Məhkəmə qərarları › İş №1(102)-278/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-278/2020

04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-278/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş şəxs X6 nümayəndəsi – XXXXX55nun vəkili Nümayəndə, bəraət almış şəxs Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2019-cu tarixli hökmü ilə (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1992-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsil li, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar tam toplanılmaqla qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 04 yanvar 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər V.C.Cəfərov və R.O.Əsgərovadan ibarət məhkəmə tərkibi) Məhkum, habelə onun müdafiəçiləri X5 və X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2019-cu tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, Məhkum barəsində olan həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalında həbsdən azad edilmiş, həmçinin Zərərçəkmiş şəxs1 mülki iddiası üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2 019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən isə kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ünvan8 sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə xxx xxx xxx 2017-ci il tarixə kimi onun üçün ünvan4ndan iritutumlu yük avtomobili gətirdəcəyini vəd edib aldadaraq 28 avqust 2017-ci il tarixdə saat 15 radələrində ünvan6 ilə ünvan7nin arasındakı ərazidə Zərərçəkmiş şəxs2 vasitəsi ilə ondan 25.000 avro, ödəniş günündə Azərbaycan manatına nisbətdə 50.690 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, xxx xxx xxx 2017-ci il tarixdə saat 13 radələrində ünvan9ndə yerləşən Xaçmaz Rayon Məhkəməsinin inzibati binasının qarşısında pul borcuna görə məhkəmə çəkişməsi ilə bağlı Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış mübahisə zamanı kənar şəxslərin gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək yumruqla Zərərçəkmiş şəxs2 vurub ona sol tərəf sifətində qançır və boynunun arxa hissəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq Məhkum ilə Zərərçəkmiş şəxs1 arasında münasibətlərin mülki-hüquqi xarakterli olmasını, 04 dekabr 2017-ci il tarixli hadisədə isə Məhkum xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində hərəkət etməsini müəyyən edib, Məhkum əməllərində dələduzluq və xuliqanlıq cinayətlərinin tərkiblərinin olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən Məhkum və Zərərçəkmiş şəxs1 qarşılıqlı iddiaları üzrə mülki məhkəmə icraatlarında qəbul edilmiş qətnamələrin preyudisiallığı düzgün qiymətləndirilməmiş, nəticədə cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlar Məhkum əməllərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin, Zərərçəkmiş şəxs2 münasibətdə isə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkiblərinin bütün əlamətlərinin olmasını təsdiq etdiyi halda, Məhkum əsassız olaraq həmin maddələrlə bəraət verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Nümayənə Nümayəndə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mənafeyləri üçün verdiyi kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət mühakimə icraatının prinsipləri, cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələbləri pozulmuş, sübutlar düzgün qiymətləndirilməyərək Məhkum ilə Zərərçəkmiş şəxs1 arasında olan münasibətlər əsassız olaraq mülki-hüquqi xarakterli münasibətlər kimi, Məhkum Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq etməklə törətdiyi xuliqanlıq cinayəti isə şəxsi münasibətlər zəminində baş vermiş hadisə kimi qiymətləndirilmiş, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsini kifayət qədər təsdiq edən süburlar və onun hərəkətlərində həmin cinayətlərin tərkibini xarakterizə edən əlamətlər olduğu halda, ona əsassız və qanunsuz olaraq bəraət verilmişdir. Nümayəndə kassasiya şikayətlərində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli hökmünün ləğv ediməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etmə yə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı - kassasiya protestində, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə - kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əsassız və qanunsuz olaraq bəraət verildiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələblərini faktiki olaraq eyni məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasl ar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışlar. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə 25.000 Avro (50.690 manat) məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vu rmaqla dələduzluq etməsi barədə ittiham irəli sürülmüşdür. Dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan istifadə edən, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Başqa sözlə, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan suiistifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin d igər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Bu səbəbdən sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edirlər. Məhkum digər zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 ilə əlaqədar cinayət təqibi orqanı tərəfindən isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictima i qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması ictimai qaydanın kobud şəkildə pozulması, əməlin şəxsi münasibətlər zəminində meydana gəlməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyətə qarşı yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin şüuru ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud ö zgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai q aydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsas lar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törəd ilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipinə, 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 179.3.2 və 221.1-ci maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin subyektiv cəhətlərinə aid olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) halların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayə t qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edi lməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Apellyasiya instansiyası məhkəməsinin hökmündə göstərilən hallardan və onların əsaslandırılması üçün gətirilən sübutlardan isə (o cümlədən, bəraət almış şəxsin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, onunla Zərərçəkmiş şəxs1 arasında bir neçə il əvvəl Litva Respublikasından sonuncu üçün iri tutumlu yük avtomobillərinin əldə edilib Bakı şəhərinə gətirilməsi ilə əlaqədar mülki-hüquqi xarakterli münasibətlərin qurulması, müxtəlif vaxtlarda gətizdirib Zərərçəkmiş şəxs1 təhvil verdiyi avtomobillərə və həmin avtomobillərdən bəziləri üçün əldə etdiyi ehtiyat hissələrə görə Zərərçəkmiş şəxs1 ona borcunun yaranması, Zərərçəkmiş şəxs1 28 avqust 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 vasitəsilə verdiyi 25.000 Avronu da əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaması, bunu güman elədiyi Zərərçəkmiş şəxs1 borcuna hesablaması, yəni haqqı çatan məbləği alması kimi qiymətləndirməsi haqqında ifadəsindən; Məhkum öz hərəkətlərinə subyektiv münasibətini aşkarlamaqla dolayısı ilə dediklərini təsdiq edən ilk olaraq məhz Məhkum özünün pozulduğunu güman elədiyi mülki hüquqlarının müdafiəsi üçün iddia ərizəsi ilə Xaşmaz Rayon Məhkəməsinə müracət etməsindən və bunu əks etdirən Xaçmaz Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2018-ci il tarixli qətnamələrindən; həmin mülki-mühakimə icraatında Zərərçəkmiş şəxs1 də qarşılıqlı iddia verməsindən və məhkəmələrin mülki mübahisəyə baxarkən hazırki cinayət işində araşdırma predmeti olan 25.000 Avro ilə bağlı məsələni də Zərərçəkmiş şəxs1 xeyrinə həll etməsindən, yəni Məhkum tutulub Zərərçəkmiş şəxs1 verilməi olan pulun ümumi məbləğində 25.000 Avronu da nəzərə almasından) görünür ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin (178.1-ci maddəsi ilə birlikdə götürülməklə) dispoziyası ilə ehtiva olunan niyyət və məqsədi (Məhkum şüuru ilə zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs1 etibarından kriminal məqsədlə suiistifadə olunmasının, onun 25.000 Avro məbləğində pulunun məhz əvəzsiz olaraq ələ keçirilməsinin əhatə olunması) müəyyən olunmamışdır. Eynilə, baxılmış sübutlardan və həmin sübutlardan irəli gələn hallardan, xüsusilə də XXX35in 04 dekabr 2017-ci il tarixdə saat 13 radələrində Xaşmaz Rayon Məhkəməsində mülki işə baxılmasının təxirə salınmasından sonra məhkəmənin inzibati b inasından çölə çıxarkən birinci olaraq Zərərçəkmiş şəxs2 ona hücum çəkib yumruqla vurması, məhz özünün bununla əlaqədar “102” xidmətinə zəng edib polis orqanına məlumat verməsi haqqında ifadəsindən; bunu təsdiq edən şahid (həmin mülki prosesdə nümayəndəsi olmuş) X2 ifadəsindən, Daxili İşlər Nazirliyindən əldə edilmiş “102” xidmətinə ilk olaraq 04 dekabr saat 13.40-da məhz Məhkum, saat 13.47-də isə Zərərçəkmiş şəxs2 zəng etmələri haqqında məlumatdan; Zərərçəkmiş şəxs2la yanaşı, Məhkum də yetirilməsi hadisə gününə xarakterik olan alın nahiyəsində qançır kimi xəsarət almasından və bunu əks etdirən məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2017-ci il tarixli 1242 saylı rəyindən Məhkum niyyətinin ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə hörmətsizlik ifadə etmək olması, yəni hərəkətlərinin xuliqanlıq motivi ilə şərtləndirilməsi müəyyən edilməmiş, əksinə hadisənin onunla Zərərçəkmiş şəxs1 tərəfində çıxış edən Zərərçəkmiş şəxs2 arasında əvvəlcədən mülki mübahisə ilə əlaqədar mövcud olan şəxsi-qərəzli münasibətlərdən törəyən hal olub, təqsirləndirilənin hərəkətlərinin müstəsna olaraq Zərərçəkmiş şəxs2 qarşı yönəlməsi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutlarla müqayisə etməklə ittihamın məzmunu ilə üst-üstə düşən materialları da, o cümlədən zərərçəkmiş şəxslərin, bir sıra şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini və s. təhlil etmiş, lakin bu materialların ittihamın sübuta yetirilməsi, xüsusilə də Məhkum hərəkətlərində dələduzluq və xuliqanlıq cinayətlərinin subyektiv əlamətlərinin mövcud olması barədə mötəbər nəticəyə gəlmək üçün yetərli olmaması haqqında qənəatə gəlmişdir (qeyd olunan və digər sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir olunmaqla həqiqi məzmunlarna uyğun olaraq şərh olunduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən geniş şəkildə təsvir və şərh olunmasına zərurət görmür). Məhkum (ona isnad edilən cinayət tərkiblərinin subyektiv cəhətlərinin zəruri əlamətlərinin mövcudluğunu inkar edən) dəlilləri kifayət qədər təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələri ilə cinayət-prosessual qanunun 42.1.2-ci maddəsində göstərilən əsasla (əməllərində cinayət tərkibinin olmamasına görə) bəraət verməsi, cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Belə olan halda, Məhkum bəraət verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin hökmü qanunsuz və əsassız məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə heyəti baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.0-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə kassasiya şikayətləri ilə ehtiva olunan CPM-in 416.0.2, 416.0.3cü maddələrində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır. Beləlik lə, məhkəmə kollegiyası kassasiya protestinin və zərərçəkmiş şəxslərin nümayəndəsinin kassasiya şikayətlərinin təmin edilməsinə dair dövlət ittihamçısının və zərərçəkənlərin nümayəndəsi Nümayəndə, habelə kassasiya müraciətlərinin təmin edilməməsinə dair bəraət almış şəxs Məhkum çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 30 avqust 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya prote sti, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 30 avqust 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar