Məhkəmə qərarları › İş №1(102)-2770/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2770/2025

23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2770/2025 23.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Beyləqan şəhəri, M.Ə.Sabir küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 1(106)-223/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 29 noyabr tarixli, 1(099)-18/2023 nömrəli hökmü ilə (hakimlər C.Ş.Səfərli (sədrlik edən), C.C.Nəbiyev və M.V.Məmmədov) Məhkum1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 23 4.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla, ona qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələr i ilə təqsirli bilinib məhkum edilmişlər, iş üzrə qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən Məhkum1 və müdafiəçisi Müdafiəçi6, eləcə də məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 1(106)-223/2024 nömrəli qərarı ilə (hakimlər Y.Həşimov (sədrlik edən), İ.Əhmədov və E.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 29 noyabr tarixli, 1(099)-18/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 oktyabr ta rixli 1(106)-223/2024 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 və Məhkum1 İran İslam Respublikası vətəndaşı olması güman edilən “Elmar” adı ilə tanıdıqları şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqma lçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda təmiz çəkisi 30597,97 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 2893,9 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təmiz çəkisi 9923,5 qram narkotik vasitə tiryək, külli miqdarda tərkibində narkotik vasitələr, ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 148,5 qr təşkil edən 1420 ədəd və güclü təsir edən maddə qabapentin təsir maddəsinin ümumi miqdarı 9 qr təşkil edən 60 ədəd kapsuları Füzuli r ayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında yerləşən ərazisində gizlədilməsi barədə məlumat verməsindən sonra onlar tanışları Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələr və güclü təsir ediən maddələri qanunsuz olaraq satış məqsədilə əldə etmə barədə razılığa gəldikdən sonra sonuncunun idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobillə 06 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində qeyd olunan yerə gələrək küllü miqdarda narkotik vasitələr və güclü təsir edən maddələri əldə etmişlər, əldə edilən narkotik vasitələrdən heroinin bir qismini hərəsi bir bükümdə öz üzərində saxlamışlar, bu barədə daxil olmuş məlumat əsasında AR Daxili İşlər Na zirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün, elə saat 20:00-da keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs3 Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında, “seyid ocağı” adlanan ərazidə saxlanılaraq Füzuli Rayon Polis Şöbəsinə aparılmışlar, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir bükümdə 20,387 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Məhkum1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə 16,140 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir bükümdə 12,343 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin qanunsuz olaraq əldə etdikləri iki ədəd narıncı rəngli kisələrdə otuz bir ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1003,7 qr, 943,5 qr, 890,3 qr, 1002,0 qr, 999,3 qr, 1011,2 qr, 937,6 qr, 991,1 qr, 986,7 qr, 902,4 qr, 995,3 qr, 997,6 qr, 993,8 qr, 1012,7 qr, 1000,7 qr, 993,1 qr, 1007,1 qr, 1002,5 qr, 996,2 qr, 999,2 qr, 995,3 qr, 1002,1 qr, 965,7 qr, 999,0 qr, 1036,9 qr, 942,3 qr, 1007,5 qr, 922,3 qr, 1012,9 qr, 1002,7 qr, 996,4 qr, ümumi təmiz çəkisi 30549,1 qr olan külli miqdarda həm öz aralarında, həm də üzərilərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, on üç ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 940,7 qr, 938,4 qr, 997,4 qr, 758,4 qr, 1186,2 qr, 885,6 qr, 608,3 qr, 351,0 qr, 657,8 qr, 367,7 qr, 772,8 qr, 892,0 qr, 567,2 qr, ümumi təmiz çəkisi 9923,5 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, beş ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 522,2 qr, 342,0 qr, 547,1 qr, 490,7 qr, 991,9 qr, ümumi təmiz çəkisi 2893,9 qr olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tərkibində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 148,5 qram təşkil edən üzərində “Preqabalin” markalanma göstəricisi olan müxtəlif rəngli 1420 ədəd kapsullar və tərkibində güclü təsir edən maddə qabapentinin təsir maddəsinin ümumi miqdarı 9 qram təşkil edən üzərində “Gabapentin” markalanma göstəricisi olan 60 ədəd kapsul dərman preparatları aşkar olunaraq götürülmüşdür. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququ na malikdir. İşə kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum1 yazılı ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 11 oktyabr tarixli qərarından verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. CPM-in 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum1 kassasiya şikayətini geri götürməsi barədə vəsatətini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumun vəsatəti təmin edilməli, müdafiəçinin məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli qərarından vermiş olduğu kassasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 vəsatəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 1(106)-223/2024 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar