Məhkəmə qərarları › İş №1(102)-2780/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2780/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2780/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Əlili İsrafil Muğan oğlunun iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhk əməsinin 7 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əlili İsrafil Muğan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 1(002)133/2023 nömrəli (sədrlik edən hakim Dadaşova Şəfa Əliövsət qızı) hökmü ilə xx xxxxxx-ci ildə x rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, xxx qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli b ilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 25 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 avqust 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Məhkum barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hаkimlər: Tanrıverdiyev Anar Vəzir oğlu (sədrliyi və məruzəsi ilə), Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibаrət məhkəmə tərkibində) 3 oktyabr 2023-cü il tarixli 1(103)-1803/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əlili İsrafil Muğan oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilərək məhkum olunmuşdur ona görə ki, o, yol-hərəkət qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 10:25-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Sunny” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun 10-cu km-də Xocasən qəsəbəsi istiqaməti ndə 60 km/saat surətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etmədiyindən idarə etdiyi avtomobil Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin sağ zolağından sol zolağına idarə etdiyi “ZAZ” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs travmatik və hemorragik şok, daxili qanaxma, döş qəfəsinin sağdan Vİİİ, İX, X, Xİ, Xİİ qabırğaların qapalı yerinidəyişmiş sınıqları, dalağın travmatik cırılması, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, sol əlin arxa səthinin, sağ mil-bilək oynağının, sol baldırın və sağ qalça nahiyəsinin sıyrıqları, sol bud nahiyəsinin qançırı xəsarətlərindən ibarət dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq həmin tarixdə saat 12:20-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi Əlili İsrafil Muğan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkum barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, təqsirkarın şəxsiyyəti, cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında isə formal olaraq bu halların nəzərə alınaraq cəza təyin edildiyi qeyd edilmişdir. (Məhkum 26 yaşı var, evlidir, 2 azyaşlı uşağı var, 2-ci uşağı Məhkum olunduqdan sonra doğulduğuna görə sonuncu həmin uşağının üzünü görə bilməmişdir. Bundan əlavə, Məhkum əvvəllər məhkum olunmamış, ümumiyyətlə əvvəllər barəsində hər hansı formada cinayət təqibi aparılmamışdır. Bundan başqa, Məhkum olunmamışdan əvvəl fərdi əməklə məşğul olmaqla, daha dəqiq “Meyvəli” bazarından aldığı meyvə-tərəvəzi başqa ərazidə pərakəndə satış üçün idarə etdi yi avtomobillə daşımaqla ailəsini dolandırırdı.) Məhkum ailəni dolandıran yeganə şəxs olduğunu, himayəsində bir və iki yaşları olmaqla iki azyaşlının olmasını və gördüyü işin avtomobil sürməklə bağlı olduğunu və digər yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirik ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə əlavə cəza təyin edilməməlidir. Beləliklə aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum baş vermiş hadisədən səmimi peşmançılıq hissi keçirməsini, əməlin ehtiyatsızlıqdan törənməsini, şəxsin ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmasına cəhdlər edilməsini, zərərçəkmiş şəxsə təcili tibbi yardım çağırmasını, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, himayəsində 2 nəfər azyaşlı uşağının (1 yaş və 3 yaş) olmasını məhkəmələr ona cəza təyini zamanı nəzərə almamış və həddindən artıq sərt cəza vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli qərarı elan edildikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X8 barışıq əldə edilmiş və ona dəymiş ziyan tam ödənmişdir. 10 oktyabr 2023-cü il tarixli Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş barışıq sazişindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 “...cinayət işi üzrə Məhkum qarşı hər hansı şikayət və tələbinin olmamasını və məhkəmədən ona qarşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsinə razı olmasını bəyan edir.” Odur ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, M əhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq edilməklə əlavə cəza təyin edilməməsini və Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növü təyin edilməsini, yaxud cəzanın maddənin sanksiyasının minimum həddinədək endirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Əlili İsrafil Muğan oğlu çıxış edərək, məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, məhkumun iki az yaşlı övladı olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və ana litik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqəl əndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyy ət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Bununla belə cəza məsələsi müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəs inin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakter i və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsasla r müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngüll əşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Kassasiya məhkəmə araşdırması zamanı təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada təsdiq edilmiş ərizəsində Məhkum ilə barışdığı və ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmişdir. Müəyyən olunmuş hala qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsin ə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:.......59.1.12 - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmələr tərəfindən Məhkum təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş cəza, CMin 60-cı maddəsi tətbiq edilməklə, yəni təyin edilmiş 5 il 1 ay müddətdə azadlıqdan məhrum etmə cəzası yuxarıda qeyd edilən normaların tələblərinə zidd olduğuna görə dəyişdirilməli və CM-in 263.2-ci maddəsi sanksiyasının son həddinin 3/4-dən artıq olmayan cəza təyin edilməlidir. Odur ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı cəza təyin etmə ilə bağlı hissədə dəyişdirilməli, zərərçəkmiş şəxsin hüquqi varisi X4 Məhkum ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Məhkum maddənin sanksiyası çərçivəsində 4 il 6 ay müddətdən çox olmayaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmlər tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Həmçinin, Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunduğunu nəzərə alaraq, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Əlili İsrafil Muğan oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişd irilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Məhkum cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəksin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar