Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-278/2025 14.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Müdafiəçi1 iştirakı ilə, xx.xx.1984-cü ildə Qax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Qax şəhəri H.Əliyev prospekti ev 1A, mənzil 2-də qey diyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Tural Qəhrəmanov tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2024-cü il tarixli hökmünə əsasən (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, onun 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum e dilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 4 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan CM-in 234.4.1-ci maddəsi ilə olan ittihamın xaric edilməsi, Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini tö rətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum narkotik vasitə və psixotrop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Mustafa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, naməlum vaxtda və yerdə “Mustafa” adlı şəxsdən külli miqdarda - 1045 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 505 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, 17 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda şları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:05-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində tutduğu selofan torbanın içərisindən 1 bükümdə təmiz çəkisi 1045 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 1 bükümdə təmiz çəkisi 505 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək işin apellyasiya instan siyası məhkəməsində yeni baxışa təyin olunması xahiş edilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ona istinad edilən cinayət əməlini törətməsi nə cinayət işinin istintaq materialları, nə də 1-ci və apellyasiya instansiyalarında aparılmış məhkəmə istintaqı zamanı toplanmış sübutlar və digər təkzibolunmaz faktlarla heç bir halda sübuta yetirilməmiş, onun təqsirsizliyinə işarət edən kifayət qədər sübutlar Bakı Apellyasiya Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının CM-in 234.4.1ci maddəsi ilə elan edilmiş ittihamın öz təsdiqini tapmaması hissəsində razılaşsa da, özü topladığı sübutları düzgün qiymətləndirməmişdir.. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum Azərbaycan Re spublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi xahiş olunmuşdur. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli, həqiqətə uyğun olmayan ifadələr versə də ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək,... “həmin narkotik vasitələri 17 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda, «Ximqorodok» deyilən ünvanın yaxınlığında İran İslam Respublikası vətəndaşı "Mustafa" adlı şəxsin dediyi ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, sonuncunun ona gördüyü işin qarşılığında 300 (üç yüz) manat pul verəcəyini dediyini, özünün arada qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik maddələrin satışını həyata keçirmədiyini, başqa yerdə narkotik maddə saxlamadığını, narkotik vasitə və psixotrop maddələrin iran islam Respublikasından gəlməsi barədə məlumatı olmadığını, maddi vəziyyəti pis olduğundan pul qazanmaq niyyəti ilə bu səhvi etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, özünün istifadəsində 070 ***- **-** və 055 ***-**-** saylı mobil nömrələrin olduğunu və həmin nömrələrin təhqiqatçı tərəfindən götürülmüş «Samsunq» markalı mobil telefonun içərisində olduğunu, lakin həmin telefonda olan bütün məlumatları sildiyindən telefonda sübut əhəmiyyətli məlumatlar olmadığını”göstərmişdir. Hə tta məhkəmə kollegiyası özü də qərarda göstərmişdir ki, məhkum edilmiş şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməli və iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası Məhkum təyin etdiyi cəza, formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, ədalətlilik prinsipinin pozulması deməkdir və cəzanın fərdiləşdirilməsi prinsipinə ziddir. İşdən göründüyü ki mi, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanın müddətini maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən edərkən öz qənaətini əsaslandırmaq istiqamətində addım atmamış, birinci instansiya məhkəməsindən fərqli olaraq, şəxsin cəzasının yüngülləşdirilməsinə əsas hesab etdiyi halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini və bu təsirin kifayət qədər olmasını əsaslandırmamışdır. Həmçinin, məhkəmə kollegiyası cəzanın həcmini müəyyən edərkən Məhkum şəxsiyyətini cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onlun şəxsiyyətini nəzərə almayaraq düzgün nəticəyə gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə Müdafiəçi1, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayəti nin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə a ktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlay ıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməli dir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli ş əxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə y etirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasın da cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalana n cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya müraciətlərinin məhkum edilmiş şəxs Məhkum əməlinin düzgün tövsif edilməməsi və ya təqsirsizliyi barədə dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir: Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla müdafiə tərəfinin apellyasiya şikayətində mübahisələndirdiyi halları tədqiq etmiş, Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi və ittihamdan CM-in 234.4.1-ci maddəsinin xaric edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respubli kası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə - beş il dən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CMin 234.4.3-cü maddəsi ilə məhkum edilməsi və məhkuma elan edilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi nəticəsinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirli olması, özünün ibtidai araşdırma dövründə verdiyi ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji rəyləri və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məh kum özünü təqsirli bilməməsi barədə bildirdiklərini, öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlmişdir ki, cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə həmin hal təkzib olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırla ma, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CMin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi həmçinin Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı qeyd etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi təqsirli olması iş üzrə toplanmış başqa sübutlarla təsdiq edilmir. İttiham tərəfindən məhkəməyə təqdim edilən sübutlarla Məhkum ona elan edilmiş İran İslam Respublikası vətəndaşı “Mustafa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə gi rərək, naməlum vaxtda və yerdə “Mustafa” adlı şəxsdən külli miqdarda - 1045 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 505 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşıması ittihamını təsdiq edən sübut edən məlumatlar aşkar edilməmişdir. Halbuki, ibtidai istintaq orqanı məhkum edilmiş şəxs Məhkum həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən, sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib satmaq məqsədi ilə əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq müəyyən miqdarda pul müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşına məxsus külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlməsini” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək vurğulayır ki, Məhkum “Mustafa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ittihamı irəli sürülsə də, Məhkum “Mustafa” adlı şəxslə əlbir olması iş materialları i lə müəyyən edilməmiş, ittiham ehtimal üzərində qurulmuşdur. Həmin ittiham mövcud olmayan sübuta əsaslandığından apellyasiya instansiyası məhkəməsinin ittihamdan CM-in 234.4.1-ci maddəsinin xaric edilməsi ilə bağlı mövqeyi haqlı olmuşdur. Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası məhkumun əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibinin olması barədə kassasiya protestinin dəlillərini əsassız sayır və qeyd edir ki, yuxarıda həmin məhkumun cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi məsələsinə qiymət verilmiş, bu səbəbdən CM-in 234.4.1-ci maddəsinin ittihamdan xaric edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adıçəkilən qərarında göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməs i həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3- 1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CMin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsin əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının tə sbit edildiyini nəzərə alaraq, Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və Məhkum qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın ümumi ittihamdan xaric edilməsi haqda düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, göstərilən məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun o laraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhku m tərəfindən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət-prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haq qında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normaların a uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, Məhkum himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin ailəli olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərb aycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başq a şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasit ələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №li qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəq liyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin məhkuma təyin edilmiş cəza ilə bağlı kassasiya protestinin dəlillərinə münasibtədə qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş ş əxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin ağırlaşdırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin və protestin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı qanuni və əsaslı ol duğundan, kassasiya şikayətində və protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı Tural Qəhrəmanov tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-278/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-278/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver