Məhkəmə qərarları › İş №1(102)-276/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-276/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-276/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Bəraət almış şəxsin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 1 80.2.1 və 180.2.3-cü maddələri ilə bəraət almış X26 barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim C.F.İmanov) xx xxxx 1981-ci il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ş.Hüseynov, hakimlər A.A.Mahmudov və V.İ.Məlikovdan ibarət məhkəmə tərkibdə) apellyasiya protesti təmin edilməmiş, X30 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1 və 180.2.3- cü maddələri ilə bəraət verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya prote sti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Bəraət almış şəxs qohumu X1 və X2 ilə birlikdə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib xx.xx.2017-ci il tarixdə saat 14:00 radələrindən 15:00 radələrinədək olan müddət ərzində X3ün yaşadığı, Şəki rayonu, Cəfərabad kəndində yerləşən yaşayış evinə qanunsuz daxil olaraq saxlanc yerindən 300 manat dəyərində bir ədəd mis materialından olan böyük qazanı, 300 manat dəyərində mis materialından olan qulplu qazanı, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində iki ədəd kiçik qazanı, hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində iki ədəd tiyan qazanı, 50 manat dəyərində bir ədəd kiçik tiyan qazanı, 120 manat dəyərində mis materialından olan aşsüzən qazanı, 50 manat dəyərində mis materialından olan abgərdəni, bir metri 1 manat 20 qəpik olan 300 manat dəyərində 250 metrlik elektrik kabelini, 100 manat dəyərində mis materialından olan 40 litrlik su qabını, 180 manat dəyərində mis materialından olan od samovarını, 100 manat dəyərində mis materialından olan elektrik samovarını, 1 ədədi 2 manat olan cəmi 4 manat dəyərində 2 ədəd taxta qutulara yığılmış içərisində, 1 ədədi 60 manat olan cəmi 120 manat dəyərində 2 ədəd billur meyvə qabını, 1 ədədi 30 manat olan cəmi 180 manat dəyərində 6 ədəd billur bardağı,1 ədədi 40 manat olan cəmi 160 manat dəyərində 4 əd əd billur qənd qabını, 1 ədədi 40 manat olan cəmi 160 manat dəyərində 4 ədəd billur mürəbbə qabını, 1 ədədi 20 manat olan cəmi 40 manat dəyərində 2 ədəd billur kül qabını, 1 ədədi 20 manat olan cəmi 120 manat dəyərində 6 ədəd billur mürəbbə paylayan qabını, 1 ədədi 8 manat olan cəmi 16 manat dəyərində 2 ədəd billur salfetka qabını, “ZİL” markalı avtomobilə məxsus olan 100 manat dəyərində 1 ədəd kompressoru, 50 manat dəyərində 1 ədəd ponpanı, qiyməti 50 manat olan 1 ədəd starteri, qiyməti 30 manat olan 1 cüt kristavinanı, hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 20 manat olan 2 ədəd iri bıçağı, hər birinin qiyməti 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd bıçağı, 1 ədəd 10 manat dəyərində baltanı, 1 ədədi 10 manat olan dəhrəni və 60 manat dəyərində yorğanı X1ə məxsus safari rəngli, Vaz-2106 markalı sonuncu rəqəmi 381 olan avtomobilə yükləyib gizli yolla talayaraq yaşayış evinin həyətyanı sahəsindən çıxarkən ev sahibi X3ün qonşuları X4 və X5 ilə qarşılaşmış, sonuncular onların bu cinayəti törətməsini gördüyünü dərk etdikdən sonra gizli oğurluq kimi başladıqları hərəkətlərinin aşkar xarakter aldığını dərk edərək əmlakı əldə saxlamaq üçün öz qanunazidd hərəkətlərini davam etdirib X1in idarə etdiyi avtomobilə əyləşərək hadisə yerindən qaçmaqla X3ün 2880 manat məbləğində əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətmişdir. Bundan başqa ittiham aktında göstərilmişdir ki, o təkrarən oğurluq, yəni qohumu X1 ilə birlikdə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə g irib xx.xx.2017-ci il tarixdə saat 15:00 radələrindən saat 17:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvana qanunsuz daxil olaraq yataq otağının pəncərəsinin şüşəsini sındırmaqla yataq otağından saxlanc yerində iki ədəd ümumilikdə 2,750 (iki min yeddi yüz əlli) manat dəyərində qızıl kişi üzüyü, 1500 (min beş yüz) manat dəyərində brilliant qaşlı sırğa və üzük komplekti, bir ədəd 1500 (min beş yüz) manat dəyərində 35 qramlıq qızıl boyunbağı, bir ədəd 1000 (min) manat dəyərində 25 qramlıq qızıl boyunbağı, bir ədəd 1000 (min) manat dəyərində olan tək brilliant qaşlı üzük və sırğa dəsti, 100 (yüz) manat dəyərində bijuteriya və bir ədəd 500 (beş yüz) manat dəyərində rus qızılından hazırlanmış sadə qızıl üzük olan 100 (yüz) manat dəyərində mexaniki tikiş maşınını və hər birinin qiyməti 50 manat olmaqla ümumi dəyəri 100 manat olan iki ədəd yorğanı gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 8550 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İbtidai istintaq orqanının gəldiyi nəticədən fərqli olaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışma təyin ed ilməlidir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə: Bəraət almış şəxs istinad edilən cinayət əməllərinin onun tərəfindən törədilibtörədilməməsi məsələsi ibtidai istintaq zamanı kifayət qədər ətraflı araşdırılmamış, onun həmin cinayət hadisələrində iştirakı birbaşa və yanakı sübutlarla, həmçinin işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə müəyyən olunub əsaslandırılmamışdır. İş materiallarından göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamlar əsasən onların etiraflarına əsaslanmışdır ki, məhkəmə araşdırılması zamanı onlar ibtidai istintaqa verdikləri ifadələrini təkzib edərək, həmin ifadələrin psixi təzyiq və fiziki zor təsiri altında alındığını bildirmişlər. Şahid qismində dindirilən X6 ifadəsindən müə yyən olunur ki, 2017-ci ilin noyabr ayında Bəraət almış şəxs və X1dən əlvan metal almışdır, lakin uzun müddət keçdiyindən bunun müqabilində nə qədər pul verdiyini xatırlamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən verdiyi ifadəsində isə X6 cinayət işinində olan ifadəsinin onun tərəfindən yazılmadığını, həmin əl yazmanın onun iş yerinə gəlmiş polis əməkdaşlarından biri tərəfindən yazıldığını göstərmiş, həmçinin qeyd etmişdir ki, onun adından yazılan ifadədə onun fikirləri təhrif olunmuşdur. Əslində o, polislərə bildirmişdir ki, Bəraət almış şəxs, X1 və X2dən heç vaxt hər hansı əlvan və ya tullantı metal, qazan, kabel və digər metal əşyalar almamışdır. Tikiş maşını Zərərçəkmiş şəxs1 tanınma üçün təqdim edilərkən aparılan tanınmanın da prosessual qaydaları pozulmuşdur. B elə ki, cinayət işinin materiallarında olan fotoşəkillərdən görünür ki, tanınmalı olan tikiş maşını eyni növdən olan tikiş maşınları arasında tanıyan şəxsə təqdim edilməli olduğu halda, müstəntiq tərəfindən tanınmaya təqdim edilən tikiş maşınları tanınmalı olan tikiş maşınından xarici görünüşlərinə görə fərqlənir. Beləliklə, müstəntiq tərəfindən tanıyan şəxsə tanınmalı olan tikiş maşını eyni növdən olan tikiş maşınları arasında təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli iclasında da Zərərçəkmiş şəxs1 tanınma üçün ona təqdim edilən beş tikiş maşını arasından evlərindən oğurlanan, maddi sübut hesab edilən tikiş maşınını müəyyən edərək tanımamışdır. Həmçinin, həmin məhkəmə iclasında tikiş maşınını X7 də xarici görünüşünə əsasən tanımamış və yalnız arxa hi ssəsində yazılmış “Ə” hərfinə görə tanıya biləcəyini bildirmişdir. X8 evindən aşkar olunan tikiş maşını zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən ibtidai istintaq və məhkəmə istintaqı zamanı tanınmamışdır ki, bu da aşkar olunan tikiş maşını ilə oğurlanan tikiş maşınının eyni olmasına əsaslı şübhələr yaradır. Zərərçəkmiş şəxs1 evindən oğurlanmış tikiş maşınını X1in həyat yoldaşı X9 X10a satmış və ibtidai istintaq gedişində aparılan axtarış zamanı tikiş maşını X8in evindən aşkar olunmuşdur. Qeyd olunan xüsusatlarla bağlı məhkəmədə şahid qismində dindirilən X9 və X10 bildirmişlər ki, onların savadsızlığından istifadə edərək müstəntiq onların izahatlarını təhrif etmişdir. Belə ki, X9un deməsinə görə, onun ifadəsini kompüterdə müstəntiq yazmış və ona oxumadan imzalatdırmışdır. Bununla yan aşı bildirmişdir ki, müstəntiqin yazdığı ifadəsində göstərildiyi kimi Təhminəyə tikiş maşınını 2017-ci ilin dekabr ayının ortalarında deyil, təxminən səkkiz il əvvəl satmışdır. X10 da bildirmişdir ki, izahatını əl yazması ilə müstəntiq yazmış və oxumadan ona imzalatdırmışdır. Həmçinin X10 da bildirmişdir ki, ibtidai istintaq zamanı müstəntiq onu aldadaraq, guya X9un satdığı tikiş maşınını 2017-ci ilin dekabr ayının ortalarında alması ilə bağlı izahat almışdır. Halbuki, həmin tikiş maşınını X9 ona təxminən 8 il bundan əvvəl satmışdır. Məhkəmə istintaqında müstəntiq bildirmişdir ki, X9 və X10 yazmağı və oxumağı bacarmadıqlarına görə X9un ifadəsini kompüterdə, X10un ifadəsini isə əlyazısı ilə özü yazmış və onlar tərəfindən imzalanmışdır. Məhkəmənin gəldiyi qənaətə görə cinayət işi üzrə təqs irləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamlar əsasən özünün etiraflarına əsaslanmışdır ki, məhkəmə araşdırılması zamanı Bəraət almış şəxs ibtidai istintaqa verdiyi ifadələrini təkzib edərək, həmin ifadələrin psixi təzyiq və fiziki zor təsiri altında alındığını bildirmişdir. Lakin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsə hər hansı psixi təzyiq və fiziki zor təsiri olması öz təsdiqini tapmamış, ona verilmiş ittihamlar təkcə etirafedici ifadələri ilə deyil, yuxarıda sadalanan sübutların məcmusuna istinad olunmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr özünü müdafiə xarakterli olmaqla digər iş materialları ilə tam təkzib olunmasına baxmayaraq, məhkəmələr həmin ifadələrə istinad etməklə bəraət hökmü çıxarmışdır ki, bu da tam qanuns uz və əsassız olmuşdur. Eləcə də, şahid X6 məhkəmədə verdiyi ifadəsi təqsirləndirilən şəxslərin müdafiəsinə yönəlməsinə baxmayaraq, məhkəmə həmin şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini hansı səbəbdən sübut kimi qəbul etməməsini hökmdə əsaslandırmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı maddi sübut olan tikiş maşını cinayət prosessual qanunvericliyin tələblərinə uyğun olaraq tanınmaya təqdim edilməmişdir. Belə ki, X7 qaynanası vəfat etməmişdən əvvəl qələm ilə tikiş maşının altına öz adının baş hərfi olan “Ə” hərfini (Əntiqə) yazmasını” bildirsə də, həmin əlamət üzrə tanınma aparılmamış, yalnız tikiş maşının xarici görkəmi üzrə tanınma aparılmışdır. Belə olan halda həmin tikiş maşının X7 tərəfindən tanınması mümkün deyildir. X7 məhkəmə istintaqı zama nı bildirmişdir ki, yalnız tikiş maşının arxa hissəsində yazılmış “Ə” hərfinə görə tanıya biləcəyini bildirmişdir. Məhkəmədə tikiş maşının altına X7 tərəfindən baxılmadan onun sonuncu tərəfindən tanınmamasmın qəbul edilməsi də anlaşılan deyildir. Maddi sübut olan tikiş maşını ilə bağlı məhkəmə istintaqında şahid qismində dindirilən X9 və X10 ifadələri də təqsirləndirilən şəxsləri müdafiə xarakterli olmuşdur ki, X9 X2in bacısı, X1in həyat yoldaşı, X10 isə X1in əmisioğlu X8in həyat yoldaşı olduğundan həmin şəxslərin təqsirləndirilən şəxslərin xeyrinə ifadə verməsi təbiidir. X9 və X10 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri işin hallarına daha çox uyğun olmasına baxmayaraq məhkəmə həmin ifadələri sübut kimi qəbul etməməsini də əsaslandırmamış, X9 və X10 ibtidai istintaq zamanı verm iş olduqları ifadələrini oxumadan imza etmələrini bildirmələri ilə kifayətlənmişdir. Eləcə də qeyd olunmalıdır ki, X8in evindən aşkar olunan tikiş maşını ilə oğurlanan tikiş maşınının altında eyni xüsusi əlamətin olması, yəni «Ə» hərfinin yazılması həmin tikiş maşının oğurlanan tikiş maşını olmasını tam təsdiq etməsinə baxmayaraq bu hal məhkəmənin «diqqətindən yayınmış», məhkəmə xəmin xüsusata hər hansı hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmənin X3ün evindən oğurlanan əşyalar avtomobillə daşınmasının mümkün olmaması qənaətinə haradan gəlməsini (hər hansı istintaq eksperimenti keçirilmədən və s.) müəyyən etmək mümkün deyildir. Bu qənaətə gələrkən də, məhkəmə öz əsası olmayan mülahizələrinə əsaslanmışdır. Həmçinin, təqsirləndirilən şəxslərin əvvəllər oğurluq və digər cinayətlərə məh kum olunmasını nəzərə alaraq hadisə baş verən vaxtı həmin şəxslərin üzərində mobil telefon gəzdirməməsi və yaxud telefonun aktiv olmaması da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllə sinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməs inin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddəalarını pozmaqla Bəraət almış şəxsin təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177. 2.3, 177.2.4, 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət verdiyini və həmin hökmün apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız və qanunsuz olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciə tlə əlaqədar cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almış şəxsin apellyasiya protestinin təmin olunmaması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin bəraət hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlə ndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş) X43 təqsirliliyinin sübuta yetirilməməsi üçün kifayət etmir. İş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünü r ki, ibtidai istintaq orqanı tərəfindən Bəraət almış şəxsə irəli sürülmüş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təkzib olunmuş, birinci instansiya məhkəməsi tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması bəraət hökmündə göstərilmişdir. Apellyasiya məhkəməsi də qismən məhkəmə istintaqı aparmaqla haqlı olaraq birinci instansiya məhkəməsinin şəxsin təqsirliliyinin sübuta yetirilməməsinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya protestində Bəraət almış şəxsin tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla soyğunçuluq və təkrarən qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətməsinin sübutların məcmusu ilə tam təsdiq olunduğu, lakin məhkəmələr tərəfindən Bəraət almış şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi göstərilmişdir. Lakin ittiham tərəfi məhkəmələrin gəldiyi nəticəni sübutların yoxlanılması (CPM, maddə 144), qiymətləndirilməsi (CPM, maddə 145), kifayətedənliyi (CPM, maddə 146) barədə qaydalarının pozulması ilə əlaqələndirilsə də, bu qaydaların pozulmasının konkret nədə ifadə olduğunu, nə kimi hallardan həmin qaydaların pozulması haqqında nəticə çıxardığını şikayətində göstərilməmişdir. Bundan əlavə Kassasiya protestində göstərilmiş bir çöx dəlillər apellyasiya prostestində də öz əksini tapmış, apellyasiya məhkəməsi protestin dəlillərinə münasibət bildirərək onlarla razılaşmamasının səbəblərini ətraflı şəkildə aşağıdakı şəkildə göstərmişdir: “...Apellyasiya məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 177.2.1, 177.2.2. 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək birinci instansiya məhkəməsinin iclasında vermiş olduğu ifadəsinə uyğun eyni məzmunlu ifadə verib, qeyd etdiklərini nəzərə alaraq apellyasiya protestinin əsassız olduğu üçün təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Birinci instansiya məhkəməsinin Zərərçəkmiş şəxs1 tanınma üçün ona təqdim edilən “4" şərti işarəsi ilə işarələnmiş tikiş maşını eyni növdən olan 5 tikiş maşınları arasından evlərindən oğurlanan maddi sübut hesab edilən tikiş maşınını müəyyən edərək tanımamışdır. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi həmçinin həyat yoldaşı X7 də prokurorun vəsatəti ilə tanınma üçün ona təqdim edilən 6 tikiş maşını arasından evlərindən oğurlanan tikiş maşınını müəyyən edərək tanıya bilməmişdir. Əvvəlki məhkəmə iclasında X7 həmin tikiş maşını ilə həmişə o tikiş tikməklə işlədiyini, buna görə də tikiş maşınının əlamətlərini bildiyini və tanıya biləcəyini, belə ki, qaynanası vəfat etməmişdən əvvəl qələm (ruçka) ilə tikiş maşının altına öz adının baş hərfi olan “Ə" hərfini (Əntiqə) yazmasını bildirsə də, xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında tanınma üçün ona təqdim edilən 6 tikiş maşını arasından evlərindən oğurlanan tikiş maşınının qeyd edilən spesfik əlamətini göstərməmiş və onu tanıya bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında “4“ şərti işarəsi ilə işarələnmiş tikiş maşını eyni növdən olan 5 tikiş maşınları arasında şahid X10 təqdim edilmiş lakin o, təqdim edilən 6 tikiş maşını arasından evlərindən maddi sübut kimi götürülən tikiş maşınını müəyyən edərək tanıya bilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli ekspert rəyindən görünur ki, xx.xx.2017-ci il tarixdə ünvan 5 ünvanında Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurl uq faktı 07 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 07 ədəd əl barmaq izlərindən 03 ədədi xx.xx.1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş X11in sağ əlinin böyük, şəhadət, orta barmaqlarının, 02 ədədi xx.xx.1954-cü il tarixdə Şəki şəhərində anadan olmuş Zərərçəkmiş şəxs1 sağ əlinin böyük və şəhadət barmaqlarının digər 02 ədədi isə xx.xx.1960-cı il tarixdə Şəki şəhərində anadan olmuş X7 əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2018-ci il tarixli “Baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, maddi sübut hesab edilən mexaniki tikiş maşını sübuti əhəmiyyət daşıdığı üçün X8 Bərdə şəhərində yaşadığı evdən götürülmüşdür. Lakinhəmin mexaniki ti kiş maşını qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübut kimi tanınmamış və qablaşdırılaraq götürülməmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2018-ci il tarixli Baxış keçirilməsi haqqında Protokoldan görünür ki, X3ün Şəki rayonu Cəfərabad kəndindəki evindən oğurluq edilməsində predmet kimi istifadə edilə bilən ***-DO-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 avtomobilinə baxış keçirilmişdir. Həmin avtomobilə nəzər saldıqda müəyyən olunur ki, onun banında baqajı yoxdur. Həmçinin onun arxa baqaj hissəsinə hər hansı qazan və ya digər əşya qoyulması mümkün deyildir. İş materiallarına əlavə edilmiş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında" xx xxxxxx 2018-ci il tarixdə tərtib olunmuş protokoldan görünür ki, məhkəmə istintaqı zamanı X8 yaşadığı evdən aşkar olunaraq götürülmüş mexanik i tikiş maşım Zərərçəkmiş şəxs1na tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 3 nömrəsi ilə nömrələnmiş mexaniki tikiş maşınını göstərərək evindən oğurlanmış içərisində qızıl-ziynət əşyalarının olduğu mexaniki tikiş maşının həmin əşya olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş “CD” diskdən görünür ki, Zərərçəkmiş şəxs1 və həyat yoldaşı X7 xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında tanınma üçün ona təqdim edilən 6 tikiş maşını arasından evlərindən oğurlanan tikiş maşınını müəyyən edərək tanıya bilməmişdir. Əvvəlki məhkəmə iclasında X7 həmin tikiş maşını ilə həmişə o tikiş tikməklə işlədiyini, buna görə də tikiş maşınının əlamətlərini bildiyini və tanıya biləcəyini, belə ki, qaynanası vəfat etməmişdən əvvəl qələm (ruçka) ilə tikiş maşının altına öz adının baş hərf i olan “Ə” hərfini (Əntiqə) yazmasını bildirsə də xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında tanınma üçün ona təqdim edilən 6 tikiş maşını arasından evlərindən oğurlanan tikiş maşınının qeyd edilən spesfik əlaməti göstərməmiş və onu tanıya bilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Penitensiar Müəssisənin xx.xx.2019-cu il cavab məktubundan bildirilmişdir ki, Şəki PM-nin İstintaq təcridxanası 3cü korpus 14-cü kamerasında saxlanılan, 1981-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.4. 180.2.1 və 180.2.3 maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimakan tədbiri seçilmiş Bəraət almış şəxs müəssisədə saxlandığı müddət ərzində özünü asmağa simulasiya etmişdir. Belə ki, həbs edilmiş şəxs barəsində aparılan məhkəmə baxışına etiraz əlaməti ol araq özünü asaraq intihar etmək istəməsi barədə saxlandığı kamerada xidmətdə olan əməkdaşların ayıq sayıqlığı gücləndirilmişdir. Bununla əlaqədar həbs edilmiş şəxs bildirmişdir ki, barəsində olan cinayət işinin qeyri-obyektiv və qərəzli aparılması ona psixi təsir göstərir. Müəssisə rəhbərliyinin həbs edilmiş şəxs ilə apardığı profilaktiki və fərdi tərbiyəvi söhbətlər nəticəsində fikrindən daşınmışdır. Cinayət işinin materiallarını öyrəndikdə müəyyən olunur ki, ibtidai araşdırma dövründə ibtidai istintaq orqanı kobud pozuntulara yol vermişdir ki, bu halların vurğulanmasını və hüquqi qiymət verilməsini məhkəmə zəruri hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs istintaq zamanı elan olunmuş ittiham yalnız Bəraət almış şəxs və X2nin etiraf ifadələrinə əsaslanmışdır. Yə ni, ibtidai istintaq zamanı Bəraət almış şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2,4-cü maddələri ilə onə görə təqsirli hesab edilərək yekunlaşmış hesab edilmişdir ki, Bəraət almış şəxs, X1 və X2 Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə özlərini təqsirli hesab edərək törətmiş olduqları cinayət əməlini etiraf etmişlər. Bəraət almış şəxs qeyd edilən cinayət əməlini törətməsi ibtidai istintaq zamanı digər birbaşa və yanakı sübutlarla, həmçinin işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunaraq əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsində göstərilir ki, şəxsin cinayət tör ətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttiham aktından görünür ki, cinayət işi üzrə məhkəmə iclasına 4 dörd şahidin çağırılması nəzərdə tutulmuşdur. Həmin şahidlərdən ikisi -X1 və X2 digər cinayət işi üzrə təqsirləndirilən şəxslərdir. Belə ki xx xxxxxx 2018-ci il tarixdə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2. 177.2.3 və 177.2.4-cü və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3 və 234.1 -ci maddələri ilə təqsiriəndirilmələrınə dair ********* №-li cinayət işinin materiallarından X1 barəsində Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri və X2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri təqsirləndirilmələrinə dair ayrıca cinayət işi ayrılaraq icraata götürülmüşdür. Yəni, qeyd edilən cinayət işi üzrə Bəraət almış şəxs və X1 ikinci epizod üzrə (Zərərçəkmiş şəxs1 evindən edilən talama cinayəti) və hər ikisi X2 ilə birlikdə birinci epizod üzrə (X3ün evindən edilən talama cinayəti) təqsirləndirilən şəxslərdirlər. Digər iki şahid isə X4 və X5. Həm Bəraət almış şəxs, həm də şahidlər X1 və X2 ibtidai istintaq zamanı qeyd edilən cinayət əməllərini etiraf etmələri barədə ifadələr versələr də, məhkəmə baxış iclaslarında dindirilərkən hər üçü həmin ifadələrin Şəki ŞRPŞ-də onları döyməklə, müxtəlif fiziki və psixi təsir etməklə, hə tta işgəncə verilməklə alındıqlarını bildirmişlər. Yəni, hər üç təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduqları etirəfedici ifadələrini təkzib etmişlər. Əgər qeyd edilən cinayət barəsində həmin şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları etirafedici ifadələrini qəbul etməmiş olsaq, hazırkı cinayət işi üzrə ittihamı sübuta yetirə biləcək elə də mötəbər sübut mövcud olmur. Həmçinin, zərərçəkmiş X3ün evindən edilən talama cinayəti üzrə dindirilmiş şahidlər X4 və X5 məhkəmə iclasında vermiş olduqları ifadələrində X3ün evindən talamanın edilməsi hadisəsinin olduğunu bildirsələr də, həmin hadisənin kimiər tərəfindən edilməsini görmədiklərini bildirmişlər. Hətta, birinci instansiya məhkəməsinin iclasında ibtidai istintaq zamanı qeyd edilən şəxslərin onla ra təqdim edildiyini, lakin tanımadıqlarını göstərmişlər. Hər ikisi bildirmişlər ki, hadisə baş verən gün hava dumanlı və çiskinli olmuş, həmçinin şəxslər avtomobillə onların yanından ötüb keçəndə başlarını əyinlərindəki pencək və ya gödəkçə ilə örtmüş olmuşlar. Deməli, şahidlər X4 və X5 qeyd edilən epizod üzrə cinayətin kim tərəfindən törədilməsini, yəni, konkret olaraq Bəraət almış şəxs tərəfindən törədilməsini görməmişlər, ikinci epizod yəni Zərərçəkmiş şəxs1 evindən edilən oğurluq hadisəsi üzrə isə bir nəfər də olsun şahid yoxdur. Bundan başqa, iş üzrə hər iki zərərçəkmiş şəxs- X3 və Zərərçəkmiş şəxs1 da ibtidai istintaq, həmçinin məhkəmə istintaqında verdikləri ifadələrində bəhsi keçən cinayət əməllərinin kim tərəfindən törədilməsini görməmişlər. Əksinə, zərərçəkmiş şəxs X3 məhkəmə istintaqı zamanıverdiyi ifadəsində göstərmişdir ki, “ümumiyyətlə polislər evindən edilən oğurluğa laqeyid yanaşıblar. Belə ki, oğurluqla bağlı qardaşı X12 Şəki ŞRPŞ-nə ilk dəfə etdiyi müraciət üzrə cinayət işi başlanmamış, sonradan özü DİN-nə baş vermiş cinayətin araşdırılmaması ilə bağlı şikayətlər etdikdən sonra qeyd edilən cinayət işi açılmışdır. Polislər vaxtında yerli baxış etməmiş, hadisə baş verən vaxtdan 3 ay sonra baxış etmişlər Hazırkı təqsirləndirilən şəxsləri tanımır, onların evindən oğurluq etməsini görməmişdir. Məqsədi cinayətkarın dəqiq müəyyən olunaraq cəzalandırılmasıdır”. Həqiqətən də, iş materiallarını təhlili zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə oğurluq hadisəsi olmasına və bu barədə polis şöbəsinə məlumat verilməsinə baxmayaraq X3 Şəki rayonu Cəfəraba d kəndində olan ona məxsus evə xx xxxxxx 2017-ci il tarixli baxış keçirilmiş, xx xxxxxx 2017-ci il tarixdə isə “cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərar qəbul edilmişdir. Həmin qərarda oğurlanmış əşyaların dəyərinin cəmi 90 manat olduğu qeyd edilmiş və əməlin xırda oğurluq olması qənaətinə gəlinmişdir. Bundan sonra zərərçəkmiş şəxs X3ün şikayəti nəticəsində xx xxxxxx 2018-ci il tarixdə Şəki ŞRPŞ-nin polis leytenantı xx xxxxxx 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ləğv edilmiş və xx xxxxxx 2018- ci il tarixdə X3ün Şəki rayonunun Cəfərabad kəndində olan ona məxsus evə təkrar baxış keçirilmiş və zərərçəkmiş X3ə vurulmuş ziyanın məbləği bu dəfə 2880 manat olması göstərilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1məhkəmə istintaqı zamanı verdi yi ifadəsində göstərmişdir ki,“ibtidai istintaq zamanı tikiş maşını ona tanınma üçün təqdim edildikdə tikiş maşınını tanımamış, yalnız müstəntiqin deməsinə görə əlini bir tikiş maşınına uzatmış və şəkili çəkilmişdir. Təqdim edilən tikiş maşınları sınıq-salxaq olmuşlar, ibtidai istintaq zamanı yazılan ifadəsini oxumadan imzalamışdır. Bildirmişdir ki, ümumiyyətlə müstəntiq ona evindən oğurlanan əşyalardan birini göstərsin, o da inansın ki, oğrular hazırkı təqsirləndirilən şəxslərdir”. Zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdikləri qeyd edilən ifadələri onu deməyə əsas verir ki, iş üzrə zərərçəkmiş şəxslər evlərində baş vermiş cinayət əməlinin cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən edilməsinə şübhə iiə yanaşırlar. Bundan əlavə, ibtidai istintaq zamanı Bəra ət almış şəxs ifadəsinin yerində yoxlanılması zamanı Bəraət almış şəxsin hadisə yerinə aparılmasını təmin etmiş polis əməkdaşları da şahid qisminə dindirilmişlər. Belə ki, qeyd edilən cinayət işinin İV cildinin 91- ci səhifəsində şahid kimi dindirilən X13, 97-ci səhifəsində şahid qismində dindirilən X14, 103-cü səhifəsində şahid qisminə dindirilmiş X15 ifadələri öz əksini tapmışdır. onlar Bəraət almış şəxsi hadisə yerində aparılmasını təmin etmiş polis əməkdaşları olmuşlar. Onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələrinin məzmunu ondan ibarətdir kı, Bəraət almış şəxs hadisə yerində ifadəsinin yerində yoxlanılması zamanı hər iki epizod üzrə etdiyi cinayəti etiraf etmişdir. X13, X15 və X14 Bəraət almış şəxsin ifadəsinin yerində yoxlanılması zamanı qeyd edilən cinayəti etiraf etm əsinin şahidi olmuşlar. Məhkəmə kollegiyası ittihamın bü cür əsaslandırılmasına tənqidi yanaşır. Göründüyü kimi, Bəraət almış şəxs tərəfindən törədilməsi qeyd edilən cinayət əməli onun özü tərəfindən təkzib edilir. Həmçinin, qeyd edilən cinayətin Bəraət almış şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1 tərəfindən də təsdiq edilmir. Eyni zamanda, ittham aktında adları göstərilən şahidlər X4 və X5 da həmin cinayət əməlinin Bəraət almış şəxs tərəfindən törədilməsini görməmişlər, şahidlər X1 və X2 də hazırkı cinayət əməlləri ilə hər hansı əlaqələrinin olmamasını göstərmişlər. Belə olduğu halda məhkəmə kollegiyası qeyd edir ki, ittiham təqsirləndirilən şəxsin etirafedici ifadəsi üzərində qurulmuş, ittiham digərişə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər s übutların məcmusu ilə təsdiq olunmur. Halbuki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və onun təqsiri işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bundan savayı, məhkəmə kollegiyası Bəraət almış şəxs münasibətdə cinayət işinin ayrıca icraata ayrılmasının səbəbini başa düşmür görmür və qeyd edir ki, müstəntiq bu məsələyə dair məntiqli və ağlabatan izah verə bilməmiş, ləngiməyə səbəb olduğundan belə bir qərarın qəbul olunması ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki. hər hansı bir tutarlı səbəb olmadan cinayət işi üzrə icraatın ayrılması ilə ibtidai istintaq orqanı Cinayət Prosessual Məcəlləsinin 50-ci maddəsinin tələblərinə əməl etmədən pozuntuya yoi vermişdi r. Azərbaycan Respublikası CPM-in 128.1-ci maddəsində göstərilmişdir ki, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Həmin Məcəllənin 128.3.1-ci maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Cinayət işinin materiallarına nəzər saldıqda müəyyən olunur ki, X8 evindən maddi sübut kimi götürülən tik iş maşını barəsində istintaq orqanı tərəfindən qərar qəbul edilməmişdir. Halbuki, Cinayət Prosessual Məcəlləsinin 128.2-ci maddəsinə əsasən əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Bundan başqa həmin tikiş maşını olduğu yerdən götürülərkən cinayət qanunvericiliyinə müvafiq olaraq qablaşdırılaraq götürülməmişdir. Belə ki, həmin cinayət işinin İİ cildinin 238-242-ci səhifələrində xx xxx 2018-ci il tarixdə müstəntiq tərəfindən “hadisə yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokolda müstəntiq tərəfindən maddi sübut hesab edilən tikiş maşınıöz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına uyğun olaraq ətraflı təsvir edilməmiş, tikiş maşınının neçənci il və hara istehsalı olması, fərdi xüsusiyyətl əri-köhnə və ya nisbətən yeni olması, işlək olması və ya işlək vəziyyətdə olmaması, hər hansı detalının olub- olmaması, alt hissədən açılan və ya gövdəsini arxaya doğru itələdikdə üst hissəsinin açılan olması, həmçinin tikiş maşınında hər hansı spesfik əlamətlərin mövcud olub-olmaması ətraflı təsvir edilməklə qablaşdırılmamışdır. xx xxx 2018-ci il tarixdə tərtib edilmiş Protokolda qeyd edilən tikiş maşını ilə bağlı (İİ cild, səh.240) sadəcə göstərilmişdir ki, “pilləkənin yanına çatanda baxışda iştirak edən X10 bildirdi ki, pilləkanın altında olan əşya tikiş maşınıdır və həmin tikiş maşını Eidəniz Sadıqov tərəfindən alınmışdır. Buna görə də həmin tikiş maşını maddi sübut əhəmiyyəti kəsb etdiyindən və cinayət işinə əlavə edilməsi üçün götürülərək qablaşdırılmışdır". Göründüyü kimi, tikiş maş ının tanınmasına dair aparılan istintaq hərəkəti özözlüyündə qüsurludur, kobud prosessual pozuntu ilə aparılmışdır və tərtib edilmiş protokol sübut kimi qəbul oluna bilməz. İbtidai istintaq dövründə tikiş maşının aşkar olunması, maddi sübut kimi tanınması, qablaşdırılması və digər istintaq hərəkətlərinin aparılmasında pozuntulara yol verilmişdir. Azərbaycan Respublikası CPM-in 240-cı madəsinə əsasən hər hansı əşyanı tanınma üçün təqdim etmək zəruri olduqda müstəntiq tanıyan şəxsi bu əşyanın əlamətləri və həmin əşyanı gördüyü şərait barədə qabaqcadan dindirir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 240.5-ci madəsinə əsasən tanınmalı olan əşya eyni növdən olan əşyalar arasında tanıyan şəxsə təqdim edilir. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz h ansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunur. Həmçinin, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 qeyd edilən tikiş maşınını tanıması göstərilsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi zamanı bildirmişdir ki, “ibtidai istintaq zamanı tikiş maşını ona tanınma üçün təqdim edildikdə tikiş maşınını tanımamış, yalnız müstəntiqin deməsinə görə əlini tikiş maşınlarından birinə uzatmış və şəkili çəkilmişdir. Təqdim edilən tikiş maşınları sınıq-salxaq olmuşlar, ibtidai istintaq zamanı yazılan ifadəsini oxumadan imzalamışdır”. Bundan başqa Zərərçəkmiş şəxs1 xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında da tanınma üçün ona təqdim edilən 6 tikiş maşını arasından evlərindən oğurlanan maddi sübut hesab edilən tikiş maşınını müəyyən edərək tanımamışdır. Həmçinin məhkəmə icla sında prokurorun vəsatəti ilə qeyd edilən maddi sübut olan tikiş maşını X11 da təqdim edilmiş, lakin o, əvvəlki məhkəmə iclaslarında “həmin tikiş maşını ilə həmişə o tikiş tikməklə işlədiyini, buna görə də tikiş maşınının əlamətlərini bildiyini və tanıya biləcəyini, belə ki, qaynanası vəfat etməmişdən əvvəl qələm (ruçka) ilə tikiş maşının altına öz adının baş hərfi olan “Ə” hərfini (Əntiqə) yazmasım" bildirsə də xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında tanınma üçün ona təqdim edilən 6 tikiş maşını arasından tikiş maşınının ona məlum olan spesfik əlamətini bildirməyərək, təqdim edilən tikiş maşınlarının alt hissəsinə baxmamış və beləliklə də evlərindən oğurlanan maddi sübut hesab edilən tikiş maşınını müəyyən edərək tanımamışdır (Tanınma barədə Disk işə əlavə edilmişdir). Göründüyü kimi, Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istitaqı zamanı yaşadığı ünvan 6 ünvanında olan evindən oğurlanan mexaniki tikiş maşınını müəyyən edərək tanımamışdır. Eyni sözləri dövlət ittihamçısının vəsatəti ilə tanınmada iştirak edən Zərərçəkmiş şəxs1 nümayəndəsi, həmçinin həyat yoldaşı X7 haqqında da söyləmək olar. Bundan başqa, ittihama görə Zərərçəkmiş şəxs1 yaşadığı evdən həmçinin, hər birinin qiyməti 50 manat olmaqla ümumi dəyəri 100 manat olan iki ədəd yorğan da gizli yolla talanmışdır. Lakin ibtidai istintaq zamanı iki ədəd yorğan sanki müstəntiq tərəfindən unudulmuşdur. Yəni tikiş maşının evdən necə oğurlanması təfsilatı ilə təsvir olunsa da iki ədəd yorğanın necə oğurlanması, evdən necə çıxarılması ilə bağlı təqsirləndirilən şəxslərə hər hansı sua l verilməmiş, bununla da bu məsələyə cinayət işində hüquqi qiymət verilməmişdir. Maraqlıdır ki, zərərçəkmiş şəxs də bu barədə hər hansı fikir bildirməmişdir. X64 törətdiyi cinayəti ibtidai istintaq zamanı belə asanca etiraf etmişdirsə, iki ədəd yorğanın da necə oğurlanmasını, evdən necə çıxarılmasını təfsilatı ilə izah edərdi. Həmçinin, ittihama əsasən hesab edilmişdir ki, X3ün yaşadığı, Şəki rayonu, Cəfərabad kəndində yerləşən yaşayış evindən aşağıdakı bir ədəd mis materialından olan böyük qazan, mis materialından olan qulplu qazan, iki ədəd kiçik qazan, ıkı ədəd tiyan qazan, bır ədəd kiçik tiyan qazan, mis materialından olan aşsüzən qazan, mis materialından olan abgərdən, 250 metrlik elektrik kabeli, 40 litrlik su qabı, mis materialından olan od samovarı, elektrik samovarı, 2 ədəd billur meyvə qabı, 6 ədəd billur bardaq, 4 ədəd billur qənd qabı, 4 ədəd billur mürəbbə qabı, 2 ədəd billur kül qabı, 6 ədəd billur mürəbbə paylayan qabı, 2 ədəd billur salfetka qabı, “ZİL” markalı avtomobilə məxsus olan 1 ədəd kompressor, 1 ədəd ponpa, 1 ədəd stater, 1 cüt kristavina, 2 ədəd iri bıçaq, 2 ədəd bıçaq, balta, dəhrə və yorğan. Təqsirləndirilən şəxsə verilən ittihama görə, xx.xx.2017-ci il tarixdə yuxarıda sadalanan qeyd edilən əşyalar Vaz-2106 markalı "Jiquli” avtomobilinə yığılaraq talanmışdır. Əgər nəzərə alsaq ki, qeyd edilən cinayətin aləti olan Vaz-2106 markalı avtomobilin salonunda 3 nəfər də əyləşmiş olmuşdur, belə olan halda məhkəmə hesab edir ki, ittiham aktında sadalanan əşyaların həmin avtomobilə yığılaraq həmin gün bir dəfəyə talanması qeyri-mümkündür. Belə ki, sözü ged ən cinayət işinin lll cildinin 99104-cü səhifələrini əhatə edən xx.xx.2018-ci il tarixli ‘baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” Protokolunda əks olunan **-DO-*** dövlət qeydiyyat nişanlı Vaz-2106 markalı “Jiquli” avtomobilinə, onun salonuna və baqaj hissəsinə nəzər saldıqda ittiham aktında sadalanan əşyaların həmin avtomobilə yığılaraq bır dəfəyə daşınması ağlabatan görünmür. Həmin fotoşəkillərdən görünür ki, avtomobilin baqaj hissəsinə hər hansı əşyanın qoyulması belə mümkün deyildir. Bundan başqa, qeyd edilən avtomobilin banında yük yığmaq üçün xüsusi avadanlığın quraşdırılması da görünmür. Həmçinin, zərərçəkmiş şəxs X3 məhkəmə istintaqı zamanı qeyd edilən xüsusatlarla bağlı ona verilən sualları cavablandırarkən bildirmişdir ki, “yaşadığı evdən götürülən əşyalar böyük xe yir-şər qazanları, samovarlar, tiyanlar, digər əşyalar olmuş və buna görə də hesab edir ki, həmin əşyalar VAZ 011 və ya VAZ 2106 markalı balaca maşınlarla bir dəfəyə daşınıb aparıla bilməzdi. Hesab edir ki, həmin əşyalar qeyd edilən maşının salonunda yalnız sürücü olduqda və həmçinin avtomobilin salonuna da yığılmaqla 5-6 dəfəyə aparıla bilərdi”. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxs X3 mənkəmə iclasında qeyd etdiyi bu fikirləri ağlabatan hesab edərək göstərmişdir ki, ittiham aktında sadalanan X3 evindən oğurlanmış əşyaların qeyd edilən avtomobillə daşınması mümkün ola bilməzdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı əsasında Bəraət almış şəxs istifadəsində olmuş ***-***-**-* * mobil telefon nömrəsinin anten dairəsi və s, məlumatlar sorğu edilmiş və Azercell Telekom MMC-dən həmin telefon nömrələrinin xx.xx.2017- ci il tarixdən xx.xx.2017-ci il tarixədək anten dairələri uzrə cədvəl və s. məlumatların elektron “CD"-də məhkəməyə daxıl olmuşdur. Məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuş qeyd edilən “CD”-yə baxış keçirərkən aydın olur ki, Bəraət almış şəxs Şəki rayonunun Cəfərabad kəndində X3 evində baş vermiş cinayət hadisəsi zamanı, yəni xx.xx.2017-ci il tarixdə Şəki rayonu ərazisində olmamışdır. Qeyd edilən "CD'-yə baxış keçirərkən aydın olur ki, Bəraət almış şəxs Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanındakı evində baş vermiş cinayət hadisəsi zamanı, yəni xx.xx.2017-ci il tarixdə Şəki rayonu ərazisində olması müəyyən edilməmişdir. Belə ki, “CD”-yə baxış keçi rərkən xx.xx.2017-ci il tarixdə Bəraət almış şəxs istifadəsində olan ******-**-** mobil telefon nömrəsindən nə zəng edilmiş, nədə ki, həmin telefon nömrələrinə zəng vurulmadığından onun anten dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin hər iki cinayət hadisəsinin baş verdiyi gün yəni xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixlərində Bəraət almış şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi üzərindən hər hansı “sms” yazışması aparılmamışdır. Göründüyü kimi, Bəraət almış şəxs verilmiş ittihamda şübhəli məqamlar var və bu şübhələr cinayət prosessual qanunvericiliyə görə təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Hakim cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildir. Məhkəmə hesab edir ki, ittihamın sübuta yetir ilməsində aradan qaldırılması mümkün olmayan yuxarıda şərh edilən şübhələr vardır və bu şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1 və 180.2.3-cü maddələri ilə bəraət verilməli olduğuna dair nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmi n nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhülkəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmçinin CM-nin 21-ci maddəsi təqsirsizlik prezumpsiyasını müəyyən edir. Təqsirsizlik prezumpsiyasına əsasən cin ayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şə xsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxs irəli sürülmüş ittiham yalnız özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr əsasında qurulmuşdur, hansı ki, bu ifadələrin fiziki və psixi zorakılığın tətbiqi ilə alınmasına dair məhkəmələr tərəfindən əsaslı şübhələr müəyyən edilmişdir. Kassasiya protestinin digər bir dəlili olaraq məhkəmə iclasında tanınmaya təqdim etmə hərəkətinin düzgün aparılmaması, məhkəmələr tərəfindən düzgün qiymətləndirilməməsi göstərilmişdir. Bu barədə məhkəmə kollegiyasının mövqeyi birinci instansiya və apellyasiya məhkəməsinin mövqeyi ilə üst-üstə düşür. Kassasiya protestində qeyd ol unan heç bir dəlil iş materialları, məhkəmələr tərəfindən bir-birilə əlaqəli şəkildə tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. Belə ki, istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verilmiş və bu da ittiham orqanının gəldiyi nəticəni əsaslı şübhə altına almışdır. Məhkəmə kollegiyası sübutları kassasiya protestində göstərilən dəlillər baxımından bir daha ətraflı təhlil edərək vurğulayır ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr yaranmışdır. Qanunun tələblərinə görə isə bu cür şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Belə olan halda Bəraət almış şəxsin hərəkətləri baş vermiş hadisə arasında səbəbli əlaqənin olduğu barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Qanunun tələblə rinə görə isə ittiham hökmü mülahizələrə (ehtimallara) əsaslana bilməz. Apellyasiya məhkəməsi də sübutları tədqiq edib qiymətləndirərkən məsələyə qanunun həmin müddəası baxımımdan yanaşmış və haqlı olaraq müvafiq normaların tələblərini rəhbər tutmuşdur. Belə ki, CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Hə min Məcəllənin 125.1-ci maddəsinə əsasən мəlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı tərəfindən Bəraət almış şəxs ittiham olunduğu cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də, məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində göstərimişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirl əndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Kassasiya protestində cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plen umunun qərarlara, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin izahlarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar X26 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Odur ki, məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2, 416.0.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1 və 180.2.3-cü maddələri ilə bəraət almış şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar