Məhkəmə qərarları › İş №1(102)-279/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-279/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-279/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruzoğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Kərimov Mehram Məlik oğlun un iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kərimov Mehram Məlik oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayev ibarət tərkibdə) xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünva n 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 263-1.3-cü maddəsi ilə 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplama, əlavə cəzaları isə əsas cəzalara qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ ndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.H.Əhmədov, hakimlər Ə.İ.Qasımov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təyin edilmiş 03 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası 03 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 ilə endirilmiş, həmin cəza Azərbaycan Respublikası CM-nin 264-cü m addəsi ilə təyin edilmiş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplama, əlavə cəzaları isə əsas cəzalara qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 04 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası 04 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 il 06 aya endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kərimov Mehram Məlik oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tari xli qərarını dəyişdirərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ona ittiham olunan əməl üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, həmin Məcəllənin 263-1.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlinin CM-nin 263.2-ci maddəsinə tövsif edilərək barəsində həmin maddənin sanksiyası çərçivəsində minimum həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o,alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb o lmuş və törətdiyi yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2017-ci il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə baş etibarnamə ilə X2 məxsus “Vaz-21905 minik'’ markalı ** FG *** dövlət nömrə nişanlı avtomobili Bakı şəhəri, ünvan 2dəə Binəqədi şosesi istiqamətində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 70-80 km/saat sürətlə idarə etməklə hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almayıb nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olan sürətlə id arə etmiş və bu zaman hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolu eninə sağdan sola piyada keçən X2 avtomobilin on bamper hissəsi ilə vuraraq zərərçəkmiş şəxsi avtomobilin önündə 40 metr məsafəyədək sürütləməklə yolun sol kənarına atmış, bununla da ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmuş başın sol qaşüstü və burun nahiyələrində əzilmiş yaralar, burun sümüyünün və sol almacıq sümüyünün sınıqları, döş qəfəsinin sol, V, Vİ, Vİİ qabırğalarının qapalı yerdəyişmiş sınıqları, sol ağciyərin cırılmış yaraları, sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı, sağ və sol əlin üst səthlərindəki qançır və sıyrıqlar, sağ və sol diz oynaqları nahiyəsindəki qançır və sıyrıqlar, sağ baldırın hər iki sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərmək və onu tibb müəssisəsinə aparmalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq Binəqədi sosesi istiqamətində avtomobil ilə hərəkətini davam etməklə törətdiyi yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ETİRAZİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kərimov Mehram Məlik oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasi ya Məhkəməsinin həmin qərarı aşağıdakılara əsasən dəyişdirilməlidir. Məhkəmə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxin əməlinin düzgün tövsif edilməməsinə heç bir əhəmiyyət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman ətrafdakı şəxslər onu döyməyə başladıqlarından qorxub avtomobilinə minərək hadisə yerini tərk etmişdir. Hadisəni törədən zaman onun avtomobilinin qabaq nömrəsi hadisə yerində qaldığına, vurmuş olduğu piyadanın isə hadisə yerində öldüyünü bildiyinə görə hadisə yerində qalmağın yalnız zərərçəkmişin qohumları ilə münaqişəyə səbəb olacağını düşünərək ordan getmiş, həyəcanı yoxa çıxsın deyə spirtli içki qəbul etmişdir. Polis İdarəsinə gecə saat 00:30 radələrində getmişdir. İbtidai istintaq zamanı ifadəsinə oxumadan imza etmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs istintaq zamanı öz əleyhinə vermiş olduğu ifadəyə istinad edərək guya Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə avtomobili idarə etməsi nəticəsinə gəlməsi və əməlinin 263-1.3-cü maddə ilə tövsif etməsi absurddur. Məhkəmə Təqsirləndirilən şəxs istintaq zamanı aldadılaraq imza etmiş olduğu ifadəsindən ona qarşı sübut kimi istifadə etmiş, nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmənin istinad etdiyi digər sübut isə Təqsirləndirilən şəxs “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair aktdır ki, həmin akt cinayət hadisəsi baş verdikdən təxminən yeddi saat so nra tərtib edilmişdir. Bu halda Təqsirləndirilən şəxs spirtli içkini avtonəqliyyat hadisəsindən qabaq və ya sonra qəbul etməsi müəyyən oluna bilməz. Məhkəmənin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilməsi isə tamamilə absurtdur. Belə ki, ittihamda göstərildiyi kimi “zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərmək və onu tibb müəssisəsinə aparmalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq Binəqədi şossesi istiqamətində avtomobillə hərəkətini davam etməklə törətdiyi yol nəqliyyat hadisəsi yerindən qaçması” ittihamı əsassızdır. Belə ki, hadisə yerindən 50-100 metr aralandıqdan sonra Təqsirləndirilən şəxs yanındakı sərnişini düşürərək hadisə yerinə qayıtmış, hadisə yerində t ibbi müayinə göstərilməsinə ehtiyacı olan piyadanın öldüyünü, hadisə yerində avtomobilin qabaq nömrə nişanının düşdüyünü və həmin nömrə nişanının zərərçəkmişin qohumları tərəfindən götürüldüyünü bildiyi üçün hadisə yerində ona qarşı zorakılıq hərəkətlərinin olduğuna görə artıq orada qalmağın hər hansı əhəmiyyətinin olmadığını görərək hadisə yerini tərk edərək evlərinə getmişdir. Göründüyü kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmamışdır. Ona görə də, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması nəzərə alınaraq əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif ed ilməklə cəzası müvafiq olaraq yüngülləşdirilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarını dəyişdirərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, həmin Məcəllənin 263-1.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlinin 263.2-ci maddəyə tövsif edilərək haqqında həmin maddənin sanksiyasında minimum həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 kassasiya şikayətinə qarşı etirazında şikayətin əsassız olduğunu qeyd edərək onun təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişd irməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Bi rinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması və törətdiyi yol-nəqliyyat hadisəsi yerindən qaçması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına ə saslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 2631.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kərimov Mehram Məlik oğlunun kassasiya şikayətində məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməməsi, nət icədə sübutetməyə dair maddi və prosessual normalar pozularaq əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə (yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) tövsif olunmalı olduğu halda, əsassız olaraq CM-nin 263-1.3-cü maddəsi ilə (sərxoş halda yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) tövsif olunduğu, həmçinin Təqsirləndirilən şəxs əməlində CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından bu maddə ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Təqsirləndirilən şəxs ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya m əhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb müəyyən etdi ki, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiy i nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarına və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Təqsirləndirilən şəxs təqsirinin (ittihamının) təsdiq edilmədiyini, əməlinin düzgün tövsif olunmadığını, CM-nin 263.2-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndir ilən şəxs təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində göstərilən məhkumun əməlinin Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsindən 263.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olması iş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 1/11840 saylı aktı ilə öz təsdiqini tapmışdır (Cild 1, iş vərəqə:30). Həmçinin kassasiya şikayətində Təqsirləndirilən şəxs əsassız olaraq Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə məhkum olunması və həmin maddə ilə ona bəraət verilməli olduğu barədə göstərilən dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərməli olduğu və onu tibb müəssisəsinə aparmalı olduğu halda hadisə yerindən qaçması ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri və digər sübutlarla təsdiq olunmuşdur. Birinci instansiya və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, məhkəmə kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edir və məhkəmələrin gəldiyi nəticəni şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayəti ndə göstərilmiş “məhkumun hadisə yerindən qaçmaması və bu hala məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməməsinə” dair dəlillərinə qiymət verərək aşağıdakı normalara istinad etməyi məqsədə müvafiq hesab edir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 20113-cü il tarixli qərarından göstərilmişdir ki, məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yolnəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndiril ən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. İzah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Şikayətdə cinayət və cinayət-prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarının izahlarına və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilsə də, məhkəmə kol legiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları (ilk dəfə cinayət törətməsi, himayəsində iki azyaşlı uşağının olması) cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci m addəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kərimov Mehram Məlik oğlu kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kər imov Mehram Məlik oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar