Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-278/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi2 Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən X4, hakimlər X7 və X2 ibarət tərkibdə) 26 fevral 2020-ci il tarixli hökmü ilə 9 aprel 1988-ci il tarixdə Ukrayna Respublikasının Jitomir vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1cimaddələrindənəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə S qəti cəza 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzaçəkmə müddətinin əvvəlinin 03 oktyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyiş dirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bayramov Əmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə) 28 iyul 2020-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə məhkum edilməsinə dair 26 fevral 2020-ci il tarixli, 1(101)-321/2020 saylı hökmü verilmiş həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qəsdən digərləri ilə birlikdə dini düşmənçilik zəminində Pakistan İslam Respublikası və Azərbaycan Respublikasının qanunvericil iyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 25 noyabr 2010-cu il tarixdə Astara sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikasının Zahidan şəhərinə gəlib orada təxminən 20 gün qaldıqdan sonra şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan Abdulla Azzam adlı şəxs vasitəsilə İran- Pakistan dövlət sərhədini keçərək PakistanƏfqanıstan dövlətlərinin sərhədində yerləşən Pakistan dövlətinin Şimali Vəzistan vilayətinə gəlmiş və ‘Taliban’’ hərəkatının nəzarəti altında fəaliyyət göstərən "Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşməyə daxil olaraq həmin hərəkatın hərbi düşərgəsinə aparılmış, orada odlu silahlardan istifadə etmə, atəş açma və fiziki hazırlıq təlimləri keçmiş, təlimlər başa ça tdıqdan sonra silahlı birləşmə tərəfindən ona "Kalaşnikov" markalı avtomat verilməklə silahlı birləşmənin tərkibinə qatılmaq məqsədilə qəsdən silahlı birləşmənin fəaliyyətində 2010-cu ilin dekabr ayının sonlarından 2011-ci ilin may ayının sonlarınadək İştirak edərək 06 iyul 2011-ci il tarixdə Azərbaycana geri qayıtmış, həm Azərbaycan Respublikasının, həm də Pakistan İslam Respublikasının qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Bundan başqa, Məhkum 17 iyul 2013-cü il tarixdə Türkiyə Respublikasına gedərək təkrarən qəsdən dini düşmənçilik zəminində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Suriya Ərəb Respublikası ərazisində yaradılmış “İŞİD” (X14 Dövləti) adlı cinayətkar birliyin tərkibində həmin dövlətin və Azərbaycan Res publikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Əbu Yəhya” dini ləqəbli Aşurov Nicat Qəzənfər oğlunun rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə qoşularaq Özünün əldə etdiyi “Kalaşnikov” markalı avtomat silahı ilə 2013-cü ilin iyul ayının ortalarından 2014-cü ilin fevral ayının əvvəllərinədək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsini həyata keçirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak edərək 12 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətlərdə məhkum olunmamışdır. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafiəçi2 Şəmsə ddin oğlu tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum cinayətkar birlik adlandırılan, qanunvericiliklə qadağan olunmuş hərbi birləşmələrin tərkibinə daxil olmasını özü etiraf etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərdi ki, 2010-cu ilin dekabr ayından X6, dövlət sərhəddindən qanuni yolla keçərək sonradan İran İslam Respublikasından Pakistan Respublikasına keçərək orada qanunla qadağa olunmuş hərbi birləşmənin tərkibində təlim keçmişdir. 2011-ci ilin iyul ayında geri qayıtmış, sonra aktiv hərbi əməliyyatlarda iştirak etməmiş və qanunvericiliyin bu sahədə tələblərini pozmamışdır. Lakin qanunvericiliklə qadağan olunmuş hərbi birləşmənin təkibinə daxil olması Azərbaycan Respublikası CM-nin 218.2-ci maddəsinin tərkibini yaratmışdır. 2011-ci ilin may ayının sonunda düşərgədəki ideologiyaya uyğunlaşmamış, onun məqsədsiz olduğunu başa düşmüş və icazəsiz könüllü surətdə oradan İran İslam Respublikasına keçmiş və Azərbaycana qayıtmışdır. Qayıtdıqdan sonra Pakistan Respublikasında hərbi təlim işi barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə gedərək məlumat vermişdir. DTX-nin məsul işçiləri onun hərəkətlərində hər-hansı bir cinayət tərkibini görməmiş və onu sərbəst buraxmışdır. Məhkum özünü DTX-ə tabe etməklə artıq cinayət əməlindən könüllü imtina etməsini göstərmişdir. Məhkəmədə də Məhkum bildirdi ki, o, gələcəkdə törədə biləcək cinayət əməlindən könüllü imtina etmişdir. Məhkum cinayət əməlini törətməkdən könüllü imtina etdiyinə görə bu epizod üzrə cinayət məsuliyyətindən azad olmalıdır. 2-ci epizod üzrə 2013-cü ilin iyul ayında Türkiyə Respublikasına getmiş, orda Suriya Respublikasına keçərək Qanunsuz yaradılmış dəstəyə qoşulmuşdur. Lakin yenə də, aktiv hərbi əməliyyatlarda iştirak etməmiş, Azərbaycan Respublikasının, Suriya Republikasının qanunvericiliyi ilə müəyyən olunmuş cinayət əməllərini törətməmişdir. xx.xx.2014-ci il tarixdə geri qayıtmış, cinayət əməlini başa çatdırmaqdan imtina etmişdir, bu halda da onu cinayət məsuliyyətinə cəlb etmək olmaz. Qanunvericilik bir mənalı qeyd edir ki, Məhkum barəsində bəraət hökmü çıxarılmalıdır. İttiham tərəfinin sübutu təqsirləndirilən şəxsin özünün etirafından rəsmi nikahda olan arvadı Şahid2, Şahid1 və Şahid3 ifadələrindən ibarətdir. Şahid1 məhkəmədə ifadə verərkən onun hərəkətlərinə vizual qiymət verib, anlaqlı olub-olmaması şübhəsinə gəlmək olar. Bununla belə Şahid1 ifadəsində göstərdi ki, Məhkum Suriya Respublkasında görməmiş və tanımır. Şahid3 məhkəməyə teleqram vuraraq məhkəməyə gəlməyəcəyini bildirmişdir. Bununla belə onun istintaqda verdiyi ifadədən belə nəticəyə gəlmək olar ki, onun ifadəsi Məhkum ona Pakistan və Suriya Respublikalarına getməsini məlumat verməkdən ibarətdir. Belə olduğu halda onun ifadəsi sübut kimi qəbul edilə bilməz. Cinayət işində Məhkum təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Məhkum törətdiyi cinayətin motivi yoxdur, məqsədinə isə nail olmamışdır. Cinayətin yalnız formal olaraq tərkibi yaranmışdır və onun rolu orada yalnız təlim keçməkdən ibarət olmuş, aktiv döyüşlərdə iştirak etməmişdir. Pakistan Respublikasında təlim keçdikdən sonra onun bu təlimin puç olduğu qənaətinə gəlmiş və təlimi yarımçı q buraxaraq Azərbaycan Respublikasına qayıtmışdır. Hətta Azərbaycan Respublikası DTX-nə ərizə ilə müraciət etmiş və oradakı baş verənlər barədə onlara məlumat vermişdir. Bundan başqa 2013-ci ildə Suriya Respublikasında təlim keçmiş və aktiv döyüş əməliyyatdan başlamamış həmin ölkənin ərazisini tərk etmişdir. Bu barədə DTX-də məlumat olmuş, lakin yenə də, onu 2014-cü ildə məsuliyyətə cəlb etməmişlər. Məhkum niyyətindən yayınmış, həyati fəaliyyətini övladlarının tərbiyə olunmasında görmüşdür. O, müsbət xarakterizə olunur, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Öhdəsində 3 yetkinlik yaşına çatmamış övladı var. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarını ləğv edib bəraətverici əsaslarla cinayət təqibinə xitam verilm əsi və ya qərarı ləğv edib araşdırmanın aparılması üçün apellyasiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə digər müdafiəçinin kassasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, istintaq orqanında Şahid2 əri Məhkum qarşı ifadə verərək Suriyya Ərəb Respublikasında ərinin postlara çıxmasını təsdiq etmişdir. Lakin istintaq orqanı onun özünü və qohumlarını ifşa etməkdə sərbəstlik olma hüququndan istifadə edib-etməməsini soruşmamış, bu haqda ona məlumat verməmiş, əksinə onu da həbs eləmədiklərinə və cinayət məsuliyyətinə cəlb etməmələrinə görə onlara minnətdar olmağını bildirmişlər. Şahid2 dindirilməsindən əvvəl ümumi qaydada cinayət prosessual məcəlləsinin tələbləri ni əks edən maddələr, o cümlədən yaxın qohumlara qarşı ifadə verməmək haqda məlumatlandırma cəm şəkildə (19.3,20,26,51-6,95,126,227) formal olaraq yazılıb imzalatdırılmış, lakin yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqda məlumatlandırma ayrı maddə ilə böyük şriflərlə yazılaraq imzalatdırılmışdır. Şahid2 milliyyətcə rusdur və rus dilində danışır və azərbaycan dilini mükəmməl bilmir. O, dindirmə zamanı tərcüməçi ilə təmin olunmamış və CPM-nin 20.1-ci maddəsinin tələbi (Heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz.) və CPM-nin 26.2.2-ci maddənin tələbi (ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək) pozulmaqla dindirilmişdir. Həmçinin, Məhkum anası millətcə ukraynalıdır. Məhkum uşaqlıq illərini Ukraynada yaşayıb, Çernobl hadisəsinin qurbanıdır və İİ qrup Çernobl əlilidir, azərbaycan dilini mükəmməl bilmir. Bütün bunlara baxmayaraq istintaq araşdırması və birinci instansiya və apellyasiya məhkəməsində o, tərcüməçi ilə təmin olunmamış, ona elan olunmuş ittihamın mahiyyətini dərk etməmiş və ifadəsində göstərdiklərinin özünə qarşı olmasını həm xəstəliyi və həm də azərbaycan dilini mükəmməl bilməməsi səbəbdən anlamamışdır. Qeyd olunanlar Şahid2 və Məhkum müdafiə hüquqlarının kobud sürətdə pozulmasına dəlalət edir. Odur ki, təqsirləndirilən şəxs və şahidlə bağlı aparılan istintaq hərəkətləri zam anı onlar Azərbaycan Respublikası CPM-in 26.2.2.-ci maddəsində göstərilən hüquqdan istifadə edə bilməmişlər. Şahid2nm ifadəsi qeyd edildiyi kimi kobud qanun pozuntusu ilə alınmış, Şahid1 ifadəsində Məhkum Suriya Respublkasında görmədiyini və tanımadığını bildirmiş, Şahid3 isə ümumiyyətlə məhkəməyə gəlməmiş, istintaqa verdiyi ifadəsində isə Məhkum sözlərindən sonuncunun Pakistan və Suriya Respublikalarına getməsini bilməsini göstərmişdir. Şahid3 ifadəsi mötəbər deyil, üçüncü şəxsdən alınmış ifadənin məzmunudur. Cinayət işinin materiallarında Məhkum hansı postlarda növbədə olması, konkret olaraq cinayətkar birlikdə iştirakının nədə ifadə olması, hansı ağır və xüsusilə ağır cinayətlərin törədilməsində və ya törədə biləcəyində iştirak etməsini və ya X15 Dövləti (İŞİD) adlı cinayətkar birliyin tərkibində olmasını təsdiq edən sübut mövcud deyil. Məhkum özünün etirafedici ifadəsinin məzmunundan da hansı cinayətkar birliyin tərkibində olması, iştirakının nədə ifadə olması aydın deyil. Müdafiəçi kassasiya şikayətinə əlavədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarının ləğv edib prosessual pozuntuların aradan qalıdırlması və obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə apelyasiya instansiyası məhkəməsinə geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayəti və kassasiya şikayə tinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya prote stinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyalar ı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin və ona əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məh kəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nət icə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu i stisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhk əmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham ol unan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkum müdafiəçilərinin kassasiya şikayəti və ona əlavədə onun təqsirlilik məsələsi mübahisələndirilir və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi və ya mübahisələndirilən qərarın ləğv edilərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması xahiş olunur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə k ollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yana şı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, üzləşmələr, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 218.2-ci maddəsi cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etməyə, həmin Məc əllənin 279.1-ci maddəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etməyə görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə dedikdə bu birliyin üzvlüyünə daxil olma, birliyin cinayətkar fəaliyyətində iştirak etməyə razılıq vermə, cinayətkar fəaliyyət planlarının işlənib hazırlanması və bu fəaliyyətin xarakteri ilə bağlı iclas və müşavirələrdə iştirak etmə, cinayətkar təşkilatın rəhbərlərinin tağşırıqlarını yerinə yeti rmə və s. başa düşülür. Birliyin iştirakçılarına həm cinayət əməllərinin bilavasitə icraçıları, həm də cinayətin törədilməsində köməkçi funksiyalarını yerinə yetirən şəxslər aid edilir. Qeyd edilən cinayət əməli CM-in 218-ci maddəsində nəzərdə tutulan hərəətlərin hər hansı biri törədildiyi andan başa çatır. CM-in 279.1-ci maddəsində şərh olunan cinayət əməli isə cinayət obyektiv cəhətdən Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmədə ifadə olunur. Təqsirkarın bu cinayətə görə məsuliyyətə cəlb edilməsi üçün CM-in 279-cu maddəsinin dispozisiyasında göstərilən üç hərə kətdən hər hansı bir törədilməsi kifayətdir: 1) Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tulmayan silahlı birləşmələr və ya qruplar yaratma; 2) onların yaradılması və fəaliyyətində iştirak etmə; 3) onları silahla, döyüş sursatı ilə, partlayıcı dələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə. Şərh olunan cinayət əməli Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradıldığı andan, onların yaradılmasında güdülən məqsədə nail olunub-olunmamasından asılı olmayaraq başa çatmış hesab edilir. Birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir k i, 2010-cu ildə Əfqanıstan-Pakistan sərhədinə İslam dinini yaşamaq məqsədi ilə getmiş, həmçinin həmin ərəfədə Əfqanıstanda döyüşlər getmişdir. Eləcə də din qardaşlarına köməklik etmək məqsədi də olmuşdur. İlk əvvəl tək getmək istəmiş, yaxşı şərait olacağı təqdirdə isə sonradan ailəsini də ora aparmaq fikri olmuşdur. O, "Abu Yahya” dini ləqəbli Nicat Aşurovu Sumqayıt şəhərindən tanımışdır. Bir dəfə Əfqanıstan Pakistan sərhədində "Vəziristan” kimi tanınan Pakistan İslam Respublikası ərazisinə döyüşmək üçün gedib- gəlmişdir. Nicat Aşurov ƏfqanıstanPakistan sərhədində "Vəziristan” kimi tanınan Pakistan İslam Respublikası ərazisinə getmək marşrutunu izah etmiş və ora getmək üçün İran İslam Respublikası ərazisində olan Abdulla Azzamın nömrəsini ona vermiş və ora gedəndə onunla əlaqə saxlamağını məsləhət görmüşdür. Təxminən 25 noyabr 2010-cu ildə, Fəridlə o, birlikdə Azərbaycandan avtobusla sərhədi keçərək İran İslam Respublikasının Astara şəhərinə getmişlər və oradan da İranın Məşhəd şəhərinə getmişlər. Məşhəd şəhərindən İranın Zahidan şəhərinə, Zahidan şəhərindən isə Pakistan Respublikası ərazisinə keçmişlər. Pakistana keçdikdən sonra isə onları Abdulla Azzamın adamları müşayiət edərək Əfqanıstanla Pakistanın sərhədində yerləşən "Şimali Vəziristan” adlanan əraziyə gətirmişlər. Onların Sumqayıtdan "Şimali Vəziristana” qədər yolları təxminən 1 ay çəkmiş və dekabr ayının sonlarında artıq "Şimali Vəziristan ” adlanan əraziyə gəlmişlər. Təlimlər başa çatdıqdan sonra onlar ayrılaraq hər biri ayrı-ayrılıqda postlara çıxmağa başlamışlar. Vəziristan ərazisində olarkən o, yalnız postlarda olmuş, heç bir döyüşdə iştirak etməmişdir. 2011-ci ilin aprel ayında Vəziristana gedən sinif yoldaşı Fərid, postda olarkən düşmən tərəfindən minomyotla vurulmasını və vəfat etməsini öyrənmişdir. Bundan sonra bir qədər qorxmuş və artıq geri qayıtmaq qərarına gəlmişdir. 2013-cü ildə, o, İslam dinini rahat yaşamaq üçün ailəsi ilə birlikdə Suriya Respublikasına getməyə qərar vermişdir. 17 iyul 2013-cü il tarixdə gecə saatlarında, ailəsi ilə, yəni həyat yoldaşı Şahid2 və 2 azyaşlı övladları ilə birlikdə təyyarə ilə Türkiyənin İstanbul şəhərinə getmişdir. 18 iyul 2013-cü il tarixdə yenidən təyyarə ilə Türkiyənin Hatay şəhərinə uçmuşlar. Hataya çatdıqdan sonra, elə həmin gün axşam saatlarında, Əmirağa adlı şəxsin ona verdiyi telefon nömrəsi il əəlaqə saxlamış. Həmin şəxs onları qarşılayaraq Su riya ilə sərhədə aparmışdır. O, ailəsi ilə birlikdə nəzarətsiz olan yerdən sərhədi Suriya İstiqamətində keçmişdir. Suriya sərhədini keçdikdən sonra Atma şəhərinə gəlmişlər. Atmada onları azərbaycanlı olan Sirac Şahbazov adlı şəxs qarşılamış və evlə təmin etmişdir. Təxminən 1 ay onlar Atma şəhərində qaldıqdan sonra Nicat Aşurovla əlaqə saxlamış və onu Hələb şəhərinin yaxınlığında olan Xaritan şəhərinə çağırmışlar. O, ailəsi ilə birlikdə yol maşını ilə Nicat Aşurovun olduğu Xaritan şəhərinə getmişlər, orada Emin adlı bir nəfər onları qarşılamış və evlə təmin etmişdir. Təxminən 2-3 həftə sonra Nicat Aşurov camaatın yerləşdiyi əraziyə gələrək onlarla görüşmüşdür. Bir müddət o, ailəsi ilə birlikdə bir evdə yaşamış və heç bir əməliyyatda və postda iştrak etməmişdir. Sonra ona "Kalaşnikov” markal ı avtomat vermişlər. Təxminən 1 ay keçdikdən sonra Nicat Aşurovun köməkçisi Emin adlı şəxs ona artıq postlara yazdığını və tez-tez postlara çıxacağını bildirmişdir. Təxminən 2013-cü ilin noyabr ayında Nicat Aşurov hərbi döyüşlər zamanı aldığı yaradan vəfat etmişdir. O, artıq orada normal müsəlman cəmiyyətinin olmadığını görüb ilk əvvəl ailəsini Türkiyə Respublikasına göndərmiş, bundan 4-5 gün sonra, 2014-cü ilin fevral ayının əvvəllərində özüdə Türkiyə Respublikasına gəlmiş, oradan isə Azərbaycana qayıtmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadələrində göstərmişdir ki, o, Məhkumla 2009-cu ildə ailə həyatı qurmuş, 2010-cu ildə Telman ona Pakistan İslam Respublikasına getmək qərarına gəldiyini, orada İslamı yaşamaq istədiyini bildirmişdir. Beləliklə, təxmi nən 2010-cu ilin sonlarında Telmanın öz tanışı Fərid adlı şəxslə birlikdə Pakistana yola düşmüşdür. Təxminən 2011-ci ilin may ayında Telman Azərbaycana qayıtmış, Pakistanda nə işlə məşğul olması barədə isə heç vaxt ona məlumat verməmişdir. Bundan başqa, Telman demişdir ki, o, Pakistan ərazisində döyüşlərdə iştirak etməmiş, lakin, birlikdə getdiyi Fərid adlı tanışının orada gedən döyüşlərdə partlayan bomba nəticəsində vəfat etmişdir. Məhkum Azərbaycana qayıtdıqdan sonra onların 2 övladı dünyaya gəlmişdir. 2013-cü il ərəfələrində bir çox müsəlmanın Suriya Ərəb Respublikasına getdiyini, orada şəriət qanunları ilə rahat yaşadıqlarını, orada yaxşı şərait qurulduğunu eşitmişlər, bu səbəbdən də, həyat yoldaşı Məhkum da ailəsi ilə birlikdə Suriyaya köçmək qərarına gəlmişdir. 2013-cü ilin təxminən iyul ayında Məhkum və 2 azyaşlı uşaqları təyyarə ilə Türkiyənin İstanbul şəhərinə, oradan da həmin gün təyyarə ilə Hatay şəhərinə, oradan isə Suriyanın Atma şəhərinə getmişlər. Atma şəhərindən yol maşınına oturaraq Hələb şəhər yaxınlığında olan Xaritan şəhərinə getmişlər. 20l4-cü ilin fevral ayının əvvəllərinədək Xaritan şəhərində qalmışlar, ilk vaxtlarda hər şey yaxşı olmuş, yaşadıqları evdə oturub uşaqları ilə məşğul olmuşdur. Telman isə Xaritan şəhərində postlarda dayanmışdır. 2014-cü ilin əvvəllərində Suriyada vəziyyət dəyişməyə başlamış, orada artıq fitnə-fəsadlar yayılmış, müsəlmanlar bir-birilərinə qarşı döyüşməyə başlamışlar. Bütün bunları görən Telman təcili olaraq Azərbaycana qayıtmaq qərarına gəlmiş və beləliklə təxminən 2014-cü ilin fevral ayının ilk günlərində Telman onu və 2 uşağını Türkiyə istiqamətində yola salmış, Türkiyənin Hatay şəhərindən təyyarə ilə İstanbula, oradan isə yenə də təyyarə ilə Bakıya gəlmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, 2013-cü ilin noyabr ayından 2014-cü ilin mart ayınadək Suriya Ərəb Respublikası ərazisində İŞİD cinayətkar birliyinin tərkibində fəaliyyət göstərən "İkrimə” dini ləqəbli şəxsin qanunsuz silahlı birləşməsində iştirak etmiş, iştirak etdiyi qanunsuz silahlı birləşmənin üzvlərinin əsasən türk əsilli olduqlarını qeyd etmişdir. Suriya Ərəb Respublikası ərazisində olan zaman 1-2 dəfə Məhkum orada görmüş, onun "Abu Yəhya" dini ləqəbli şəxsin camaatının tərkibində olduğunu, Məhkum "Kalaşnikov” markalı avtomat gördüyünü və postlara çıxdığını görmüşdür. Məhkumla yax ın münasibətləri olmasa da, onu Bakı şəhərində 1-2 dəfə görmüşdür. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadələrində göstərmişdir ki, o, 2007-ci ildən etibarən islam dinin sünni qolu üzrə ibadət edir. Sumqayıt şəhər sakini olan Məhkumla yaxın münasibəti olmasa da, sonuncunu şəhər sakini kimi tanımışdır. Əvvəllər qapı-pəncərə ustası olduğunu və Məhkum yaşadığı evdə pəncərə işi gördüyünü və beləliklə sonuncu ilə təxminən 3-4 illik tanışlıqlarının olduğunu bildirmişdir. O, Məhkum da islam dinin sünni məzhəbi üzrə ibadət etməsini bildiyini demişdir. Məhkumla bir dəfə söhbət əsnasında sonuncu ona Suriya Ərəb Respublikasında olması barədə demiş, orada silahla postlara çıxdığını bildirmişdir. Bildiyi qədəri ilə Məhkum 2013cü ilin sonlarında Suriyaya getdiyini, 2014- cü ilin əvvəllərində Suriyadan Azərbaycana qayıtdığını qeyd etmişdir. Bundan başqa Məhkumla bağlı hər hansı məlumatının olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan 19 oktyabr 2019-cu il tarixli foto şəkil üzrə tanınma protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs, hazırki iş üzrə Şahid1, foto şəkillər üzrə tanınma zamanı təqsirləndirilən şəxs Məhkum tanıyaraq barəsində ifadə verdiyi şəxs olduğunu, onun Suriya Ərəb Respublikası ərazisində "Kalaşnikov" markalı avtomatla postlarda iştirak etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Məhkum barədə "Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə tələbnaməsi üzrə verilmiş sərhəd keçmə hesabatından görünür ki, Məhkum 25 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə İran İslam Respublikasına, oradan isə Pakistan İslam Respublikası ərazisinə getmiş, 06 iyul 2011-ci il tarixdə isə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Bundan sonra, Məhkum 17 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə Türkiyəyə, oradan isə Suriya Ərəb Respublikası ərazisinə getmiş, 12 fevral 2014- cü il tarixdə isə Türkiyədən Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Cinayət işinin materiallarında olan foto şəkil üzrə tanınma protokoldan və ona əlavə edilmiş fotocədvəldənq görünür ki, təqsirləndirilən şəxs Şahid1 foto şəkillər üzrə tanınma zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum tanıyaraq onu Suriya Ərəb Respublikası ərazisində olarkən "Abu Yəhya” dini ləqəbli Aşurov Nicat Qəzənfər oğlunun rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənintərkibində gördüyünü, Məhkum "Kalaşnikov” markalı avtomatla postlarda dayandığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin məktubundan görünür ki, əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş tədbirlər nəticəsində Məhkum Suriya Ərəb Respublikası ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməsi müəyyən olunur. Cinayət işi üzrə müəyyən edilən hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası vətəndaşı olmaqla qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Suriya Ərəb Respublik ası ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “İŞİD” (X14 Dövləti) adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsi öz təsdiqini tapmışdır və bu barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şüb hə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndiri lən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayəti n tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmu nunun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməllərinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillərdir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətlərinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayəti nə əlavənin dəlillərini əsassız sayır və qeyd edir ki, məhkəmə baxışı mərhələlərində Məhkum və Şahid2 dindirilməsi zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə irəl i sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçiləri Müdafiəçi2 Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1ci maddələri məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı kassasiya şikayəti və kassasiya şikayətinə əla
Məhkəmə qərarları › İş №1(102)-278/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-278/2023
29.03.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver