Məhkəmə qərarları › İş №1(102)-2786/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2786/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2786/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər X oğlu (sədrlik edən və məruzəçi), X oğlu və X oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmündən apellyasiya şikayətini vermə üçün ötürülmüş müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 1(101)-281/2022 nömrəli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çək məklə, cəzaçəkmə müddətinin başlanğıcının 23 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkum apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmünü mübahisələndirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 1(101)-281/2022 nömrəli qərarı ilə (hakim T.Q.Hüseynov) Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli 1(103)-1823/2023 nömrəli qərarı ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Eyyubov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kas sasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 1(101)-281/2022 nömrəli hökmündən müəyyən olunur ki, həmin hökm məhkəmə iclasında Məhkum iştirakı ilə elan olunmuşdur. Hökm elan edilərkən şikayət v ermə müddəti və qaydası tərəflərə izah edilmişdir. Cinayət işinin materialında Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 1(101)-281/2022 nömrəli hökmünün surətinin 25 fevral 2022-ci il tarixdə Məhkum tərəfindən alınmasını təsdiq edən qəbz öz əksini tapmışdır. Məhkum tərəfindən apellyasiya şikayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 1(101)-281/2022 nömrəli hökmü ona təqdim edildiyi gündən 1 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 1 ildən artıq müddət keçdikdən sonra Məhkum apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermiş və vəsatətində göstərmişdir ki, 1-ci instansiya məhkəməsində onun hüquqlarını müdafiə edən Müdafiəçi1 hökmdə n apellyasiya şikayətini hazırlamasını bildirmiş, lakin müdafiəçisi onu aldadaraq apellyasiya şikayəti tərtib etməmişdir. Bundan əlavə o, cinayət işi üzrə yeni sübutlar əldə edib və məhkəmə işin hallarını düzgün araşdırmayıb. Birinci və apellyasiya məhkəmələri hesab etmişlər ki, hazırkı iş üzrə məhkum tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəblərdən buraxılmışdır. Bundan başqa, vəsatətin dəlilləri bu müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətl əri etməkdən çəkinməlidirlər. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qər arının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblə rə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkum şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan üzrlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyası məhkumun vəsatətində göstərdiyi səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraat ı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində ola n 7 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar