Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-278/2019 23.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-278/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 23 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum Təqsirləndirilən şəxs müd afiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (məruzəçi), Fikrət Qəribov və Samir Əliyevdən ibarət tərkibdə) 03 avqust 2016-cı il tarixli hökmü ilə xx xxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli c əzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 01 avqust 2015-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X4 də təqsirli bilinmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 01 avqust 2015-ci il tarixdə saat 02 radələrində idarə etdiyi Ford markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı ünvan 2 ünvanına gəldikdə, orada fəaliyyət göstərən "xxxx" gül salonunun qarşısındakı yolda həmin gül salonunu işlədən X5 məxsus Qazel markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını və yol dar olduğundan keçə bilməyəcəyini görüb idarə etdiyi avtomobili saxlamış, bu zəmində həmin vaxtı orada onu gözləyən atası X3 ilə həmin gül salonunda şərikli işləyən X4 arasında sözlə mübah isə yarandığını görüb maşından düşərək sonuncuya yaxınlaşmış, alkoqol sərxoşluğu vəziyyətində olan X9un əli ilə sinəsindən itələyərək «get, ayılanda gələrsən söhbət edərik» demiş, bu zaman onlara yaxınlaşan X7 onu əli ilə itələdiyindən aralarında yaranmış mübahisə zamanı X7 başı ilə Təqsirləndirilən şəxs sifət nahiyyəsindən vuraraq alın nahiyyəsinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməsini bəhanə edərək idarə etdiyi Ford markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirdiyi bıçağı götürüb salonunun qarşısına qayıdaraq "xxxx" gül salonunun giriş qapısının şüşə layını qırmaqla ümumilikdə 50 manat məbləğində ziyan vurmuş, X7də həmin ərazidəki meyvə-tərəvəz dükanının qarşısında olan oturacağı götürərək Təqsirləndirilən şəxs üzərinə gedib gül sal onunun giriş qapısının şüşə layını sınıdırdığına görə sonuncunu həmin oturacaqla vuraraq onu sağ bazu və sağ said nahiyyələrinin dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs da öz davranışı ilə ictimai və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək, özünü ətrafdakılara qarşı qoyub heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə X7ni qəsdən öldürmək qərarına gələrək Binəqədi Kənd yazısının qarşısında üzərində gəzdirdiyi bıçaqla sonuncunun döş qəfəsi nahiyyəsindən bir ədəd daxilə nüfuz edən. dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla ölümə səbəb olan, sağlamlığa ağır zərər yetirməklə X6nı qəsdən öldürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətl ər Məhkəməsinin 03 avqust 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2017-ci il tarixli qərarı ləğv edilsin və məhkum Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya məhkəməsi i şə baxarkən iş üzrə düzgün nəticəyə gəlməmiş, sübutların toplanması, sübutların yoxlanılması, sübutların qiymətləndirilməsi və onların kifayət etməsi baxımından qüvvədə olan Cinayət Prosessual Qanunvericiliyinin tələblərini pozmuş və nəticə etibarı ilə məhkəmə, törədilmiş əməlin tövsifində səhvə yol vermişdir. Belə ki, həm istintaq orqanı, həm birinci instansiya və işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Hadisəyə diqqət yetirdikdə aydın görmək olur ki, Təqsirləndirilən şəxs heç bir başqa niyyət olmadan sadəcə olaraq öz yaşadığı evinə, idarə etdiyi avtomobili ilə keçib getmək istəmişdir. Təqsirləndirilən şəxslə X7 arasında birincinin təşəbbüsü ilə heç bir mübahisə olm amış, X7 özü heç bir əsası olmadan Təqsirləndirilən şəxsi itələmiş sonra isə qarşılıqlı mübahisə zəminində başı ilə Təqsirləndirilən şəxsin sifət nahiyyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Yalnız bundan sonra, Təqsirləndirilən şəxs ona gücü çatmayacağını görüb, idarə etdiyi avtomobildə olan bıçağı götürərək X7nin işlətdiyi gül mağazasının qapısının şüşə layını sındırmış və bundan sonra X7ni stulla ona endirdiyi zərbələrin altında ona bir bıçaq zərbəsi endirmiş və nəticədə X7 hadisə zamanı bu bıçaq zərbəsindən sonra ölmüşdür. Təqsirləndirilən şəxs hər hansı xuliqanlıq hərəkəti və bu niyyətlə adam öldürməsi niyyətinin olmaması, onun özünün ifadələrində və iş üzrə dindirilmiş və hadisəni görmüş şahidəlrin ifadələrində öz təsdiqini tapmışdır. Hazırki halda, onun əməli xuliqanlıq niyy əti ilə qəsdən adam öldürmə kimi deyil, mübahisə və dalaşma zəmnində adam öldürmə kimi qiymətləndirilməlidir. Belə ki, məhkum Təqsirləndirilən şəxs ilk yanaşan və onu itələyən, sonra isə onun sifət nahiyyəsinə ilk zərbəni də vuran X7 olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməməsi və əməlinin CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2 maddəsi ilə tövsif edilməsi üçün iş üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürmə hərəkətlərini törətməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər s übutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək, özünü ətrafdakılara qarşı qoyub heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə X7ni qəsdən öldürmək qərarına gələrək Binəqədi Kənd yazısının qarşısında üzərində gəzdirdiyi bıçaqla sonuncunun döş qəfəsi nahiyyəsindən bir ədəd daxilə nüfuz edən. dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla ölümə səbəb olan, sağlamlığa ağır zərər yetirməklə X6nı qəsdən öldürmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkum Təqsirləndirilən şəxs həm ibtidai, həm də məhkəmə istintaqı zamanı özünün qismə n etirafı ilə yanaşı, iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının qərarın 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə tövsif olunur ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin zərərçəkmiş şəxs X7nin təşəbbüsü ilə başlaması, yaxud zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi barədə işdə heç bir sübut yoxdur. Odur ki, məhkumun əməli düzgün olaraq CM- nin 120.2.2-ci maddəsi ilə tövsif olunmuşdur və əməlin CM-nin 120.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21- ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq protestin və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2017-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2017-ci il tarixli qərarı məhkum Təqsi rləndirilən şəxsə aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-278/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-278/2019
23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver