Məhkəmə qərarları › İş №1(102)-276/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-276/2019

17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-276/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Zərərçəkmiş şəxs, hissəvi bəraət almış və cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hokmu ilə (sədrlik edən hakim Z.M.Əliyev) Məhkum (xx xx xx 1979-cu ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Cəbrayıl Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, CM-in 67.1, 69.3-cü maddələrinə əsasən qəti ol araq 3 il 8 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 21 aprel 2016-cı ıl tarixli qərarı ilə 2 ay 26 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan3ndə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə (Zərərçəkmiş şəxs sol dirsək sinirinin, 4-5-ci barmaqlarının açıcı vətərlərinin zədələnməsi ilə müşayiət olunan sol saidin aşağı 1/3-nin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma ilə bağlı xəsarətlərin yetirilməsi ilə bağlı hissədə) bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin, Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qərarı ilə Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-cı maddəsi ilə olan cinayət təqibinə zərərçəkmiş şəxslə barışmasına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim R.M.Cəfərov, hakimlər Ə.Ə.Novruzov və E.Ə.Camalovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 127.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü və Məhkum zərçəkmiş şəxslə barışığın əldə olunmasına görə Cinayət Məcəll əsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair həmin tarixli qərarı ləğv edilmiş, Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlinin hüquqi tövsifi həmin maddədən Cinayət Məcəlləsinin 128-ci maddəsinə dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin Zərərçəkmiş şəxs ilə barışdığına görə cinayət məsuliyyətindən azad edilmiş və bu hissədə cinayət təqibinə xitam verilmişdir. Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 18 sentyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verilmişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən Məhkum xx xx xx 2016-cı ıl tarixdə saat 00:05 radələrində yaşadığı ünvan4in həyətində tanışı Zərərçəkmiş şəxs qızı XXX35nı incitməsini ona irad tutduğu üçün bır qədər mübahisə etdikdən sonra onunla birlikdə ictimai yer hesab edilən ünvan5nə çıxaraq həmin küçədə əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisəsini davam etdirərək dalaşmış, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqundə qoyaraq açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə digər şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib özü ilə gətirdiyi istintaqa məlum olmayan bıçağı silah qismində tətbiq edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona sol saıdin aşağı 1/3 hissəsinin kəsilmiş yarası, sol dirsək sinirinin zədələnməsi və 4-5-ci barmaqlarının açıcı vətərlərinin kəsilməsi, sol üzün kəsilmiş yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vuraraq vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum xuliqanlıq cinayətini törətməsinin sübuta yetirilməməsi, eyni zamanda onun Z ərərçəkmiş şəxs sağlamlığına az ağır deyil, yüngül zərər vurması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, o cümlədən məhkəmə müstəsna olaraq təqsirləndirilən şəxs Məhkum məhkəmədə verdiyi özünümüdafiə xarakterli ifadəsindən çıxış edib, ibtidai istintaq zamanı toplanmış sübutları nəzərə almaqdan imtina etmiş, nəticədə həmin sübutlar Məhkum təqsirliliyini kifayət qədər təsdiq etdiyi halda, əsassız olaraq Məhkum ittihamın Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan hissəsi üzrə bəraət verib, onun digər əməlinin hüquqi tövsifini düzgün olmaya raq Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən (qəsdən sağlamlığa az ağır zərər vurmadan) CM-in 128-ci maddəsinə (qəsdən sağlamlığa yngül zərər vurmaya) tövsif etmiş, müvafiq olaraq da qanunsuz olaraq cinayət işi üzrə icraata CM-in 128-ci maddəsi ilə - zərərçəkmiş şəxslə barışığın əldə olunmasına görə xitam vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.3 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiya sı məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, eləcə də düzgün olmayaraq Məhkum törətdiyi zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurma cinayətinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 127.1-c i maddəsindən CM-in 128-ci maddəsinə dəyişdirdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.3 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyə tinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şübhəli və ya təqsirləndirilən şəxsin təqsirliliyi nin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayəti törətməsi, yəni hadisənin ictimai yerdə - Məhkum yaşadığı fərdi evin yerləşdiyi küçədə baş verməsi, Məhkum hərəkətləri ilə ictimai qaydanın kobud şəkildə pozulması, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətlərinin xuliqanlıq motivi ilə şərtləndirilməsi, eləcə də Məhkum zərərçəkmiş şəxsə qəsdən məhz sağlamlığa az ağır zərər vuran xəsarət yetirməsi sübuta yetirilməmişdir. Əksinə, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, hadisə Məhkum yaşadığı fərdi evin həyətində zərərçəkmiş şəxsin etdiyi qanunsuz hərəkətlərin təsirindən, yəni şəxsi münasibətlər zəminində ba ş vermiş və bu hadisənin gedişində Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Apellyasiya məhkəməsi öz qənaətini birinci instansiya məhkəməsində və bilavasitə apellyasiya baxışında araşdırılmış sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs gecə vaxtı sərxoş halda Məhkum yaşadığı evin həyətinə gəlib qızı XXX35nı incitməsini güman etdiyi üçün orada Məhkum döyməsi barədə Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Məhkum, şahidlər X4, X5, X2 və digər şəxslərin ifadələri ilə əsaslandırmışdır. Eyni zamanda, apellyasiya məhkəməsi sübutlara, o cümlədən Zərərçəkmiş şəxs ifadəsinə əsasən müəyyən etmişdir ki, Məhkum evin həyətindən götürdüyü dəmir alətlə Zərərçəkmiş şəxs müstəsna olaraq üzünün sol yarısına xəsarət yetirmiş, digər - bıçaqla yetirilən xəsarətləri isə ona küç ədə digər şəxs yetirmişdir. Məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2017-ci il tarixli t 405/2017 saylı rəyinə görə zərərçəkmiş Zərərçəkmiş şəxs üzünün sol yarısında müəyyən edilmiş həmin yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. İttiham tərəfi birinci və apellyasiya instansiyası məhkəmələrində adları çəkilən şəxslərin ifadələrini və apellyasiya məhkəməsinin əsaslandığı digər sübutları təkzib edən, beləliklə də Məhkum xuliqanlıq etməsini və Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyinin, eləcə də zərərçəkmiş şəxsin sağlaml ığına vurduğu zərərin az ağır olmasının sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum, zərərçəkmiş Zərərçəkmiş şəxs və adları yuxarıda çəkilən digər şəxslərin ifadələrində verdikləri məlumatların həqiqiliyi kifayət qədər təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verib, onun qəsdən Zərərçəkmiş şəxs sağlamlığına zərər vurma əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən 128-ci maddəsinə dəyişməsi cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Eyni zamanda, apellyasiya məhkəməsinin ittihamın Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan hissəsi üzrə gəldiyi nəticə xuliqanlıq cinayətinin əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyası, bu cin ayətin təfsirinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin hüquqi mövqeləri ilə də uzlaşır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanı n kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3- cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin istər ittihamın Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, istərsə də 127.1-ci maddəsi ilə olan hissəsi üzrə düzgün nəticəyə gəlməsi (CMin 221.3-cü maddəsi ilə bəraət verib Məhkum əməini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif etməsi) məhkəmənin zərərçəkmişlə barışığa görə Məhkum cinayət məsuliyyətindən azad etməsinin və bu hissədə cinayət təqibinə xitam verməsinin də düzgün nəticə olduğunu göstərir. Lakin, apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad etdiyi halda, bununla bir araya sığmayan Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi haqqında müddəanı hökmün nəticə hissəsinə daxil etmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair hissəvi bəraət almış (barəsində cinayət təqibinə xitam verilmiş) Məhkum və Zərərçəkmiş şəxs çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkəmə baxışı nəticəsində kassasiya protestində qeyd olunan CPM-in 416-cı maddəsinin təsbit etdiyi pozuntular müəyyən olunmadığından, həmin protest təmin edilməməli, lakin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 sentyabr 2018-ci il tarixli hökmü Məhkum Cinayət Məcəlləsininin 128-ci maddəsi ilə təqsirli bilinməs i hissəsində dəyişdirilməli, həmin müddəa hökmdən xaric edilməli, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmalıdır (apellyasiya instansiyası məhkəməsinin məhkəmə baxışı nəticəsində hökmlə yanaşı cinayət təqibinə ittihamın müəyyən hissəsi üzrə xitam verilməsi haqqında qərarın çıxarılmasının yolverilməz olması, bu iki məsələnin vahid hökmdə həll edilməsi barədə mülahizələri məhkəmə hökmünün məzmununa dair cinayət-prosessual qanunun 353-cü maddəsinin tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 1996-cı il 27 dekabr tarixli qərarının müddəaları ilə uzlaşmasa da, məhkəmə kollegiyası razılaşmadığı, lakin formal qüsur hesab etdiyi bu yanaşmaya (cinayət-prosessual xarakterli pozuntulara) görə mahiyyətcə düzgün olan hökmün ləğv edilməsini məqsədəmüvafi q hesab etmir). Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəa hökmdən xaric edilsin, qalan hisssədə hökm dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar