Məhkəmə qərarları › İş №1(102)-277/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-277/2019

26.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-277/2019 26.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-277/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum və məhkumun müdafiəçisi Mü dafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər – E.İ.Əliyev (sədrlik edən), C.C.Nəbiyev və M.Ə.Abdullayevdən ibarət tərkibdə) 16 dekabr 2016-cı il tarixli hökmü ilə 12 noyabr 1976-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, iki azyaşlı uşaq atası, fərdi əməklə məşğul olan, Cəlilabad Rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 225.2 və 313-cü maddələri ilə 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifələr tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıq dan məhrum etmə cəzasına və 500 manat cərimə cəzasına məhkum edilmiş, 68.2-ci maddəsinə əsasən cərimə cəzanın müstəqil icra olunması qərara alınmış, Şirvan Apelyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qərarı ilə CM-in 313-cü və 68.2-ci maddələri xaric edilib, üzərində CMin 225.2-ci maddəsi ilə təyin edilmiş cəza saxlanılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10(on) ilmüddətəazadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, CM-in 67cimaddəsinəəsasənCəlilabadRayonMəhkəməsinin 30.12.2014cüiltarixlihökmüilətəyinedilmiş 2 (iki) ilmüddətədövlətvəyerliözünüidarəorqanlarındarəhbərvəmaddiməsulvəzifələrtutmaqhüququndanməhrumedilməklə 3 (üç) il müddətəazadlıqdanməhrumetməcəzasının çəkilməmiş 2(iki) il 8(səkkiz) ay 5(beş) günazadlıqdanməhrumetməcəzasıyenihökmlətəyinedilmişcəzailəqismənbirləşdirilməkləon a qəticəza 2 ilmüddətədövlətvəyerliözünüidarəorqanlarındarəhbər vəmaddiməsulvəzifələrtutmaqhüququndanməhrumedilməklə 10(on) il 6(altı) aymüddətəazadlıqdanməhrumetməcəzasıtəyinedilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2016-cı il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X7 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə istintaqa məlum olmayan şəxs və Cəlilabad rayon sakini X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 11 yanvar 2016-cı il tarixdə Cəlilabad şəhərində dostunun deyəcəyi yerdən narkotik vasitəni götürərək gətirib ona verəcəyi barədə X9la razılaşmış, 15 yanvar 2016-cı il tarixdə X9a zəng edib onun üçün göndərilmiş içərisində narkotik vasitə tiryək olan bağlamanı deyilən yerdən gedib götürməklə gətirib ona verməsini tapşırmış, bundan sonra onun tapşırığı ilə Cəlilabad şəhəri ərazisində yerləşən mal bazarının həyətinə gəlmiş X9 orada olan dəmir köşklərin arasında əvvəlcədən istintaqla müəyyən edilməmiş şəxs tərəfindən qoyulmuş bir ədəd “Şahənşah” düyü torbasının içərisində hər biri ayrıca rəngsiz polietilen torbalara bükülmüş on bir ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1700 qram, 1765,0 qram, 1540,0 qram, 1905,0 qram, 1330,0 qram, 1285 qram, 970,0 qram, 625,0 qram, 720,0 qram, 935 qram, 885 qram, cəmi ümumi təmiz çəkisi-13660,0 qram çəkidə küllü miqdarda kustar üs ulla hazırlanmış narkotik vasitə olan tiryəki 15 yanvar 2016-cı il tarixdə əldə edib götürməklə daşıyarkən, saat 19 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin külli miqdarda narkotik vasitə-tiryək ondan aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər A.Q.Dosiyev (sədrlik edən və məruzəçi), Z.B.Babayev və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) 02 may 2017-ci il tarixli qərarı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti ndə xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2017-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş üzrə məhkum edilən digər şəxs X7 "odun satan" ləqəbli bir şəxslə cinayət əlaqəsinə girərək, 15 yanvar 2016-cı ildə, təxminən 20:00 radələrində Cəlilabad şəhərində "Mal bazarı" deyilən yerdə, dəmir budkaların arasında, içərisi narkotik vasitə ilə dolu olan çantanı götürüb apararkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilərək, əvvəlcə üzərinə, sonra isə çantaya baxış keçirilmişd ir. X9a məxsus olan həmin çantadan narkotik vasitə olan tiryək götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum isə həmin cinayətin törədilməsindən xəbəri olmamışdır. Məhkum həmin gün və ondan əvvəl Bakı şəhərində olmuş və X9un götürdüyü, içində narkotik vasitə olan çantadan heç bir məlumatı olmamışdır. Məhkum X9un oğlunun kirvəsi olduğu üçün X9 ondan bu məsələ ilə bağlı kömək istəmiş, lakin Məhkum bunun çox pis bir iş olduğunu görüb, ona yaxın durmamışdır. Bundan sonra X9 onu şərləməyə başlamış və narkotik vasitənin guya Məhkum məxsus olduğunu bildrimişdir. Məhkum bundan bir neçə gün sonra Bakıdan yaşadığı Cəlilabad şəhərinə qayıtmış və X9un yalan ifadəsi əsasında o, həbs edilmişdir. İş materialları arasında Məhkum bu əməlin törədilməsində iştirakını təsdiq edən başqa he ç bir sübut mövcud deyildir. Hazırki cinayət işində Məhkum qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübutlar ümumiyyətlə mövcud olmadığı üçün, bu halda sübutların mötəbərliyindən, yaxud kifayətedici olub-olmamasından danışmağa belə ehtiyac qalmır. Bundan başqa, hökmün qanunsuz və əsassız olması ilə yanaşı, həmin hökmlə Məhkum təyin olunan cəza da ədalətsizdir. Yəni, ona qarşı irəli sürülən ittiham məhkəmə araşdırması zamanı öz təsdiqin tapmış olsaydı belə, bu halda da ona təyin olunan cəza hökmdə qeyd olunan hərəkətlərə adekvat deyildir. Belə ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə qanunsuz olaraq təqsirli bilinməsi ilə yanaşı, işdə heç bir ağırlaşdırıcı hal olmadığı halda, ona həmin normaların sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə, yəni 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəza təyinində himayəsində azyaşlı uşaqlarının olması da nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsin də məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hökm və qərarda göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əs aslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum və qeyrisi barəsində işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və nəticədə məhkumun barəsində cinayət təqibinə xitam verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.1-ci maddəsində qeyd olunun hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsi rli bilməsə də, onun həmin cinayət əməlini törətməsi iş üzrə şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. İş materiallarında olan «xxxx» MMC-dən daxil olmuş telefon danışıqları siyahısından görünür ki, təqsirləndirilən şəxs X5 ***-***-**-** mobil telefon nömrəsindən Məhkum istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 12.01.2016-cı il tarixdə saat 9:40-da 2 dəfə, 13660,0 qram narkotik vasitə tiryəki Məhkum satması ehtimal olunan, şəxsiyyəti istintaqa məlum olmayan “odun satan ləqəbli” şəxsin istifadə etmiş olduğu ******-**-** mobil telefon nömrəsinə 15.01.2016-cı il tarixdə, saat 14: 45,14:50, 15:03, 15: 05, 18:24, 18:34, 19:18, 20:03, 20:31, 20:42, 21:01, 21:06, 21:09 radələrində 13 dəfə, 15.01.2016-cı il tarixdə Məhkum məxsus ***-***-**-** mobil telefon nömrəsinə 14:48, 15:04, 18:26, 19:26, 22:24-də 5 dəfə əlaqə zəngləri olmuşdur. İşdə olan «xxxx» MMC-dən daxil olmuş telefon danışıqları siyahısının 5-ci vərəqindən görünür ki, təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmiş olduğu özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefondan X5 istifadə etmiş olduğu ***-***-**-** nömrəli mobil telefona və əksinə, 15.01.2016-cı il tarixdə, saat 14:38, 15:04, 18:26, 18:38, 19:25, 19:26, 20:15, 22:24 radələrində olmaqla 8 dəfə, eləcədə Məhkum məxsus və sonuncunun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən X5 ifadəsində göstərmiş olduğu Məhkum əvvəlcədən ona vermiş olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “odun satan” ləqəbli dostunun istifadə etmiş olduğu ***-***-**-** mobil telefon nömrəsinə və əksinə, 15.01.2016-cı il tarixdə, saat 18:36,19:46, 20:20, 20: 20, 20:52, 20:55 radələrində 6 dəfə əlaqə zəngləri olmuşdur. İşdə olan «xxxx» MMC-dən daxil olmuş telefon danışıqları siyahısının 1-ci vərəqindən görünür ki, Məhkum məxsus və sonuncunun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 13660,0 qram narkotik vasitə tiryəki ona satması ehtimal olunan şəxsiyyəti istintaqa məlum olmayan “odun satan” ləqəbli şəxsin ***-***-**-** mobil telefon nömrəsinə 05.01.2016-cı il tarixdə, saat 15:41,18:09,18:15 radələrində 3 dəfə, 2-cü vərəqindən görünür ki, 12.01.2016-cı il tarixdə, saat 23:03-də 1 dəfə, 14.01.2016-cı il tarixdə, saat 15:35, 19:56 radələrində olmaqla 2 dəfə, 3-cü vərəqindən görünür ki, 15.01.2016-cı il tarixdə, saat 18:36, 19:46, 20:20, 20:20, 20:52, 20:55 radələrində olmaqla 6 dəfə əlaqə zəngləri olmuşdur. Həmin telefon danışıqları siyahısının 2-ci vərəqindən görünür ki, Məhkum 13660,0 qram narkotik vasitə tiryəki satması ehtimal olunan şəxsiyyəti istintaqa məlum olmayan “odun satan” ləqəbli şəxsin ***-***-**-** mobil telefon nömrəsindən X5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona və əksinə 15.01.2016-cı il tarixdə, saat 14:44, 14:45, 14:50, 15:03, 15:05 radələrində 5 dəfə, həmin cədvəlin 3-cü vərəqindən görünür ki, “odun satan” ləqəbli şəxsin ***-***-**-** mobil telefon nömrəsindən təqsirləndirilən şəxs X5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona və əksinə 15.01.2016-cı il tari xdə, saat 18:23, 18:24, 18:34, 19:18, 20:03, 20:31, 20:42, 21:01, 21:06 radələrində olmaqla 9 dəfə əlaqə zəngləri olmuşdur. İşdə olan 16.01.2015-ci il tarixli,29 nömrəli ekspert rəyinə əsasən X4dən götürülmüş və tədqiqata təqdim edilmiş sintetik torbadakı 11(on bir) ədəd yapışqan lentlə bağlanmış polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri -1700 qram, 1765,0 qram, 1540,0 qram, 1905,0 qram, 1330,0 qram, 1285 qram, 970,0 qram, 625,0 qram, 720,0 qram, 935 qram,885 qram, ümumi təmiz çəkisi-13660,0 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 9 (doqquz) bağlamada olan eyni tərkibli tiryək 2 (iki) bağlamadakı eyni tərkibli tiryəkdən fərqlənir. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinc i instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Müdafiəçi kassasiya şikayətinin digər dəlili Məhkum təyin olunmuş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Məhkum cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və onun əvvəllər məhkum olunduğunu nəzərə ala raq onu10(on) ilmüddətəazadlıqdan mərhum etmə cəzasına məhkum etmiş, CM-in 67-cimaddəsinəəsasənCəlilabadRayonMəhkəməsinin 30.12.2014-cüiltarixlihökmüilətəyinedilmiş 2 (iki) ilmüddətədövlətvəyerliözünüidarəorqanlarındarəhbərvəmaddiməsulvəzifələrtutmaqhüququndanməhrumedilməklə 3 (üç) il müddətəazadlıqdanməhrumetməcəzasınınçəkilməmiş 2(iki) il 8(səkkiz) ay 5(beş) günazadlıqdanməhrumetməcəzasınıyenihökmlətəyinedilmişcəzailəqismənbirləşdirilməkləo na qətiolaraq 2 ilmüddətədövlətvəyerliözünüidarəorqanlarındarəhbər vəmaddiməsulvəzifələrtutmaqhüququndanməhrumedilməklə 10(on) il 6(altı) aymüddətəazadlıqdanməhrumetməcəzasınıtəyinetmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cəza təyin edərkən yuxarıda qeyd edilmiş qanunun normalarına tam riayət etmişdir. Həmçinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun barəsin də cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum əməlində cəzanı ağırlaşdıran halın olmamasına baxmayaraq məhkuma ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, işə əlavə olunmuş CəlilabadRayonMəhkəməsinin 30.12.2014-cüiltarixlihökmün surətindən görünür ki, Məhkum CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ilmüddətədövlətvəyerliözünüidarəorqanlarındarəhbərvəmaddiməsulvəzifələrtutmaqhüququndanməhrumedilməklə 3 (üç) il müddətəazadlıqdanməhrumetməcəzasına məhkum edilmişdir. Bu hal cinayətlərin residivini yaratmasa da (CM-nin 225.2-ci maddəsi ehtiyatsızlıqdan törədilən cinayət sayılır və CM-nin 18-ci maddəsinə əsasən cinayət lərin residivi müəyyən edilərkən nəzərə alınmır) məhkumluq yaradır və təqsirkarın şəxsiyyətini xarakterizə edən haldır. Həmçinin, Məhkum əvvəlki hökm üzrə cəzasını çəkib qurtarmamış qəsdən ağır cinayət törətməsi də cəza təyini zamanı nəzərə alınmalı hallardan biridir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Av ropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Seyfəddin Bağırovun barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qayd asında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin materiallarında Məhkum təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilmir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın tə yin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı ş ərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2017-ci il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2017-ci il tarixli qərarı Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar