Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2764/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Nəsibov Hafiz Qənbər oğlu, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2023-cü il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayəti ilə əlaqədar cinayət işinin materiallarını öyrənərkən M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim F.Ə.Qəniyev, hakimlər M.M.Ağalarov və S.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1994-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan3ndə qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvan ında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı tutlduğu 2 gün cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 6 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 18 noyabr 2022-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddə ləri ilə təqsirli bilinib məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 avqust 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.H.Allahverdiyev, hakimlər C.V.Hüseyn və H.Ç.Məmmədovdan ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2023-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişd ir. Məhkum kassasiya şikayətinə məhkəmə baxışı təyin olunanadək Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə ilə müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin 20 noyabr 2023-cü il tarixli 3-16-17/17/2-2356/2023 saylı məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Odur ki, kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən həmin şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının icraatından çıxarılaraq geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutub, Q Ə R A R A A L D İ M: Məhkum və Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının icraatından çıxarılaraq geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2764/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2764/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver