Məhkəmə qərarları › İş №1(102)-2772/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2772/2025

09.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2772/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 2001.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 01 oktyabr tarixli 1(106)764/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 12 iyun tarixli 1(099)-235/2024 nömrəli hökmü ilə (hakimlər C.Ş.Səfərli (sədrlik edən), C.C.Nəbiyev və M.V.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2, 234.4.1, 234.4.3, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona C M-in 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, iş üzrə maddi sübut kimi tanınmış - DGK-nin Astara Gömrük postunda nəqliyyat vasitələri üçün n əzərdə tutulmuş dayanacaqda saxlanılan Məhkum mülkiyyətində olmuş ümumilikdə 40000 manat təşkil edən “Renault” markalı, “Premium” modelli, 2007-ci il buraxılışlı, 42CX024 qeydiyyat nişanlı dartıcı yük avtomobili və həmin dartıcıya bitişik olan X3 mülkiyyətində olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqunun dövlət nəfinə xüsusi müsadirə olunması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə qətimkan tədbiri, digər maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 01 oktyabr tarixli 1(106)-764/2024 nömrəli qərarı ilə (hakimlər İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və Y.X.Həşimov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 12 iyun tarixli 1(099)-235/2024 nömrəli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 01 oktyabr tarixli 1(106)-764/2024 nömrəli qərarından Məhkum kassasiya şikayəti verərək, ona məxsus avtomobilin müsadirə olunmasına dair məhkəmələrin hökm və qərarının ləğv edilməsi və avtomobilin ona geri qaytarılmasını, bununla bərabər təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona bəraət verilməsi, CM-in 206.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum CM-in 206.2, 234.4.1, 234.4.3, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, külli miqdarda narkotik vasitəni, güclü təsir edən maddələri və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma və saxlama, eləcə də, bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal edilməsinə dair Təqsirləndirilən şəxs, İran İslam Respublikası vətən daşı Fardın Nourollahı və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Fardın Nourollahı tərəfindən qanunsuz olaraq əldə edilən təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 360 qram təşkil edən hər birində 10 həb olan 900 konvalyutda ümumilikdə 9000 həb "Methadone 40” əmtəə göstəricili metadon narkotik vasitəsi, təsiredici maddəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla cəmi 1,8 qram təşkil edən hər birində l0 tablet olan 18 konvalyutda ümumilikdə 180 tablet "Clozam 10” əmtəə göstəricili klobazam psixotrop maddəsi, təsiredici maddəsinin miqdarı cəmi 0,34 qram olmaqla hər birində 10 tablet olan 171 konvalyutda ümumilikdə 1710 tablet "Vazonidin 0,2” əmtəə göstəricili klonidin, təsiredici maddəsinin miq darı külli miqdarda olmaqla cəmi 90 qram təşkil edən hər birində 1 flakon olmaqla 30 qutuda 30 flakon "Equipoise 300” əmtəə göstəricili boldenon, təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 40 qram təşkil edən hər birində 1 flakon olmaqla 20 qutuda 20 flakon "Parabolan 200” əmtəə göstəricili trenbolon və təsiredici maddəsinin miqdarı külli miqdarda olmaqla cəmi 10 qram təşkil edən hər birində 1 flakon olmaqla 10 qutuda 10 flakon "Masteron 100” əmtəə göstəricili drostanalon güclü təsir edən maddələrini, cinayətkar qrupun üzvləri arasındakı rol bölgüsü və razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs tərəfindən realizəsinin təşkil edilməsi məqsədilə sonuncuya çatdırılması üçün 2023-cü ilin iyun ayının 10-dək olan müddət ərzində İran İslam Respublika sının Astara şəhərində Fardın Nourollahıdan təhvil almış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi "Renault” markalı, 42CX024/42ZA599 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəltdirdiyi gizli saxlanc yerində yerləşdirib gömrük nəzarətindən gizlətməklə saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşımış, həmin narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri, o cümlədən qrupun İran İslam Respublikasındakı üzvü Fardın Nourollahıdan Azərbaycan Respublikasında realizəsini təşkil etməsi məqsədilə Təqsirləndirilən şəxs çatdırmaq üçün əldə etdiyi və idxal edərək satış məqsədilə saxladığı dərman vasitələrinin qanunsuz dövriyyəsi cinayətinə münasibətdə dəyəri külli miqdarda olmaqla cəmi 57219 manat təşkil edən 1 ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə 7374 manat dəyərində 1229 ədəd "Xyla-P 30g” adlı, 1 ədədinin qiyməti 80 manat olmaqla ümumilikdə 10320 manat dəyərində 129 qutu "Ferinjekt 500 mg/10ml” adlı və 1 ədədinin qiyməti 85 manat olmaqla ümumilikdə 39525 manat dəyərində 465 qutu "Zoladeks 3,6mg” adlı qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini, eləcə də, həmin dərman vasitələrinin də qiyməti nəzərə alınaraq qaçaqmalçılıq cinayətinə münasibətdə ümumi dəyəri xeyli miqdarda olmaqla cəmi 75769 manat təşkil edən 1 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 3 konvalyut "ProstaFit” adlı və 1 ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə 18520 manat d əyərində 463 şpris "Orgalutran 0,25 mg/0,5ml” adlı dərman vasitələrini idarə etdiyi nəqliyyat vasitəsinin müvafiq gizli saxlanc yerində yerləşdirib gömrük nəzarətindən gizlətməklə 10 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1 -ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddələr, eləcə də, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələri ilə digər dərman vasitələri nəqliyyat vasitəsinə 11 iyun 2023-cü il tarixdə, saat 10 radələrində Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində keçirilm iş rentgen və gömrük yoxlaması nəticəsində gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə ona CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda (digər maddələrlə özünü təqsirli bilir) o, həmin maddələr ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bundan əlavə, onun əmlakının müsadirə olunması üçün qanuni əsaslar mövcud olmamışdır. Belə ki, Cinayət Məcəlləsinə dəyişiklik edilməsinə dair Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 314-İVQD- nömrəli qanunu ilə əmlak müsadirəsi məsələsi Cinayət Məcəlləsindən çıxarılmışdır. Belə olan halda onun əmlakın ın müsadirə olunması kobud qanun pozuntusudur. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, nəticədə onun Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə əsassız olaraq təqsirli bilinib cəzalandırıldığını, habelə onun əmlakının qanunsuz olaraq müsadirə edildiyini və CM-in 206.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olar aq mübahisələndirilən qərarın qismən ləğv edilməsi, CM-in 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə ona bəraət verilməsi, müsadirə olunan əmlakın ona geri qaytarılması və CM-in 206.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.12 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 0 1 oktyabr tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Re spublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, onun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməlində həmin cinayətlərin tərkib əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum və müdafiəçisini n iştirakı ilə verdikləri ifadələri (hansı ki, həmin ifadələr ilə onun əldə edib saxladığı və daşıdığı predmetlərin içərisində güclü təsir edən maddələrin və narkotik vasitənin olmasını bilməsi müəyyən olunmuşdur), ekspert rəyi, maddi sübutlar, sənədlər və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin CM-in 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum CM-in 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirli bi linməsinin mübahisələndirilməsinə dair hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hallar kimi onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən və əməllərini qismən etiraf etməsindən, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, Məhkum təqsirli bilindiyi CM-in 206.2, 234.4.1, 234.4.3, 240.3.2, 2001.2.2 və 200-1.2.3-cü maddələri ilə həm ayrı-ayrılıqda, həm də cinayətlə rin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 58.3, 61 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Məhkumun cəzasının yüngülləşdirilməsi, eləcə də onun barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud olmamışdır. Əmlakların müsadirə edilməsinə dair müddəaların məhkəmə aktlarından xaric edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri nə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkum kassasiya şikayətində bu tələbini “Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 314-İVQD-nömrəli Qanununa isnad edərək əmlak müsadirəsinin Cinayət Məcəlləsindən çıxarılması ilə əsaslandırmışdır. Qeyd edilməlidir ki, 2012-ci ilin 1 may tarixinədək qüvvədə olan CM-in 42.0.8-ci maddəsində əmlak müsadirəsi əlavə cəza növü kimi cinayət qanunvericiliyində nəzərdə tutulmuşdu. Lakin “Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 2012-ci il 7 mart tarixli 314-İVQD nömrəli Qanun ilə CM-in 42.0.8-ci maddəsi, eləcə də “əmlak müsadirəsi”ndən bəhs edən 51-ci maddəsi Məcəllədən çıxarılmış, eyni zamanda CM-in Vİ Bölməsinə cinayət hüquqi xarakterli digər tədbir kimi “Xüsusi müsadirə” adlanan 15-1 fəsli əlavə edilmişdir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri CM-in 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşməl ərin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. Göründüyü kimi Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli Qanunu ilə əmlak müsadirəsi növündə əlavə cəza cəzalar sistemindən çıxarılsa da, həmin vaxt cinayət hüquqi xarakterli digər tədbir kimi xüsusi müsadirə qanunvericiliyə daxil ed ilmişdir. Odur ki, hazırki iş üzrə cinayətin törədilməsi zamanı istifadə edilən yük avtomobili və onun qoşqusu cinayət hüquqi xarakterli digər tədbir kimi xüsusi müsadirə edilmişdir. Bununla yanaşı, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, cinayət hadisəsi törədilən vaxt Məhkum öz mülkiyyətində olan “Renault” markalı, “Premium” modelli, 2007-ci il buraxılışlı, ** CX *** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobilini idarə etmiş, cinayətin predmeti olan narkotik vasitə və dərman vasitələri isə həmin dartıcıya bitişik olan “Maz” markalı, “9766” modelli, ** ZA *** qeydiyyat nişanlı, 1994cü il buraxılışlı tentli furqon tipli qoşquda xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerində saxlanılaraq daşınmışdır. Eyni zamanda məhkəmələr tərəfindən müəyyən edilm işdir ki, həmin qoşqu Məhkum deyil, onun qardaşı Elnur Qasımovun xüsusi mülkiyyətində olmuşdur. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Maz” markalı, “9766” modelli, ** ZA *** qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqu xx.xx.2021-ci il tarixdən X3 mülkiyyətindədir. Elnur Qasımova isə qardaşı Məhkum hazırki cinayət əməllərini törətməsinə köməklik etməsi, bununla bağlı ona alət və ya vasitə verməsi ilə bağlı ittiham irəli sürülməmişdir. X2 bu cinayətlərdən əvvəldən məlumatlı olması iş materialları ilə müəyyən olunmamışdır. “Maz” markalı, “9766” modelli, ** ZA *** qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqunun xüsusi müsadirə edilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldi yi nəticə ilə razılaşan apellyasiya instansiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, cinayətin predmeti olan narkotik vasitə və dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsi üçün nəzərdə tutulan gizli saxlanc yeri qoşqu İranda olarkən məhz avtomobilin bu hissəsində dəmir təbəqələrin qaynaq edilməsi yolu ilə quraşdırıldığından, avtomobilin qoşqusu ilə birlikdə xüsusi müsadirə edilməsi düzgündür. Halbuki, CM-in 99-1.1.1-ci maddəsinə əsasən cinayət törədilərkən istifadə olunan alət və vasitələr o halda müsadirə edilə bilər ki, onlar qanuni sahibinə qaytarılmalı olan alət və ya vasitələr olmasın. Bu o deməkdir ki, alət və ya vasitənin qanuni sahibi cinayətin törədilməsində hər hansı formada iştirak etməmişdirsə, cinayətin törədilməsindən əvvəldən məlumatlı olmamışd ırsa, əşyasını qanuni bir məqsədlə başqasının istifadəsinə vermişdirsə, həmin əşya cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilmiş olsa belə, onun müsadirəsinə yol verilməməlidir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 24 fevral tarixli Qərarında göstərilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə əda lətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Konstitusiyanın 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinin tələblərindən görünür ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. CPM-in 18.1-ci maddəsinə görə, cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ məh dudlaşdırıla bilməz. Qeyd edilən qanunvericilik normalarına və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə xüsusi müsadirə edilmiş “Maz” markalı, “9766” modelli, ** ZA *** qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqu məhkum edilmiş şəxsin təqsirli bilindiyi cinayətlərin törədilməsində hər hansı qisimdə iştirakı müəyyən edilməyən X3 mülkiyyətində olduğundan (baxmayaraq ki, cinayətin predmeti olan narkotik vasitə və dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsi üçün nəzərdə tutulan gizli saxlanc yeri həmin qoşquda quraşdırılmışdır), birinci instansiya məhkəməsi qeyd edilən nəqliyyat vasitəsi barəsində xüsusi müsadirə tətbiq etməklə, apellyasiya i nstansiya məhkəməsi isə həmin qənaətlə razılaşmaqla Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələblərini pozmuşlar. Bununla belə Məhkum mülkiyyətində olan “Renault” markalı, “Premium” modelli, 2007-ci il buraxılışlı, ** CX *** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobilinin xüsusi müsadirə olunmasında məhkəmə kollegiyası hər hansı qanun pozuntusu görmür. Belə ki, cinayətin predmeti olan narkotik vasitə və dərman vasitələri həmin dartıcıya bitişik olan qoşquda xüsusi saxlanc yeri düzəldilməklə daşınsa belə, qoşqu təkbaşına özüyeriyən xarakterə malik nəqliyyat vasitəsi deyil və o, hər bir ha lda dartıcı yük avtomobilinə qoşulmaqla istifadə edilir. Bu baxımdan Məhkum öz mülkiyyətində olan yük avtomobilindən istifadə etməklə həmin dartıcı yük avtomobilinə qoşulmuş qoşquda cinayət predmeti olan vasitələri daşıdığından, onun idarə etdiyi yük avtomobilinin özü də cinayəti törətmək üçün istifadə edilən vasitə hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 01 oktyabr tarixli 1(106)-764/202 4 nömrəli qərarı dəyişdirilməli, həmin qərardan və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 12 iyun tarixli 1(099)-235/2024 nömrəli hökmündən X3 mülkiyyətində olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqunun dövlət nəfinə xüsusi müsadirə edilməsinə dair müddəalar xaric edilməli və həmin əmlak qanuni sahibinə qaytarılmalı, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 01 oktyabr tarixli 1(106)-764/2024 nömrəli qərarı dəyişdiri lsin. Həmin qərardan və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 12 iyun tarixli 1(099)-235/2024 nömrəli hökmündən X3 mülkiyyətində olan “Maz” markalı, “9766” modelli, 42ZA599 qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı tentli furqon tipli qoşqunun dövlət nəfinə xüsusi müsadirə edilməsinə dair müddəalar xaric edilsin və həmin əmlak qanuni sahibinə qaytarılsın. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar