Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-277/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X2 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsi lli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Boykəndil kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi və məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli 1(101)-591/2024 nömrəli hökmünə əsasən (hakimlər: L.S.Əsgərova-Məmmədova (sədrlik edən), R.Ə.Sadıxov və N.A.Novruzov) Məhkum - Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə, CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 28 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli 1(103)-1127/2024 nömrəli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 18 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş iki ədəd soyuq silahı əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə qanunsuz olaraq külli miqdarda, yəni 8,481 qram çəkidə psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nin əməkdaşları tərəfindən 28 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 12:45-də ünvan 3 ünvanının yaxınlığında etibarnamə ilə idarə etdiyi “Kia Optima” markalı, **-NS-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,481 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirlərinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tə rəfindən 28 yanvar 2023-cü il tarixdə saat 15:50-də Məhkum etibarnamə ilə idarə etdiyi “Kia Optima” markalı, **-NS-*** qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman onun milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq əldə edib avtomobilində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş iki ədəd soyuq silah avtomobilin arxa saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi, məhkumun yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə təqsirləndirilərək cəza təyin edilməsi xahiş edilir. Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum 28 yanvar 2023-cü il tarixli qərarla, eləcə də eyni tarixdə, saat 14:10-da tərtib olunmuş protokolla CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Lakin yenə də iş materiallarına əsasən Məhkum guya həmin tarixdə, saat 12:45-də Nizami rayonu, B.Çobanzadə küçəsində olduğu zaman daxil olmuş «əməliyyat məlumatı» ilə əlaqədar BMCMİ-nin əməkdaşları tərəfi ndən saxlanılaraq həmin idarəyə aparılmışdır. Həmçinin idarənin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən tərtib olunmuş «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, saat 15:10-dan 15:40-dək olan müddət ərzində şübhəli şəxs Məhkum üzərində şəxsi axtarış aparılmış, bu zaman o, əynindəki şalvarının sağ yan cibindən bir büküm kütləni çıxarıb, təqdim etmişdir. Bundan sonra N. Allahverdiyevlə birlikdə Bəkir Çobanzadə küçəsində saxlanılaraq BMCMİ-nə aparılmış Şahid6 və Şahid5 üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Lakin iş materialları arasında Şahid6la Şahid5 şübhəli şəxs qismində tutulmalarına dair heç bir qərar, yaxud protokol yoxdur. Bu halda onların üzərinə baxış keçirilməsi tamamilə qanunsuzdur və «şəxsi axtarış, b axış və götürmə aparılması haqqında» 28 yanvar 2023-cü il tarixli protokol təhqiqatçı Babək Haqverdiyev tərəfindən prosessual pozuntuya yol verilməklə tərtib edilmişdir. 28 yanvar 2023- cü il tarixdə DİN-in BMCMİ-nin inzibati binasında hüquqlarını müdafiə etdiyi Məhkum üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona qarşı fiziki zor tətbiq olunaraq işgəncə verilmiş, aldadılmış, ona digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər tətbiq edilmiş, nəticədə Məhkum törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur olmuşdur. Həmçinin «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 28 yanvar 2023-cü il tarixli protokol təhqiqatçı Babək Haqverdiyev tərəfindən kobud prosessual pozuntuya yol verilməklə tərtib edildiyindən CPM-nin 125.3-cü maddəsinə əsasən Məhkum elan olunmuş saxta ittih amın sübut olunmasında istifadə edilə bilməz və iş üzrə müəyyən edilmiş sübutlar siyahısından çıxarılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi CPM-nin 125 və 126-cı maddələrində nəzərdə tutulmuş prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. İş materiallarından görünür ki, polis əməkdaşları Məhkum 28 yanvar 2023-cü il tarixdə, saat 12:45-də (lakin N. Allahverdiyev bu vaxtın saat 11:00-11:30 olduğunu bildirir) Bakı şəhəri, B.Çobanzadə küçəsində saxlayıb BMCMİ-nə aparmış, onun üzərində saat 15:10-da şəxsi axtarış aparılmağa başlanmışdır. Həmin yola 20-25 dəqiqə vaxt sərf oluna biləcəyini nəzərə alsaq, məlum olur ki, polis əməkdaşları Məhkum 2 saatdan artıq müddət ərzində həmin idarədə saxlamış, yalnız 15:10-da onun üzərində şəxsi axtarış aparılmaqla yuxarıda qe yd edilən «prosessual hərəkət» icra olunmuşdur. Bu da Məhkum həmin idarədə ona qarşı fiziki zor tətbiq olunması, işgəncələr verilməsi, onunla qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiklərini tam təsdiq edir. Videoçəkilişdən görünür ki, həmin «prosessual hərəkət» icra olunmazdan əvvəl təhqiqatçı şübhəli şəxs Məhkum CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməmiş, ən azından ona özünə qarşı ifadə verməmək hüququnun olduğu izah olunmamışdır. Bu da Azərbaycan Respublikası CPMnin 125.2.7-ci maddəsinə əsasən kobud prosessual pozuntu kimi qiymətləndirilməlidir. Bundan əlavə «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 28 yanvar 2023-cü il tarixli pr otokoldan və aparılmış videoçəkilişdən görünür ki, həmin «prosessual hərəkət» icra olunarkən Məhkum guya könüllü olaraq təqdim etdiyi bir büküm kütlə tərəzidə çəkilməmiş və çəkisi müəyyən olunmamışdır. Bundan başqa «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid6la Şahid5 üzərinə qeyri-qanuni olaraq baxış keçirilərkən onlar üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişlər. Ardınca təhqiqatçının təklifi əsasında Şahid6 əynində olan boz rəngli cins şalvarının sol yan cibindən «Samsunq» markalı mobil telefonu və sağ yan cibindən 6 manat pulu, Şahid5 isə qara rəngli şalvarının sağ yan cibindən 20 manat pulu və əynindəki gödəkçəsinin sağ iç cibindən «Xiaomi» markalı mobil telefonu könüllü olaraq təqdim etmişlər. Təhqiqatçı tərəfindən onların üzəri axtarılsa da, cinayət xarakterii heç bir əşya və predmet aşkar olunmamışdır (hansı ki, şəxsin üzərinin axtarılması kimi prosessual hərəkət şəxsi axtarışın keçirilməsinin predmetinə aiddir). Məhkum şübhəli şəxs qismində verdiyi 28 yanvar 2023-cü il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi 29 yanvar 2023-cü il tarixli ifadələrində protokolda göstərilən bütün halları təsdiq etmiş, təqdim etdiyi bir büküm psixotrop maddəni 28 yanvar 2023-cü il tarixdə, səhər vaxtlarında guya yaşadığı ünvana yaxın ərazidə yerləşən məişət tullantılarının olduğu qabların yanından keçərkən yerdə görərək istifadə etmək məqsədi ilə yerdən götürüb, üzərində gəzdirdiyini bildirmişdir. Lakin Şahid6 istintaqa verdiyi 29 yanvar 2023cü il tarixli ifadəsində göstərmişdir ki, BM CMİ-də onun üzərinə baxış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 20 manat pulu və əynindəki qara rəngli gödəkçəsinin sağ iç cibindən bir ədəd «Xİaomi» markalı mobil telefonu, Şahid5 isə əynində olan boz rəngli cins şalvarının so! yan cibindən «Samsunq» markalı mobil telefonu və sağ yan cibindən 6 manat pulu çıxarıb təqdim etmişlər. Bununla belə Şahid5 29 yanvar 2023-cü il tarixli ifadəsində üzərinə baxış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 20 manat pulu və əynindəki gödəkçəsinin sağ iç cibindən bir ədəd «Xiaomi» markalı mobil telefonu çıxarıb könüllü olaraq təqdim etdiyini göstərmişdir. Həmçinin Şahid6 və Şahid5la Məhkum arasında aparılmış üzləşmə istintaq hərəkətinə dair 29 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, Məhkum, Şa hid6 və Şahid5 sonuncu iki şəxsin üzərinə baxış keçirilərkən onların hər birinin könüllü olaraq təqdim etdiyi mobil telefonlar və pulla bağlı tam fərqli və ziddiyyətli ifadələr vermişlər. X4 tərəfindən qəbul edilmiş «təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında» 29 yanvar 2023-cü il tarixli qərarda göstərilir ki, Məhkum 28 yanvar 2023-cü il tarixdə, saat 12:45-də Bakı şəhəri, B.Çobanzadə küçəsində saxlanılıb, BMCMİ-nə gətirilmiş, saat 14:41-də üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 8,481 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin təhqiqatçı Babək Haqverdiyev tərəfindən tərtib olunmuş «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 28 yanvar 2023- cü il tarixli protokolda şübhəli şəxs Məhkum üzərində şəxsi axtarış və götürmə prosessual hərəkətinin saat 15:10-dan 15:40-dək olan müddət ərzində keçirildiyi qeyd olunmuşdur. Bununla belə X4 tərəfindən qəbul edilmiş «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 19 may 2023-cü il tarixli qərarda Məhkum üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin konkret olaraq hansı saatda keçirildiyi göstərilməmişdir. Bütün bunlar kobud prosessual pozuntu kimi qiymətləndirilməlidir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edilir. Məhkum kassasiya şikayətini müdafiəçinin verdiyi kassasiya şikayətinə uyğun əsaslandırmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi1, təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya prote stinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş biri nci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi, yalnız Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla” görə məsuliyyəti nəzərdə tutur və belə əməllər: “üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl: “üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxs in azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun ye kununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinay ət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıd ır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prini sipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hü quqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onlar ın mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Məhkum özünü CM-in 234.1-1, 228.4-cü maddələri ilə təqsirli bil məsə də, onun həmin cinayəti törətməsi təqsirləndirilən şəхsin özünün ibtidai istintaq zamanı verdiyi ifadə, məhkəmə iclasında verdiyi ilə yanaşı və məhkəmədə tədqiq edilməklə araşdırılmış ifadələri, şahidlər Şahid5, Şahid6, Şahid3, Şahid1, Şahid2, Şahid4 ifadələri, 28 yanvar 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk, 28 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk, 28 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının rəyi, 16 fevral 2023-cü il tarixl i məhkəmə-ballistik ekspertizasının rəyi, 31 yanvar 2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərar ilə, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Bununla əlaqədar apelyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumun törətdiyi əməlin – külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərl i maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 14-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübu tlar Məhkum əməlində CM-in 234.1-1 və 228.4-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumun əməlini CM-in 234.1-1 və 228.4-cü maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət-prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkum еdilmiş şəхs Məhkuma cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq norma larına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cin ayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqın da tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsə di ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət- hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №li qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törəd ilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarınd a tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-277/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-277/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver