Məhkəmə qərarları › İş №1(102)-2771/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2771/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2771/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər oğlu (sədrlik edən və məruzəçi), X3 və m oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Məhkum iştirakı ilə xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanınd a yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- CM-in) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli 1(106)-643/2023 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(099)-338/2023 nömrəli hökmü ilə (hakimlər: N.H.Məmmədov (sədrlik edən), M.V.Məmmədov və C.Ş.Səfərli) Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin N iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə, eyni zamanda, İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29,318.2-ci maddələri ilə məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli 1(106)643/2023 nömrəli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), K.C.Bəşirov və İ.Q.Abdullayev) apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(099)-338/2023 nömrəli hökmü dəyişdirilmiş, CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 7 ilə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hökmlə CM-in 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, onun üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər ilə qəsdən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, razılığa və niyyətə əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə İran İslam Respublikasının ərazisində istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda-37,550 kiloqram qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə əldə edib, üç ədəd narıncı rəngli kisənin içərisində qablaşdırıb saxlayaraq, 1 iyun 2022-ci il tarixdə, saat 4 radələrində həmin narkotik vasitəni daşıyıb qaçaq malçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin İmişli rayonunda yerləşən 5-ci Sərhəd Zastavasının xidməti ərazisi olan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar piyada keçirərək saat 9 radələrində qaçaqmalçılıq yolu ilə gətirilmiş həmin narkotik vasitəni gizlətməyi, əldə etməyi, sahiblik və sərəncam verməyi qabaqcadan vəd etməklə törədilmiş cinayətdə köməkçi sayılan Məhkum İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində təhvil vermişlər, sonuncu kisələrdən ikisini idarə etdiyi «VAZ-21011» markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerinə, birini isə ön sərnişin oturacağına qoyub, avtomobillə Sabirabad rayonu istiqamətində hərəkət edərkən, saat 09:30 radələrində İmişli rayonunun ərazisində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və avtomobilə baxış keçirilən zaman ikisi avtomobilin arxa yük yerində, biri isə ön sərnişin oturacağında olmaqla külli miqdarda-37,550 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananın qablaşdırıldığı üç ədəd kisə aşkar edilərək götürülmüşdür. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli 1(106)643/2023 nömrəli qərarının dəyişdirilməsi və Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-c i maddəsi ilə cinayət təqibinə xitam verilməsini və ya bu mümkün olmadıqda, onun əməlinin CM-nin 206.3.2-ci maddəsindən 206.2-ci maddəsinə tövsif edilməsini və ona daha az cəza təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayətdə iştirakı yalnız narkotik vasitələri Azərbaycan ərazisində qəbul etməkdən ibarət olmuşdur. Ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyildir, həmçinin onun qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıqda, başqa sözlə qaçaqmalçılıq cinayətlərində nəzərdə tutulan obyektiv cəhətin hər hansı hissəsini icra etməyə yönəlməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin fa ktiki hallarına əsasən narkotik vasitənin qaçaqmalçılığını digər məhkumlar P.Cəfərlu və M.Lətif icra etmişlər. Məhkum narkotik vasitəni şəxsən sərhəddən keçirməmiş, sərhədi keçməmiş, narkotik vasitəni İmişli rayonu Qaragüvəndikli kəndində M.Lətif və P.Cəfərludan qəbul etmişdir, lakin P.Cəfərlunu heç vaxt tanımamış, onunla qabaqcadan bu barədə razılaşmamışdır və narkotik vasitəni gömrük sərhəddindən 2 nəfərin, yəni Təqsirləndirilən şəxs2lə birgə P.Cəfərlu tərəfindən gətirilməsindən məlumatsız olmuşdur, o, yalnız narkotik vasitəsinin sərhəddən tək şəkildə Təqsirləndirilən şəxs2 tərəfindən gətirilməsi barədə məlumatlı olmuşdur, digər ikinci məhkum P.Cəfərlunun Təqsirləndirilən şəxs2lə birgə gəlməsi barədə məlumatı olmamışdır. Burada Məhkumin əməlində 206.3.2-ci maddəsinin əlamətləri yoxdur, o nun əməli CM-nin 206.3.2-ci maddəsindən CMnin 206.2-ci maddəsinə tövsif edilə bilər. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli 1(106)643/2023 nömrəli qərarının dəyişdirilməsi və əməlinin Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və ya o mümkün olmadıqda, ona cinayətlərin məcmusu ilə daha az cəza təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, Azərbaycana gətiriləcək narkotik vasitəni Azərbaycan ərazisində qəbul edib tapşırılan yerə çatdırılması, şəxsin əməlində CM-nin 206.3.2-ci maddəsinin əlamətlərini istisna edir. Əvvəla, qeyd olunmalıdır ki, Məhkum gömrük sərhədini keçərək narkotik vasitəni şəxsən gətirməmişdir və yaxud həmin narkotik vasitənin cinayətin digər iştirakçıları P.Cəfərlu və M.Lətif tərəfindən Azərbaycan gömrük sərhəddindən gizli və ya kənarda keçirilməsinə köməklik etməmişdir. Qeyd olunan şəxslər özləri həmin narkotik vasitəni Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirmişlər və onların qaçaqmalçılığına Məhkum hər hansı köməkliyi olmamışdır. Məhkum iranlılar tərəfindən Azərbaycan gətirilən narkotik vasitəyə sahiblik edəcəyi, ona sərəncam verəcəyi barədə iranlılara qabaqcadan hər hansı vəd verməmişdir. Burada CM-nin 32.5, 206.3.2-ci maddəsinin əlamətləri yaranmır. Onlar narkotik vasitəni Azərbaycana gətirdikdən sonra, Məhkum həmin narkotiki Azərbaycanda onlardan qəbul etmişdir. Artıq İİR vətəndaşları P.Cəfərlu və M.Lətif narkotik vasitənin qaçaqmalç ılığı cinayətini törətmişlər, narkotik qaçaqmalçığı cinayəti başa çatmışdır və ondan sonra gətirdikləri malı Məhkum təhvil vermişlər. Məhkum həmin şəxslərlə malın qaçaqmalçılıq yolu ilə gətirilməsinə köməklik etməkdə razılaşmamış, Məhkum həmin malın (narkotik vasitənin) Azərbaycana gətirildikdən sonra qəbul edə biləcəyini və deyilən yerə qoyacağı barədə hərəkətləri etməsinə etiraz etməmişdir. Ona görə də burada Məhkum əməlində ümumiyyətlə CM-nin 206.3.2-ci maddəsinin əlamətləri istisna olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçisi Müdafiəçi4, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyə rək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci v ə ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində CM-in 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən: “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qı rğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinə əsasən, bu məcəllənin 206.1– 206.2 -ci maddələrində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsibeş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublik ası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— 234.4.4. mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaş dırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ ve rilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qər arlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüq uqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək Məhkum əməlini Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən i btidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlinin törədilməsində özünü təqsirli bilmiş, özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, digər məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri, şahidlər: N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının rəisi vəzifələrini icra edən, baş leytenant hərbi rütbəsində xidmət edən Şahid1, N nömrəli hərbi hissənin 23- cü sərhəd zastavasının təm inat qrup komandiri, baş gizir Şahid2, vətəndaş Şahid1, Şahid4 və Şahid5 ifadələri, cinayət işinin materiallarında olan N iyun 2022-ci il tarixli baxış protokolu və videoçəkilişi, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin N iyun 2022-ci il tarixli, 16/1428 nömrəli məktubu, N iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokol, N iyun 2022-ci il tarixli aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında protokol, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ““Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələri n qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yer lərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Həmin qərarda qeyd edilmişdir ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (mə sələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət-prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarlarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələr ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Həmçinin, onun Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ittiham edilməsi ilə bağlı cinayət işinin xitam edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraə t verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası C PM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar