Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2778/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - X15, Müdafiəçi - Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun iştirakları ilə, B akı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 1(101)-209/2023 nömrəli (hakimlər: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, Qəniyev Faiq Əsəd oğlu və X7 ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.xxxx-ci ildə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-123/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökm ü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış X15 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona, Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.4, 42.2, 42.2.4-cü maddələrinə əsasən bəraət verilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Malışov Rauf Tahir oğlu tərəfindən verilmiş apellyasiy a protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli 1(103)-1771/2023 nömrəli (hakimlər: Babayev Qədim Xalid oğlunun sədrliyi ilə, Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdi r ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla daşımışdır. Belə ki, X23 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 6,689 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımış, 17 mart 2022-ci il tarixdə, saat 15:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən şübhəli davranışlarına görə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən 81 saylı sərnişin avtobusunun son dayancağında saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı şəffaf sellofana bükülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 6,689 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyind ən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq X18 əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi əldə edilə bilərlər. X23 17 mart 2022-ci il tarixdə CM-in 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19 mart 2022-ci il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tar ixdə ona həm elan edilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilməlidir ki, məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri məsələsinə baxarkən tutulmasının əsaslılığı və qanuniliyi məhkəmə tərəfindən yoxlanılmışdır. Həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Bəraət almış şəxs saxlanılmasının qanunsuz olmadığını bildirmişdir və törətdiyi cinayət əməlini etiraf etmişdir. Belə olan halda məhkəmə şəxsin tutulmasının əsaslılığını yoxlamış və qanunsuz hallar müəyyən etmədiyi üçün şəxsin barəsində həbs qətimkan tədbiri seçmişdir. Odur ki, X1, tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması tam qanuni aparılmış, ona qarşı qanunsuzluğun olması nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Cinayət işini n materiallarına əlavə edilmiş 17 mart 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən olunur ki Bəraət almış şəxsun üzərində 1 bükümdə təmiz çəkisi 6,689 qram narkotik vasitə heroinə bənzər kütlələr olmuşdur. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, şəxsi götürmə istintaq hərəkəti videoçəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD-R formatlı disk protokola əlavə edilmişdir. İş materiallarında olan DİN-in Əməliyyat və Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmdən görünür ki, X10 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edilən s übutlara əsaslanaraq o nəticəyə gəlmək olar ki, X23 narkotik vasitələrlə əlaqəsinin olmadığını bildirməsinə baxmayaraq bu hal onun ilkin etirafedici ifadəsi, məhkəmə hökmü və ekspert rəyi ilə təkzib olunmuşdur. Bu hal Bəraət almış şəxsun ibtidai məhkəmə istintaqı zamanı təkzib edilməz sübutlar olmasına baxmayaraq özünü müdafiə xarakterli ifadələr verməsinə dəlalət edir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhl il şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində ka ssasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına ə məl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X18 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraci əti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərt ərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, X15 q anunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmələr cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişlər ki, təq sirləndirilən şəxs X23 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla yanaşı, həmçinin X15 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Cinayət işinin materiallarında olan 17 mart 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 15:30 radələrində xidmət apardıqları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Y.Eyvazov küçəsində, 81 saylı sərnişin avtobusunun son dayanacağında X3 saat 15:45-də Suraxanı RPİ-nin 32-ci PB-nə təhvil verilmişdir. İş materiallarında olan 17 mart 2022-ci il t arixli qərar və protokoldan görünür ki, X23 həmin tarixdə, saat 15:30 dəqiqədən tutulmuş hesab edilməklə 16:15-də Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də X15 üzərində şəxsi axtarış və götürmə istintaq hərərkəti aparılarkən üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş və o, əynində olan qış gödəkçəsinin sol yan cibindən bir ədəd mobil telefon, bir ədəd siqaret qutusunun içərisində olan şəffaf sellofan bükülü çıxararaq, içərisində narkotik maddəyə bənzər büküm olduğunu bildirmişdir. Lakin məhkəmə icraatı zamanı dindirilmiş X23 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdi ki, ona internetdən zəng olunaraq bir qram narkotik vasitə heroin 34 manata təklif olunmuşdur. Bundan sonra qonşusu X14 ilə birlikdə 16 mart 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə yaxınlaşmışlar. Lakin, X-in onun narkotik vasitə almağa getməyindən xəbəri olmamışdır. Onlar maşından düşəndən sonra həmin nömrəyə zəng etmiş, lakin cavab verən olmamışdır. Bundan sonra onlara qara rəngli «Hyundai Sonata» markalı avtomobil yaxınlaşmış, iki nəfər şəxs maşından enərək özlərini polis əməkdaşı kimi təqdim edib, üzərlərinə baxış keçirmişlər. Daha sonra onu avtomaşına mindirib, yolda hardan gəldiklərini soruşduqda qonaq getdiklərini, indi isə evə qayıtdıqlarını bildirmişdir. Sonra ondan 500 manat pul is tənilmişdir. Səhərə kimi tanışına mesaj yazıb pul tapmasını xahiş etsə də, pulu tapa bilmədiyi üçün onu idarəyə aparmışlar. Polislər X-i bərk döymüşlər. Bundan sonra əlinə qandal vuraraq onları Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. Səhər saat 06-07 arası əməliyyat müvəkkilinin otağında onları, ən çox da X-i döymüşlər. X-in iki uşağı olduğu üçün onu buraxmalarını, dedikləri hər şeyi boynuna götürəcəyini bildirmişdir. X-i buraxıb, onu tutmuşlar. Gecə vaxtı tutulmasına baxmayaraq demişlər ki, əgər günün ikinci yarısı tutulduğunu desə işi yüngül olacaq və tez qurtaracaq. Apellyasiya icraatı zamanı dindirilmiş bəraət almış şəxs X23 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində birinci instansiya məhkəmə sində verdiyi ifadəsini təsdiq etmişdir. O cümlədən, əlavə şahid qismində dindirilmiş X14 verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan günü Bəraət almış şəxsla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getmişlər. Polis idarəsində üç gün saxlanılmışdır. İdarədə X-in üzərində heç bir narkotik vasitə və ya hər hansı bir kütlə aşkar olunmamışdır. X32 İdarəsində nə etdiklərini görməmiş, lakin onun boynuna nə isə qoymağa çalışdıqlarını bilmişdir. Məhkəmələr müəyyən etmişlər ki, cinayət işi üzrə ibtidai istintaq materiallarına əsasən X15 17 mart 2022-ci il tarixdə, saat 15:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən şübhəli davranışlarına görə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən 81 saylı sərnişin avtobusunun son dayancağında saxlanılaraq, habelə bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına aparılması və üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən digər sübutların olması rəsmiləşdirilsə də, məhkəmə istintaqı nəticəsində, təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına sonuncu dəfə verdiyi ifadələri, üzləşdirmə protokolu, məhkəmə istintaqında vermiş olduğu ifadələr, anten dairəsindən çıxarışlar və 7 saylı ÇPA-dan daxil olmuş məktublarla hadisələrin həqiqətdə cinayət işinin materiallarında qeyd olunduğundan tama milə fərqli şəkildə cərəyan etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər Şahid2 Əlöhvsət oğlu və Şahid1 verilmiş suallara cavab olaraq bildirmişlər ki, polis nəfəri olaraq on beş gün gecə, on beş gün gündüz xidmətində olurlar. Gündüz növbəsində iş qrafikləri saat 08:00-dan 20:00-dək, gecə isə 21:00-dan səhər saat 09:00-dək müəyyənləşdirilmişdir. 17 mart 2023-cü il tarixdə gündüz növbəsində olmuşlar və X19 da piyada hərəkət edərkən gündüz saatlarında tək saxlamışlar. Lakin, Şahid2 Əlöhvsət oğlu əlavə dindirmə zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid1 ilə 17 mart 2023-cü il tarixdə gecə saatlarında növbədə olmuşlar, X19 da gecə saatlarında saxlamışlar, lakin ola bilsin səhvən gündüz saatlarında rəsmiləşdirilmişdir. Azərbayca n Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 7-ci Patrul Bölüyünə həmin polis əməkdaşlarının 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə və 17 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixə keçən gecə günün hansı saatlarında xidmətdə olduqları ilə əlaqədar verilmiş sorğuya cavabda Şahid2 və Şahid1 həmin tarixlərdə axşam saat 20:00-dan səhər saat 08:00-dək xidmətdə olduqları göstərilmişdir. Belə olan halda Şahid2 və Şahid1 həmin tarixdə gündüz saatlarında xidmətdə olmaları qeyri-mümkün görünür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, şahidlər Şahid2 və Şahid1 ilə təqsirləndirilən şəxs X23 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları Bəraət almış ş əxsun üzünə qarşı bir daha təsdiq etmişlər, sonuncu isə onların dediklərini inkar etmişdir. Birinci instansiya məhkəməsi X15 üzərində əməliyyat-axtarış tədbirinin keçirilməsi və ilkin olaraq polis əməkdaşları tərəfindən saxlanması ilə bağlı qeyd etmişdir ki, istintaq materiallarına və verilmiş ittihama görə X23 17 mart 2022-ci il tarixdə, saat 15:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən şübhəli davranışlarına görə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən 81 saylı sərnişin avtobusunun son dayancağında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş, orada saat 16:30-dan 16:40-dək X15 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilən narkotik vasitəni o, sosial şəbəkədə adını Həsən kimi tanıdığı şəxsdən əldə etdiyini və öz istifadəsi üçün saxladığını bildirmişdir. Lakin, kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şahid qismində çıxış edən polis əməkdaşı Şahid1 məhkəmədə iki dəfə dindirilməsinə baxmayaraq həm istintaq zamanı vermiş olduğu ifadəsindən və məhkəmədə vermiş olduğu birinci ifadəsindən fərqli ifadə verərək X19 17 mart 2022-ci il tarixdə gündüz saat 18 radələrində saxladığını, həmin gün gündüz növbəsində xidmətdə olduğunu deməsi, Şahid2 məhkəmədə fərqli ifadə verərək 17 mart 2022-ci il tarixdə birinci ifadəsində gündüz zamanı, ikinci ifadəsində gecə vaxtı xidmətdə olduğunu bildirməsi, telefon anten dairələrində polis əməkdaşları ilə təqsirləndirilən şəxsin mobil telefon anten darəsinin 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə səhərə kimi eyni ərazini göstərməsi, 17 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs X15 tanışına onu maşında saxladıqlarını, bölməyə aparmadıqlarını yazmasına dair mesajların mövcudluğu X15 barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilməsi barədə nəticəyə gəlməyə əsas verir. X8, istərsə də X11 ifadələrindən, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nə ÇPA-nin əməkdaşları Şahid2 və Şahid1 ziddiyyətli ifadələrindən, üzləşdirmə protokolundan, anten dairəsindən çıxarışlardan, habelə 7 saylı ÇPA-dan daxil olmuş sorğuya cavab məktublarından X15 1 6 mart 2022-ci il tarixdə, axşam saat 23 radələrində saxlanılması, 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə saat 04-05 radələrinədək polis əməkdaşları tərəfindən avtomaşında saxlanıldıqdan sonra aparılıb bölməyə təhvil verilməsi öz təsdiqini tapır. Bu da ona dəlalət edir ki, şahidlər səmimi ifadə vermirlər. Ona görə də, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, iki polis əməkdaşının ifadələrini təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Cinayət işinin materiallarına əlavə edilmiş müvafiq sənədlərlə təsdiq olunur ki, X23 tanışı X14 ilə 16 mart 2016-cı il tarixdə, saat 23 radələ rində Bakı şəhəri, Suraxanı rayonu ərazisində ÇPA-nın əməkdaşları tərəfindən saxlanılmış, 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə saat 04-05 radələrinə kimi polis əməkdaşlarının idarə etdiyi maşında gözlədilmişdir. Belə ki, X2 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə, saat 03:55 dəqiqədə Bəraət almış şəxsun istifadəsində olan 055 334 11 14 saylı mobil nömrədən 055 947 74 74 saylı mobil nömrəyə SMS göndərilməklə «bir dənə əlaqə saxla maşında saxlayıblar çox hörmət elədi bölməyə salmadı» kimi mətnlər yazılmışdır. Eləcə də, iş üzrə şahid qismində keçən polis əməkdaşları Şahid2 və Şahid1 və təqsirləndirilən şəxs X15 istifadəsində olmuş mobil telefon nömrələrinin anten dairələrinin müəyyən edilməsinə dair verilmiş sorğuya cavabdan da görünür ki, 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə şahidlər və təqsirləndirilən şəxs eyni ünvanda olmuşlar. Beləliklə, X15 17 mart 2022-ci il tarixdə, səhər saat 04-05 radələrində Bakı şəhəri Suraxanı RPİ-nə gətirilməsi təsdiqini tapsa da, ilkin istintaq hərəkətlərinin (şübhəli şəxs qismində tutma qərarı və ya protokolu, müdafiəçinin təqdim edilməsi, hüquq və vəzifələrinin izahı, şəxsi axtarış və götürmə) həmin tarixdə, saat 16 radələrində aparmasının qeyd olunması, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olması məhkəmələr tərəfindən haqlı olaraq şübhə yaratmışdır. Belə olduğu hallarda isə məhkəmələr haqlı olaraq təqsirləndirilən şəxsin 17 mart 2022-ci il tarixdə gündüz saatlarında deyil, 16 mart 2022-ci il tarixdə gecə saat 23.00 radələrində tut ulmasını, saxlanılan zaman tək olmamasını, polis əməkdaşlarının səhərə kimi onu maşında saxlamalarını və səhər polis idarəsinə təhvil verilməsini, barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirilərin qanunsuz olması barədə nəticəyə gəlmişlər. Odur ki, cinayət işinin materiallarında olan sübutlar əsasında, müəyyən olunmuşdur ki, X23 Bakı şəhəri Suraxanı RPİ-nin 32-PB ÇPA-nın əməkdaşları Şahid1 və Şahid2 tərəfindən 16 mart 2022-ci il tarixdə, saat 23 radələrində saxlanılmış, 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə saat 04-05 radələrinədək polis əməkdaşları tərəfindən avtomaşında saxlanıldıqdan sonra aparılıb bölməyə təhvil verilmişdir. Qeyd edilən hallar həmç inin, təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına sonuncu dəfə verdiyi ifadələri, üzləşdirmə protokolu, məhkəmə istintaqında vermiş olduğu ifadələr, anten dairəsindən çıxarışlar və 7 saylı ÇPA-dan daxil olmuş məktublarla da tam şəkildə təsdiq olunur. Qeyd olunanlarla yanaşı iş materiallarında olan 28 mart 2022-ci il tarixli əməliyyat tapşırığına əsasən X15 narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı müraciət olunmuş, 11 aprel 2022-ci il tarixli cavab məktubunda satışla bağlı müsbət nəticə əldə etmək mümkün olmadığı bildirilmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X6 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya mə hkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrüb əsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməs inin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət tör ədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbay can Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa İnsan Hüququları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində gö stərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçini n vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sü butlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apelyasiya instansiyası məhkəməsi tərəfində n yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tar ixli hökmü ilə X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2778/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2778/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver