Məhkəmə qərarları › İş №1(102)-2757/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2757/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2757/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov X2 ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Məhkum - Məhkum iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə d air cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 27 may tarixli 1(103)-584/2025 nömrəli qərarından dövlət ittihamçısı Səkinə Hüseyinova (Zeynalova) tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli 1(004)-358/2024 nömrəli hökmü ilə (hakim S.Quliyeva) Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı iki gün müddətin ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 27 may tarixli 1(103)584/2025 nömrəli qərarı ilə (hakimlər E.Əliyev (sədrlik edən), M.Abbasov və Ə.Məmmədov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli 1(004)-358/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 27 may t arixli 1(103)-584/2025 nömrəli qərarından dövlət ittihamçısı Səkinə Hüseyinova (Zeynalova) kassasiya protesti verərək, qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsini xahiş etmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, ittihama əsasən Məhkum 10 fevral 2024-cü il tarixdə səhər radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edil ən metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri çərçivəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, təqsirləndirilən şəxs Məhkum CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməmiş, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarı çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq düzgün tədqiq etməmiş və əməlin tövsif edilməsi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, Məhkum məxsu s ***-***-**-** mobil nömrə ilə istifadə olunan telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi haqqında Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında "Azərfon” MMC-dən AZF/LGL-2539/24 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirərkən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərdəki məlumatlarda Məhkum oğlunun xx.xx.2023-cü il tarixdə ***-***-**-** nömrəsindən "Qaqa yarım kola lazımdı.Yaxın uşaq var onunlayam, Memmedağaya zəng vur tez gəlsin evə. Gəlim Götürüm de" məzmunlu mesaj göndərilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 21:27:01-də ********** telefon nömrəsindən Samirin Allahverdiyevin istifadəsində olan nömrəyə “S amir nooldu qaqaş? 1 atımlıq barıtın var e senində temanı atırsan vse itirsən. Alnır ya yox.? Mendede pul var Şey çekmey istirem" məzmunda ismarıc daxil olmuşdur. Mesajın məzmunu təhlil edildikdə, bu ifadələrin yalnız narkotik vasitələrin ticarətində istifadə olunan spesifik terminologiyaya uyğun olduğu açıq-aşkar görünür. Bu cür üslubun məqsədi həm qarşı tərəfin bu ifadələri başa düşməsini təmin etmək, həm də hüquq-mühafizə orqanları üçün bu ünsiyyətin məzmununu qapalı və anlaşılmaz etməkdir. Yuxarıda göstərilən yazışmalarda istifadə olunan şifrələnmiş ünsiyyət Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiqləyir. Bundan başqa, hökmdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2024-cü il tarixli 1290 nömrəli rəyindən görünür ki, Məhkum götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Məhkəmə hər hansı bir elmi əsas olmadan təqsirləndirlən şəxs Məhkum üzərindən aşkar edilmiş psixotrop maddənin sidik nümunəsindəki maddə ilə eyni olması qənaətinə gəlmişdir. Bu səbəbdən məhkəmə yanlışlıqla X1 nəticələrini Məhkum həmin psixotrop maddənin öz şəxsi istifadəsi üçün əldə etməsinin təsdiqi kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmaması, yalnız şəxsi istifadəsi üçün narkotik maddələri əldə etməsi barədə həm ibtidai istintaq, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadələri özünü müdafiə xarakterli olub qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakte rli kimi qiymətləndirilməli olduğu halda, məhkəmə qeyri-səmimilik nümayiş etdirən Məhkum üzərindən aşkar edilmiş narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadələrinə tənqidi yanaşmamış və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirməmişdir. İş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib, saxlamaqla daşıması məhkəmə baxışında dindirilmiş şahid ifadələri və iş üzrə digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edilən halları nəzərə almayaraq, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, ittihamı təsdiq edən sübutların qəbul edilməməsi səbəblərini dəqiq olaraq göstə rməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, mövcud sübutların düzgün təhlili üzrə ittiham verilmiş maddə ilə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən a sılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq düzgün tədqiq etmədiyini və əməlin tövsif edilməsi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini iddia edərək, bu əsasla apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 27 may tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına da ir Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların mə cmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “satış məqsədi olmadan” qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində isə “satış məqsədi ilə” qanunsuz olaraq narkotik vasi tələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmə qərarlarının mötəbər sübutlara əsaslanmadan qəbul olunduğu və məhkumun əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinin işin faktiki hallarına uyğun olmadığı iddia edilir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum bir ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması toplanmış və məhkəmələr tərəfindən araşdırılmış sübutlarla, yəni, özünün etirafedici ifadələri ilə yanaşı, şahidlər Şahid2 və X3 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/821 nömrəli rəyi, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, ambulator X1 xx.xx.2024-cü il tarixli, 1290 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan psixotrop maddə metamfetamini “satış məqsədi” ilə əldə edərək üzərində saxlam aqla daşımışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan mobil telefona göndərilən iki ədəd mesaja (sms) əsaslanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin işin faktiki hallarından görünür ki, Məhkum qarşı elan edilmiş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Onun hərəkətlərini xarakterizə edən hallar CM-in 234.1-ci maddəsi ilə uzlaşdığından, əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234. 1-ci maddəsinə tövsif olunmalıdır. Dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında iş üzrə toplanmış, birinci və apellyasiya instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib birinci instansiya məhkəməsinin sübutların qiymətləndirməsi və təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə apellyasiya protestində irəli sürülmüş iddianın (Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində s axlamaqla daşıması), bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş psi xotrop maddəni heç kimə satmaq niyyətinin olmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, məhkəmə istintaqı zamanı da eyni məzmunlu ifadə vermişdir. 10 fevral 2024-cü il tarixdə aparılan şəxsi axtarış zamanı Məhkum əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitə və ya psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan raportdan, əməliyyat qrupunun yaradılması barədə əmrdən və əməliyyat-axtarış tədbirinin həyata keçirilmə si barədə qərardan müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatında Məhkum qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması qeyd edilməmişdir. Bu xüsusat məhkəmə istintaqında şahid qismində ifadə verən polis əməkdaşları tərəfindən də təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrində Məhkum hər hansı şəxslərə narkotik və ya psixatrop maddələrin satması ilə bağlı əməliyyat məlumatının olmadığını bildirmişlər. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 ibtidai istintaq zamanı Məhkum psixotrop maddənin satışı ilə məşğul olması haqqında verdikləri ifadələrə münasibətdə, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum psixotrop maddənin satışı ilə bağlı məlumatlarının olmaması haqqında ifadələri ilə yaranmış ziddiyyətin aradan qaldırılması məqsədilə məhkəməxəttşünaslıq ekspertizası təyin olunmuş və əldə edilmiş ekspert rəyi əsasında, Məhkum psixotrop maddənin satışı ilə bağlı məlumatların olmasına dair sual-cavabın olduğu sonuncu səhifədəki (85 və 88-ci səhifələr) imzaların iş üzrə şahidlər Şahid2 və Şahid1 məxsus olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin xüsusatla bağlı cinayət işinin ibtidai istintaqını aparmış müstəntiqin barəsində xüsusi qərar çıxarmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2024-cü il tarixli 1290 nömrəli rəyindən görünür ki, Məhkum həm narkotik vasitələrin, həm də psixotrop maddələrin birgə qəbulu nəticəs ində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum məhz psixotrop maddələrdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməsi və üzərindən cəmi bir bükümdə psixotrop maddə metamfetaminin aşkar edilməsi də, onun həmin maddəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hallardandır. Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 21:21:58-də ***-***-**-** saylı nömrədən göndərilmiş "Qaqa yarım kola lazımdı.Yaxın uşaq var onunlayam, Memmedağaya zəng vur tez gəlsin evə. Gəlim Götürüm de" məzmunlu və xx.xx.2024-cü il tarixdə saat 21:27:01-də ********** saylı nömrədən göndərilmiş “Samir nooldu qaqaş? 1 atımlıq barıtın var e senində temanı atırsan vse itirsən. Alnır ya yox.? Mendede pul var Şey çekmey istirem” məzmunlu mesajlarla bağlı da məhkəmələr tərəfindən araşdırma aparılmış və hər iki mobil telefon nömrəsinin istifadəçiləri birinci və apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ***-***-**-** saylı nömrənin istifadəçisi X6 ifadəsində Məhkumlə aralarında heç bir mesajlaşma olmadığını, onu tanımadığını və həmin nömrəni itirdikdən sonra kiminsə götürüb həmin nömrədən istifadə etdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 isə istifadəsində olmuş ********** saylı nömrədən Məhkum istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olmuş SMS-dən xəbərinin olmadığını və Məhkum ümumiyyətlə tanımadığını bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, Məhkum tərəfi ndən həmin mesajlara hər hansı cavab verilməmiş, qeyd edilən nömrələrdən təqsirləndirilən şəxsin nömrəsinə cəmi bir dəfə mesaj göndərilmiş, digər vaxtlarda hər hansı məzmunda mesaj göndərilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənini Plenumunun 2024-cü il 14 iyun tarixli, 8 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndər mə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırki iş üzrə Məhkum üzərindən aşkar edilən psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkot ik vasitənin hazırlanması üçün avadanlığın olması və s. hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldiyi nəticəyə görə Məhkum üzərindən aşkar olunan psixotrop maddə metamfetamini tutulduğu gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında əldə edərək üzərində saxlamaqla daşımışdır. Odur ki, ibtidai araşdırma orqanının yalnız Məhkum mobil telefonundan aşkar edilmiş, onun tutulmasından 30-40 gün əvvəl ünvanlanmış, lakin onun tərəfindən cavab verilməyən mesajlara isnad edərək, onun üzərindən aşkar edilmiş və həmin gün əldə etdiyi psixotrop maddənin məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul etməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası Məhkum psixotrop maddələrdən istifadə nəticəsində yaranan n arkomaniya xəstəliyinin müəyyən edilməsini, onun üzərindən cəmi bir bükümdə psixotrop maddə metamfetaminin aşkar edilməsini, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razılığının olması, psixotrop maddənin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə araşdırmaları zamanı müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, məhkəmələr haqlı olaraq Məhkum qarşı satış məqsədilə psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin gəldiyi nəticələr yaln ız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan s übutlarla təsdiq olunsun. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmamışdır. Bu səbəbdən məhkəmə k ollegiyası birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum əməlinin ittiham olunduğu CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsinə dair gəldikləri nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də məhkəmənin qərarının ləğv edilməsini şərtləndirən CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barəd ə məhkumun çıxışlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 25 may tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə d air cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 27 may tarixli 1(103)-584/2025 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar