Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2779/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, bəraət almış şəxs X1 və onun müdafiəçisi Abbasov Asim Müşfiq oğlunun, xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X4 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1666/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarından xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X4 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət al mış şəxs X5 XXXX-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır.
2. X7 xüsusi ittiham qaydasında məhkəməyə şikayətlə müraciət edərək, X1 onu xüsusilə külli miqdarda əmlakı oğurlamaqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.4-cü maddəsi), xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə (Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi), qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğunda (Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi), mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı), partl ayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməkdə (Azərbaycan Respublikası CM-nin 228.3-cü maddəsi), terrorçuluğu maliyyələşdirməkdə (Azərbaycan Respublikası CM-nin 214-1-ci maddəsi) ittiham etdiyi üçün onun Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
3. Xüsusi ittiham qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, X7 uzun müddətdir Rusiya Federasiyasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün vaxtaşırı ölkəyə gəlib-gedir. O, cavabdeh X2 əvvəllər tanımamış, lakin sonuncu təxminən 2021-ci ildən etibarən müxtəlif şəxslər qarşısı nda onu guya ticarət fəaliyyətinə mane olmaqda, habelə qohumları ilə arasında maddi problemlər yaratmaqda ittiham etmişdir. Şikayətdə qeyd edilmişdir ki, bəraət almış şəxs özünün uğursuz biznes fəaliyyətini bərpa etmək məqsədilə xüsusi ittihamçı barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymış, müxtəlif məzmunlu videoçarxlar çəkərək onu hədələmiş, barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Belə ki, cavabdeh tərəfindən çəkilmiş 10 dəqiqə 25 saniyəlik videoçarxda xüsusi ittihamçı “qatı kriminal ünsür”, “oğru”, “vətən xaini” kimi təqdim edilmiş, onun cinayətkar dəstəyə rəhbərlik etməsi, bizneslərin zorla ələ keçirilməsi, hədələmə və zorakılıq əməlləri törətməsi, eləcə də İran İslam Respublikası ilə əlaqələrinin olması barədə əsassız və sübutsuz iddialar irəli sü rülmüşdür. Həmin videoçarx və onun məzmununa əsaslanan məlumatlar müxtəlif xəbər saytlarında cavabdehin adından və birbaşa onun verdiyi açıqlamalara istinad edilməklə dərc edilmiş, nəticədə bu məlumatlar kütləvi informasiya vasitələri ilə geniş yayılmışdır. Şikayətçinin bildirdiyinə görə, yayımlanmış materiallar onun tanışları və qohumları arasında şərəf və ləyaqətinin alçaldılmasına, cəmiyyətdə mənfi rəy formalaşmasına səbəb olmuşdur. Şikayətdə vurğulanmışdır ki, cavabdeh bəraət almış şəxs yaydığı məlumatların yalan olduğunu bilə-bilə, xüsusi ittihamçıu xüsusilə ağır cinayətlərdə ittiham etməklə ona böhtan atmış, məqsədi isə onu ictimaiyyət qarşısında nüfuzdan salmaq, qorxutmaq və əsassız olaraq külli miqdarda pul ödəməyə məcbur etmək olmuşdur. Həmin ittihamların şikayətçi ilə heç bir əla qəsinin olmadığı, yayılan məlumatların isə onda ciddi mənəvi sarsıntı və psixoloji gərginlik yaratdığı qeyd edilmişdir. 4. 27 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X4 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul olunmuşdur.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-8/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığı əsası ilə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməsi hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən xüsusi ittihamçı və nümayəndəs i ayrı-ayrılıqda apellyasiya şikayəti verərək hökmün ləğv edilməsi, X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasını, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, bəraət almış şəxs +**********4 mobil nömrəsi vasitəsilə xüsusi ittihamçıun +**********6 nömrəsinə sosial şəbəkələrdə yayılan videolar göndərmiş, mediaya açıqlama verəcəyini və xüsusi ittihamçıu bütün dünyaya tanıdacağını bildirmişdir. O, “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə pul və əmlakla bağlı tələb mesajları da göndərmişdir. Tərəflərdən təqdim edilmiş vəsatətlər, səs yazıları və fotoşəkillər göstərir ki, bəraət almış şəxs videoları və müsahibələri həm Azərbaycan, həm də Rus dillərində çoxsaylı şəxslərə göndərmiş, nəticədə xüsusi ittihamçıun şərəf və ləyaqəti alçaldılmış və onu xüsusilə ağır cinayət törətməkdə ittiham edən məlumatlar yayılmışdır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-131/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli hökmü bu yayılmanı təsdiqləyir. Hökmdə videoya istinadla bəraət hökmü çıxarılmasına baxmayaraq, ittiham tərəfi həm videoya, həm də xəbər saytlarında yayılan müsahibələrə əsaslanmışdır. Tərəflər videonun birləşdirilmiş formatda olduğunu, səsin isə bəraət almış şəxsə aid olduğunu müəyyən etmiş və bunun fonoskopik ekspertizaya yönəlməsi üçün vəsatət vermişlər. Lakin məhkəmə vəsatəti təmin etməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1666/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayə tləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-8/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X4 nümayəndəsi Nümayəndə2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətlərinin dəlilləri eynidir. Nümayəndə həmin dəlilləri təkrarlamaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən, iş üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edildiyini, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini, bunun nəticəsi olaraq bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyi iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1666/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bəraət almış şəxs kassasiya şikayətinə dair yazılı etiraz verərək bildirmişdir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas ola biləcək konkret prosessual pozuntu və ya maddi hüquq normasının yanlış tətbiqi əsaslandırılmamış, hansı normanın pozulduğu, bunun işin nəticəsinə təsiri göstərilməmiş, formal olaraq qərarın ləğvi tələb edilmişdir. Buna görə də kassasiya şikayətinin təmin edilmə məsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1666/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-ni n 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edildiyi, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyi, nəticədə X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə əsassız bəraət verildiyi iddia edilib, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1666/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
19. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
20. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut məns ubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
21. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmasının, yekunda çıxarılmış məhkəmə aktının həmin normalarla müqayisəsindən görünür ki, şikayətdə qeyd edilənlərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prose durlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
22. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunve ricilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
23. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericili k sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il).
24. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
25. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətlərinə bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əs assız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda təsviri verilən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellya siya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
27. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1666/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tuta raq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X4 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1666/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.