Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-278/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas X23, Məhkum müdafiəçisi-vəkil Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü naddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Emil Mirzəyev tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi-vəkil Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1985-ci il tarixdə Gədəbəy rayonunun Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Gədəbəy rayonunun Qurudərə kəndində qeydiyyatda olan, ünvan2 ünvanında yaşamış Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü naddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 22 may 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Qabaqcadan Əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz oaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Məhkum İran İslam Respublikasının vətəndaşı X adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halınd a narkotik vasitə satıb pul qazanmaq barədə razılaşaraq ondan qanunsuz olaraq ümumilikdə 1015,518 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üstündə və yaşadığı evdə saxlamış, 22 may 2019-cu il tarixdə gecə saat 00:05 raqdələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanın qarşısında saxlanılıb Polis şöbəsinə gətirilərək üstünə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü siqaret kağız bükülmünün içərisində saxladığı təmiz çəkisi 0,518 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, eləcə də həmin gün gecə saat 03 radələrində əməliyyat tədbirinin davamı olaraq yaşa dığı Ünvan2 ünvanında yerləşən evinə özünün iştirakı ilə baxış keçirilərkən yataq otağında olan çarpayının baş tərəfində döşəyin altında saxladığı bir ədəd ağ rəngli, üzərində göy rəngli naxışları olan polietilen torbada külli miqdarda təmiz çəkisi 1015 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi-vəkil Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər:H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 16 iyun 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətini qismən təmin edərək, hökmü dəyişdirmiş və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 8 (səkkiz) il 6 (altı) aya endirmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Emil Mirzəyev tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəza yüngülləşdirildiyinə görə qərar ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Məhkumun müdafiəçisi-vəkil Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayəti verərək Məhkum cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif edib, həmin maddə ilə ona cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Məhkumun müdafiəçisi-vəkil Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətində göstərmişdir ki, məhkum özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234. 4.3-cü maddələri ilə qismən təqsirli hesab etmişdir. Lakin, birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan müəyyən edilir ki, Məhkum özünü elan edilmiş ittihamlar üzrə təqsirli hesab etməmişdir. Məhkum onun cibindən aşkar edilmiş 0,518 qram heroin narkotik vasitəsinin ona məxsus olmasını ifadələrində göstərməmişdir. Lakin müdafiəçinin tərtib etdiyi qismən təqsirliliyinə dair apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq həmin apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, Məhkum təhsil almadığına görə oxuyub-yazmağı bacarmamışdır. Ona görə də bu sübutların məcmusuna əsasən hesab etmişdir ki, toplanmış sübutlar müdafiə hüququnun kobud şəkildə pozulması ilə əldə edildiyindən sübutlar siyahısından çıxarılmalıdır. Gö stərilənlərə əsasən məhkumun müdafiəçisi-vəkil Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətində Məhkum cinayət əməlini Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif edib həmin maddə ilə ona cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı Emil Mirzəyev tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar əsassız olduğundan, məhkumun əvvəllər qəsdən cinayət törətdiyinə görə məhkum edilməsi nəzərə alınmadığından, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsaslar olmadığından cəzanın yüngülləşdirilməsi barədə apelyasiya instansiyası məhkəməsinin qərarının Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən ləğv edilərək cinayət işi yeni ap elyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə və kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun müdafiəçisi-vəkil Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətində göstərmişdir ki, məhkum özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli hesab etmişdir. Lakin, birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan müəyyən edilir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli hesab etməmişdir. Məhkum onun cibindən aşkar edilmiş 0,518 qram heroin narkotik vasitəsinin ona məxsus olmasını ifadələrində göstərməmişdir. Lakin müdafiəçinin tərtib etdiyi, qismən təqsirliliyi barədə apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq həmin apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində Məhkum cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif edib həm in maddə ilə ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmələr tərəfindən yuxarıda göstərilən qərarlar qəbul edilmişdir. Cinayət işi 22 may 2019-cu il tarixdə başlanmış, həmin tarixdə məhkum barəsində həbs qətimkan tədbiri seçilmiş, ibtidai istintaq başa çatdıqdan sonra cinayət işi 20 dekabr 2019-cu il tarixdə məhkəməyə göndərilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və ibtidai istintaqın aparılmasında aşağıda təsvir edilən qanun pozuntularına yol verilmişdir. Cinayət işinin materiallarında olan (1-ci cild, i.v-4) Sabunçu rayon Pİ-nin 12-ci PBnin baş əməliyyat müvəkkili Vüqar Dadaşovun raportunda göstərilir ki, Sabunçu qəsəbəsi Ə.Bağırov küçəsində yaşayan Məhkum adlı şəxsin mütəmadi olaraq narkotik vasitə saxlaması, gəzdirməsi və qəbul etməsi barədə məlumat daxil olmuşdur (r aportda narkotik vasitələri satması barədə göstərilməyib). Odur ki, məlumatın yoxlanması və Məhkum adlı şəxsin ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün icazə verilməsini xahiş etmişdir. Raportun üzərində tədbirin keçirilməsinin U.Umudova həvalə edilməsi barədə 12-ci PB-nin rəisinin dərkənarı yazılmışdır. Sabunçu rayon Pİ-nin 12-ci PB-nin əməliyyat müvəkili Umud Umudovun 22 may 2019-cu il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir:
1. Məhkum adlı şəxsin dəqiq yaşadığı ünvanını, şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndində nəzərdə tutulmuş tədbirlər keçirilsin; 2.Məhkum adlı şəxsin dəqiq yaşadığı ünvanını müəyyən etdikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 1- ci hissəsi, 9-cu bəndini rəhbər tutaraq yaşadığı evin müşahidəsi aparılsın;
3. Keçiriləcək tədbirlər zamanı zərurət yarandığı halda Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edərək, qanunvericilik çərçivəsində tədbirləri davam etdirmək (cild-1, i.v-6,7) (qərarda Məhkum üzərində şəxsi axtarış və götürmə keçirilməsi, mənzilində axtarış və götürmə keçirilməsi göstərilməmişdir). Cinayət işinin 1-ci cildinin 8-ci vərəqində olan Məhkum adından kompüterdə yazılmış ərizədə göstərilir ki, hüquqlarının müdafiəsi üçün müdafiəçinin köməyindən imtina edir. Hal hazırkı araşdırmada özü öz hüquqlarını müdafiə etdiyi üçün vəkilin iştirakından im tina edir. Ərizə kompüterdə, müdafiəçinin iştirakı olmadan yazılmışdır. Sonradan məhkəmə iclasında müəyyən edilmişdir ki, Məhkum məktəbdə təhsil almadığına görə yazıb oxumağı bacarmır. Azərbaycan Respublikası CPM-nin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında şərh edilmişdir ki, cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. İş materiallarında olan Məhkum müdafiəçidən imtina ər izəsini onun öz təşəbbüsü ilə könüllü yazması müəyyən deyil, ərizə kompüterdə yazılmışdır. Ərizə yazılarkən müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı təmin edilməmiş, onun bu imtinasının qəbul edilib-edilməməsi barədə protokol tərtib edilməmişdir. Məhkum təhsil almadığına görə yazıb-oxumağı bacarmadığından onun adından müdafiəçidən imtina ərizəsi yazılarkən müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakının təmin edilməsi məcburi hal olmuşdur. Çünki o, faktiki olaraq tutulmuş və şübhəli şəxs statusu almışdır. Ərizəni kimin tərtib etməsi, onun məzmunu ilə Məhkum tanış edilməsi, bu barədə müvafiq protokol tərtib edilmədiyindən müəyyən deyil. Məhkəmənin və ya digər hər hansı orqanın müvafiq əsaslandırılmış qərarı olmadan, Məhkum üzərində şəxsi axtarış və götürmə, mənzilində axtarış və götürmə istintaq hərəkətlərini keçirmiş polis əməkdaşları, yazıb-oxuya bacarmayan həmin şəxsin öz hüquqlarını müdafiə edəcəyi barədə onun adından kompüterdə ərizə yazmaları və ona imzalatdırmaları istisna edilmir. 22 may 2019-cu il tarixdə saat 00:45-dən 01:15-dək Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı X25 tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci, 246-cı və 263.3-cü maddələrini rəhbər tutaraq Məhkum üzərində şəxsi axtarış aparıldı. Lakin, şəxsi axtarış keçirilməsi barədə hər hansı qərar cinayət işinin materiallarında yoxdur, həm də yuxarıda göstərilən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə 22 may 2019-cu il tarixli qərarda da şəxsi axtarış keçirilməsi göstərilməmişdir. Cinayət işinin 1- ci cildinin 16-cı vərəqində Məhkum adından kompüterdə tərtib edilmiş ərizədə yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi ifadə olunmuşdur. Həmin ərizəni də kimin tərtib etməsi, onun məzmunu ilə Məhkum tanış edilməsi müəyyən deyil. Eyni zamanda cinayət işinin 17-ci vərəqində olan protokolda 22 may 2019-cu il tarixdə saat 03:00-dan 03:25-dək Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı X25 tərəfindən Məhkum yaşadığı evə baxış keçirilməsi göstərilmiş və həmin baxış zamanı Məhkum mənzilindən də narkotik vasitə heroin aşkar edilib götürülməsi göstərilmişdir. Lakin, mənzildə axtarış və götürmə keçirilməsi barədə hər hansı qərar yoxdur, həm də yuxarıda göstərilən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə 22 may 2019-cu il tarixli qərarda da mənzildə axtarış və götürmə keçirilməsi göstərilm əmişdir. Cinayət işinin 26-28-ci vərəqlərində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə qərardan və protokoldan müəyyən edilir ki, tutma protokolu 22 may 2019-cu il tarixdə Məhkum üzərində şəxsi axtarış və götürmə, mənzilində axtarış və götürmə keçirildikdən sonra saat 04:40-da tətbiq edilmişdir. Azərbaycan Respublikası CPM-nin 90.11.2-ci maddəsinə əsasən şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izaha tları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Göstərilən maddələrin mənasına görə istintaq hərəkəti olan şəxsi axtarışın və götürmənin cinayət işi başlananadək keçirilməsinə, ya lnız tutulmuş şəxs barəsində yol verilir. Hazırkı işin materiallarından müəyyən edilir ki, cinayət işi başlanmamışdan və Məhkum barəsində tutma rəsmiləşdirilməmişdən əvvəl üzərində şəxsi axtarış və götürmə, mənzilində axtarış və götürmə aparmaqla Azərbaycan Respublikası CPM-nin 90.11.2-ci və 207.4-cü maddələrin tələbləri pozulmuşdur. Eyni zamanda bununla da Məhkum müdafiə hüququ pozulmuşdur. Ona görə ki, şəxsin barəsində tutmanın rəsmiləşdirilməsi onun şübhəli şəxs qismində tanınmasını və onun müdafiəçisinin iştirakının məcburiliyini nəzərdə tutur. Bundan sonra tətbiq edilən şəxsi axtarış və götürmə, eləcə də şübhəli şəxsin mənzilində axtarış və götürmə zamanı müdafiəçinin iştirakı qanunla müəyyən edilən tələblərdir. Başqa sözlə cinayət işi başlamadan və şəxsin barəsində tutma tətbiq etməd ən, onun üzərinə şəxsi axtarış və mənzilində axtarış və götürmə istintaq hərkətlərini müdafiəçinin iştirakı olmadan aparmaqla onun müdafiə hüququ pozulmuşdur. Nəzərə alınsa ki, Məhkum təhsil almadığına görə oxumağı və yazmağı bacarmamışdır, Azərbaycan Respublikası CPM-nin 92.3.2-ci maddəsinə əsasən müdafiəçinin iştirakı məcburi olmaqla Məhkum müdafiəçidən imtinası da qəbul edilməməli idi. Əməliyyat-Axtarış Fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunun 11-ci maddəsinin İİİ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. Yuxarıda göstərildiyi kimi cinayət işi baçlanandək şəxsi axtarış və götürm ə, mənzildə axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsi qanunda nəzərdə tutulmuş subyekt tərəfindən müvafiq qərar qəbul edilmədən, həmin tədbirlərin məhkəmə qərarı olmadan, təxirəsalınmadan keçirilməsinə əsas verən halların mövcudluğu əsaslandırılmadan keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 177.4cü, 243.3-cü və 246-cı maddələrin tələbləri də pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə Bu qanunun mənasına görə cinayət işi başlananadək şübhəli şəxsin barəsində tutulma barədə qərar yoxdursa, məhkəmənin qərarı olmadan onun üzərində şəxsi axtarış aparıla bilməz. Məhkum ü zərində şəxsi axtarış və götürmə, mənzilində axtarış və götürmə keçirilərkən faktiki olaraq tutulmuş vəziyyətdə olsa da onun tutulması barədə protokolun sonradan tərtib edilməsi, müdafiə hüququnun pozulmaması görüntüsü yaratmışdır. Azərbaycan Respublikası CPM-nin 177.4-cü maddəsinə əsasən müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər: 177.4.1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması — bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bil ər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. Hazırkı cinayət işi üzrə təxirə salına bilməyən və Azərbaycan Respublikası CPM-nin 243.3-cü maddəsində sadalanan hər hansı halın mövcudluğunu güman etməyə əsas verən dəqiq məlumatların olması müəyyən edilməmiş, bu barədə əsaslandır ılmış qərar qəbul edilməmişdir. Cinayət işinin materiallarında olan məktubdan görünür ki, göstərilən tədbirlərin keçirilməsi barədə Sabunçu Rayon Məhkəməsinə məlumat verilmiş və Sabunçu Rayon Məhkəməsinin həmin tədbirlərin qanuniliyinin yoxlanması barədə 23 may 2019-cu il tarixli qərar cinayət işinin materiallarına əlavə edilmişdir. Sabunçu Rayon Məhkəməsinin həmin qərarından müəyyən edilir ki, şübhəli şəxs və müdafiəçi həmin prosesə çağırılmamış, tərəflərin məhkəmə iclasında iştirakı təmin edilməmiş, qərarın məzmununda yalnız məhkəməyə göndərilən protokollara istinad edilmiş və göstərilmişdir ki, 22.05.2019-cu il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü hissəsinə əsaslanmaqla qəbul olunduğuna görə qanuni hesab edilmişdir. Məhkəmə nəzarəti qaydasında işə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 22 may 2019-cu il tarixdə Məhkum müvafiq qərar olmadan saxlanılaraq şəxsi axtarış və götürmə, eləcə də mənzilində axtarış və götürmə aparılması hərkətləri əməliyyat-axtarış tədbirləri deyil, istintaq hərkətləridir və həmin hərkətlərin qanuniliyi Azərbaycan Respublikası CPM-nin XXXİ fəslində nəzərdə tutulmuş axtarış və götürmə barədə müddəalara əsasən yoxlanılmalıdır. Məhkəmənin qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin edilməklə tələr edilə bilər. Lakin, qərardan məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən hər hansı materialın tələb edilməsi və hər hansı yoxlama, araşdırma aparıması, polisin icra etdiyi hərkətlərin qanunvericiliyə uyğun olub-olmamasına, barəsində tədbirlər keçirilmiş şəxsin hüquqlarının pozulub-pozulmamasına hüquqi qiymət verilməsi müəyyən edilməmişdir. Qərarda əsasən polisin həyata keçirdiyi tədbirlərlə əlaqədar tərtib etdiyi protokollar sadlanmaqla kifayətlənilmişdir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun qəraının 2-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qərarın göstərilən bəndinin mənasına görə mənkəmə nəzarəti qaydasında işə baxan məhkəmə əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materi alların, hətta məxfi materialların əldə olunmasının, o cümlədən əməliyyat məlumatının olmasını təsdiq edən əməliyyat-qeydiyyat işinin qanuniliyini ətraflı yoxlamalı idi ki, sonradan həmin materiallar mahiyyəti üzrə işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilsin. Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Həmin qanunun 16-cı maddəsinin 1-ci və 7-ci bənlərində təsbit edilmişd ir ki, Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüquqi məlumatların mənbəyini aşkarlanmamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Məhkəmə nəzarəti qaydasında və birinci instansiya məhkəməsində işə baxmış məhkəmələr tərəfindən hazırkı iş üzrə əməliyyat- qeydiyyat işi tələb edilib, polisə daxil olan əməliyyat məlumatının və əməliyyat axtarış fəaliyyətinin, bu fəaliyyət nəticəsində əldə olunmuş məlumatların düzgün qeyd edilib-edilməməsi, tədbirlərin həyata keçirilməsi zamanı barəsində bu tədbirlərin keçirildiyi şəxsin hüquqlarının təmin edilib-edilməməsi yoxlanılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu göstərilən qərarında şərh etmişdir ki, hakim məhkəməyə qədər mərhələdə məhkəmə nəzarətini həyata keçirən zaman aşağıdakı səlahiyyətlərə malikdir: - əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə vermək və tədbirin keçirilməsinə dair qaldırılan vəsatəti təmin etmək və ya etməmək; - şəxsin konstitusiya hüquq və azadlıqlarının qanuni məhdudlaşdırılması haqqında qərarın güvədə olma müddətini uzatmaq; - əməliyyat-axtarış tədbirinin keçirilməsinin əsaslarına dair əlavə materialları tələb etmək; - hüquq və azadlığı məhdudlaşdırılan şəxsi dinləmək və ehtiyac olduğu halda (əməliyyat-ax tarış tədbirlərinin gizli və ya aşkar keçirilməsindən asılı olaraq) ərizəçini ona qarşı aparılan əməliyyat-axtarış tədbirlərinin səbəbləri haqqında məlumatlandırmaq; - şəxsin konstitusiya hüquq və azadlıqlarının təminatı məqsədi ilə digər tədbirlər görmək. Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Axtarış və götürmə istintraq hərkəti olaraq Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin XXXİ fəslində nəzərdə tutulmuşdur. Cinayət işi başlananadək şəxs tutularkən onun üzərində şəxsi axtarış və götürmə, eləcə də mənzilində axtarış və götürmə aparılarkən də Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunun müddəalarında nəzərdə tutulmuş qaydalar deyil, Azərbaycan Respublikası CPM-nin göstərilən fəslində təsbit edilmiş qaydalar tətbiq edilməli, qanunda nəzərdə tutulmuş tələb lər yerinə yetirilməlidir. Göstərilən fəsildə şəxsi axtarış və götürmə, axtarış və götürmənin bir növü kimi təsbit edilmişdir və həmin fəsildə bu tədbirlərə məruz qalan şəxsin hüquqlarının təmin olunmasına dair nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. Azərbaycan Respublikası CPM-nin XXXİ fəslində nəzərdə tutulmuş 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Məcəllənin 244.4-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, on un yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirıkı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Bundan başqa Məcəllənin 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə müdafiəçinin iştirakı təmin olunmalıdır. Nəzərə alınsa ki, Məhkum təhsil almadığına görə oxuyub-yazmağı bacarmamışdır onun hüquqi vəziyyəti Azərbaycan Respublikası CPM-nin 92.3.2-ci maddəsində nəzərdə tutulmuş hala uyğun qiymətləndirilməli və belə halda onun müdafiəçidən imtinası da CPMnin 92.12-ci maddəsinə əsasən qəbul edilməməli idi. Cinayə t işinin materiallarından görünür ki, Məhkum üzərində şəxsi axtarış və götürmə aparılarkən və mənzilində axtarış və götürmə aparılarkən nə müdafiəçisinin iştirakı, nə yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməməklə müdafiə hüququ kobud şəkildə pozulduğu halda işə baxmış məhkəmələr bu tədbirlərin keçirilməsi zamanı yol verilmiş qanun pozuntularına hüquqi qiymət verməmişlər. Məhkum saxlanılarkən axtarış və götürmə aparılan mənzildə qeyri rəsmi ər-arvad kimi yaşadığı “X21” adlı qadın, dostu X, qardaşı X20 həmin mənzildə olsalar da mənzildə axtarış və götürmə aparılarkən onlardan hər hansı birinin iştirakı təmin edilməmişdir. Məhkum təqsirsizliyinə dair irəli sürdüyü dəlillər Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi nə əsasən: İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən: 21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutu lmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tə rəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyası hüququna görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən irəli sürülən belə dəlillər təkzib edilməmişdirsə və artıq həmin dəlillərin təkzib edilməsi və ümumiyyətlə tədqiq edilməsi müəyyən zaman keçdiyindən mümkünsüzdürsə onda belə hallar Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Məhkum ibtidai istintaq müddətində 17 iyul 2019-cu il tarixdə Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Alıbəyli Sərdar Yusif oğlu tərəfindən təqsirləndirilən şəxs qismində dindirilərkən özünün təqsirsizliyi üzrə irəli sürdüyü dəlillər yoxlanılıb təkzib edilməmişdir. Həmin ifadəsində Məhkum göstərmişdir ki, 21 may 2019-cu il tarixdə saat 22-23 radələrində yaşadığım ünvan 3 ünvanında idim. Həmin vaxt evdə mən, qardaşım X20, dostum X və X21 olmuşdur. Evin qapısını arxadan bağlamışdım. Ayağıma narkotik vasitə olan heroin vurdum. Həmin vaxt qapı döyüldü. Pəncərədən baxarkən gördük ki, polis əməkdaşlarıdır. Polislər evin həyətinə keçdi, evin qapısını aça bilməyib pəncərəsini sındırıb içəri keçdilər. Polislər məni tutdular, qolumu qandalla bağlayıb Sabunçu RPİ-nin 12-ci PB-ə apardılar. Bölmədə bir neçə dəqiqədən sonra gördüm ki, qardaşım X20la, dostum Xi də PB-ə gətirdilər. 12-ci PB-nin əməkdaşı Bəxtiyar əynimdə olan cins şalvarın qabaq sağ cibinə bir çet narkotik vasitə olan heroin qoydu, dedi ki bu sən in üstündən çıxıb, evində də heroin çıxacaq, videoçəkilişlə üstünə və evinə baxış keçirəcəyik, deyərsən ki, mənimdir. Mən razılaşmadım. Həmin vaxt Bəxtiyar, bölmə rəisi və müavini və başqa tanımadığım şəxslər mənə dedilər ki, əgər sən üstündən və evindən narkotik vasitə çıxmağını deməsən, arvadını və bacını da bura gətirəcəyik, burda olan qardaşınla dostunu da narkotik cinayətində iştirakçı kimi sənədləşdirəcəyik. Həmin vaxt polis əməkdaşları mənim yanımda qardaşımla dostumu döydüklərindən onlara yazığım gəldi və polis əməkdaşlarının dediyi şərtlə razılaşdım. Rəisin otağında rəis, müavini, Bəxtiyar və bir neçə mülki geyimdə polis əməkdaşı mənə dedilər ki, videoçəkiliş zamanı deyərsən ki, güya üstündən aşkar olunmuş narkotik vasitə sənindir, onu İran vətəndaşı XX adlı şəxsdən almısan, eyni zamanda narkotik vasitənin qalan hissəsi isə evindədir. Sonra polis bölməsində üzərimdə videoçəkilişlə şəxsi axtarış aparıldı. Mən onların dedikləri kimi etdim. Qalan məsələlər isə videogörüntüdə vardır. Bundan sonra polis əməkdaşları ilə yaşadığım ünvana getdik. Orada yataq otağımda çarpayımda, yastığın altına qırmızı rəngli sellafon torba qoydular, dedilər ki, videoçəkiliş zamanı deyərsən ki, torbada narkotik vasitə heroin, kakos vardır, mənimdir. Mən də onların dedikləri kimi etdim. Evə videoçəkilişlə baxış keçirildi, qalan hadisələr çəkilişdə vardır. Qeyd edim ki evə baxış zamanı polis əməkdaşları yalnız mənim otağımı çəkmişdilər, evə girərkən çəkiliş aparmayıblar, eyni zamanda evin digər otaqlarında çəkiliş aparmayıblar. Çünki, onlar birinci dəfə evə girərkən evin bütün otaqlarını dağ ınıq vəziyyət salmışdılar, yalnız yataq otağını səliqəyə salmışdılar. İbtidai istintaqın gedişində 22 iyul 2019-cu il tarixdə şahid qismində dindirilmiş X39, 25 iyul 2019-cu il tarixdə şahid qismində dindirilmiş X3 ifadələrində Məhkum ifadələrində göstərdiklərini təsdiq etmişlər. Bundan başqa ibtidai istintaq zamanı X42 rayon Pİ-nin 12-ci PB-nin baş əməliyyat müvəkkili Umudov Umud İlham oğlu və həmin bölmənin baş əməliyyat müvəkkili Dadaşov Vüqar Oruc oğlu ilə üzləşdirmələr zamanı polis əməkdaşlarının qanunsuz hərkətləri barədə ifadələrini onların üzlərinə qarşı təkrar etmişdir. Lakin, ifadəsində onun cins şalvarının qabaq sağ cibinə bir çet, yataq otağına bir torbada heroin narkotik vasitəsi qoyan şəxs, Bəxtiyar adlı polis əməkdaşı ilə üzləşdirilməsi keçirilməmişdir. İttiham tərəfi Sabu nçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Nəhmətov Bəxtiyar Oktay oğlunun ibtidai istintaq zamanı Məhkum ittiham edən ifadə vermiş şəxs kimi məhkəmə iclasında iştirakını və dindirilməsini təmin etməmişdir. İttiham aktında Bəxtiyar Nəhmətov ittihamı təsdiq edən şahidlər sırasında da göstərilməmişdir. Bununla da Məhkum ifadələrində göstərdiyi cibindən və mənzilindən aşkar edilmiş narkotik vasitələrin Bəxtiyar adlı polis əməkdaşı tərəfindən qoyulması barədə dəlili təkzib edilməmişdir. Məhkum öz təqsirsizliyini bildirdiyi dəlillərin yoxlanmasına aid olan digər sənəd kimi onun bacısı X7 ərizəsi əsasında Sabunçu rayon prokurorluğunun böyük müstəntiqi X14 31 yanvar 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı nəzərdən keçirilə bilər. Həmin qərarda göstərilir ki, X 7 ərizəsində 21 may 2019-cu il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları qardaşları Məhkum və X20 yaşadıqları evə gələrək əşyaları dağıtmış, hər ikisinə zor tətbiq edərək saxlamış, X20 Qədimovu heç bir günahı olmadan 30 sutka inzibati qaydada həbs etdirmiş, Məhkum isə narkotik vasitələr satışı ilə məşğul olmaqda şərləmişlər. Həmin araşdırma zamanı da Məhkum istintaq müddətində 17 iyul 2019-cu il tarixdə təqsirsizliyinə dair verdiyi ifadələrini təkrar etmişdir. Eyni zamanda araşdırma zamanı Məhkumın qardaşı X20 da Məhkumın təqsirsizliyinə dair əvvəlki ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkum qeyri rəsmi yaşadığı X21 da onun göstərdiklərini təsdiq etmişdir. Daha sonra araşdırma zamanı Sabunçu rayon polis əməkdaşları Dadaşov Vüqar Oruc oğlu, Umudov Umud İlham oğlu və Nemətov Bəxtiyar Oktay oğlu dindirilmişlər. Onlar hər üçü Məhkum ifadəsində göstərdiklərini yalan olduğunu, onun və qardaşının barələrində keçirilmiş tədbirlərin qanuni olduğunu göstərmişlər. Evin pəncərəsini sındırmaqla daxil olmaları, Məhkum mənzilinə və cibinə narkotik vasitələr qoymaları barədə ifadələrinə münasibət bildirməmişlər. Daha sonra qərarda göstərilmişdir ki, araşdırma zamanı Bakı İstintaq Təcridxanasında Məhkum adına tərtib olunmuş tibb kitabçasından görünür ki, təcridxanaya daxil olan zaman onda sol said ön nahiyyəsində və qarının ön nahiyyəsində köhnə çapıq toxumaları vardır (Məhkum təcridxanaya daxil olma tarixi göstərilməmişdir). Qərarda həmçinin göstərilmişdir ki, Məhkum barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 01.08.2019-cu il tarixli 1077 saylı rəyindən görünür ki, onun bədənində 21.05.2019-cu il tarixə uyğun xəsarət aşkar edilmədi. Həmin məhkəmə-tibb ekspertizasının rəyi cinayət işinin materiallarına əlavə edilməmişdir. Lakin qərarda göstəriləndən müəyyən edilir ki, rəy hadisədən 2 ay 10 gün keçəndən sonra verilmişdir. Qərarda Məhkum və şahidlərin ifadələrində göstərdikləri yaşadıqları evin pəncərəsinin sındırılmasının, otaqlarındakı əşyaların dağıdılmasının həqiqiliyinin yoxlanması üçün yaşadığı mənzilə qanunda nəzərdə tutulmuş qaydada baxış keçirilməmişdir. Məhkum və onun təqsirsizliyi barədə ifadə vermiş şahidlərin ifadələri birbirinə uyğun gəldiyi halda bu ifadələrdə göstərilənlərin nəyə görə həqiqətə uyğun olmamasına, mənzil toxunulmazlığı hüququnun pozulub-pozulmamasına hüquqi qiymət verilməmişdir. Faktiki olaraq şübhəli şəxs qismində saxlan ılaraq polis idarəsinə gətirildiyi halda məhkəmənin qərarı olmadan və müdafiə hüququ təmin edilmədən üzərində şəxsi axtarış və götürmə, eləcə də mənzilində axtarış və götürmə hərkətləri aparılmasına da hüquqi qiymət verilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, ittiham tərəfi Məhkum polisə daxil olmuş əməliyyat məlumatı əsasında saxlayaraq polis bölməsinə gətirmişdir. Lakin istintaq aparan müstəntiq və cinayət işinə mahiyyəti üzrə baxmış məhkəmələr belə bir əməliyyat məlumatının olduğunu yoxlayıb təsdiq etməmişlər. Daha sonra müstəntiq Alıbəyli Sərdar Yusif oğlunun eyni vaxtda icraatında olmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham olunmuş X11 üzərindən aşkar edilmiş 0,346 qram narkotik vasitə kustar üsulla hazırlanmış marixuananı Məhkum adlı şəx sdən aldığını göstərdiyi üçün hazırkı cinayət işi üzrə şahid qismində dindirilərkən narkotik vasitəni Məhkum Adlı şəxsdən deyil Səbail rayonu papanin deyilən yerdə tanımadığı şəxsdən aldığını göstərmişdir. Bundan başqa cinayət işi üzrə Baksel və Azərfon operatorlarından daxil olmuş Məhkum adına rəsmiləşdirildiyi göstərilmiş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə X40, X41 və X15 adlı şəxslərlə narkotik vasitələrin satılmasına şübhə yaradan aparılmış danışıqlar barədə disk əlavə edilmişdir. Həmin diskdə olan məlumatlarla əlaqədar ifadəsində Məhkum belə telefon nömrələri işlətmədiyini, ola bilər ki, tanışlarının onun adına alaraq istifadə etdiklərini, həmin telefonla əlaqə saxlanılmış şəxsləri tanımadığını, yazıb oxuya bilmədiyinə görə bu yazışmaların ona aid olmad ığını göstərmişdir. İbtidai stintaq zamanı X40, X41 və X15 adlı şəxslərin ifadələrinin alınması üçün olduqları yer müəyyən edilərək Sabunçu RPİ-nin İŞ-ə gətirilməsi barədə 28.11.2019-cu il əməliyyat tapşırığına 10.12.2019-cu il tarixli cavabda göstərilmişdir ki, göstərilən şəxslərin olduğu yeri müəyyən edilməsi mümkün olmadığından onların istintaq şöbəsinə gətirilməsi mümkün olmamışdır. Eləcə də cinayət işinin materiallarında olan 02 noyabr 2019-cu il tarixli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Məhkum üstündən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni əldə etmə mənbəyini, onun kimlərə narkotik vasitə satıb-satmadığını və hər hansı başqa cinayətdə iştirakının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda keçirilmiş tədbirlər zamanı Məhkum hər hansısa mob il telefon işlətmədiyi müəyyən edilmişdir. Göründüyü kimi ibtidai istintaq müddətində Məhkum narkotik vasitələrin satılması ilə məşğul olması, bu məqsədlə yuxarıda adları göstərilən şəxslərlə əlaqələrinin olmasına dəlalət edən hallar öz təsdiqini tapmamışdır. Azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması halları Təqsirləndirilən şəxs Məhkum ifadələrində 21 may 2019-cu il tarixdə saat 22-23 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Pİ-nin 12-ci PB-ə gətirildiyini göstərsə də onun tutulmasına dair protokolda 22 may 2019-cu il tarixdə saat 04:40-da tutulduğu göstərilmişdir. Təqsirləndirilən şəxs qismində barəsində həbs qətimkan tədbiri 23 may 2019-cu il tarixdə saat 17:15-də, yəni tutulma rəsmiləşdirildiyi vaxtdan 36 saat 35 dəqiqə sonra, faktiki saxlandığı vaxt dan 42 saat 35 dəqiqə sonra secilmişdir. Qərarda təqsirləndirilən şəxsin məhkəməyə gətirildiyi vaxt göstərilməmişdir. Aşağıdakı cədvəldə ibtidai istintaq müddətində müstəntiq tərəfindən icra edilmiş istintaq hərəkətləri və digər tədbirlərin siyahısı verilmişdir. Tarixlər Həyata keçirilmiş İstintaq hərəkətləri və digər tədbirlər Buraxılmış Müddət 23.05.2019 3 ay müddətinə həbs qətimkan tədbiri seçilsin (hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) 24.05.2019 Müstəntiq Sərdar Alıbəyli tərəfindən işin icraata qıbulu qərarı Təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi protokolu Məhkəmə narkoloji ekspertizası təyin edilməsi barədə qərar Ekspertiza təyin edilməsi qərarı ilə təqsirləndirilən şəxsi tanış etmə 03.06.2019 Maddi sübut kimi tanıma və cinayət işinin materiallarına əlavə 8 gün e tmə (narkotik vasitələr) Başqa cinayət işinin materiallarından çıxarışlar edilməsi barədə protokol 04.06.2019 DİN-nin baş əməliyyat və statistik informasiya idarəsindən məlumat 21.06.2019 X16 şahid qismində dindirmə 16 gün 16.07.2019 Təqsirləndirilən şəxsin istintaq təcridxanasından Sabunçu RPİ- 24 gün nin müvəqqəti saxlama yerinə keçirilməsi barədə vəsatət 17.07.2019 Məhkum təqsirləndirilən şəxs qismində dindirilməsi 22.07.2019 25.07.2019 28.07.2019 30.07.2019 31.07.2019 01.08.2019 04.08.2019 05.08.2019 21.08.2019 05.09.2019 07.09.2019 11.09.2019 17.09.2019 18.09.2019 14.10.2019 01.11.2019 15.11.2019 19.11.2019 20.11.2019 26.11.2019 27.11.2019 Diskə baxış keçirilməsi Təqsirləndirilən şəxsin təqsirsizliyi barədə vəsatətin rədd edilməsi X20 şahid qismində dindirilməsi X3 şahid qismin də dindirilməsi X32 şahid qismində dindirilməsi- polis əməkdaşı X27 şahid qismində dindirilməsi-polis əməkdaşı Nəhmədov Bəxtiyar Oktay oğlunun şahid qismində dindirilməsipolis əməkdaşı Təqsirləndirilən şəxsin istintaq təcridxanasından Sabunçu RPİnin müvəqqəti saxlama yerinə keçirilməsi barədə vəsatət Üzləşdirmə: X28-Məhkum Üzləşdirmə: Umudov Umud İlham oğlu-Məhkum Üzləşdirmə: Dadaşov Vüqar Oruc oğlu-Məhkum Məhkəmə-kimyəvi ekspertiza təyin edilməsi barədə qərar t/ş ekspertiza təyin edilməsi barədə qərarla tanış etmə protokolu əməliyyat tapşırığı Mahmudov Teymur İnşallah oğlunun şahid qismində dindirilməsi-polis əməkdaşı Həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət Təqsirləndirilən şəxsin istintaq təcridxanasından Sabunçu RPİnin müvəqqəti saxlama yerinə keçirilməsi barədə vəsatət t/ş- in həbsin uzadılmsı barədə məhkəməyə təqdim ediləcək materiallarla tanış etmə protokolu Həbs qətimkan tədbiri 1 ay 22.09.2019 tarixədək uzadılsın (hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) T/ş-in istintaq təcridxanasından Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə keçirilməsi barədə vəsatət Ekspert rəyinin təqsirləndirilən şəxsə təqdim edilməsi və hüquqlarının izah edilməsi (2 protokol) İstintaq müddətinin uzadılması barədə vəsatət Həbsdə saxlama müddətinin 2 ay, 22.11.2019-ci ilədək uzadılması barədə vəsatət müstəntiqə və prokurora etiraz etmə hüququnun izah edilməsi barədə protokol həbsin uzadılması ilə əlaqədar məhkəməyə təqdim ediləcək sənədlərlə t/ş tanış etmə Həbs qətimkan tədbiri 2 ay, 22.11.2019 tarixədək uzadılsın (hakim Əhmədov Fəqan Rövşən oğlu) Mobil telefondn istifadə edilən şəbə kə (antena) dairəsi üzrə cədvəli götürülməsi barədə 2 vəsatət diskə baxış keçirilməsi protokolu İbtidai istintaq müddətinin uzadılması barədə vəsatət Həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət müstəntiqə və prokurora etiraz etmə hüququnun izah edilməsi barədə protokol həbsin uzadılması ilə əlaqədar məhkəməyə təqdim ediləcək sənədlərlə t/ş tanış etmə Həbs qətimkan tədbiri 1 ay, 22.12.2019 tarixədək uzadılsın (hakim Qarayeva Mehriban Cəfər qızı) diskə baxış keçirilməsi protokolu məhkumun əvvəlki məhkumluğu barədə hpkmün surətinin 4 gün 2 gün 2 gün 1 gün 2 gün 15 gün 14 gün 3 gün 5 gün 25 gün 16 gün 13 gün 3 gün 5 gün 28.11.2019 29.11.2019 12.12.2019 13.12.2019 16.12.2019 18.12.2019 19.12.2019 24.12.2019 alınması məktubu T/ş-in istintaq təcridxanasından Sabunçu RPİ-nin mü vəqqəti saxlama yerinə keçirilməsi barədə vəsatət əməliyyat tapşırığı Təqsirləndirilən şəxsin əlavə dindirilməsi barədə protokol Sübutların qiymətləndirilməsi barədə qərar Qərarın surətinin prokuroroa göndərilməsi barədə məktub Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərar Qərarın surətinin prokurora göndərilməsi barədə qərar Təqsirləndirilən şəxsə müdafiəçi tutmaq və müdafiəçi ilə təmin olunmaq hüququnun izah edilməsi Təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi Qərarın surətinin prokuroroa göndərilməsi barədə məktub Təqsirləndirilən şəxsə konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş hüquları barədə bildiriş Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində hüquqları barədə bildiriş Təqsirləndirilən şəxsə yeni ittiham elan edilməs i və hüquqlarının elan barədə protokol müstəntiqə və prokurora etiraz etmə hüququnun izah edilməsi barədə protokol Təqsirləndirilən şəxsin dindirilməsi barədə protokol Vəsatətin rədd edilməsi barədə qərar Qərarın surətinin təqsirləndirilən şəxsə göndərilməsi barədə məktub təqsirləndirilən şəxsə və müdafiəçisinə ibtidai istintaqın başa çatması barədə məlumat verilməsi təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə tanış etmə İttiham aktının tərtib edilməsi 20.12.2019 ittiham aktının təsdiqi Həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət həbs qətimkan tədbirinin 12.01.2020-ci il tarixədək uzadılsın (hakim Ağayev Süleyman Əhməd oğlu) cinayət işi Sabunçu rayon məhkəməsinə daxil olmuşdur. 12 gün 2 gün 1 gün 4 gün Cədvəldən göründüyü kimi Sabu nçu RPİ-nin İŞ-nin müstəntiqi Sərdar Alıbəyli tərəfindən cinayət işi üzrə istintaq hərəkətləri və kargüzarlıq işləri 36 iş günü ərzində aparılmışdır. Cəmi 177 gün boş keçmişdir ki, bunlardan 64 gün şənbə və bazar günləridir. Həbs qətimkan tədbiri seçilməsi və uzadılması barədə qərarlarda bu hallara hər hansı hüquqi qiymət verilməmişdir. Bununla yanaşı Məhkum təqsirləndirildiyi ağır cinayət əməlinə görə həbs qətimkan tədbirinin müddəti qanunda nəzərdə tutulmuş müddətdən artıq müddətə uzadılmışdır. Məhkum 7 ay həbsdə saxlandıqdan sonra Bakı Şəhər Sabunçu rayon prokuroru baş ədliyyə müşaviri Ceyhun Şirinov tərəfindən imzalanmış təqdimata Sabunçu Rayon Məhkəməsində baxılaraq müddətin qanunda nəzərdə tutulmuş prosedur pozulmaqla daha 20 gün uzadılması barədə qərar qəbul edilmişdir. Azərbaycan R espublikası CPM-nin 158.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini ağır və xüsusilə ağır cinayət törədilməsinə görə 4 (dörd) ay həddində müəyyən edir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında ağır cinayətlər üzrə 3 (üç) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum barəsində Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli qərarı ilə əvvəli 22 may 2019-cu il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbİri seçilmiş, həmin məhkəmənin 21 avqust 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri 1 ay, yəni 22.09.2019 tarixədək uzadılmış (hakim Zeynalov Mirheydər Seyidəmir oğlu), həmin məhkəmənin 18 sentyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti daha 2 ay, yəni 22.11.2019 tarixədək uzadılmış (hakim Əhmədov Fəqan Rövşən oğlu), yenə həmin məhkəmənin 20 noyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri 1 ay, yəni 22.12.2019 tarixədək uzadılmış (hakim Qarayeva Mehriban Cəfər qızı) və nəhayət yenə həmin məhkəmənin 19 dekabr 2019-cu il tarixli qərarı ilə artıq 7 ay həbsdə saxlanmış Məhkum barəsində həbsdə saxlama müddəti Bakı şəhər Sabunçu r ayon prokuroru baş ədliyyə müşaviri Ceyhun Şirinovun imzaladığı təqdimat üzrə daha 20 gün 12.01.2020-ci il tarixədək uzadılmışdır (hakim Ağayev Süleyman Əhməd oğlu). Cinayət işi üzrə ittiham aktını Bakı şəhər prokurorunun müavini baş ədliyyə müşaviri Mehman Qocayev təsdiq etdiyi halda həbs qətimkan tədbirinin seçilməsi və uzadılması barədə təqdimatları Bakı şəhər Sabunçu rayon prokuroru baş ədliyyə müşaviri Ceyhun Şirinov imzalamışdır. Təqsirləndirilən şəxsə etiraz hüququnun təminatı üçün cinayət işinin ibtidai istintaqını aparan müstəntiq kimi Alıbəyli Sərdar Yusif oğlu, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror kimi Ceyhun Şirinov təqdim edilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror kimi Ceyhun Şirinov Azərbaycan Respublikası CPM-ni n 158.1-ci maddəsinə əsasən ağır cinayətlər üzrə həbs qətimkan tədbirinin 4 ay müddətinə seçilməsi və 3 ay müddətinə uzadılması barədə təqdimat verə bilərdi. Lakin, o, bu müddətlər keçdikdən sonra həbsdə saxlama müddətinin daha 20 gün uzadılması barədə təqdimat vermiş, məhkəmə də həmin təqdimatı təmin etmişdir. Azərbaycan Respublikası CPM-nin 159.2-ci maddəsinə əsasn məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Həmin Məcəllənin 159.3-1-ci maddəsinə əsasn Bu Məcəllənin 159.2-ci maddəsində nəzərdə tut ulmuş hallarda müstəntiq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin keçməsinə ən geci 8 (səkkiz) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 6 (altı) gün qalmış vəsatəti təqdimat verilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Bakı şəhər prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavininə göndərir. Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasını n prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 4 (dörd) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 159.2-ci maddəsi ilə ağır cinayətlər üzrə həbs qətimkan tədbirinin 4 ay müddətinə seçilməsi və 3 ay müddətinə uzadılmasından sonra daha 3 aydan artıq olma yan müddətə uzadılmasını məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqələndirilmiş və bu barədə təqdimatın verilməsi üçün daha ciddi prosedurlar müəyyən edilmişdir. Həmin proseduru hazırkı işə təbiq etdikdə Bakı şəhər Sabunçu rayon prokuroru ağır cinayətlər üzrə həbs qətimkan tədbirinin 4 ay müddətinə seçilməsi və 3 ay müddətinə uzadılması barədə məhkəməyə təqdimatlar verdikdən sonra həbsin daha 3 aydan artıq olmayan müddətə uzadılması üçün təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 6 (altı) gün qalmış vəsatəti təqdimat verilməsi üçün Bakı şəhər prokuroruna, Bakı şəhər prokuroru təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uza dılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 4 (dörd) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət etmə məsələsini həll etməli idi. Lakin, cinayət işinin materiallarında olan Sabunçu rayon prokurorunun təqdimatında Azərbaycan Respublikası CPM-nin 290.5.3-cü maddəsinə istinad edilməklə göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılmasına bu Məcəlləsinin 155.1155.3-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olduqda bu Məcəllənin 292.1-1-ci maddəsində nəzərdə tutulmuş müddətin təmin edilməsi məqsədi ilə həmin qətimkan tədbirinin müddətin uzadılması barədə məhkəməy təqdimat verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Sabunçu rayon prokuroru təqdimatında Azərbaycan Respu blikası CPM-nin 290.5.3-cü maddəsinə istinad etsə də, həbs müddətinin uzadılması barədə birbaşa məhkəməyə təqdimat verməklə həmin Məcəllənin 159.2 və 159.3-1-ci maddələrinin tələblərini pozmuşdir. Azərbaycan Respublikası CPM-nin 290.5.3-cü maddəsinə əsasən İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz qərarı ilə təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılmasına bu Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olduqda, bu Məcəllənin 292.1-1-ci maddəsində nəzərdə tutulmuş müddətin təmin edilməsi məqsədi ilə həmin qətimkan tədbirinin müddətinin uzadılması barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora mürac iət etmək hüququna malikdir. Göstərilən qanunun məzmununda bu Məcəllə ilə müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora müraciət etmək hüququ dedikdə, məhz Məcəllənin 159.2 və 159.3-1-ci maddələri ilə müəyyən edilmiş qaydalar nəzərdə tutulur. Həmin qaydanı hazırkı işə tətbiq etdikdə İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Sabunçu rayon prokuroru ağır cinayətlər üzrə həbs qətimkan tədbirinin 4 ay müddətinə seçilməsi və 3 ay müddətinə uzadılması barədə məhkəməyə təqdimatlar verdikdən sonra, təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin daha 3 aydan artıq olmayan müddətə uzadılması zərurəti ilə razılaşdıqda bu barədə təqdimatla məhkəməyə deyil, müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora müraci ət etmək hüququna malikdir. Bakı şəhər Sabunçu rayon prokuroru Azərbaycan Respublikası CPM-nin 159.2 və 159.3-1-ci maddələri ilə müəyyən edilmiş qaydalara zidd olaraq, yəni həbsin uzadılması üçün məhkəməyə təqdimat vermək səlahiyyəti olmadan və həbsin müddətinin uzadılması üçün müstəntiqin vəsatəti olmadan məhkəməyə təqdimat verməklə həmin qanunların tələbini pozmuş, həmin təqdimat əsasında həbs qətimnkan tədbirinin uzadılması barədə məsələyə baxaraq onu təmin etməklə Sabunçu rayon məhkəməsinin hakimi Ağayev Süleyman Əhməd oğlu da kobud qanun pozuntusuna yol vermişlər. Məhz göstərilən şəxslərin qanunsuz hərəkətləri nəticəsində cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum barəsindəki həbs qətimkan tədbirinin müddəti qanunun tələbləri pozulmaqla daha 20 gün müddətinə uzadılmışdır. Cinayət i şinin materiallarında aşkar edilmiş başqa bir qanunsuzluq müstəntiq tərəfindən təqsirləndirilən şəxsin istintaq təcridxanasından Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə keçirilməsi barədə qərar qəbul edilməsidir. Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Alıbəyli Sərdar Yusif oğlu 16 dekabr 2019-cu il tarixdə qəbul etdiyi qərarla (cild-2, i.v 84) Azərbaycan Respublikası CPM-nin 85 və 159-1.1-ci maddələrinə istinad etməklə qərara almışdır ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1985-ci ildə Gədəbəy rayonu Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Gədəbəy rayonu Qurudərə kəndində qeydiyyatda olan və Ünvan3, nöm rəsiz yeni tikili evdə yaşayan, Məhkum 16.12.2019-cu il tarixdə Sabunçu RPİ-nin MSY-nə köçürülüb geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilir ki, Məhkum barəsində Məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi ilə əlaqədar onun Respublika Narkoloji Mərkəzinə köçürülüb geri qaytarılması zərurəti yaranmışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində Məhkəmə-narkoloji ekspertizasının 1648 saylı rəyi 15.07.2019-cu il tarixdə, bu qərardan 5 ay əvvəl alınmışdır. Digər tərəfdən Azərbaycan Respublikası CPM-nin 159-1.1-ci maddəsinə əsasən istintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması m ümkün olmadıqda, həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadıla bilər. Bu qanuna əsasən müstəntiqin təqsirləndirilən şəxsi istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə qərar qəbul etmək səlahiyyəti müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İttiham aktında Məhkum cinayət əməlini təsdiq edən sübutlar sırasında 3 nəfər polis əməkdaşı olan şahidlərin ifadələri göstərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkumdan başqa, Sabunçu RPİ-nin 12-ci PBnin 2 əməkdaşı Umudov Umud İlham oğlu və Mahmudov Teymur İnşallah oğlu şahid qismində dindirilmişlər. Məhkum ibtidai istintaq zamanı ifadələrində onun üstünə və mənzilinə narkotik vasitələr qoyduğunu göstərdiyi və onun əleyhinə ibtidai istintaq zamanı ifadə vermiş Sabunçu RPİ-nin 12-ci PB-nin əməkdaşı Nəhmədov Bəxtiyar Oktay oğlu da məhkəmə iclasında dindirilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında iştirak etməyən polis əməkdaşı Dadaşov Vüqar Oruc oğlunun ibtidai istintaqdakı ifadəsini elan edərək hökmdə həmin ifadəyə də istinad etmişdir. Təqsirləndirilən şəxs Məhkum, onun hüqularını müdfafiə edən dövlət hesabına təyin edilmiş müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Q asımov Fizuli Qasım oğlu məhkəmə iclasında Məhkum leyhinə ibtidai istintaq zamanı ifadə vermiş şahidlərin məhkəmə iclasında iştirakı barədə vəsatət verməmişlər. Məhkəmə iclasında Məhkum leyhinə ifadə vermiş şahidlər qardaşı X20un, qeyri-rəsmi ər-arvad kimi yaşadığı X3 iştiraklarını təmin etməmiş, onların ibtidai istintaqdakı ifadələri elan edilib tədqiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. İnsan Hüquqlarının Və X19 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3d bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə na il olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş 2 şahidi məhkəmə iclasında dindirmiş, 3-cü şahidin isə ibtidai istintaqdakı ifadəsini elan edərək ona da ittiham hökmündə istinad etdiyi halda təqsirləndirilən şəxsin ibtidai istintaqda leyhinə ifadə vermiş şahidləri məhkəmə iclasında iştirakı təmin olunmamış və onların da istintaqdakı ifadələrini elan edib tədqiq edilməmiş və nəzərə alınmamışdır. Bununla da konvensiyanı 6-cı maddəsinin 3d) bəndinin prinsipini pozmuşdur. Bundan başqa cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs saxlandıqdan sonra onun üzərində şəxsi axtarış və götürmə, mənzilində axtarış və götürmə keçirilərkən yuxarıda təsvir edilən müdafiə hüquqlarının pozulmasına aid hallar olduğuna baxmayaraq bu hallar araşdırılıb hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Kobiaşvili Gürcüstana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu ul tarixli qərarında məhkəmə qeyd etmişdir ki, ərizəçinin şəxsi axtarışının nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Ərizəçinin şəxsi axtarışın a dair sonrakı polis protokolu, həmçinin axtarış aparan iki polis əməkdaşının və axtarışda iştirakı iddia edilən iki şahidin ifadələri ərizəçinin hökmünün əsasına qoyulmuşdur. Beləliklə, ərizəçinin şəxsi axtarışı onun ittiham hökmünü əsaslandıran sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın aparılması üsulu və sonradan onun nəticələrinin ərizəçiyə qarşı istifadə edilməsi üsulu məhkəmə prosesinin bütövlükdə ədalətliliyinə təsir edir. Daha sonra həmin qərarda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş polis əməkdaşlarının ifadələrinin mötəbərliyi barədə göstərilmişdir ki, polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşla rı idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə birinci instansiya məhkəməsində məhkəmə baxışı ge dişində sübutların toplanması tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilməmiş, təqsirləndirilən şəxsin öz təqsirsizliyinə dair irəli sürdüyü dəlillər tədqiq edilib təkzib edilməmiş, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması hallarına hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi göstərilən pozuntuları aradan qaldırmamış və yalnız təyin edilmiş cəzanı yüngülləşdirməklə kifayətlənmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna mal ikdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilərək qərar ləğv edilməlidir. Kassasiya protestinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsinin əsassızlığı barədədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının müdafiə tərəfinin kassasiya şikayətində göstərdiyi medafiə hüququnun pozulması və sübutların mümkünlüyü barədə dəlillərinin əsaslılığına g örə ləğv edilməli olduğundan bu dəlillərin əsaslılığı apellyasiya instansiyası məhkəməsinin yeni baxışında yoxlanılıb hüquqi qiymət verilmədən, məhkumun hüquqi vəziyyətinin daha da ağırlaşdırılmasına dair kassasiya protestinin təmin edilməsi əsaslı hesab edilmir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən edilir ki, məhkəmə Məhkum cəzasını ağırlaşdıran halın olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alaraq sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 234.41 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) aya endirmişdir. Göstərilənlərə əsasən kassasiya protesti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10. 2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Emil Mirzəyev tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi-vəkil Ağayeva Nüşabə Fərman qızının kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü naddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı ləğv edilsin və həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.