Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2758/2025 30.04.2026 ALI MƏHKƏMƏ AzərbaycanǝRespublikasıǝadından AzərbaycanǝRespublikasıǝAliǝMəhkəməsinin CinayətǝKollegiyasının QǝƏǝRǝAǝRǝİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin nümayəndəsi – müdafiəçi5 iştirakları ilə, məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə, məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 nümayəndəsi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MǝÜǝƏǝYǝYǝƏǝNǝǝǝǝEǝTǝDǝİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi ilə) ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə, ## ####### 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, və 320.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (il) 06 (altı) ay müddətə, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası CMin 66.2-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)- ****/**** saylı qərarı ilə məhkum2 qəti olaraq təyin edilmiş 02 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla məhkum2 oluna qəti olaraq 02 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən məhkum2 ## #### 2023cü il tarixdən ## ######## 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay 05 gün, habelə Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)- **/**** saylı hökmü ilə məhkum edildiyi cinayət işi üzrə ## ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlandığı 02 gün müddət olmaqla ümumilikdə 03 ay 07 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona CM-in 66.5-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3000 (üç) min manat cərimə cəzası və iki il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 05 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ## ### 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, Fizuli şəhəri, Puşkin küçəsi, ev 7 ünvanda qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan məhkum1, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla məhkum1 qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** saylı hökmü ilə məhkum olunduğu cinayət işi üzrə ## ##### 2022-ci il tarixdən ## ##### 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanıldığı, ## ###### 2022-ci il tarixdən ## #### 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, habelə hazırkı cinayət işi üzrə ## #### 2023-cü il tarixdən bugünkü tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 02 il 02 ay müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etməminin bir gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq cəzası çəkilmiş hesab edilmişdir. Iş üzrə zərərçəkmiş şəxs- mülki iddiaçı zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, vurulmuş ziyandan ödənilməmiş qalan 19512 (on doqquz min beş yüz on iki) manat və mülki iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 148 manat, 54 qəpik dövlət rüsumu olmaqla ümumilikdə 19660,54 (on doqquz min altı yüz altmış manat, əlli dörd qəpik) manat pul vəsaiti təqsirləndirilən şəxs- mülki cavabdeh məhkum2 tutularaq zərərçəkmiş şəxs- mülki iddiaçı zərərçəkmiş şəxs1 ödənilməsi və mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə) ## ##### 2025-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə, məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2025-ci il tarixli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 nümayəndəsi müdafiəçi5 kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti yaxud kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işinǝhalları: Hökmə əsasən müəyyən edilmişdir ki, məhkum2, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan 12.000 manat dəyərində ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinin Qeydiyyat Imtahan Idarəsində 8A192784 qeydiyyat şəhadətnaməsi ilə şahid5 adına rəsmiləşdirlmiş "Toyota Prius" markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb həmin tarixdə yüksək tarif hesab edilən gündəlik 40 manat ödəməklə taksi park xidmətinə cəlb edəcəyi və nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən etibarnamə əsasında avtomobildə işləyən sürücülərə daşınar əmlakın sərəncam hüququ vermədən idarə edilməsinə etibarnamə verəcəyinə dair yalan vəd verib aldadaraq razılığını aldıqdan sonra, ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən * saylı notariat ofisində şahid5 tərəfindən verilmiş "7E-7574" reyestr nömrəli etibarnamə ilə nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ əldə edib həmin tarixdə ünvan 2 ünvanında yerləşən ** saylı notariat ofisində 7E-7524 reestr nömrəsi ilə qabaqcadan, yəni ##.##.2022-ci il tarixdən satacağını vəd verdiyi cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan müştəri şahid1 nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verməklə 12.000 manata satıb gündəlik vəd verdiyi 40 manat icarə haqqını ##.##.2022-ci il tarixədək ödəyərək guya verdiyi vədə əməl etdiyi və həmin avtomobilin taksi-park xidmətlərində istifadə olunduğuna dair görüntü yaradıb avtomobilin satılmasından sahibinin məlumatsız qalmasına, şahid1 tərəfindən ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinin Qeydiyyat Imtahan Idarəsində avtomobilin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan digər müştəri şahid9 ilə alqı-satqı müqaviləsi bağlanmaqla dövlət qeydiyyat nişanının **CJ***, qeydiyyat şəhadətnaməsinin BA230185 nömrələrinə dəyişdirməsi ilə qanuni mülkiyyətindən çıxarılmaqla özgəninkiləşdirilməsinə bilərəkdən şərait yaratmaqla zərərçəkmiş şəxs1 məxsus 12.000 (on iki min) manat dəyərində avtomobilin satışından əldə etdiyi həmin məbləğdə pulunu ələ keçirərək zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncuya guya ilkin olaraq 5000 manat ödəmək şərti ilə 18000 manat dəyərində mövcud olmayan "Azsamand" markalı avtomobili kredit yolu ilə alaraq taksi-park xidmətlərinə cəlb edib əldə edilmiş gəlirdən zərərçəkmiş şəxs1 aylıq olaraq 600 manat verəcəyi və sonuncudan ilkin ödəniş adı ilə alacağı 5.000 manat pulu onunla notarial qaydada borc müqaviləsi bağlayıb zəmanət verəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda və həmin müqaviləni bağlamazdan əvvəl zərərçəkmiş şəxs1 əmlakını,əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən ** saylı notariat ofisində ##.##.2024-cü il tarixədək hər ay 220 manat 50 qəpik (iki yüz iyirmi manat əlli qəpik) ödəyəcəyinə dair "3M-1732" nömrəli reyestr nömrəsi ilə təsdiqlənmiş kredit müqaviləsi bağlayaraq 4590 manat və ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, Qələbə Dairəsi adlanan ünvanda ödənilməsini əvvəlcədən razılaşdırdığı 5.000 manat puldan qalan 410 manat, ümumilikdə 5000 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək məhkum1 nəqliyyat vasitəsini müəyyən edib icarə adı ilə götürməsi, onun isə həmin nəqliyyat vasitəsini "turbo.az" elektron ticarət saytında satışına dair elan yerləşdirib müraciət etmiş müştəriyə hüquq verən rəsmi sənəd olan etibarnaməni saxtalaşdırıb istifadə etməklə nəqliyyat vasitəsinin satışını həyata keçirib əldə etdikləri pul vəsaitini öz aralarında bölüşdürəcəklərinə dair əvvəlcədən razılıq əldə etdikdən sonra məhkum1 ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinin Qeydiyyat Imtahan Idarəsində, BA233466 qeydiyyat şəhadətnaməsi ilə şahid6 adına rəsmiləşdirilmiş və onun mülkiyyətində olan, daşınar əmlakın istifadə edilməsinə dair ##.##.2022-ci il tarixdə ** saylı notariat ofisi tərəfindən mobil notariat tətbiqi vasitəsilə qarşılıqlı razılaşma əsasında şahid8 taksi fəaliyyəti ilə məşğul olması üçün sərəncamına və icarə üzrə istifadəsinə verilmiş **-EM-*** dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı 12.800 manat dəyərində "Toyoto-Prius" markalı minik avtomobili, texniki şəhadətnaməsi,adına verilmiş etibarnamə ilə birlikdə ##.##.2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi "Qızıl Tac" restoranın qarşısında guya 10 gün müddətində istifadə edib qaytaracağına dair yalan vəd verib cinayətdən xəbərsiz Cavad Imaməliyevdən alaraq götürmüş və həmin gün məhkum1lə birlikdə avtomobili "turbo.az" elektron ticarət saytında özünün istifadəsində olan 051- 718-67-03" Azercel" mobil nömrəsi ilə 12.500 manata satışına dair elan yerləşdirdirmiş, ##.##.2022-ci il tarixdə saat 19 radələrində müştəri qisminə ona zəng edib müraciət etmiş zərərçəkmiş şəxs2 ilə ünvan 5 ünvanda yerləşən "Niaqara" restoranının qarşısında görüşərək avtomobilin texniki şəhadətnamə üzrə mülkiyyətçisi şahid6 onun qardaşı olduğu və ağır xəstəliyi səbəbindən avtomobilin gecə ilə dəyərindən aşağı, yəni 12.000 manata təcili satılmasının vacib olduğu, qardaşının bank kartına 40 manat rüsum ödədikdən sonra mobil notariat tətbiqi vasitəsilə mülkiyyət üzərində sərəncam vermə hüququ verən etibarnamə veriləcəyinə inandırdıraraq qabaqcadan şahid6 adına tərtib edilmiş texniki şəhadətnamə və etibarnamə üzərindəki anket məlumatlar əsasında zərərçəkmiş şəxs2 adına xüsusi proqram vasitəsilə mətnləri və sözləri montaj etməklə şahid6 adından zərərçəkmiş şəxs2 adına ** saylı notariat ofisinin mobil tətbiqi vasitəsilə avtomobil üzərində guya sərəncam verdiyinə da saxtalaşdırıb qanunsuz hazırladığı və rəsmi sənəd hesab edilən, mülkiyyət üzərində sərəncam vermə hüququ verən ##.##.2022-ci il tarixli 7E-****** reyestr nömrəli saxta etibarnamədən biləbilə istifadə edərək buna səlahiyyəti olmadığı halda "Whatsapp" proqram tətbiqi vasitəsilə zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna göndərib həmin ünvanda sonucunun xüsusi mülkiyətində olan rüsum adı ilə guya qardaşı olduğuna inandırdığı avtomobilin mülkiyyətçisi şahid6 kart hesabı kimi təqdim etdiyi özünün 409858******** nömrəli Leobank kart hesabına zərərçəkmiş şəxs2 tərəfindən dostu şahid3 məxsus AZ**UBAZ**************AZN*** nömrəli "Leobank" kart hesabından göndərilmiş 40 manat və avtomobilin dəyəri olaraq razılaşdırılmış 12.000 manat, ümumilikdə 12.040 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək öz aralarında bölməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun müalicə üçün Türkiyə Respublikasına gedəcəyini və bunun üçün milli pul vahidi manatı ABŞ dollarına dəyişmək istədiyini öyrənib zərərçəkmiş şəxs1 ABŞ dolları verə biləcəyi barədə yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs1 istifadə etdiyi "xxxx" ACS-yə məxsus, 416973********* nömrəli plastik kart hesabından "birbank" mobil tətbiq proqramı vasitəsi ilə məhkum2 istifadəsində olmuş "xxxx" ASC-yə məxsus 409858********** nömrəli plastik kart hesabına ##.##.2022-ci il tarixdə göndərdiyi 670 manat və 350 manat olmaqla 1020 manat pulu, ##.##.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "Manqal Dönər" kafesində 2100 manat, ümumilikdə 3120 (üç min bir yüz iyirmi) manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. məhkum1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək özünün nəqliyyat vasitəsini müəyyən edib icarə adı ilə götürməsi, məhkum2 isə həmin nəqliyyat vasitəsini "turbo.az" elektron ticarət saytında satışına dair elan yerləşdirib müraciət etmiş müştəriyə birlikdə hüquq verən rəsmi sənəd olan etibarnaməni saxtalaşdırıb istifadə etməklə nəqliyyat vasitəsinin satışını həyata keçirib sataraq əldə etdikləri pul vəsaitini öz aralarında bölüşdürəcəklərinə dair əvvəlcədən razılıq əldə etdikdən sonra o, ##.##.2022- ci il tarixdə Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinin Qeydiyyat Imtahan Idarəsində BA233466 qeydiyyat şəhadətnaməsi ilə şahid6 adına rəsmiləşdirilmiş və onun mülkiyyətində olan, daşınar əmlakın istifadə edilməsinə dair ##.##.2022-ci il tarixdə ** saylı notariat ofisi tərəfindən mobil notariat tətbiqi vasitəsilə qarşılıqlı razılaşma əsasında X6 taksi fəaliyyəti ilə məşğul olması üçün sərəncamına və icarə üzrə istifadəsinə verilmiş 77-EM468 dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı 12.800 manat dəyərində "Toyoto-Prius" markalı minik avtomobilini texniki şəhadətnaməsi, adına verilmiş etibarnamə ilə birlikdə ##.##.2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi “Qızılǝ49 Tac" restoranın qarşısında guya 10 gün müddətində istifadə edib qaytaracağına dair yalan vəd verib cinayətdən xəbərsiz şahid8 alıb götürərək həmin gün məhkum2la birlikdə avtomobili "turbo.az" elektron ticarət saytında sonuncunun istifadəsində olan 051-718-67-03" Azercel" mobil nömrəsi ilə 12.500 manata satışına dair elan yerləşdirdirmiş, ##.##.2022-ci il tarixda saat 19 radələrində müştəri qisminə həmin mobil nömrəyə zəng edib müraciət etmiş zərərçəkmiş şəxs2 ilə ünvan 5 ünvanda yerləşən "Niaqara" restoranının qarşısında görüşərək avtomobilin texniki şəhadətnamə üzrə mülkiyyətçisi şahid6 onun qardaşı olduğu və ağır xəstəliyi səbəbindən avtomobilin gecə ilə dəyərindən aşağı, yəni 12.000 manata təcili satılmasının vacib olduğu, qardaşının bank kartina 40 manat rüsum ödədikdən sonra mobil notariat tətbiqi vasitəsilə mülkiyyət üzərində sərəncam vermə hüququ verən etibarnamə veriləcəyinə inandırdıraraq qabaqcadan şahid6 adına tərtib edilmiş texniki şəhadətnamə və etibarnamə üzərindəki anket məlumatlar əsasında zərərçəkmiş şəxs2 adına xüsusi proqram vasitəsilə mətnləri və sözləri montaj etməklə şahid6 adından zərərçəkmiş şəxs2 adına ** saylı notariat ofisinin mobil tətbiqi vasitəsilə avtomobil üzərində sərəncam verdiyinə dair saxtalaşdırıb qanunsuz hazırladığı və rəsmi sənəd hesab edilən, mülkiyyət üzərində sərəncam vermə hüququ verən ##.##.2022-ci il tarixli 7E-****** reyestr nömrəli saxta etibarnamədən biləbilə istifadə edərək buna səlahiyyəti olmadığı halda məhkum2 istifadəsində olan 051-718-67-03" Azercel" mobil nömrəsinin "Whatsapp" proqram tətbiqi vasitəsilə zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna göndərib həmin ünvanda sonucunun xüsusi mülkiyətində olan rüsum adı ilə guya qardaşı olduğuna inandırdığı avtomobilin mülkiyyətçisi Iman Həsənǝliyevin kart hesabı kimi təqdim etdiyi məhkum2 409858******** nömrəli Leobank kart hesabına zərərçəkmiş şəxs2 tərəfindən dostu şahid3 məxsus AZ**UBAZ**************AZN*** nömrəli "Leobank" kart hesabından göndərilmiş 40 manat və avtomobilin dəyəri olaraq razılaşdırılmış 12.000 manat, ümumilikdə 12.040 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək öz aralarında bölməklə zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 həmin məbləğdəǝxeyliǝmiqdardaǝmaddiǝziyanǝvuraraqǝdələduzluqǝetmişdir. Kassasiyaǝşikayətininǝdəlilləri: Kassasiya şikayətinin müəllifi göstərmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs tərəfindən verilən ifadə təhrif olunmaqla qeyd edilmiş, apellyasiya instansiyasında isə ümumiyyətlə tərəflər dinlənilməmiş və məhkəmə prosesi formal xarakter daşımaqla tamamilə qanunsuz aparılmışdır. Belə ki, məhkəmələr araşdırmamışdır ki, şahid1 həqiqətən də iddia etdiyi kimi, avtomobilləri alıb təmir edərək satmaqla məşğul olmuşdurmu? Yoxsa onun bu fəaliyyəti yalnız təqsirləndirilən şəxslərin ona verdiyi dələduzluq yolu ilə əldə edilmiş avtomobillərin görünüşünü dəyişdirməklə satmaq olmuşdur? Məhkəmə hökmündə qeyd olunur ki, şahid1 avtomobilə xeyli dəyişiklik edərək, təmir edib satmışdır (hökm, səhifə 11). Bu hal məhkəmə tərəfindən araşdırılmalı və müvafiq hüquqi qiymət verilməli idi ki, şahid1 avtomobildə hansı məqsədlə xeyli dəyişiklik etmişdir. Üstəlik, şahid1 da, digər təqsirləndirilən şəxslərin də ifadələrində onlar etiraf edirlər ki, onlar sinifyoldaşı olmuşlar. Bundan başqa, kassasiya şikayətində qeyd olunur ki, məhkumların əməllərində Azərbaycan Respublikası CM-in 61.1.1-ci (cinayətlərin təkrar törədilməsi) və 61.1.3-cü (cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi) maddələri ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar mövcud olmasına baxmayaraq, məhkəmələr bu halları nəzərə almamış və məhkumlara əsassız olaraq yüngül cəza təyin etməklə kifayətlənmişdir. Belə ki, təqsirləndirilən şəxslər əvvəlcədən razılaşaraq cinayətkar qrup yaratmaqla dələduzluq cinayətlərini təkrarən və planlı şəkildə törətmişlər. Lakin məhkəmə tərəfindən bu ağırlaşdırıcı hallar qətiyyən araşdırılmamış, hüquqi qiymətləndirilməmiş və cəzanın yüngüllüyü əsassız və izahsız buraxılmışdır. Belə olan halda, təqsirləndirilən şəxslərə münasibətdə təyin olunmuş cəzanın ədalətli və qanuni hesab edilməsi mümkün deyildir. Eyni zamanda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş mülki iddia 22.313 manat məbləğində olsa da, məhkəmə tərəfindən iddia yalnız 19.512 manat və 148,54 manat dövlət rüsumu məbləğində təmin edilmiş, qalan hissəsi əsassız şəkildə rədd edilmişdir. Halbuki istintaq zamanı və məhkəmə iclaslarında məhkum2 zərərçəkmişə ümumilikdə 22.313 manatlıq ziyan vurduğu sübuta yetirilmiş, lakin yalnız 608 manatın geri qaytarılması təsdiqlənmişdir. Bu baxımdan, ziyanın tam əvəzinin ödənilməsi təmin olunmamışdır. Məhkəmə tərəfindən sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmiş və nəticədə iş üzrə mötəbər yekun nəticəyə gəlmək üçün kifayət etməyən hallarda qərar qəbul etmişdirsə, bu halda həmin qərarın kassasiya instansiyasında ləğv olunması üçün hüquqi əsaslar yaranır. Yuxarıda sadalananlara əsasən, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarının ləğv edilməsi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddianın tam təmin edilməsi, vicdanlı alıcı epizodunun tam şəkildə araşdırılaraq, obyektiv hüquqi qiymət verilməsi üçün cinayət işinin baxılmasından ötrü yenidən Bakı Apellyasiya Məhkəməsinin məhkəmə baxışı mərhələsinə qaytarılması və zərərçəkmiş şəxsə məxsus BA****** nömrəli qeydiyyat şəhadətnaməli, **-ZU-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqiǝməsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, mülki iddiaçının nümayəndəsi müdafiəçi5 həmin şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq mülki iddianın bir hissəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla prosessual qanunvericiliyin normalarının tələblərinə əməl etməməsini iddia edərək həmin məhkəmənin qərarının ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-in 416.1.1-416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; Odur ki, məhkəmə kollegiyası mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar cinayət işinin materiallarını təhlil edib Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq apardığı təhlilin nəticələri kimi aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət və ya digər qeyri-qanuni əməl törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “Insan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramovun və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). ... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək məhkumları həmin cinayətin törədilməsində təqsirli bilmiş, əməllərinin cinayət olmasını aradan qaldıran halların, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslərin əməlləri düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməllərin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Kassasiya şikayətində zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə tərəfindən mülki iddianın qismən təmin edilməsini mübahisələndirmiş, məhkəmənin mülki iddianın həll edilməsi məsələsinə laqeyd yanaşmasını və yanlış normaları tətbiq etməsini əsas gətirərək iş üzrə verilmiş mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mülki iddianın qismən təmin edilməsinə və apellyasiya məhkəməsinin həmin hökmün qüvvədə saxlamasına dair nəticəsi qanuni və əsaslı nəticə hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 72-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatında mülki cavabdehlə mülki iddiaçının əksər prosessual hüquq və vəzifələri eynidir, çünki onlar çəkişmə prinsipi əsasında həyata keçirilən cinayət mühakimə icraatının iki, bərabər hüquqlu tərəfləridir. Cinayət-prosessual qanunvericiliyin çəkişmə prinsipinə əsaslanması tərəflərin hüquq bərabərliyini təmin edən balansın bütün normalarda, xüsusilə də, cinayət prosesinin ayrıayrı tərəflərindən çıxış edən və müdafiə etdikləri maraqlara görə qarşı-qarşıya duran subyektlərin hüquq və vəzifələrini müəyyən edən normalarda ciddi şəkildə gözlənilməsini tələb edir ki, mülki iddiaçı və mülki cavabdehin də hüquq və vəzifələrini müəyyən edən cinayət-prosessual normalar bu qaydadan istisna deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə Kollegiyası təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianın baxılmamış saxlanılması və onun mülki mühakimə icraatı qaydasında həll edilməsi nəticəsinə gələrkən təqsirləndirilən şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayət əməllərinin törədilməsi nəticəsində özünün deyil məhz üçüncü şəxslərin qanunsuz üstüngül (qanunsuz maddi gəlir) əldə etmələrini, həmin halların dəqiqləşdirilməsi üçün zəruri əlavə araşdırmanın aparılmasının məhkəmə baxışının həddən artıq uzadılması ilə nəticələnə biləcəyini nəzərə alır. Kassasiya şikayətinin mülki iddianın tam təmin edilməsinə dair hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, **CJ*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı minik avtomobili ## #### 2022-ci il tarixdə Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinin Qeydiyyat Imtahan Idarəsində BA192784 qeydiyyat şəhadətnaməsi və **-ZU-*** dövlət qeydiyyat nişanlı ilə şahid5 adına rəsmiləşdirilmiş, həmin avtomobil üzərində sərəncam vermək hüququ barədə məhkum2 notarial etibarnamə verilmiş, məhkum2 tərəfindən isə həmin avtomobilin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan müştəri şahid1 nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verməklə 12000 manata satılmış, şahid1 tərəfindən isə ## ###### 2022-ci il tarixdə Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinin Qeydiyyat Imtahan Idarəsində avtomobilin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan digər müştəri şahid9 ilə alqı-satqı müqaviləsi bağlanmaqla satılmış, avtomobilin dövlət qeydiyyat nişanı **CJ***, qeydiyyat şəhadətnaməsi nömrəsi isə BA230185 olaraq dəyişdirilmişdir. Birinci instansiya və apellyasiya məhkəmələri hesab etmişdir ki, **CJ*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı minik avtomobili əldə edən zaman şahid9 həmin avtomobilin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olduğundan və həmin avtomobilə münasibətdə vicdanlı əldə edən olduğundan **CJ*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı minik avtomobili üzərinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilməli, həmin nəqliyyat vasitəsi şahid9 qaytarılmalıdır. Qeyd edilən nəqliyyat vasitəsi şahid5 adına rəsmiləşdirilsə də, həmin nəqliyyat vasitəsinin faktiki sahibi zərərçəkmiş şəxs1 olmuş, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs1 avtomobilin qaytarılması barədə deyil, həmin avtomobilin dəyərinin ödənilməsi barədə mülki iddia vermiş və onun mülki iddiası həmin hissədə təmin edilərək avtomobilin dəyəri olan 12000 manat təqsirləndirilən şəxs, mülki cavabdeh məhkum2 tutularaq zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən də **CJ*** dövlət qeydiyyat nişanlı "Toyoto-Prius" markalı minik avtomobili üzərinə qoyulmuş həbs götürülərək vicdanlı əldə edən şahid9 qaytarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aşağı instansiya məhkəmələrinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsi və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işin müəyyən edilmiş faktiki hallarının cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeləri və Ali Məhkəmənin Plenmunun tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən heç bir qanun pozuntusuna yol verməmiş, birinci instansiya məhkəməsi kimi, qəbul etdiyi yekun məhkəmə aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və buna görə kassasiya şikayətinin dəlillərinin əksinə olaraq kassasiya qaydasında mübahihəsələndirilən qərarın ləğv edilməsini şərtləndirən CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halın olmasını müəyyən etmir. Bu baxımdan məhkəmə kollegiyası zərərçəkmiş şəxsin- mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinin bütün dəlillərini qəbul edilməz sayıb apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməməsini qeyd edərək, hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, məhkum2 və məhkum1 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2025-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QǝƏǝRǝAǝRǝAǝǝǝǝAǝLǝDǝİ: Kassasiya şikayəti təmin edilməsin. məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə, məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 nümayəndəsi müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2758/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2758/2025
30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver