Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2790/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər C oğlu (sədrlik edən və məruzəçi), Novruzov X2 və M oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakı ilə xx xxxxx 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM-in) 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(103)1415/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 1(101)-271/2024 nömrəli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 06 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum olunmuş Məhkum və Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(103)-1415/2024 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və Z.A.Şirinov) ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 126.2. 2, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 1(101)-271/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum 02 dekabr 2022-ci il tarixdə saat 19:20 radələrində ictimai yer olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısında vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş çardağın yaxınlığında tanışı Zərərçəkmiş şəxs2 ona məxsus “simkart”ı gec qaytarmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıq-açığa hörmətsizlik edib Zərərçəkmiş şəxs2lə mübahisə edərək, əvvəlcə əli ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən vuraraq yerə yıxdıqdan sonra əlində saxladığı selofan paketə bükülü vəziyyətdə olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs2 döş qəfəsinin arxa hissəsindən bir dəfə vuraraq, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid döş qəfəsinin arxa səthinin sol kürək nahiyəsinin 1 ədəd kəsilmiş yarasından ibarət xəsarət yetirməklə, zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bunu görən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onu tutub qanunsuz hərəkətlərinin qarşısını alaraq ictimai borcunu yerinə yetirmək istəyərkən, sonunculara müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxslərə qarşı zor tətbiq edilməsi ilə müşaiyət edilən xuliqanlıq hərəkətlərini davam etdirib əlində olan bıçağı silah qismində istifadə edərək aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə, insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ictimai borcunu yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək, əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol çiyin qurşağının kəsilmiş yarası, sol gözaltı nahiyənin qançırı, sağ əlin İ barmağının sıyğırından ibarət xəsarətlər, Zərərçəkmiş şəxs3 isə döş qəfəsinin sol yarısının yan hissəsindən qəsdən vur araq, sonuncuya insan həyatı üçün təhlükli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli hemopnevmotraksla müşaiyət olunan sol plevra boşluğuna keçərək perikardın və sol ağciyərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının yan divarının 1 ədəd deşilmiş-kəsilmiş yarası və qarnın ön səthinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, onun əməlinin CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 130.2-ci maddəsinə tövsif edilməsi və sözügedən maddənin sanksiyasına uyğun cəza təyin edilməsinə da ir qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, cinayət işinin ibtidai istintaqı obyektiv aparılmamış, işin faktiki halları düzgün araşdırılmamış və nəticədə düzgün qərar qəbul edilməmişdir. Zərərçəkmişin və onun ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olsa da, zərərçəkmişlə onu üzləşdirməmişlər. Zərər çəkmiş şəxs onunla üzləşməkdən imtina etmişdir. O, zəruri müdafiə həddini aşmaqla zərərçəkmişə xəsarət yetirmişdir. O, özünü 5-6 nəfərdən qorumağa çalışmışdır. Onun əməlində heç bir xuliqanlıq cinayətinin tərkibi yoxdur. O, törətdiyi əməllərlə sadəcə özünü müdafiə etmişdir. Əslində olan isə zərər çəkmiş şəxslər onu döymək istəmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin olunması barədə Məhkum, kassasiya şikayətnin təmin olunmaması barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutl ar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkumun, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyin ə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin əsassız olaraq CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsi mübahisə edilir və məhkumun əməlinin CM-in 130.1-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərər çəkmiş şəx sin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4-cü maddələrində isə eyni əməllərin zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədilməsini və ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində xuliqanlıqa yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə v ə ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törədilməsinə ğörə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində isə bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə törədilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsində “Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü mad dəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri il ə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 139-cu ma ddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri cinayət qanunvericiliyinin müddəalarını nəzərə alıb məhkəmə iclasında araşdırılmış sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən onların mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirərək Məhkum ona ittiham olunmuş cinayəti törətməsi və onun əməlinin Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsi haqqında qanuni nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-in 36-cı maddəsinə əsasən: “36.1. Zəruri müdafiə vəziyyətind ə, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. 36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. 36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.” Məhkəmə kollegiyası ilk növbədə zəruri müdafiə haqqında q anunvericiliyin şərhini zəruri hesab edir. Zəruri müdafiə cinayət qanunvericiliyində əməlin cinayət olmasını aradan qaldıran hallardan biri kimi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən məzmunundan görünür ki, əməlin zəruri müdafiə vəziyyətində törədilməsi nəticəsinə gəlmək üçün aşağıdakı halların mövcud olub-olmamasının müəyyən edilməsi zəruridir: 1) Müdafiə edənin özünün və ya başqa şəxsin həyatına, sağlamlığına və hüquqlarına, dövlətin və cəmiyyətin mənafelərinə ziyan vurmağa yönəlmiş qəsdin ictimai təhlükəli olması. 2) Qəsdin mövcud olması. Yəni ictimai təhlükəli qəsd başlanmasına real təhlükə yaranmış, yaxud qəsd başlamış və davam etməklə başa çatmamışdır. Bu zaman gələcəkdə baş verə biləcək gözlənilən təhlükədən deyil, ani olaraq başlayacağına əsas verən sübutların olması nəzərdə t utulur. 3) İctimai təhlükəli qəsdin olmasının müdafiə olunanın xəyalının məhsulu deyil, real və həqiqi olması. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunan məzmunundan görünür ki, qanunverici zəruri müdafiəyə dair hər bir şəxsin hüquqlarını tanıyarkən, ictimai təhlükəli qəsdin başlanmasının səbəbləri sırasında müdafiə olunan şəxsin qanunsuz hərəkətlərinin olmasını istisna edir. Ona görə də qanunsuz hərəkətləri ilə özünə qarşı hücumun baş verməsinə səbəb olmuş və belə hücumu bəhanə edərək qanun pozuntusuna yol vermiş şəxslərin hərəkətləri zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Belə halda şəxsin əməli ümumi əsaslar üzrə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, cinayət işinin materialları ilə müəyyən olunur ki, baş vermiş cinayət hadisəsi səbəbsiz baş verməmişdir. Məhkum 02 dekabr 2022-ci il tarixdə saat 19:20 radələrində ictimai yer olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısında vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş çardağın yaxınlığında tanışı Zərərçəkmiş şəxs2 ona məxsus “simkart”ı gec qaytarmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara mün asibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıq-açığa hörmətsizlik edib Zərərçəkmiş şəxs2lə mübahisə edərək, əvvəlcə əli ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən vuraraq yerə yıxdıqdan sonra əlində saxladığı selofan paketə bükülü vəziyyətdə olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs2 döş qəfəsinin arxa hissəsindən bir dəfə vuraraq, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid döş qəfəsinin arxa səthinin sol kürək nahiyəsinin 1 ədəd kəsilmiş yarasından ibarət xəsarət yetirməklə, zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bunu görən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş ş əxs3 onu tutub qanunsuz hərəkətlərinin qarşısını alaraq ictimai borcunu yerinə yetirmək istəyərkən, sonunculara müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxslərə qarşı zor tətbiq edilməsi ilə müşaiyət edilən xuliqanlıq hərəkətlərini davam etdirib əlində olan bıçağı silah qismində istifadə edərək aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə, insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ictimai borcunu yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək, əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol çiyin qurşağının kəsilmiş yarası, sol gözaltı nahiyəni n qançırı, sağ əlin İ barmağının sıyğırından ibarət xəsarətlər, Zərərçəkmiş şəxs3 isə döş qəfəsinin sol yarısının yan hissəsindən qəsdən vuraraq, sonuncuya insan həyatı üçün təhlükli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli hemopnevmotraksla müşaiyət olunan sol plevra boşluğuna keçərək perikardın və sol ağciyərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının yan divarının 1 ədəd deşilmiş kəsilmiş yarası və qarnın ön səthinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaqla xuliqanlıq etmişdir. İş materiallarından görünür ki, Məhkum özünü qismən təqsirli bilmiş, ifadələrində ğöstərmişdir ki, zərər çəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs2 bir həmyerlisi kimi tanımış və onunla bir yerdə oturub çay içmişlər. Bir gün o, ehtiyacı olduğu üçün öz telefonunu 40 manata satmaq istəmiş, İlqar ona telefonu almaq istədiyini və qısa zamanda telefonun pulunu verəcəyini bildirmişdir. Buna görə telefonunu İlqara vermiş, sonradan İlqarın telefonun pulunu vermədiyini görüb pulunu tələb etmişdir. İlqar isə ona həmin vaxt «gözlə gəlirəm» sözlərini demişdir. O, hadisə yerində durub İlqarı gözlədiyi zaman birdən maşın dayandığını və maşından bir neçə nəfərin tökülüb üzərinə gəldiklərini görmüşdür. O da, özünü müdafiə etmək üçün cibində olan bıçağı çıxarıb həmin şəxsləri vurmuşdur. Bu zaman bıçağı sağa-sola fırladığından kimə dəydiyini bilməmişdir. İş materiallarında məhkumun kassasiya şikayətində bildirdiyi kimi zərərçəkmişlərdən özünü qoruması halını müəyyən etmək mümkün olmamış və əksinə, məhkumun cəmiyyətə açıqca hörm ətsizlik etdiyi və öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıq-açığa hörmətsizlik etmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ai ləsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilməməli, həmin qərar isə dəyişiklik edilm ədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2790/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2790/2024
13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver