113 qramını Təqsirləndirilən şəxs, bir bükümdə olan 0,526 qramını Məhkum üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqd a çəkiləri 2,442 qram, 2,013 qram, 0,989 qram, 2,142 qram və 0,664 qram olmaqla ümumi təmiz çəkisi 8,25 qram narkotik vasitə heroini, 16 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,027 qram, 2,549 qram, 3,00 qram, 2,366 qram, 2,302 qram, 2,642 qram, 0,710 qram, 0,734 qram, 1,16 qram, 0,115 qram, 0,132 qram, 0,168 qram, 0,145 qram, 0,143 qram, 0,237 qram və 0,134 qram olmaqla ümumi təmiz çəkisi 19,564 qram psixotrop maddə metamfetamini, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həbi, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatını və tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli d ərman preparatını Məhkum istifadəsində olan “Kia Optima” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 aprel 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30da ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman təmiz çəkisi 0,448 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,113 qram psixotrop maddə metamfetamin bir ədəd qara r əngli kağız bükümündə olmaqla əynindəki qara rəngli cins şalvarın sol yan cibindən, Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə idarə etdiyi, 19 aprel 2020-ci il tarixli 717 nömrəli icarə müqaviləsinə əsasən qohumu Məhkum istifadəsində olan “Kia Optima” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı 2,442 qram çəkidə narkotik vasitə heroin bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindəki bir ədəd şəffaf sellofan bükümdə olmaqla qabaq oturacaqların ortasında yerləşən dirsəkaltı saxlanc yerindən, ayrı-ayrılıqda təmiz çəkiləri 2,013 qram, 0,989 qram, 2,142 qram və 0,664 qram olmaqla ümumi təmiz çəkisi 5,808 qram narkotik vasitə heroin dörd ədəd şəffaf polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,027 qram, 2,549 qram, 3,00 qram, 2,366 qram, 2,302 qram, 2,6 42 qram, 0,710 qram, 0,734 qram və 1,16 qram olmaqla ümumi təmiz çəkisi 18,49 qram psixotrop maddə metamfetamin doqquz ədəd şəffaf polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,132 qram, 0,168 qram, 0,145 qram, 0,143 qram, 0,237 qram və 0,134 qram olmaqla ümumi təmiz çəkisi 1,074 qram psixotrop maddə metamfetamin yeddi ədəd kağız bükümlərdə, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən 2 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin ekztazi) tərkibli həb, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 15,15 qram təşkil edən 56 ədəd preqabalin tərkibli dərman preparatı, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən 40 ədəd tropikamid tərkibli dərman preparatı və üzərində psixotrop maddə metamfetamin izləri olan bir əd əd elektron tərəzi avtomobilin salonunun cihazlar panelində yerləşən saxlanc yerindən bir ədəd sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, təxminən 2 ildir ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Həmin maddələri Türkiyə Respublikasında yaşayan X adlı şəxsdən əldə etmişdir. O, sonuncu ilə “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamış, ilk dəfə 2019-cu ilin yay aylarında Xə mesaj yazıb istədiyi narkotik vasitənin adını və miqdarını göstərmiş, X də bunun müqabilində ödəməli olduğu pulun miqdarını və ödəyəcəyi bank hesab nömrəsini ona göndərmişdir. Xin dediyi məbləği həmin bank hesabına göndərdikdən sonra o, müvafiq qəbzin şəklini ona göndərmiş, daha sonra X sifariş verdiyi narkotik vasitənin harada yerləşdirilməsi barədə ona məlumat vermiş, o, da gedib narkotik vasitəni həmin yerdən götürmüşdür. 21 aprel 2020-ci il tarixdə o, növbəti dəfə özünün istifadəsi üçün Xin göndərdiyi narkotik vasitəni, psixotrop maddəni və güclü təsir edən dərmanları götürərək icarə əsasında idarə etdiyi “Kia optima” markalı avtomobilin saxlanc yerinə yerləşdirilmiş, həmin gün saat 18 radələrində b isi oğlu Təqsirləndirilən şəxs idarə etmək üçün avtomobili ondan istəmiş, o, da avtomobili Təqsirləndirilən şəxsə vermiş, lakin sonuncu avtomaşında narkotik vasitənin və digər əşyaların saxlanıldığını bilməmişdir. 21 aprel 2020-cİ il tarixdə saat 22 radələrində bir neçə mülki geyimli şəxslər onun yaşadığı mənzilə daxil olaraq mənzildə axtarış aparmış, lakin oradan heç nə tapmamışlar.evə daxil olaraq evi axtarmağa başlamış, lakin oralda dlövriyyəsi qadağan edilmiş hər hansı əşya edilməmişdir. Onun idarə etdiyi və həmin vaxt Təqsirləndirilən şəxsıun sərəncamında olan avtomaşına keçirilmiş baxışdja is əo, iştirak etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs da Məhkum ifadələrinə analoji ifadələr verərək qeyd etmişdir, o, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində şəxsi is tifadəsi üçün əldə etdiyi cəmisi 3 qrama yaxın çəkidə metamfetamin olmuş, Məhkumun icar götürdüyü, lakin saxlanılarkən onun idarə etdiyi avtomaşında aşkar edilmiş narkotik vasitənin, psixotrop maddələrin və dərman preparatlarının avtomaşında olmasından xəbəri olmamışdır. Cinayət işinin materiallarından isə görünür ki, ibtidai araşdırma zamanı müdafiəçilərinin iştirakları ilə, heç bir təsir və təzyiq göstərilmədən dindirilmiş həm Məhkum, həm də Təqsirləndirilən şəxs, hər birisi ayrı-ayrılıqda özlərini onalara qarşı irəli sürülmüş ittihamlar üzrə tam təqsirli bilmiş və həmin ittihamlara uyğun etirafedici ifadələr vermişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkumlar Məhkum və Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdikləri ifadələrində göstərdikləri bəzi halları in kar etsələr də, məhkəmələr haqlı olaraq onların sonuncu ifadələrinə tənqidi yanaşmış və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrə üstünlük verərərk bunu qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər inandırıcı şəkildə əsaslandırmışlar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin bu hərəkəti qanuni olmuş, çünki digər sübutlarla (həmin sübutlar birinci instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qiymət verilmişdir) yanaşı məhkumların ibtidai araşdırma zamanı verdikləri ifadələrinin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai aradırma orqanı tərəfindən CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi iş materialları ilə müəyyən edilmir. Birinci instansiya məhəkəməsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 21 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olmuşdur, həmin məlumat Baş İdarə rəhbərliyinə məruzə edilmiş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir, qərara əsasən tədbirə rəhbərlik etmişdir, yaradılmış əməliyyat qrupuna isə Şahid1 və polis baş serjantı X8 daxil edilmişlər. Əməliyyat qrupu yaradıldıqdan sonra onun üzvləri Təqsirləndirilən şəxs olması ehtimal edilən Yasamal rayonu, S.Dadaş ov küçəsinə yollanmış, həmin vaxt saat 19:30 radələrində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsə özünü təqdim etmək təklif edilmiş, o, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması izah edilmiş və onu Baş İdarəyə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni Badamdar qəsəbəsi ərazisində yaşayan Z adlı tanışından aldığını bildirmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs özünə məxsus “Xiaomi” markalı mobil telefonu da təqdim etmiş,dir, şəxsi axtarış davam etdirilərkən isə onun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr zərfə yerləşdirilərək möhürlənmiş və iştirakçılar tərəfindən zərf imzalanmışdır. Eyni zamianda Təqsirləndirilən şəxs məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür, bundan sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə idarə etdiyi “Kia Optima” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keç irilən zaman avtomobilin qabaq oturacaqlarının ortasında yerləşən saxlanc yerindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə 2,442 qram çəkidə narkotik vasitə heroin aşkar edilmiş, sonuncu həmin vasitənin özünə məxsus olduğunu bildirmişdir. Baxış davam etdirilərkən avtomobilin ön cihaz panelindəki saxlanc yerindən narkotik vasitə heroinə bənzər vasitə, psixotrop maddə metamfetaminə bənzər maddə, müxtəlif dərman preparatları və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobilinhəmin əşyala qohumu Məhkum məxsus olduğunu qeyd etmişdir. Aşkar edilmiş vasitə, maddə, dərman preparatları və elektron tərəzi təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq zərf möhürlənmiş, onun üzəri iştirakçılar tərəfindən imzalanmış, təhqiqa tçı tərəfindən bu haqda tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, həmin protokol da imzalanmışdır. Bundan başqa əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs qohumu Məhkum həmin gün saat 22:20-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Orada Məhkum müdafiəçi ilə təmin edildikdən sonra onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd qara rəngli kağız bükümündə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, eyni zamanda Məhkum özünə məxsus “Rədmi” markalı mobil telefonu da, təqdim etmişdir. Sorğu zamanı Məhkum “Kia Optima” markalı avtomobilin ön cihazlar panelindəki saxlanc yerindən aşkar edilərək götürülmüş narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələrin, dər man preparatlarının və elektron tərəzinin ona məxsus olmasını etiraf etmiş, onları “X” adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmiş və qeyd etmişdir kui, o, bu əşyaları bir neçə gün əvvəl “X” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxladıqdan sonra onun dediyi yerdən götürmüşdür. Şəxsi axtarış davam etdirilərkən Məhkum üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmiş, aparılmış istintaq hərəkti isə qanuna müvafiq qaydada rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2in ifadələri ilə eynilik təşkil edən məzmunda ifadələr vermişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 aprel 2020-ci il tarixli 6/504 nömrəli rəyində görünür ki, tədqiq ata təqdim edilmiş, üzərində: “vət. Məhkum üzərindən aşkar olunmuş...” yazısı olan 1N-li paketdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,526qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində:” vət. Məhkum idarə etdiyi avtomiobilin qabaq sağ saxlanc yerindən aşkar edilərək götürülmüş” yazısı olan 2Nli paketdə, -7(yeddi) ədəd kağız bükümlərdə, ümumu təmiz çəkisi 1,074qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 4 (dörd) ədəd şəffaf polietilen paketlərdə ümumi təmiz çəkisi 5,808qr bozumtulsarı rəngli daşlaşmış vəziyyətdə maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir; -9 (doquz) ədəd şəffaf polietilen paketlərdə, ümumi təmiz çəkisi 18,49qr ağ rəngli uzunsov və xırda kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -2 ədəd üzərində “ V” yazısı həkk olunmuş yaşıl rənğli həb kustar üsulla hazırlanmış MDMA (metilendioksimetamfetamin “ekztazi”) tərkibli həblərdir və 2 ədəd həbdən ibarət təsiredici maddəsi MDMA ümumi miqdarı 0,34qr-dır ( bir həbdə 0,17qr MDMA olmaqla). Məhkum üzərindən götürülmüş və idarə etdiyi avtomobilin qabaq sağ saxlanc yerindən götürülmüş metamfetaminin ümumi təmzi çəkisi 20,09 qr-dır və Məhkum üzərindən götürülmüş metamfetamin, onun idarə etdiyi avtomobilindən götürülmüş metamfetaminlərlə tərkibindəki komponentlərinə görə fərqlidir. Tədqiqata təqdim edilmiş, üzərində: “vət. Məhkum idarə etdiyi avtomiobilin qabaq saxlanc yerindən aşkar edilərək götürülmüş..” yazısı o lan 3N-li paketdə, -zavod üsulu ilə qablaşdırılmış, üzərində “Regapen (preqabalin) 300qr” yazısı olan konvalyutdaki 45 ədəd ağ-qəhvəyi rəngli kapsul və üzərində “Alyse(preqabalin) 150mq': yazısı olan konvalyutdaki 11 ədəd ağ rəngi kapsul preqabalin tərkibli dərman preparatıdır; -45 ədəd kapsuldan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 13,5 qr (bir kapsulda 0,3qr preqabalin olmaqla),11 ədəd kapsuldan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 1,65 qr (bir kapsulda 0,15qr preqabalin olmaqla) və ümumi sayı 56 ədəd kapsulda preqabalinin ümumi miqdarı 15,15qr-dır; -zavod üsulu ilə qablaşdırılmış 40 ədəd üzərində “Mydrax 1 %" yazısı olan qırmızı qapaqlı şəffaf plastik qablarda şəffaf rəngsiz maye tropikamid tərkibli dərman preparatıdır və 40 ədəd qablarda təsiredici madd əsi tropikamidin ümumi miqdarı 0,2qr (bir qabda 0,005qr tropikamid omaqla) təşkil edir; -bir ədəd, üzərində” Digital Scale 550g” markalı” markalı elektron tərəzinin üzərində psixotrop maddə-metamfetaminin izləri vardır. 21 aprel 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BNMİnin əməkdaşları tərəfindən Məhkum saat 22:20-də ünvan 5 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə aparılan şəxsi axtarış zamanı ondan 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin tarixli baxış və götürmə protokoluna görə, “Kia Optima” markalı ** TD *** dövlət nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı oradan narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin, narkotik vasitələrə və ps ixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür. "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixdə daxil olmuş diskə baxış keçirilməsinə dair tərtib edilmiş protokoldan görünür ki, Məhkum istifadəsində olmuş +**********60 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olmuş, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri və aşağıdakılar müəyyən edilmişdir: Məhkum istifadəsində olmuş +**********60 saylı mobil telefon nömrəsinə gələn ismariclər: 1. xx.xx.2020-ci il tarixdə saat 21:44 və 21:50-də +**********95 saylı mobil nömrəsindən “Mənəm Niko Lirin var b rat sabah 100 faiz pulu vururam sənə”, “5 dənə lazımdı brat 2sini nağd verirəm 3ü sabah karta vururam” 2. xx.xx.2020-ci il tarixdə saat 00:19-da + **********47 mobil nömrəsindən “Qaqaw men girdim eve karopkani qoyuram bizim blokda qapinin arxasinda turba var onun arxasina goturersen o birinde atarsanda ora yaxwi” 3. xx.xx.2020-ci il tarixdə saat 20:02-də +**********01 saylı mobil nömrəsindən “spicka karobkasinda zadda blokmuznan uzbeuz diananda sag terefne at plekannarin” 4. xx.xx.2020-ci il tarixdə saat 15:04-də +**********85 saylı mobil nömrəsindən “Lirika gotumey lazimdi cavav ver sen now bele aparisan” 5. xx.xx.2020-ci il tarixdə saat 18:34-də +**********79 saylı mobil nömrəsindən “Orginal liri var Birdeki ag alisa var, Brat yoxdu diyene weherde senol hamsi ozun dartir 80 da deyir” 6. xx.xx.2020-ci il tarixdə saat 16:23-də +**********31 saylı mobil nömrəsindən “10 MANATDİG QOYA BİLERSEN PULU KARTA VURDURUM” Məhkum istifadəsində olmuş +**********60 saylı mobil telefon nömrəsindən gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: 1. xx.xx.2020-ci il tarixdə saat 18:28-də +**********71 saylı mobil nömrəsinə “Brat inanki 100 manata gore geldim bura ucuz duwsun.sene heresine 1 manat qoyiram.bele atamin cani uwaq var onun ucun listini 130 manatdan awagi demirem” 2. xx.xx.2020-ci il tarixdə saat 21:41-də +**********55 mobil nömrəsinə “Abbas Bax orda iki dene kagizdi?kawlokuma baxdim bir dene 20 lik pati gordum ama mende pati olmali deyildi.deyesen sene az verdim Bax mene yazda” 3. xx.xx.2020-ci il tarixdə saat 15:28-də +**********79 mobil nömrəsinə “Gelende falqa g otur malbrodan Yada siqaret satilan yerden 30 40 qep lik dorinko wokolad gotur icimde falqa olir qalx jyuxari simagilfeyem p var bir falqaliq” 4.xx.xx.2020-ci il tarixdə saat 17:27-də + **********79 mobil nömrəsinə “Mahir lirikaya gore demirdim Men sene bele eleseydim Sen neyniyerdin? 7 denesi,8 manatdan 56 manat 5 manatda Yola verer.bu sefer az aliram yola”. Həmçinin cinayət işinin materiallarından görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: mobil telefonun qalereyasındakı şəkillərə nəzər yetirdikdə şəkillərin üzərində olan istiqamətverici işarələr nəzərə çarpır. Bundan əlavə qalereyada olan xx.xx.2020-ci il tarixdə qeyd alınmış videogörüntüyə nəzə r yetirdikdə Məhkum Samir adlı şəxsə görüntüdə olan tərəzini Təqsirləndirilən şəxsin aldığını bildirir. Bundan başqa xx.xx.2020-ci il tarixdə qeydə alınmış videogörüntüdə Məhkum elektron tərəzidə müxtəlif maddələri çəkməsi müşahidə edilir. Qalereyeda olan xx.xx.2020-ci il tarixdə qeydə alınmış sonuncu videogörüntüdə Məhkum Təqsirləndirilən şəxs 20 dəqiqədir ki, qayıtmadığını qeyd edir. Bundan əlavə mobil telefonun kontaktlar hissəsinə nəzər yetirdikdə Türkiyə mobil operatorlarına məxsus +90 546 *** ** ** nömrəsi “Eliw Pp”, +90 545 *** ** ** nömrəsi “Eliwin işçisi Pp”, +90 538 *** ** ** nömrəsi “Elwen Pp” kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi N.Q.Həsənovun kassasiya şikayətinin əsas dəlillərindən biri odur ki, Məhkum narkotik vasitənin qaçaqmalçılığı cinayətini t örətməmiş, bu cinayətin törədilməsi üçün isə heç kimə köməklik göstərməmiş və buna görə də o, əsassız olaraq CM-nin 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Kassasiya şikayətinin bu dəlili ilə də razılaşmayan məhkəmə kollegiyası həmin dəlilə cavab olaraq ilk növbədə vurğulamağı lazım bilir, Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında göstərmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni o, Türkiyə Respublikasında yaşayan X adlı şəxsdən əldə etmişdir. Bundan əvvəl isə, o, həmin şəxslə əlaqə yaratmış və sonuncunun narkoik vasitələri və psixotrop maddələri hansı şəraitdə, nə vaxt, hansı üsulla Azərbaycan Respublikasının ərazisinə keçirilməsindən xəbəri olmas da, o, əldə etdiyi həmin vasitə və maddələrin pulun ödədikdən sonar onları Xin göstərd iyi yerlərdən götürməyi əvvəlcədən vəd etmişdir. Məhkumun bu haqda verdiyi ifadələri başqa sübutlarla da təsdiq edilmişdir. Yuxarıda təsvir edilmiş sübutlarla işin müəyyən edilmiş bu faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası Məhkum narkotik vasitənin, psixotrop maddələrin və güclü təsir edən maddələrin qaçaqmalıçılığının törədilməsində köməkçi qismində iştirakı ilə bağlı CM-nin aşağıdakı nolrmalarının tələblərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi zəruri sayır. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayətin alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və qanunsuz dövriyyəsi qadağan edilmiş digər əşyaların qaçaqmalçılığına, CM-nin 206.3.2-ci maddəsində isə həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 32.5 və 206.3.2-ci maddələrinin dispozitiv əlamətlərini müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri i cra etməsə də, yəni həmin cinayət əməllərini bilavasitə törətməsə də, digər tərəfdən isə bu əməllər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş şəxslər tərəfindən törədildikdə, təqsirkar isə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş həmin maddədə sadalanan əşyaları, o cümlədən narkotik vasitələri qəbul etməyi qabaqcadan vəd etdikdə, sonradan isə bu vədinə uyğun olaraq həqiqətən həmin əşyaları artıq Azərbaycan Respublikasının ərazisində əldə etdikdə, sonuncunun belə əməlləri CM-nin 32.5 və 206.3.2-ci maddələri ilə tövsif edilməlidir. Məhkum hərəkətlərini xarakterizə edən hallar ondan ibarətdir ki, o, hazırki cinayət işinin predmeti olan narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azər baycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsini bilavasitə icra etməsə də, onları qəbul etməyi qabaqcadan vəd verməklə bu cinayətin, yəni qaçaqmalçılığın törədilməsinə köməklik göstərmişdir. İşin bu hallarına başqa cür qiymət verilməsinə əsas görməyən məhkəmə kollegiyası Məhkum narkotik vasitənin qaçaqmalçılığı ilə bağlı heç bir cinayət əməli törətməməsi barədə kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin onun təhlil olunan cinayət əməlini törətməsi barədə gəldikləri nəticə və bu nəticəyə əsasən onun həmin əməlinin CM-nin 32.5, 206.2-ci maddələri ilə tövsif edilməsi qanuni və əsaslıdır, digər tərəfdə n isə belə nəticə “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016cı il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə də uyğundur. Belə ki, göstərilən Qərarın 19-cu bəndində məhkəmələrə təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaları tövsiyə edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsif edici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkum Təqsirləndirilən şəxsla və istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək məhz satış məqsədilə onun təqsirli bilindiyi ittihamda göstərilən narkotik vasitəni, psixotrop maddələri və güclü təsir edən maddərəri qanunsuz əldə edərək saxlanılamasına və daşınmasına dəlalət edən hallar isə ondan ibarətdir ki, barəsində kassasiya şikayəti verilmiş şəxs əvvəla bu hərəkətlərin edilməsi təklifi ilə razılaşaraq həmin vasitəni və maddələri, habelə üzərində metamfetaminin izləri olan electron tərəzini gizlədildiyi yerdən götürüb Təqsirləndirilən şəxsla birlikdə saxlamış və daşımış, bunun üçün icarəyə götürdüyü nəqliyyat vasitəsindən istifadə etmiş, sonuncu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri törətməsi barədə əvvəlcədən məlumatlı olmuş, əldə etdiyi psixotrop və güclü təsir edən maddələr onların müxtəlif növlərə aid olmuş, qanunsuz dövriyyəsi qadağan olunmuş bu əşyalar ayrı-ayrılıqda bükümlərə qablaşdırılmış, onların miqdarı isə külli miqdar təşkil etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, araşdırılmış sü butlarla təsdiq olunur ki, istintaqla müəyyən edilməmiş şəxslər dəfələrlə narkotik vasitələrin və psixotrop maddələrin, habelə gülü təsir edən maddələrin əldə edilməsi üçün Məhkum müraciət etmiş və sonuncu heç yerdə işləmədiyi halda külli miqdarda narkotik vasitənin, psixotrop maddələrin və güclü təsir edən maddələrin əldə edilməsi üçün məlum olmayan məbləğlərdə pul vəsaiti sərf etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar da Məhkum narkotik vasitənin, psixotrop maddədərin və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri məhz satış məqsədilə və qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsinə dəlalət edir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, bu halların arxasında duran həm yuxarıda göstərilən, həm də digər sübutların toplanması və ara şdırılması zamanı ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və cinyət işinin materialları ilə Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir və onun təqsirliliyi işdə olan sübutlarla tam təsdiq edilir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun ol araq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi və əməlləri nin CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Bu nəticə həmçinin aşağıda göstərilənlərə də tam uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların preku rsorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum narkotik vasitəni və psixotrop maddələri satış məqsədi olmadan əldə edərək saxlaması və daşıması əməlinin CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməli olmasına dair kassasiya şikayətinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd ed ir ki, həqiqətən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516VİQD nömrəli Qanunu ilə CM-nə 234.1-1-ci maddə əlavə edilmiş və həmin maddədə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etməyə, saxlamağa, hazırlamaya, emal etməyə və daşımaya görə cinayət məsuliyyəti və bu əməli törətmiş şəxsin üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması müəyyən edilmişdir. Göstərilən Qanunun 26 aprel 2022-ci il tarixdə qəbul edilməsinə, Məhkum isə son nəticədə apelyasiya instansiyası məhkəməsinin də razılaşdığı və birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi əməli (narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı) 21 aprel 2020-ci il tarixdə törətməsinə, digər tərəfdən onun qanunsuz olaraq əldə edərək saxladığı və daşıdığı narkotik vasitənin və psixotrop maddələrin külli miqdarlarda olmasına, yəni faktiki olaraq onun əməlinin CM-nin 234.1-1ci maddəsinin təsiri altına düşməsinə baxmayaraq cinayət qanunun bu normasının onun barəsində tətbiq edilməsi, yəni törətdiyi əməlin həmin madə ilə tövsif edilməsi mümkün olmamışdır ona görə ki, təhlil edilən Qanun yalnız 20 may 2022-ci il tarixdə, yəni həm onun tərəfindən təqsirli bilindiyi cinayəti törətdikdən və barəsində ittiham hökmü hökmü çıxarıldıqdan sonra qüvvəyə minmişdir. Belə ki, kassasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı Azər baycan Respublikasının Qanunlarının və digər normativ hüquqi aktların qəbul edilməsi və qüvvəyə minməsi ilə bağlı rəsmi mənbələrə müraciət edilməsi nəticəsində müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516VİQD nömrəli Qanun yalnız 20 may 2022-ci il tarixdə rəsmi olaraq “Azərbaycan” qəzetində dərc edilmiş və məhz həmin tarixdə də qüvvəyə minmişdir ona görə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli 21-İVKQ nömrəli Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc e dildiyi gündən qüvvəyə minir. Şərh olunan qanunvericiliyin tələblərindən çıxış edərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum törətdiyi əməlin CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi onun barəsində cinayət törətdiyi vaxt qüvvədə olmayan və vəziyyətinin ağırlaşdırılması ilə nəticələnə bilən qanunun geriyə şamil edilməklə düzgün olmayaraq tətbiq edilməsinə səbəb ola bilər ki, bu da CM-nin 10.4-cü maddəsinə görə yolverilməzdir. CM-nin 10.4-cü maddəsinə əsasən isə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Qeyd olunanlarla yanaşı, Məhkum kassasiya şikayətində bir sıra hallara – onun ali təhsilli olması, evin tək övladı olmaqla himayəsində xəstə valideynlərinin olması, ilk məhkumluğu, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə istinad edərək ona təyin olunmuş cəzanın ağır olmasını mübahisələndimişdir. Müdafiəçi N.Q.Həsənovun da kassasiya şikayətinin məzmunudan görünür ki, o, da hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş cəzanı açıq-aşkar ağır cəza hesab edir. Bununla bağlı Məhkum və onun müdafiəçisi N.Q.Həsənovun kassasiya şikayətlərinin dəlillərinə cavab verərək məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu Konstitusiyanın 26-cı maddəsinin II hissəsi, cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında sərgilədiyi hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri tələb edir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlar ını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibə tini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü madd ələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). Müdafiəçi N.Q.Həsənovun da kassasiya şikayətində istinad etdiyi “Azərbaycan Respub likası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədal ətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası A li Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayəttörətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, b u zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini ü zrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Hazırki cinayət işinin materiallarından və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum həm onun təqsirli bilindiyi CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə (həmin maddlələrin sanksiyasında müvafiq olaraq üç ildən yeddi ilədək, beş ildən on iki ilədək və dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) ayrıayrlıqda, həm də CM-nin 66.3- cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən adı çəkilən məhkumun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı hə mçinin CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, istintaq zamanı həmin narkotik vasitənin, psixotrop maddələrin və güclü təsir edən maddələrin ona məxsus olmasını səmimi etiraf etməsini, həmçinin məhkəmə iclasında göstərilən əşyaların satışı ilə məşğul olmasını etiraf etməsə də həmin vasitə və maddələrdən istifadə etdiyindən əməlindən peşman olduğunu, ümumi iş üzrə özünü qismən, təqsirli bilməsini, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış, bu hallara uyğun olaraq ona ədalətli və qanuni cəzalar təyin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu zaman məhkəmələr cəza təyin etmənin şərtləri, qaydaları və prisipləri təsbit edilmiş CM-nin 8, 41, 58 və 59-cu maddələrini n tələblərinin pozuntusuna yol verməmişlər. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi mümkünlüyü o halda nəzərdən keçirilə bilər ki, cəza təyin edən məhkəmə tərəfindən CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hər hansı hal nəzərə alınmasın, yaxud da CM-nin 61-ci maddəsində nəzərdə tutulmamış hansısa hal cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmış olsun. Hazırki cinayət işinin materiallarından birinci instansiya məhkəməsi tərəfindən bu kimi nöqsanlara yol verilməsi müəyyən edilmədiyindən, digər tərəfdən isə həm Məhkum, həm də onun müdafiəçisi N.Q.Həsənov adı çəkilən məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməli olması ilə bağlı kassasiya şikayətlərində heç bir tutarlı əsaslandırma aparmadıqlarından məhkəmə kollegiyası təhlili edilən məsələ ilə bağlı da birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni düzgün sayır və ümumilikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPMnin 416.1-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verilmədini qeyd edərək kassasiya şikayətinin hər hansı hissədə təmin edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək və məhkumun müdafiəçisi N.Q.Həsənovun həmin şikayətlərin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətlərinin təmin edilmə məsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, Məhkum CM-nin 32,5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar