Məhkəmə qərarları › İş №1(102)-279/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-279/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-279/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Abdullayev Samir Tofiq oğlunun iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, ünvan 1 ünvanında qeyd iyyatda olmaqla, ünvansız evdə yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.4, 221.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Abdullayev Samir Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim Abbas Rzayev) Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.4, 221.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 180.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azad lıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxx 2018-ci ildən xx xxxx 2018-ci il tarixədək həbsdə saxlandığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərə findən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talayaraq soyğunçuluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamış və daşımış, silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qayda nı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizliklə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə xx xxxx 2018-ci il tarixdə saat 21.00 radələrində Bakı şəhəri,ünvanda yetkinlik yaşına çatmayan xx xxxx 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 boğaz nahiyəsindən tutaraq sıxmaqla həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edərək, Zərərçəkmiş şəxs2 cibində olan 30 manat pulunu sonuncudan alaraq ələ keçirib oradan uzaqlaşaraq özgənin əmlakını açıq talamaqla zərərçəkmiş şəxsə 30 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,260 qram çəkidə narkotik va sitə olan heroini əldə edib özündə saxlamış və daşımış, xx xxxx 2018-ci il tarixdə saat 18:10-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvanda "Azər" marketin qarşısında saxlanılaraq, Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşları tərəfindən üstünə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd şpris və 1 büküm gümüşü rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,260 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Məhkum, xx xxxx 2018-ci il tarixdə saat 13:40-da Bakı şəhəri, ünvanda yerləşən "Bərəkət" marketdə olarkən həmin marketdə fəhlə işləyən Zərərçəkmiş şəxs1 ilə Mirröyalın onun qonşu uşağa pul borclu olmasını deməsini bəhanə edərək, əsaslı səbəb olmad an mübahisə etmiş, ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və ictimai qaydaları kobud sürətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ictimai yer hesab edilən marketdə olan insanların gözü qarşısında Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir edərək vurmağa cəhd göstərsə də marketdə olan insanlar tərəfindən aralaşdırılaraq Məhkum marketdən bayıra çıxarılmış, buna baxmayaraq o, yenidən marketə daxil olmuş və xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan şüşə qırığı ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə xəsarət yetirməyə cəhd etmiş, lakin sonuncu sağ və sol əli ilə sifətini qoruduğuna görə silah qismində istifadə etdiyi şüşə parçası ilə Zərərçəkmiş şəxs1 hər iki qol nahiyəsindən vuraraq ona sağlaml ığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ dirsək oynağı və hər iki said nahiyələrinin kəsilmiş yaraları ilə nəticələnən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, Məhkum CMnin 180.2.4-cü və 234.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə bəraət verilməsi, CM-nin 221.3-cü maddəsi ilə olan ittiham üzrə isə cəzasını yüngülləşdirici hallar nəzərə alınmaqla, maddənin sanksiyası həddindən də az cəza verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum səhhətində olan psixi xəstəliklə əlaqədar olaraq baş vermiş hadisələri arzulamamış, nə kimi hərəkətlər etməsini dərk etməmişdir. Müdafiəçinin fikrincə, məhkəmə-psixiatrik ekspertizasının Məhkum anlaqlı olmasına dair verdiyi rəy obyektiv deyil. Müdafiəçi hesab edir ki, Məhkum əməllərində CM-nin 180.2.4-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibi yoxdur və həmin maddələrlə ona bəraət verilməlidir. Məhkum CM-nin 221.3-cü maddəsi ilə olan ittihamı üzrə onun zərəçəkmiş şəxslə barışması, 2-ci qrup əlil olması, əməlindən səmimi peşman olması, ilk dəfə məhkum olunması, məcburi köçkün olması nəzərə alınmaqla maddənin sanksiyası həddindən də az cəza verilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırı b, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi S.Abdullayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bil dirir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə məhkumun müdafiəçisi Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.4-cü və 234.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə bəraət verilməsi, CM-nin 221.3-cü maddəsi ilə olan ittiham üzrə isə cəzasını yüngülləşdirici hallar nəzərə alınmaqla, maddənin sanksiyası həddindən də az cəza verilməsi xahiş olunur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsin in şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir k i, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə raz ılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini CM-nin 180.2.4, 221.3 və 234.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum CM-nin 180.2.4-cü və 234.1-ci maddələri ilə qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum CM-nin 180.2.4-cü və 234.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, Zərərçəkmiş şəxs2 ifadələri ilə yanaşı, şahidlər X14, X2, X9 və X3 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən alınmış xx xxxx 2018-ci il tarixli, 15067 nömrəli məhkəmə ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın 1197 saylı rəyi, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Komission Stasionar Məhkəmə Psixitarik Ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 101 saylı rəyi və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun x xxxx 2005-ci il tarixli qərarının 23cü bəndində aşağıdakılar tövsiyə edilir: “Soyğunçuluq cinayətində həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir.” Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitə və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə görə müəyy ən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdar təşkil etməsinə dair siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». "Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi barədə” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin mənasına əsasən narkotik va sitənin satın alınması başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi; yabanı çətənə bitkisi, xaşxaşın və ya onların müəyyən hissələrinin, məhsul yığımı başa çatdıqdan sonra mühafizə edilməyən əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülür. Əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla top lanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd edir ki, Məhkum səhhətində olan psixi xəstəliklə əlaqədar olaraq baş vermiş hadisələri arzulamamış, nə kimi hərəkətlər etməsini dərk etməmişdir. Mübahisə edilən bu h alla razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Belə ki, məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Komission Stasionar Məhkəmə Psixitarik Ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 101 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işində olan və psixiatrik tibb müəssisəsinin arxivindən əldə edilən tibbi sənədlərin, toplanmış anemnestik məlumatların, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin dərindən tədqiqi və hərtərəfli təhlili sayəsində qarşıya qoyulmuş suallara cavab olaraq belə yekun nəticəyə gəlir ki, yoxlanılan şəxs Məhkum təqsirləndirildiyi cinayət əməlini törədərkən yüngül dərəcəli ə qli gerilikdən əziyyət çəkməsinə baxmayaraq öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında oİmuşdur. Buna görə də Məhkum ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Məhkum əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Məhkum ittiham olunduğu cinayət əməlləri dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsin in təsiri altına düşür. Məhkum hazırda yüngül dərəcəli əqli gerilik müəyyən olunur, lakin həmin pozuntu hazırda Məhkum öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Hal-hazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CPM-in 124.2.2-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onl arı idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfi ndən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyi ldir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ilk dəfə az ağır cinayət törətməsini, təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və Azərbaycan Respublikası CMnin 62-ci maddəsinə əsasən CM-nin 180.2.4, 221.3 və 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilm iş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrak ı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, ilk dəfə az ağır cinayət törətməsini, təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini məqsədə müva fiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, c inayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhr umiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanı n şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış v ə apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmi n qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar