Məhkəmə qərarları › İş №1(102)-277/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-277/2020

04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-277/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X25 oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 32.4,312.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X12 və X18) xx xxxx 2018-ci İl tarixli hökmü ilə, Məhkum - xx xxxxxxx 1972-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz,Ü1 qeydiyyatda olmaqla, Ü2-da yaşamış Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 32.4,312.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzasını, CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə 4000manat cərimə cəzasına və 32.4, 312.2.2-ci m addəsi ilə 3000 manat cərimə cəzasına və CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla 5000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə yatdığı 1 ay 19 gün müddət nəzərə alınmaqla üzərində 4000 manat cərimə cəzası saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə digər şəxsləri təkrarən təhrik etmişdir. Belə ki, o, xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək Bank olmayan Kredit təşkilat ı (BOKT) “xxxx” MMC-nin problemli kreditlər üzrə departament rəhbəri vəzifəsində işləyərkən xx.xx.2016-cı il tarixli vəzifə təlimatına əsasən Cəmiyyətin filiallarından kredit götürüb kredit ödənişini gecikdirən müştərilərlə ödəmələrin həyata keçirilməsi üçün profilaktiki söhbətlər aparmağa və gecikdiriklmiş kreditlərin ödənilməsini təşkil etməyə məsul vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Cəmiyyətin Şəki filialının problemli kreditlər üzrə mütəxəssisi xxx müştərilərdən birinin sonuncu barəsində şikayət ərizəsi yazıb Qəbələ rayon prokurorluğuna göndərməsi haqqında yalan məlumat verərək inandırmaqla araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icra sı ilə əlaqədar sonuncunun xeyrinə hərəkətlərinin edilməsi, yəni qərar qəbul olunması üçün 1000 ABŞ dolları maddi neməti rüşvət kimi verməklə həmin məsələni həll etdirəcəyini yalandan vəd verib xxx ona olan inam və etimadından istifadə etməklə xx.xx.2016-cı il tarixdə ondan 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1766 (bir min yeddi yüz altmış altı) manat pulu Qəbələ şəhərində alaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib dələduzluq etmiş, bu əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə xxx təhrik etmişdir. Bundan əlavə o, təkrarən xx.xx.2017-ci il tarixdə xxx barəsində Cəmiyyətin Şəki Filialının müştəriləri X1 və X16 ş ikayət ərizələrini, eləcə də həmin filialın problemli kreditlər üzrə mütəxəssisi vəzifəsində işləmiş X6 izahatını Şəki rayon prokurorluğuna göndərilməsi barədə yalan məlumat verərək inandırmaqla şikayət ərizəsini Şəki rayon Prokurorluğundan Qəbələ rayon prokurorluğuna verdirəcəyini, araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxslərinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün maddi nemə vermək adı ilə əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini həyata keçirərək xx.xx.2017ci il tarixdə Qəbələ şəhərində 500 manat, həmin tarixdə Şəki şəhərində 500 manat, xx.xx.2017-ci il tarixdə “xxxx” MMC-nin Şəki filialında xxx xidməti otağında 1200 manat, həmin ayın sonuna kimi Şəki şəhərində müxtəlif ünvanlarda hər dəfə 100 manat olmaqla 200 manat, 2017-ci ilin mart ayının əvvəllərində isə qeyd edilən Cəmiyyətin Şəki filialının müdiri xxx vasitəsi ilə Şəki şəhərində 100 manat, ümumilikdə 2500 manat pulunu vahid qəsdlə alaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xxx qarşı təkrar dələduzluq etmiş, bu əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə xxx təkrar təhrik etmişdir. Bundan başqa o təkrarən qeyd olunan vəzifədə işləyərkən Cəmiyyətin Şəki filialının problemli kreditlər üzrə mütəxəssisi vəzifəsində işləmiş X8 barəsində Şəki rayon prokurorluğuna ünvanlanmış Cəmiyyətin Şəki filialının müştəriləri X5 ğlu və X16 şikayət ərizələrinin olduğunu, həmin ərizələri Qəbələ rayon prokurorluğuna təqdim etdiyini yalandan bildirib inandırmaqla araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar xxx xeyrinə hərkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün 500 manat maddi neməti rüşvət kimi verməklə həmin məsələni həll etdirəcəyini yalandan vəd verib 2017-ci ilin fevral ayında ondan 500 manat pulu Yevlax rayonunda Xaldan dairəsi adlanan yerdə almış, bu əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə xxx təkrar təhrik etmişdir. Dövlət ittihamçısı X17 tərəfindən verilmiş apelyasiya protestinə, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi vəkil X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X2 və X4) apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 46.2-ci və 46.3-cü maddələrinə əsasən Məhkum iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilmiş və üzərində qəti olaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş dörd min manat cərimə cəzası və iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilmə əlavə cə zası saxlanmışdır. Həmin qərardan dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: H.Q.Nəsibov (sədrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və T.L.Kazımov) xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilmişdir. Dövlət ittihamçısı X17 tərəfindən verilmiş apelyasiya protestinə, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi vəkil X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: X15 (sə drlik edənvə məruzəçi), X21 və X7) apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndqn məhrum edilmiş, bu cəza CM-nin 66.3-cü maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş dörd min manat cərimə cəzası ilə toplanmaqla iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndqn məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittiham çısı Mazan Fətəliyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini, cinayət işinin yeni apelyasiya cəzasına məhkum edilməsini `xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Mazan Fətəliyev kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr cəza təyini məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab etmiş, təqsirləndirilən şəxsin prokurorluq orqanlarının adından istifadə etməklə cinayət törətməsinin prokurorluq orqanlarının adına xələl gətirə bilməyəcəyi qənaətində olmuşlar. İş üzrə qəbul edilmiş cəzanı yüngülləşdirən hallar, habelə iş üzrə cəza təyini zamanı gəldiyi dəlillər əsassız olmaqla işin hallarına uyğun olmamış, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəsizlik dərəcəsi, təqsirkarın şəxsiyyəti nəzərə alınmamışdır. Məhkəmə şahid qismində tanınmış şəxslər xxx və X24 tərəfindən onlara dəymiş ziyanın tam ödənildiyi üçün Məhkum qarşı heç bir şikayətinin və tələblərinin olmadığını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışlar. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarının 36-cı bəndində izah edilmişdir ki, Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək n iyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Rüşvət adı ilə verilmiş pul məbləğlərinin təqsirləndirilən şəxs tərəfindən qaytarılması vurulmuş zərərin ödənilməsi kimi qiymətləndirilə bilmədiyindən məhkəmələr göstərilən halı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməkdə haqlı olmamışlar. Vəkil Nəbiyev və x3 zərərçəkmiş şəxs statusunda olmadıqlarından onların Məhkum qarşı heç bir şikayət və tələblərinin olmaması cəza təyini zamanı hər hansı rol oynayan amil olmamışdır. Məhkəmələr heç bir faydalı işlə məşğul olmayan Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını da cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun əsaslandırmamışdır. Məhkəmələr Məhkum əvvəlki məhkumluğunun olmaması və ailəsinin yeg anə qazanc gətirəni olması hallarını da cəzanı yüngülləşdirən hallar kimi kifayət qədər əsaslandırmamışdır. Cinayətin törədilməsi zamanı hüquq mühafizə orqanlarının adından sui-istifadə edilməsi, cinayət törədilən zaman inam və etimad yaratmaq məqsədi ilə dövlət hakimiyyəti orqanının inzibati binasından istifadə edilərək hətta epizodların birində pulun birbaşa inzibati binanın içərisində alınması, cinayətin çox epizodlu olması, iki şəxsə qarşı törədilməsi kimi hallar, təqsirləndirilən şəxsin şəxsiyyəti, əmələ münasibəti və cinayətin törədilməsində özünü təqsirli bilməməsi, törətdiyi cinayətdən səmimi peşmançılıq çəkməməsi kimi hallar cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallar kimi cəza təyini zamanı nəzərə alınmamışdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilmə si təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarının 23-cü bəndində izah edilmişdir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir. CM -nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Göründüyü kimi apelyasiya instansiya məhkəməsi göstərilən normaların tələbini pozaraq təqsirləndirilən şəxsə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edərkən həmin cəzanın hansı maddə yə münasibətdə təyin olunmasını göstərməmiş, cinayətlərdən hər hansı birinə görə əlavə cəza təyin edilmədən cinayətlərin məcmusu üzrə belə cəza növü tətbiq etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin nor malarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya protestinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Dövlət ittihamçısının kassasiya protestində yuxarıda şərh edilən dəlillərlə Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegi yasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi `xahiş edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının əvvəlki xx xxxxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: H.Q.Nəsibov (sədrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və T.L.Kazımov) xx xxxxx 2019cu il tarixli qərarı ilə təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilmişdir. Ali Məhkəmənin həmin qərarında sadalanan məhkəmə səhvləri baxılan kassasiya protestinin dəlilləri ilə üst-üstə düşür. Lakin, Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarında şərh edilən pozuntular nəinki yeni apelyasiya baxışı zamanı araşdırılıb aradan qaldırılmamış, dövlət ittihamçısının kassasiya protestinin tam həcmdə təmin edilməsinə dair həmin qərarın mövcudluğu göstərilsə də, məzmununa və qərarda şərh edilən məhkəmə səhvlərinə Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarında istinad belə edilməmişdir. Nəzərə alınmamışdır ki, Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı, həmin məhkəmə kollegiyası tərəfindən yol verilmiş və Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarında şərh edilmiş məhkəmə səhvlərinin aradan qal dırılması üçün ləğv edilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci, 41.2-ci, 58.3-cü, 59-cu və 61-ci maddələrinə, Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinə istinadən göstərilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan hallardandır. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsas ı olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Baxılan işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4,312.2-ci maddələri ilə bu maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan ən yüngülünü – cərimə cəzasını təyin edərkən (apelyasiya instansiyası məhkəməsi əlavə cəzanın təyin edilməsi istisna olmaqla həmin cəzanı dəyişdirilmədən saxlayarkən) öz nəticələrini cəzanın təyini məsələsinə təsiri ola biləcək bütün halların məcmusundan, uyğun sübutlardan hasil etməmiş, cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, törədilmə hallarını kifayət qədər nəzərə almamış, təqsirkarın şəxsiyyətini düzgün qiymətləndirməmiş, o cümlədən məsələni lazımınca araşdırmadan Məhkum müsbət xarakterizə olunmasından çıxış etmiş, düzgün olmayaraq maddi zərərin ödənilməsini, pullarından məhrum olunmuş şəxslərin şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Belə ki, Məhkum təqsirli bilindiyi cinayətlərin təsvirindən görünür ki, o, bir neçə nəfər şəxsə qarşı təkrar olaraq dələduzluq cinayətlərini törətməklə yanaşı həmin şəxsləri həm də rüşvət verməyə təhrik etmiş və bütün hallarda “xxxx” MMC-də tutduğu qulluq mövqeyindən istifadə etmişdir. O, yalan söyləməklə özündən asılı vəziyyətə saldığı şəxsləri rüşvət verməyə təhrik edərkən prokurorluq orqanlarının adından istifadə etməkdən, yəni məhkəmə hakimiyyətinin nüfuzuna təsir göstərən (onları gözdən salan) hərəkətlərdən belə çəkinməmişdir. Bu hallar Məhkum şəxsiyyətinin daha dərindən (o cümlədən, cinayətin törədildiyi vaxt işlədiyi yerdən və əvvəlki iş yerlərindən xarakterizəedici məlumatlar almaqla) öyrənilməsini tələb etsə də, məhkəmələr Məhkum barəsində yaşayış yerindən verilmiş xasiyyətnaməni nəzərdən keçirməklə kifayətlənmişlər. Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi baxımından digər hallarla yanaşı onun cinayətin törədilməsindən sonrakı davranışının nə cür olması mühüm əhəmiyyət kəsb edir. Şəxsin öz əməlinə tənqidi münasibət bəsləməsi onun postkriminal davranışnın (islah olunma perspektivləri prizmasından) ümidverici olduğunu göstərir. Lakin, birinci instansiya məhkəməsinin hökmündən və apelyasiya instanasiyası məhkəməsinin qərarından Məhkum postkriminal davranışının bu yöndə inkişaf etdiyi görünmür. Belə ki, Məhkum ifadələrinə görə, o nəinki cinayə tlərinə görə peşman olmamış, ümumiyyətlə cinayət törətməsini belə qəbul etməmişdir. Bundan başqa, hökmdən və apelyasiya məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cərimə cəzasını təyin edərkən onun ailədə yeganə qazanc gətirən şəxs olmasından, şahidlər xxx və xxx vurulmuş ziyanın tam ödənilməsindən, onların şikayət və tələblərinin olmamasından çıxış etməklə faktiki olaraq həmin halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, və bununla apelyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Lakin, nə hökmdən, nə də ki, apelyasiya məhkəməsinin qərarından görünmür ki, məhkəmələr Məhkum ailədə yeganə qazanc gətirən şəxs olması barədə nəticələrini hər hansı bir sübutdan hasil etmişlər. Həmçinin məhkəmələr cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini, şa hidlər xxx və x3 şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərkən onu nəzərlərindən qaçırmışlar ki, Məhkum təqsirli bilindiyi digər cinayətin - Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş rüşvət verməyə təhrik etmə əməlinin obyekti dövlət hakimiyyətinin normal fəaliyyətinin təmin edilməsi üzrə ictimai-hüquq münsibətləridir. Bu səbəbdən Məhkum tərəfindən rüşvət verməyə təhrik edilmiş şəxslərin (x2 və x3) rüşvətin predmeti olduğunu güman etdikləri pul vəsaitlərini sonradan Məhkum geri almaları (Məhkum həmin məbləğlərin əvəzini onlara ödəməsi) CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin və onu törədən şəxsin ictimai təhlükəlilik dərəcəsinə (azalma yönündə) təsir göstərən, müvafiq olaraq da bu cinayət üzrə cəzanı yügülləşdir ən hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmələr isə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini, xxx və xxx şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməklə Məhkum CM-in 32.4, 312.2ci maddəsi ilə təyin edilməli olan cəza üzrə qənaətlərini düzgün olmayaraq həmin şəxslərin mövqeyindən asılı etmişlər. Bu qaydada, yəni sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinin pozulması, CM-in 8, 58.3, maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarında şərh edilən məhkəmə səhvlərinin aradan qaldırılması bir sıra halların əlavə araşdırılmasını, bəzi halların isə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamasını nəzərdə tuturdu. Ali Məhkəmənin Cinayət Kollegiyasının göstərilən qərarında şərh edilən apellyasiya instansiya məhkəməsi tərəfindən yol verilmiş səhvlər aradan qaldırılmadığından, cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin ikinci qərarından da eyni dəlillərlə kassasiya protesti verilmişdir. Lenskaya Rusiyaya qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsini n xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, “Hüquqi dövlətin ən mühüm Prinsiplərindən biri hüquqi müəyyənlikdir və onun mənasına görə heç bir tərəf yalnız işin yenidən araşdırılması və ya yeni qərar əldə edilməsi məqsədi ilə prosesin yenidən keçirilməsini tələb edə bilməz. Bu prinsipdən yalnız o hallarda kənara çıxıla bilər ki, əhəmiyyətli və xüsusilə vacib hallar bunu tələb etsin. Konvensiya prinsipcə yekun məhkəmə qərarı ilə nəticələnmiş prosesin Dövlətlərə məhkəmə səhvlərinin düzəldilməsinə imkan vermək üçün yenidən açılmaşına icazə verir. Məhkəmə səhvlərinin aradan qaldırılmaması ədalətlilik prinsipinə, məhkəmə proseslərinin ictimai nüfuzuna və təmizliyinə ciddi zərbə vura bilər. Azərbaycan Respublikası CPM-nin 420.2-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilm iş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apelyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Göstərilən qanunun mənasına görə cinayət işinə yenidən baxan apelyasiya instansiyası məhkəməsinin kollegiyası, Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarında sadalanan məhkəmə səhvlərini öz qərarında göstərməli, həmin səhvlər üzrə araşdırma aparmalı, həmin səhvlərin əsaslılığını yoxlamalı, məhkumun vəziyyətini pisləşdirən qərar qəbul edilməsi üçün əsasların olub-olmamasına hüquqi qiymət verməli, həmin səhvləri aradan qaldırmalı və ya həmin halları nə üçün səhv hesab etmədiyini qərarında şərh etməli idi. Lakin, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından və məhkəmə iclas protokolundan müəyyən olunur ki, cinayət işi xx xxxx 2019-cu il tarixdə hakim X11 icraatına daxil olmuş, bir neçə dəfə müdafiəçinin iştirakının təmin edilməsi üçün təxirə salınmış, xx.xx.2019-cu il tarixdə dövlət hesabına müdafiəçi təyin edilməsi barədə qərar qəbul edilmiş, məhkəmə iclası protokolunda müdafiəçi qismində vəkil X14 iştirakı göstərilsə də, vəkilin orderi cinayət işinin materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası yeni apelyasiya baxışı gedişində təqsirləndirilən şəxsin ifadəsini, dövlət ittihamçısının dəlillərini dinləməkdən başqa hər hansı apaşdırma aparılmamışd ır. Apelyasiya məhkəmə kollegiyasının qərarında birinci instansiya məhkəməsinin hökmündə sadalanan sübutlara təkrar istinad edilərək, kassasiya protestində mübahisələndirilməyən cinayət əməlinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlindiyini göstərmişdir. Cəza təyini məsələsini müzakirə edərkən apelyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış əsaslılığı və qanuniliyi Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarında tənqid edilmiş cəzanı yüngülləşdirən halları təkrarən məhkuma cərimə cəzası təyin edilməsi üçün əsas verən hallar kimi göstərilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarında məhkumun yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi, İş üzrə şahid qismində tanınmış şəx slər x2 və x3 təqsirləndirilən şəxs Məhkum tərəfindən onlara dəymiş ziyan tam ödənildiyi üçün Məhkum qarşı heç bir şikayət və tələblərinin olmadığı, ailəsinin yeganə qazanc gətirəni olması, əməlindən səmimi peşiman olması kimi halların cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsi, konkret sübutlarla əsaslandırılmayan səhv nəticələr kimi göstərilmişdir. Qərarda qeyd edilmişdir ki, Məhkum tərəfindən rüşvət verməyə təhrik edilmiş şəxslərin (x2 və x3) rüşvətin predmeti olduğunu güman etdikləri pul vəsaitlərini sonradan Məhkum geri almaları (Məhkum həmin məbləğlərin əvəzini onlara ödəməsi) CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin və onu törədən şəxsin ictimai təhlükəlilik dərəcəsinə (azalma yönündə) təsir göstərən, müvafiq olaraq da bu cinayət üzrə cəzanı yügülləşdirən hal kimi nəzərdən keçirilə bilməz. Apelyasiya məhkəmə kollegiyasının qərarında isə heç bir araşdırma və əsaslandırma aparılmadan göstərilmişdir ki, İş üzrə şahid qismində tanınmış şəxslər x2 və x3 təqsirləndirilən şəxs Məhkum tərəfindən onlara dəymiş ziyanın tam ödənildiyi üçün Məhkum qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Digər tərəfdən, təqsirləndirilən şəxs Məhkum əvvəlki məhkumluğu da yoxdur, himayəsində xx xxx 2010-cu il təvəllüdlü Nicat adlı bir azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirən şəxsidir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, ona görə də birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə alaraq onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ olan cərimə cəzalarını n təyin olunmasını tətbiq etməklə səhvə yol verməmişdir. Həm də apelyasiya məhkəmə kollegiyası Məhkum ailəsinin yeganə qazanc gətirəni olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi hallar ətraflı yöxlamamış, Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarında göstərilən əlavə sübutlarla əsaslandırılmamışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarında göstərilmişdir ki, məhkum yalan söyləməklə özündən asılı vəziyyətə saldığı şəxsləri rüşvət verməyə təhrik edərkən prokurorluq orqanlarının adından istifadə etməkdən, yəni məhkəmə hakimiyyətinin nüfuzuna təsir göstərən (onları gözdən salan) hərəkətlərdən belə çəkinməmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarında isə göstərilir ki, təqsirləndirilən şəxsin prokurorluq orqanlarının adından istifadə etməklə cinayət törətməsi pro kurorluq orqanlarının adına xələl gətirə bilməz. Çünki, təqsirləndirilən şəxs heç bir prokurorluq orqanlarında işləməmiş, bu orqanlarla onun hər hansı əlaqəsinin olması iş materialları ilə müəyyən olunmur. Onun prokurorluq orqanlarının adından istifadə etməsi dələduzluq cinayətinin törədilmə üsulu kimi çıxış edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yerindən müsbət səciyyələnməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Apelyasiya məhkəmə kollegiyası məhkuma təyin edilmiş cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələbinə uyğunluğunu əsaslandırarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının 2-ci və 3cü bəndlərində istinadən göstərmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bu zaman apelyasiya məhkəmə kollegiyası nəzərə almamışdır ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.2.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir, ictimai təhlükəliliyi daha yüksəkdir və formalaşmış məhkəmə təcrübəsində belə cinayətlərə görə daha ciddi cəzalar təyin edilir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, apelyasiya məhkəmə kollegiyasının qərarında əlavə cəzanın təyin edilməsində də səhv nəticəyə gəlinmişdir. Qərarda göstərilir Məhkum iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş əlavə cəza Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(091)-84/2018 saylı hökmü ilə ona təyin olunmuş dörd min manat cərimə cəzası ilə toplansın və o, qəti olaraq iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə dörd min manat cərimə cəzasına məhkum edilsin. Yəni məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi hansı cinayət əməlinə görə ona əlavə cəza təyin etdiyini qərarın nəticə hissəsində konkret göstərməmişdir. Əlavə cəzanın bir neçə cinayət əməli üzrə məcmu cəzaya təyin edilməsi qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixl i qərarında göstərildiyi kimi sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinin pozulması, CM-nin 8, 58.3-cü maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə təyin edilmiş cəza, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu və sosial ədalətin bərpasını təmin edə bilməz. Ona görə də qərar ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci və 416.0.21-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəm əsinin cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar