Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2784/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Ağdam rayonu, Alıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Alıbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cə za çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 01 iyul tarixli 1(104)-352/2025 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 10 aprel tarixli 1(100)-354/2025 nömrəli hökmü ilə (hakimlər İ.İbişov (sədrlik edən), M.Məmmədzadə və A.Məmmədov) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzas ının əvvəlinin şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanması, onun adına Ağdam rayonu Alıbəyli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri və məhkəmə məsrəfləri dair məsələlər də həll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, Eldar Babayev küçəsi 30, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin avqust ayının o rtalarında istintaqa məlum olmayan tarixdə və vaxtda telefon vasitəsi ilə danışaraq Zərərçəkmiş şəxs Bərdə rayonu, Kətəlparaq kəndində icarəyə götürdüyü fermada saxladığı 44 baş iribuynuzlu erkək danalarını 10 manata, yəni həmin vaxta ətin alış qiymətindən 60 qəpik baha satacağı barədə bilə-bilə yalan məlumatlar vermiş, onu inandıraraq etibarını qazandıqdan sonra, 17 avqust 2022-ci il tarixdə dəqiq olaraq istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs Bərdə rayonu Kətəlparaq kəndində icarəyə götürüb saxladığı fermada yerləşən ümumi dəyəri 35 062,50 (otuz beş min altmış iki manat əlli qəpik) manat məbləğində 11 baş iribuynuzlu erkək danalarını, bundan başqa 19 avqust 2022-ci il tarixdə dəqiq olaraq istintaqa məlum olmayan vaxtda həmin fermada yerləşən ümumi dəyəri 71 527,50 (yetmiş bir min beş yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində 33 baş irubuynuzlu erkək danalarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə külli miqdar hesab edilən 106 590,00 (yüz altı min beş yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 01 iyul tarixli 1(104)-352/2025 nömrəli qərarı ilə (hakimlər N.Əliyev (sədrlik edən), Ə.Abdullayev və M.Məmmədov) apellyasiya şikayəti və apelyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 10 aprel tarixli 1(100)354/202 5 nömrəli hökmü verilmiş şikayət və protestə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 01 iyul tarixli 1(104)352/2025 qərarından Dövlət ittihamçısı3 kassasiya protesti verərək, qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsi istərsə də apellyasiya insatansiyası məhkəməsi təqsirləndirilən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan və müsadirəyə təklif olunan əmlakların cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir hesabına əldə olunmasını, yaxud cinayətin törədilməsi üçün istifad ə olunan alət və sair vasitələr olmasını təsdiq edən halların sübuta yetirilməməsi qənaəti ilə yalnış nəticələrə gəlmişlər. Belə ki, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə görə xüsusi müsadirə edilməli olan Məhkum adına Ağdam rayonu Alıbəyli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ formasında qeydə alınmış 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cinayət törətmiş şəxsə məxsus olan digər əmlak qismində qiymətləndirilməli olan əmlakdır. Məhkəmənin hökmü ilə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə külli miqdar hesa b edilən 106590,00 (yüz altı min beş yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 5(021)-189/2024 saylı qərarı ilə X2 adına Ağdam rayonu Alıbəyli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, xüsusi müsadirənin tətbiqi zərərçəkmiş şəxsin gələcəkdə hüquqi mənafələrinə xidmət edən, təqsirləndirlən şəxsin cinayət əməli nəticəsində zərərçəkmişə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə yönə lən cinayət–hüquqi tədbir kimi çıxış edir. Qeyd olunanların təminatı kimi Məhkum adına Ağdam rayonu Alıbəyli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ formasında qeydə alınmış 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi müsadirə edilməklə, qanunla müəyyən edilmiş qaydada birjada satılmalı, əldə olunan pul vəsaiti zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə yönəldilməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-in 99-2-ci maddəsinə əsasən, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə xüsusi müsadirə məsələsini həll edərkən tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməmiş, tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protes tində apellyasiya instansiyası məhkəməsinin Məhkum məxsus əmlakların müsadirə edilməməsi ilə bağlı hissədə işdə olan sübutlara düzgün qiymət verilmədiyini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 01 iyul tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir: Kassasiya protestinə diqqət etdikdə aydın olur ki, Məhkum tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi, cinayətin hüquqi tö vsifi və təyin olunmuş cəza protestdə mübahisələndirilməmiş, protest müəllifi apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunvericiliyinin normalarını düzgün tətbiq etmədiyini, xüsusi müsadirəyə aid hissədə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəldiyini iddia etmişdir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası ilk növbədə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbirinin tətbiqi ilə bağlı cinayət və cinayətprosessual qanunvericiliyin müvafiq normalarına, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi zəruri bilir. Belə ki, əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nə zərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi ü çün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. CM-in 99-2-ci maddəsinin tələbindən gorünür ki, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini h əyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 248.2 və 248.3-cü maddələrində təsbit edilmişdir ki, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edil miş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan digər əmlak üzərinə həbs qoyulur. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində və 29cu maddəsində nəzərdə tutulmuş mülkiyyət toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1, 99-2 və 99-3.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2025-ci il 7 aprel tarixli Qərarında qeyd olunmuşdur ki, “Cinayət Məcəlləsinin 99-2-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmiş şəxsə məxsus olan digər əmlak anlayışına aydınlıq gətirilməsi ilə bağlı qeyd edilməlidir ki, həmin maddənin hərfi mənasından göründüyü kimi, “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” kimi cinayət törətmiş şəxsə məxsus olan və həmin Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlakı ehtiva etməyən istənilən əmlak çıxış edir. Belə yanaşma həmçinin beynəlxalq sənədlərdə də əks olunmuşdur (“Korrupsiya əleyhinə” Birləşmiş Millətlər Konvensiyası (UNCAC), “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə dair” Avropa Şurasının 1990-cı il 8 noyabr tarixli Konvensiyası, Varşava Konvensiyası). Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 24 fevral tarixli Qərarında ifadə edilmiş və yuxarıda göstərilən “müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasının sübuta yetirilməsinin zəruriliyi” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə dair qeyd edilməlidir ki, həmin mövqe xüsusi müsadirənin ümumi, o cümlədən prosessual əsaslarını müəyyən etməklə Cinayət Məcəlləsinin 99-2-ci maddəsində göstərilən “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” anlayışının tətbiqini sual altına alan və ya istisna edən mövqe kimi qiymətləndirilməməlidir. Xüsusilə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında formalaşdırdığı hüquqi mövqe, həmçinin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqini mümkün sayaraq bu qaydanı Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələbləri ilə əlaqələndirmişdir. Həmin maddənin ikinci cümləsində isə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya b aşqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan digər əmlak üzərinə həbs qoyulması müəyyən edilmişdir. Göründüyü kimi, Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin müddəaları Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin məzmunu ilə uyğunluq təşkil edir. Odur ki, Cinayət Məcəlləsinin 99-2-ci maddəsində “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” anlayışı həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı ehtiva etməyən, cinayət törətmiş şəxsin törədilən cinayətlə əlaqəsi olmayan hər hansı əmlakını ehtiva edir.” Həmçinin, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 77-ci bəndində qeyd edilmişdir ki, “CMin 99-2-ci maddəsində təsbit ed ilmiş əmlakın dəyərinə görə xüsusi müsadirəyə dair müddəaya da CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya sair səbəbdən dövlət nəfinə alına bilinmədiyi hər bir halda həmin əmlakın dəyərinə bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus başqa, yəni baxılan cinayətlə əlaqəsi olmayan əmlakın alınmasını tələb edən norma kimi baxılmalıdır. Dövlət nəfinə alına bilinməyən əmlakın əvəzinə təqsirləndirilən şəxsə məxsus digər əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi vəzifəsi BMT-nin 2004-cü il 27 fevral tarixli “Korrupsiya əleyhinə” Konvensiyasının, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə dair” Avropa Şurasının 1990-cı il 8 noyabr tarixli Konvensiyasının, “Cinayət fəaliyyəti ndən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə, və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının 2005-ci il 16 may tarixli Konvensiyasının müddəalarından da irəli gəlir. CPM-in 248.1.1-ci maddəsinə görə, mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulur. Odur ki, CM-in 99-1.1-ci maddəsində göstərilən yalnız cinayət prosesində müəyyən olunmuş (məsələn, maddi sübut kimi tanınmış) əmlakın deyil, həmin əmlakı (məsələn, oğurlanmış əmlakı) onun istifadə edilməsi, özgəninkiləşdirilməsi və s. səbəblərdən aşkar etmək mümkün olmadıqda ona bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus digər əmlakın (bu əmlakın nədən ibarət olmasından və kimdə olmasından asılı olmayaraq) mü sadirə edilməsini təmin etmək üçün cinayət-prosessual qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə və bunun nəticəsi kimi şəxsin cinayət yolu ilə əldə etdiyi gəlirlərdən məhrum edilməməsinə cinayət mühakimə icraatının məqsədləri ilə bir araya sığmayan hal kimi baxılmalı, cinayət təqibi orqanının təqsirləndirilən şəxsə məxsus digər əmlakın müəyyən edilməsi və üzərinə həbs qoyulması üçün kifayət qədər səy göstərməməsi onun bu məsələdə fəaliyyətsizliyi kimi qiymətləndirilməli və məhkəmə tərəfindən belə hallara xüsusi qərar çıxarılmaqla münasibət bildirilməlidir. Həmçinin, belə hallarda məhkəmə əmlakın xüsusi müsadirəsini təmin etmək üçün müvafiq tədbirlər görməli, o cümlədən təqsirləndirilən şəxsə məxsus müsadirə edilməsi nəzərdə tutulmuş başqa əmlakın üzərinə həbs qoymalı, həmin əmlak ın dəyəri ilə istifadə edilmiş, özgəninkiləşdirilmiş və ya sair səbəbdən dövlət nəfinə alına bilinməyən əmlakın dəyəri arasında bərabərliyi gözləmək üçün zəruri olduğu hallarda müsadirə olunmalı əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin etməlidir.” Məhkəmə kollegiyası yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərindən, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən, habelə cinayət mühakimə icraatının qanunçuluq prinsipindən çıxış edərək belə qənaətə gəlir ki, məhkəmələr cinayət işinə mahiyyəti üzrə baxarkən digər məsələlərlə yanaşı təqsirkara və ya digər şəxslərə məxsus olan əmlakın üzərinə həbsin qoyulmasının əsaslı olub-olmamasını hərtərəfli yoxlamalı, həmin əmlaka münasibətd ə xüsusi müsadirə növündə cinayət-hüquqi xaratkerli tədbirin tətbiq edilməsinin mümkünlüyü ilə bağlı müvafiq sübutları araşdırmaqla həmin məsələni də müşavirə otağında müzakirə etməli və bu müzakirənin nəticəsi olaraq təhlil edilən məsələlərlə bağlı qanuni və əsaslandırılmış qərarlar qəbul etməlidirlər. Hazırki iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 10 aprel tarixli hökmünə əsasən Məhkum və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan Ağdam rayonu, Alıbəyli kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi və Ağdam rayonu Üçoğlan kəndində yerləşən 0,,93 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə münasibətdə xüsusi müsadirə tətbiq edilməmiş və həmin əmlakların üzərinə Bərdə Rayon Məhkəməsinin 2024-cü il 22 noyabr tarixli qərarı ilə qoyulmuş həbs götürülmüşdür. İş materia lları ilə müəyyən edilir ki, JN-123A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Məhkum və onun 3 nəfər ailə üzvünün adına Ağdam rayonu, Alıbəyli kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi mövcuddur, bundan əlavə Ağdam rayonu, Üçoğlan kəndində yerləşən 0.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Məhkum və onun 2 nəfər ailə üzvünün ümumi paylı mülkiyyət hüquqları (hər birinə 1/3 hissədə pay) xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Əvvəla qeyd edilməlidir ki, Məhkum və ailə üzvlərinin paylı mülkiyyətində olan Ağdam rayonu, Üçoğlan kəndində yerləşən 0.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə, yəni hazırki iş üzrə cinayət hadisəsinin baş verməsindən sonrakı dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, məhkəmələr həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına əsas verən sənədləri müvafiq orqandan əldə edib tədqiq etməmiş, qeyd olunan torpaq sahəsinin cinayət yolu ilə əldə edilən vəsait hesabına alınıb-alınmaması məsələsini ətraflı araşdırmamışdır. Bundan başqa, iş üzrə birinci instansiya məhkəməsi həm qeyd edilən torpaq sahələrinin üzərinə həbsin qoyulması və həmin əmlakın tam və ya bir hissəsini xüsusi müsadirə edilməsinin əsaslarını müvafiq sübutlar vasitəsilə ətraflı şəkildə araşdırmadan, digər tərəfdən məhkumun törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurulmasını nəzərə almadan yalnız işə əlavə edilmiş sənədlərə əsaslanaraq və həmin əmlakların cinayətin törədilməsi nəticəsində əldə olunmaması, yaxud cinayətin törədilməsi üçün istifadə olunan alət və ya sair vasitələr olmamasından çıxış edərək göstərilən əmlakların xüsusi müsadirə edilməməsi və həmin əmlakların üzərinə qoyulmuş həbsin götürülməli olması barədə nəticəyə gəlmişdir. Məhkəmənin hökmündən verilmiş apellyasiya protestində də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticənin mübahisələndirilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi də təhlil edilən məsələlərlə bağlı eyni nöqsanlara yol verərək həmin nəticə ilə razılaşmış və hökmün bu məsələlərə dair hissədə dəyişdirilmədən saxlanılmasını məqsədə uyğun hesab etmişdir. Halbuki, CPM-in 397.1-ci maddəsində nəzərdə tutulmuş tələblərlə apellyasiya instansiyası məhkəməsinin üzərinə birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsi, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlamaq vəzifəsi qoyulmuşdur. Bu tələblərə zidd olaraq apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən torpaq sahələrinin xüsusi mülkiyyət hüququ ilə müvafiq şəhadətnamə və çıxarış əsasında ümumi mülkiyyət hüququ əsasında həm də Məhkum məxsus olmaqla əmlakın dəyərinə görə xüsusi müsadirə edilməli olan cinayət törətmiş şəxsə məxsus olan əmlak qismində çıxış etməsini nəzərə almamış, cinayət və cinayət prosessual qanunvericiliyinin, həmçinin Ali Məhkəmənin Plenumun Qərarının izahlarına zidd olaraq qərarında qeyd olunan əmlakların məhkum edilmiş şəxsə məxsus əmlakın dəyərinə görə müsadirə edilib-edilməməsi məsələsini ətraflı təhlil etməmiş, xüsusi müsadirənin tətbiq edilməməsi ba rədə qənaətini yalnız həmin əmlakların cinayətin törədilməsi nəticəsində əldə olunması və ya bu əmlakdan əldə edilmiş gəlir hesabına əldə edilməsi, yaxud cinayətin törədilməsi üçün istifadə olunan alət və ya sair vasitələr olması halının mövcud olmaması (bir sözlə, xüsusi müsadirəsi təklif olunan əmlakların CM-in 99-1.1-ci maddəsində sadalan əmlaklara aid olmaması) ilə əsaslandırmışdır ki, bu da onun gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların tədqiq edilməməsi, yəni nəticə etibarı ilə məhkəmənin CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi kimi qiymətləndirilməlidir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası ona əsaslanır ki, apellyasiya instansiyası məhkəməsi xüsusi müsadirə ilə bağlı hissədə CPM-in 143-146-cı maddələrinin tələblərinə mü vafiq olaraq sübutları tədqiq etmədən, CM-in 99-2-ci maddəsində “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” anlayışının həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı ehtiva etməməsini, cinayət törətmiş şəxsin törədilən cinayətlə əlaqəsi olmayan hər hansı əmlakını ehtiva etməsini nəzərə almadan, əmlakın dəyərinə görə xüsusi müsadirəsi zamanı müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya sair səbəbdən dövlət nəfinə alına bilinmədiyi hər bir halda həmin əmlakın dəyərinə bərabər dəyərdə məhkum edilmiş şəxsə məxsus başqa, baxılan cinayətlə əlaqəsi olmayan əmlakın müsadirə edilməli olduğunu, həmin əmlakın dəyəri ilə istifadə edilmiş, özgəninkiləşdirilmiş və ya sair səbəbdən dövlət nəfinə alına bilinməyən əmlakın dəyəri arasında bərabərliyi gözlə mək üçün zəruri olduğu hallarda müsadirə olunmalı əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin edilməli olduğunu ümumiyyətlə müzakirə etmədən əsassız nəticəyə gəlmiş, bununla bağlı zəruri olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, cinayət qanunvericiliyi normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun qərarında əksini tapmış izah və tövsiyələri nəzərə almamışdır. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, apellyasiya məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 01 iyul tarixli 1(104)-352/2025 nömrəli qərarı Məhkum ümumi mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməməsinə dair hissədə ləğv edilməli və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 01 iyul tarixli 1(104)-352/2025 nömrəli qərarı Məhkum ümumi mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı xüsusi müsadirə növündə cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməməsinə dair hissədə ləğv edilsin və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2784/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2784/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver