Məhkəmə qərarları › İş №1(102)-28/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-28/2020

21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-28/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X21 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-263/2018 nömrəli 06 dekabr 2018-ci il tarixli (sədrlik edən hakim Mahmud Ağalarov, hakimlər Əliövsəd Abasov və Eldar Mikayılovdan ibarət tərkibdə) hökmü ilə, Məhkum, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, «xxxx» MTK-da komendant işləmiş, *************** yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını tam, əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmək lə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 04 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinb məhkum edilmişdir ki, o, 2011-ci ildən 2017-ci ilin aprel ayınadək «xxxx» MTK-nın Yasamal rayonu *********** ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının komendantı işləyərkən, «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X26 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə özgə əmlakını ələ keçirmə məqsədilə, «xxxx» MTK ilə Zərərçə kmiş şəxs2 arasında bağlanmış 10 iyun 2009-cu il və 17 yanvar 2011-ci il tarixli «Kooperativ binada qeyriyaşayış sahəsinin tikintisi haqqında müqavilə»lərə əsasən sonuncuya məxsus, ümumi sahəsi 24 kv.metr olan dəyəri 36.000 manat təşkil edən avtomaşın dayanacağı (qaraj) və ümumi sahəsi 103 kv.metr olan dəyəri 175.100 manat təşkil edən qeyri- yaşayış sahələrini 2013-cü ilin sonunda satmaq və ya həmin binadan mənzillə dəyişdirmək istəyini bildirib bununla bağlı ona köməklik göstərilməsi üçün müraciət edərkən, R6 ev alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu, həmin qeyri-yaşayış sahələrini qısa müddətdə sata biləcəyini vəd verərək, habelə əvvəllər həmin binadan Zərərçəkmiş şəxs2 iki mənzil və bir avtomaşın dayanacağının (qarajın) almasına köməklik göstərməklə özünə qarşı yaratdığı ina m və etimaddan istifadə etməklə, 12 noyabr 2013-cü ıl tarixdə qeyri-yaşayış sahəsini 90.000 (doxsan min) manata, 20 fevral 2014-cü il tarixdə isə avtomobil dayanacağını 15.000 (on beş min) ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 11.700 manata X2, hər iki əmlaka dair müqavilələr MTK- nın sədri R7 tərəfindən imzalanıb möhürlə təsdiq edilərək X4 L8 qızının adına rəsmiləşdirildikdən sonra, həmin pul vəsaitlərini bir neçə ay ərzində İl8 binanın xidməti otağında şəxsən alaraq, sonuncuya MTK-ya heç bir borcunun olmadığı barədə R7 imzası ilə maliyyə arayışı vermiş, qeyd olunan qeyri-yaşayış və avtomobil dayanacağı sahələrini satmasına baxmayaraq, bununla bağlı alqı-satqının aparılması barədə Zərərçəkmiş şəxs2 məlumatlandırmayıb, güya real alıcı olmadığına dair ona uzun müddət yalan məlumatlar ve rərək törətmiş olduğu cinayət əməlini gizlətmək üçün müəyyən vaxt əldə etmiş, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə qeyri-yaşayış sahəsi üzrə 1 kv.metr sahə üçün 1700 manat, avtomobil dayanacağı (qaraj) sahəsinə görə 1 kv.metr sahə üçün 1500 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra isə, X5 müvafiq komissiyaya müraciət edib həmin əmlaklara görə dövlət tərəfindən ayrılan kompensasiyaları aldığından, güya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslərin vasitəsi ilə Zərərçəkmiş şəxs2 qeyri-yaşayış və qaraj sahələrinin qiymətini nisbətən yüksək qiymətlə hesablatdırıb daha artıq məbləğdə kompensasiya hesablanmasına köməklik göstərəcəyini yalandan bildirib, Zərərçəkmiş şəxs2 dövlət tərəfin dən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, sonuncuya məxsus qeyd olunan əmlakların qanunsuz satılmasından əldə etdiyi ümumilikdə 101.700 (yüz bir min yeddi yüz) manat pul vəsaitini R7 aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 211.100 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X26 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə «xxxx» MTK ilə Zərərçəkmiş ş əxs1 arasında bağlanmış 7 sentyabr 2006-cı il və 21 dekabr 2006-cı il tarixli «Kooperativ binada mənzil tikintisi haqqında müqavilə»lərə əsasən, sonuncunun sahib olduğu dəyəri 280.500 manat təşkil edən ümumi sahəsi 165 kv.metr olan 3 otaqlı 36 nömrəli mənzili və dəyəri 33.000 manat təşkil edən ümumi sahəsi 22 kv.metr olan avtomaşın dayanacağını (qarajı) 2015-ci ilin əvvəllərində satmaq istəyini bildirib bununla bağlı ona köməklik göstərməsi, yəni mənzilin 1 kv.metr sahəsinə görə 1100 manat olmaqla 181.500 (yüz səksən bir min beş yüz) manata, avtomaşın dayanacağını (qarajı) isə 10.000 (on min) manata satması ilə əlaqədar müraciət edərkən, Zərərçəkmiş şəxs1 ev alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu, həmin əmlakları qısa müddətdə sata biləcəyini vəd edərək, habelə əvvəllər qeyd ol unan binada yerləşən və sonuncunun anası X3 adına olan digər mənzilin satılmasına köməklik göstərməklə özünə qarşı yaratdığı inam və etimaddan istifadə edərək, 12 iyun 2015-ci il tarixdə avtomobil dayanacağını (qarajı) X27 10.000 (on min) manata, 10 oktyabr 2015-ci il tarixdə isə qeyd olunan mənzili X17 130.500 (yüz otuz min beş yüz) manata satıb hər iki əmlaka dair müqavilələr MTK-nın sədri R7tərəfindən imzalanıb möhürlə təsdiq edilməklə avtomaşın dayanacağını (qarajı) R8, mənzili isə İ6 bacısı X9 adına rəsmiləşdirilməsindən sonra, həmin pul vəsaitlərini bir neçə ay ərzində qeyd edilən şəxslərdən binanın 1-ci mərtəbəsində yerləşən xidməti otağında almış, lakin mənzil və avtomobil dayanacaq sahəsinin satılması barədə Zərərçəkmiş şəxs1 məlumatlandırmayıb, güya əmlaklara real alıcı olmadığı barədə uzun müddət yalan məlumatlar verərək, törətmiş olduğu cinayət əməlini ört-basdır etmək üçün müəyyən vaxt əldə etmiş, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə təmirsız mənzillər üzrə 1 kv.metr sahə üçün 1700 manat, avtomobil dayanacaq sahəsi üçün 1 kv.metr sahə üçün isə 1500 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra isə, il6 və R8 yaradılmış komissiyaya müraciət edib həmin əmlaklara görə dövlət tərəfindən ayrılan kompensasiyaları aldıqlarından, güya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslər vasitəsi ilə onun mənzilini təmirli mənzil kimi rəsmiləşdirib 1 kv.metr sahə üçün 2200 manat olmaqla yüksək məbləğdə kompensasiya almasına köməklik göstərəcəyini yalandan bildirib, Zərərçək miş şəxs1 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, sonuncuya məxsus qeyd olunan əmlakların qanunsuz satılmasından əldə etdiyi ümumilikdə 140.500 (yüz qırx min beş yüz) manat pul vəsaitini R7Həsənovla aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə, yəni Zərərçəkmiş şəxs1 ümumilikdə 313.500 manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X26 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni məqsədl ə «xxxx» MTK ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 27 noyabr 2004-cü il tarixli «Kooperativ binada mənzil tikintisi haqqında müqavilə»yə əsasən, sonuncunun sahib olduğu dəyəri 280.500 manat təşkil edən ümumi sahəsi 165 kv.metr olan 3 otaqlı 40 nömrəli mənzili 2015-ci ilin əvvəllərində satmaq istəyini bildirib bununla bağlı ona köməklik göstərməsinə dair müraciət edərkən, ev alqı-satqısı ilə məşğul olan tanışları olduğunu, həmin mənzili qısa müddətdə sata biləcəyini Zərərçəkmiş şəxs3 vəd verərək, habelə aralarında olan yaxın münasibətələrə görə sonuncunda özünə qarşı yaratdığı inam və etimaddan istifadə etməklə, qeyd olunan mənzili 19 iyun 2016-cı il tarixdə ibişov V6 150.000 (yüz əlli min) manata satıb bu barədə hazırladığı tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdi yi rəsmi sənədlər-saxta müqavilələri 29 dekabr 2016-cı il tarixdə MTK-nın sədri R7 tərəfindən imzalanıb möhürlə təsdiq edilməklə sonuncunun qohumu X18 adına rəmiləşdirildikdən sonra, həmin pul vəsaitini bir neçə ay ərzində qeyd olunan şəxsdən binanın 1-ci mərtəbəsində yerləşən xidməti otağında almış, lakin mənzilin satılması barədə Zərərçəkmiş şəxs3 məlumatlandırmayıb, güya əmlaklara real alıcı olmaması barədə uzun müddət yalan məlumatlar verərək, törətmiş olduğu cinayət əməlini ört-basdır etmək üçün müəyyən vaxt əldə etmiş, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə təmirsiz mənzillər üzrə 1 kv.metr sahə üçün 1700 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra isə, Vahid İbişov yaradılmış komissiyaya müraciət edib həmin əmlaka görə dövlət tərəfindən ayrılan kompensasiyanı aldığından, güya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslər vasitəsi ilə onun mənzilini təmirli mənzil kimi rəsmiləşdirib 1 kv.metr sahə üçün 2200 manat olmaqla yüksək məbləğdə kompensasiya almasına köməklik edəcəyini yalandan bildirib, Zərərçəkmiş şəxs3 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla sonuncuya məxsus qeyd olunan əmlakların qanunsuz satılmasından əldə etdiyi ümumilikdə 150.000 (yüz əlli min) manat pul vəsaitini R7 aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə, Zərərçəkmiş şə xs3 280.500 manat ziyan vurmaqla təkrarən dələduzluq etmiş və tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X26 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə, Zərərçəkmiş şəxs4 həmin binadan 4 (dörd) otaqlı mənzil almaq barədə qeyd olunan binanın sakini-tanışı X5 vasitəsi ilə etdiyi müraciətinə əsasən, binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 244 m2 olan 4 (dörd) otaqlı 18 nömrəli mənzilin sahibi X7 həmin mənzili 1 kv.metr sahəni 850 manata satdığını bildirərkən, İlahə Ələsgərovanın qiymətin endirilməsi barədə mənzil sahibi ilə danışıb sövdələşmələri ilə bağlı xahişinə görə, heç bir danışıq aparma dığı və sonuncunun məlumatı olmadığı halda, guya mənzilin sahibi ilə danışıb mənzilin 1 kv.metrinin 650 manatdan yekun qiymət olaraq 160.000 manata satmağa razılaşdırmasını yalandan bildirərək, habelə əvvəllər həmin binadan İlahə Ələsgərovaya 1 mənzil və qeyriyaşayış sahəsi almasına köməklik göstərməklə özünə qarşı yaratdığı inam və etibardan istifadə etməklə 27 avqust 2013-cü il tarixdə mənzili 160.000 manata sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs4 satıb həmin əmlaka dair müqavilə MTK-nın sədri R7tərəfindən imzalanıb möhürlə təsdiq edilməklə Zərərçəkmiş şəxs4 arvadı X12 adına rəsmiləşdirildikdən sonra, həmin pul vəsaitlərini bir neçə ay ərzində qeyd olunan şəxslərdən binanın 1-ci mərtəbəsində yerləşən xidməti otağında almış, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə təmirsiz mənzillər üzrə 1 kv.metr sahə üçün 1700 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra isə, mənzilin sahibi V6 yaradılmış komissiyaya müraciət edib həmin əmlaklara görə dövlət tərəfindən ayrılan kompensasiyanı aldığından, guya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslər vasitəsi ilə ona daha yüksək məbləğdə kompensasiya almasına köməklik edəcəyini yalandan bildirib, Zərərçəkmiş şəxs4 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, sonuncuya məxsus ümumilikdə 160.000 (yüz altmış min) manat pul vəsaitini, R7 aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X26 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təkrarən eyni məqsədlə, Zərərçəkmiş şəxs4 həmin binadan maşın dayanacağı (qaraj) almaq üçün müraciət edərkən, binanın avtomaşın üçün dayanacaqların (qarajların) bütövlükdə satıldığını, həmin vaxt hər hansı avtomaşın dayanacağının (qaraj sahəsinin) satışda olmadığına baxmayaraq və bunu bilə-bilə yalandan, guya binada satış üçün boş qaraj sahəsinin olduğunu bildirərək, habelə aralarında yaranmış inam və etimaddan istifadə etməklə, guya hər birinin ümumi sahəsi 24 kv.metr olmaqla cəmi 48 kv.metr sahəyə malik avtomaşın d ayanacaqlarını (qarajları) 12 avqust 2014-cü il tarixdə 28.000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 21.840 manata və 11 sentyabr 2015-ci il tarixdə isə 10.000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 10.500 manata Zərərçəkmiş şəxs4 satılması barədə hazırladığı tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər-saxta müqavilələr MTK-nın sədri R7t ərəfindən imzalanıb möhürlə təsdiq edilməklə Zərərçəkmiş şəxs4 və sonuncunun arvadı X12 adına rəsmiləşdirildikdən sonra, həmin pul vəsaitlərini Zərərçəkmiş şəxs4 ayırı-ayrı tanışlarından binanın 1-ci mərtəbəsində yerləşən xidməti otağında şəxsən alaraq, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə maşın dayanacaq sahəsi üzrə 1 kv.metr sahə üçün 150 0 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra, Zərərçəkmiş şəxs4 mövcud olmayan 2 (iki) avtomaşın dayanacağı (qaraj) sahəsinə dair verdiyi saxta sənədlərlə yaradılan komisiyadan kompensasiya ala bilməyəcəyindən, guya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslər vasitəsi ilə ona daha yüksək məbləğdə kompensasiya almasına köməklik göstərəcəyini və bir müddət gözləməsini tapşırıb, Zərərçəkmiş şəxs4 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, bununla da sonuncuya məxsus ümumilikdə 32.340 (otuz iki min üç yüz qırx) manat pulu R7 birlikdə özlərinin şəxsi ehtiyacları üçün xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan suiistifadə etmə yolu ilə onun külli miqdarda əmlakını va hid qəsdlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Namiq Məmmədov, hakimlər Əmir Bayramov və Əflatun Qasımovdan ibarət tərkibdə) təqsirləndirilən şəxs X13 müdafiəçisi X16 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona CPM-in 44.2.1-ci maddəsinə müvafiq olaraq CM-in 313-cü maddəsi ilə məhkuma cəza təyin etməmiş, CM-in 178.3.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edil məklə 10 (on) il azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilmiş və Məhkum üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2019-cu il tarixli qərarından iş üzrə Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətinin dəlillərini əsaslandıraraq göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının Məhkum barəsindəki 29 may 2019-cu il tarixli məhkəmə baxışının yekun qərarı qanunsuz və əsassızdır. Belə ki, 2017-ci ilin əvvəllərində b inanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq binanın sakinlərinə qeyri-yaşayış sahəsinin bir kv.metrinə görə 1700 manat, avtomobil dayanacağı (qaraj) sahəsinin bir kv.metrinə görə 1500 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra rayon İcra hakimiyyətindən 211.100 manat pulu X10 öz qızı B8 vasitəsilə almışdır. X5 qanunsuz alqı-satqılar zamanı təqsirləndirilən şəxs Məhkum qeyri-yaşayış sahəsinə və avtomobil dayanacağına (qaraj) görə cəmi 101.700 manat verdiyi üçün özünə 109.400 manat pul qalmışdır. Qeyd olunanlardan göründüyü kimi təqsirləndirilən şəxs Məhkum MTK-nın sədri X26 ilə əlbir olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus qeyri-yaşayış sahəsini və avtomobil dayanacağını qanunsuz olaraq İlahə Əsgərovaya hələ bina dövlət ehtiyacları üçün sökülənədə k, yəni 2013-2014-cü illərdə satmışlar. Alqı-satqı nəticəsində onlar cəmi 101.700 manat pul vəsaiti ələ keçirmişlər. İbtidai istintaq orqanı İlahə Ələsgərova tərəfindən qızı L8 vasitəsilə bina sökülərkən alqı-satqı nəticəsində əldə edilmiş 109.400 manat məbləği də əsassız olaraq təqsirləndirilən şəxs Məhkum ittihamına daxil etmiş, ona düzgün olmayaraq daha ağır məzmunda ittiham elan etmişdir. Məhkəmələr Məhkum da istintaq orqanının həmin səhvlərini təkrar etmişdir. İbtidai istintaq orqanı İl8 əldə etdiyi pula görə Məhkum ittiham vermişdir. Məhkəmə tərəfindən İl8 da həmin əmələ görə ittiham verilməsi üçün cinayət işini prokurora göndərilsə də, iş müvafiq prosessual hərəkətlər aparılmadan yenidən məhkəməyə qaytarılmışdır. Məhkəmə sonradan öz qərarının icrasını tələb etməmişdir. Belə bir vəzi yyətdə məhkəmə İ8 aldığı 109.400 manat məbləğində pulu Məhkum ittihamından xaric etməli, ona dələduzluq yolu ilə ələ keçirdiyi 101.700 manat pul vəsaitinə görə cəza təyin etməli idi. Ona görə də, apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək Məhkum ittihamından 109.400 manat məbləğində pul xaric edilməlidir. Həmin pulun ittihamda saxlanması zərərçəkmiş Zərərçəkmiş şəxs2 ciddi maddi zərər vurur, onu faktiki olaraq əmlakından məhrum edir, Yasamal Rayon Qeydiyyat Şöbəsinin müdiri vəzifəsində işləyən İlahə Ələsgərovanı hüquqi məsuliyyətdən yayındırır. Apellyasiya instansiyasının qərarı qeyd olunan hissədə dəyişdirilərsə zərərçəkmiş Zərərçəkmiş şəxs2 İ8 və qızı X11 qarşı rayon məhkəməsində mülki qaydada müvafiq iddia qaldırmaq üçün hüquqi imkan əldə edəcəkdir. Kassator kassasiya şikayətində gö stərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının Məhkum barəsindəki 29 may 2019-cu il tarixli qərarının dəyişdirilməsini, X5 X19 vasitəsilə alqı-satqı nəticəsində əldə edilmiş 109.400 manat məbləğində pul vəsaitini Məhkum ittihamından xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı S6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 29 may 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi bu hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları norma larının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində X5 qızı X19 vasitəsilə alqı-satqı nəticəsində əldə edilmiş 109.400 manat məbləğində pul vəsaitinin Məhkum ittihamından zərərçəkmiş şəxsin mənafeyinə toxunduğundan xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini bir sıra dəlillərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək aşağıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını əsaslandırılmamış hesab edir: 1.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hiss əsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.

4. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən, İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

5. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

6. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 11.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.

7. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.

8. Hökmdən və qərardan müəyyən edilir ki, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, (birinci epizod üzrə) 2011-ci ildən 2017-ci ilin aprel ayınadək «xxxx» MTK-nın Yasamal rayonu ************ ünvanda inşa etdiyi çoxmərtəbəl i yaşayış binasının komendantı işləyərkən, «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X26 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə özgə əmlakını ələ keçirmə məqsədilə, «xxxx» MTK ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış 10 iyun 2009-cu il və 17 yanvar 2011-ci il tarixli «Kooperativ binada qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə»lərə əsasən sonuncuya məxsus, ümumi sahəsi 24 kv.metr olan dəyəri 36.000 manat təşkil edən avtomaşın dayanacağı (qaraj) və ümumi sahəsi 103 kv.metr olan dəyəri 175.100 manat təşkil edən qeyri- yaşayış sahələrini 2013-cü ilin sonunda satmaq və ya həmin binadan mənzillə dəyişdirmək istəyini bildirib bu nunla bağlı ona köməklik göstərilməsi üçün müraciət edərkən, Zərərçəkmiş şəxs2 ev alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu, həmin qeyri-yaşayış sahələrini qısa müddətdə sata biləcəyini vəd verərək, habelə əvvəllər həmin binadan Zərərçəkmiş şəxs2 iki mənzil və bir avtomaşın dayanacağının (qarajın) almasına köməklik göstərməklə özünə qarşı yaratdığı inam və etimaddan istifadə etməklə, 12 noyabr 2013-cü ıl tarixdə qeyri-yaşayış sahəsini 90.000 (doxsan min) manata, 20 fevral 2014-cü il tarixdə isə avtomobil dayanacağını 15.000 (on beş min) ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 11.700 manata X2, hər iki əmlaka dair müqavilələr MTK- nın sədri R7tərəfindən imzalanıb möhürlə təsdiq edilərək L8 adına rəsmiləşdirildikdən sonra, həmin pul vəsaitlərini bir neçə ay ərzində İl8 binanın x idməti otağında şəxsən alaraq, sonuncuya MTK-ya heç bir borcunun olmadığı barədə R7Həsənovun imzası ilə maliyyə arayışı vermiş, qeyd olunan qeyri-yaşayış və avtomobil dayanacağı sahələrini satmasına baxmayaraq, bununla bağlı alqı-satqının aparılması barədə Zərərçəkmiş şəxs2 məlumatlandırmayıb, güya real alıcı olmadığına dair ona uzun müddət yalan məlumatlar verərək törətmiş olduğu cinayət əməlini gizlətmək üçün müəyyən vaxt əldə etmiş, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə qeyri-yaşayış sahəsi üzrə 1 kv.metr sahə üçün 1700 manat, avtomobil dayanacağı (qaraj) sahəsinə görə 1 kv.metr sahə üçün 1500 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra isə, X5 müvafiq komissiyaya müraciət edib həmin əmlaklara görə döv lət tərəfindən ayrılan kompensasiyaları aldığından, güya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslərin vasitəsi ilə Zərərçəkmiş şəxs2 qeyri-yaşayış və qaraj sahələrinin qiymətini nisbətən yüksək qiymətlə hesablatdırıb daha artıq məbləğdə kompensasiya hesablanmasına köməklik göstərəcəyini yalandan bildirib, Zərərçəkmiş şəxs2 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, sonuncuya məxsus qeyd olunan əmlakların qanunsuz satılmasından əldə etdiyi ümumilikdə 101.700 (yüz bir min yeddi yüz) manat pul vəsaitini R7Həsənovla aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 211.100 manat ziyan vurmaqla dələduzluq etmişdir.

9. Məhkəmə kollegiyası qeyd edir və apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, cinayət işinin materiallarında Məhkum «xxxx» MTK ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış 10 iyun 2009-cu il və 17 yanvar 2011-ci il tarixli «Kooperativ binada qeyriyaşayış sahəsinin tikintisi haqqında müqavilə»lərə əsasən Zərərçəkmiş şəxs2 məxsus, ümumi sahəsi 24 kv.metr olan dəyəri 10.800 manat təşkil edən avtomaşın dayanacağını (qaraj) və ümumi sahəsi 103 kv.metr olan dəyəri 175.100 manat təşkil edən qeyri- yaşayış sahələrini İl8 sataraq 101.700 (yüz bir min yeddi yüz) manat pul vəsaitini R7 aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə dələduzluq etməsinə dair kifayət qədər sübutlar var və məhkəmələr bu barədə ədalətli araşdırma aparmışlar. Çünki, Zərərçəkmiş şəxs2 da məhkuma 101.700 (yüz bir min yeddi yüz) manat pul verdiyini, bu pulun müqabilində MTK ilə ümumi sahəsi 24 kv.metr olan dəyəri 10.800 manat təşkil edən avtomaşın dayanacağına (qaraj) və ümumi sahəsi 103 kv.metr olan dəyəri 175.100 manat təşkil edən qeyri-yaşayış sahələrinə dair müqavilələr bağladığını və bu məhz bu məbləğin (101.700 manat) məhkumdan tutulub ona verilməsini tələb etmiş və mülki iddia qaldırmışdır. Hökmlə zərərçəkmiş Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilmiş və Məhkum 101.700 manat pulun tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 verilməsi qərara alınmışdır.

10. Məhkəmələr isə bu epizod üzrə Məhkum Zərərçəkmiş şəxs2 ümumilikdə 211.100 manat ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilmişlər.Haqlı bir sual doğur: əgər Məhkum Zərərçəkmiş şəxs2 101.700 manat məbləğində pul alıbsa, əlavə olaraq Məhkum hansı sübuta əsasən 109.300 (yüz doqquz min üç yüz) manat məğləğində ittiham verilmiş və o, Zərərçəkmiş şəxs2 101.700 manat məbləğində deyil, 211.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinmişdir? Daha aydın olsun deyə cinayət işinin materiallarına olan sübutlara müraciət etmək zərurəti vardır.

11. Cinayət işinin materiallarında olan“xxxx” Mənzil-Tikinti Kooperativinin İdarə heyətinin sədri X26 bir tərəfdən, digər tərəfdən, Bakı şəhəri, ************* yaşayan, sonralar “******” adlanan Zərərçəkmiş şəxs2 arasında bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin tikintisi haqqında” 07 yanvar 2011-ci il tarixli müqavilədən görünür ki, “Kooperativ” ünvan 1 ünvanında “xxxx ” MTK-nın tikilməkdə olan binasında ******* ümumi sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsi verməyi, “Payçı” isə həmin qeyri-yaşayış sahəsi müqabilində qabaqcadan müəyyənləşdirilmiş 1 kv.m-i üçün 1200 manat olmaqla cəmi 120.000 (yüz iyirmi min) manat məbləğin ödənilməsini öhdəsinə götürür. (cild 2, iş vərəqə 176)

12. Cinayət işinin materiallarında olan“xxxx” Mənzil-Tikinti Kooperativinin İdarə heyətinin sədri R6 və mühasibi Ə6 imzaları və MTK-nın möhürü ilə təsdiq edilmiş 07 yanvar 2011-ci il tarixli Maliyyə arayışından müəyyən edilir ki, “xxxx” MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki 103 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyərinin 50 %-i (60.000 manat) payçı Zərərçəkmiş şəxs2 tərəfindən ödənilmişdir. (cild 2, iş vərəqə 177)

13. Cinayət işinin materialların da olan“xxxx” Mənzil-Tikinti Kooperativinin İdarə heyətinin sədri R6 və mühasibi Ə6 imzaları və MTK-nın möhürü ilə təsdiq edilmiş 03 avqust 2015-ci il tarixli Maliyyə arayışından müəyyən edilir ki, “xxxx” MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki 100,6 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı Zərərçəkmiş şəxs2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. (cild 2, iş vərəqə 178)

14. Bundan başqa, cinayət işinin materiallarında olan“xxxx” Mənzil-Tikinti Kooperativinin İdarə heyətinin sədri X26 bir tərəfdən, digər tərəfdən, Bakı şəhəri, ************** yaşayan, sonralar **** adlanan Zərərçəkmiş şəxs2 arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” 10 iyun 2009-cu il tarixli müqavilədən görünür ki, “Kooperativ” ünvan 1 ünvanında “xxxx” MT K-nın tikilməkdə olan binasında ***** ümumi sahəsi 24 kv.m olan mənzil verməyi, *** isə həmin mənzilin müqabilində qabaqcadan müəyyənləşdirilmiş 1 kv.m-i üçün 450 manat olmaqla cəmi 10.800 (on min səkkiz yüz) manat məbləğin ödənilməsini öhdəsinə götürür. (cild 2, iş vərəqə 174)

15. Cinayət işinin materiallarında olan“xxxx” Mənzil-Tikinti Kooperativinin İdarə heyətinin sədri R6 və mühasibi Ə6 imzaları və MTK-nın möhürü ilə təsdiq edilmiş 12 avqust 2009-cu il tarixli Maliyyə arayışından müəyyən edilir ki, “xxxx” MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən binada 24 kv.m olan qaraj sahəsinin pay dəyəri payçı Zərərçəkmiş şəxs2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. (cild 2, iş vərəqə 175)

16. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi Zərərçəkmiş şəxs2 istər qeyriyaşayış sahəsini, istərsə də qaraj sahəsini qanuni əsaslarla əldə etmişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən, əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

18. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Məcəllənin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalar, Məcəllənin 135.5-ci maddəsinə əsasən, daşınmaz əşy alara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır.

19. Azərbaycan Respublikasının “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” 23 dekabr 2003-cü il tarixli № 564-İİQ nömrəli Qanunun tələbinə əsasən hər hansı qeyri-yaşayış sahəsi, hazırkı halda ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki 103 kv.m olan qeyri-yaşayış sahəsi və həmin ünvünda yerləşən 24 kv.m olan qaraj sahəsi mülki dövriyyədə olmasına yol verilməyən əşyalar sırasına aid deyildir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. Sah iblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Cinayət işinin materiallarıdakı sübutlardan müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qeyd edilən qeyri-yaşayış sahəsini və qarajı qanunda nəzərdə tutulmuş qaydada alqı-satqı yolu ilə əldə etmişdir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə s atıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 647-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

23. Göründüyü kimi, hazırkı halda 07 yanvar 2011-ci il tarixli müqavilə ilə “xxxx” MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki 103 kv.m olan qeyri-yaşayış sahəsinin və 10 iyun 2009-cu il tarixli müqavilə ilə 24 kv.m olan q araj sahəsinin pay dəyəri payçı Zərərçəkmiş şəxs2 tərəfindən tam ödənilmişdir. Bu isə onu göstərir ki, “xxxx” MTK-nın sədri X36 arasında qeyd edilən müqavilələr mülki qanunvericiliyin şərtlərinə riayət edilməklə bağlanmış və Zərərçəkmiş şəxs2 göstərilən əmlaklar üzərində sahiblik və istifadə hüququna malik olmuşdur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, “ Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. - Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. - Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır”.

25. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-c i maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

26. Məhkəmə araşdırmaları zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2005-ci ilin noyabr ayında özü üçün 4 otaqlı mənzil axtarmağa başlamışdır. Həmin vaxt «xxxx» MTK tərəfindən Yasamal rayonu, ******************* yerləşən tikilməkdə olan binada yaxşı qiymətə mənzillər satıldığını öyrənmişdir. Mənzilin qiyməti barədə maraqlanm aq üçün, elə birinci mərtəbəsində yerləşən satış ofisinə müraciət etmişdir. Onu MTK-nın sədri R7 və sədr müavini Məhkum qəbul etmişlər. R7satışda olan mənzillər barədə məlumat vermiş, o, sonuncu ilə danışıb binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 222. m2 olan 4 otaqlı, 27 nömrəli mənzili 75.000 ABŞ dollarına almağa razılaşdırmışdır. 20.11.2005-ci il tarixdə «xxxx» MTK ilə müqavilə bağlayıb mənzili öz adına rəsmiləşdirmiş, pulunu ödəməklə heç bir borcunun qalaması barədə maliyyə arayışı almışdır. Bir neçə ildən sonra bina tam tikilib istifadəyə verilmiş, bundan sonra o, Məhkum vasitəsi ilə binanın 0-cı mərtəbəsindən 10.800 manata 24 m2 qaraj sahəsi almışdır. 10.06.2009-cu il tarixdə «xxxx» MTK ilə müqavilə bağlayıb həmin qaraj sahəsini də öz adına rəsmiləşdirmişdir. Bundan sonra bi nanın keyfiyyətli tikildiyini görüb atası Ə6 və bacısı A6 üçün də həmin binadan mənzillər və qaraj sahəsi almaq qərarına gəlmişdir. 29.12.2010-cu ildə «xxxx» MTK ilə bağlanmış müqavilələrə əsasən binanın 11-ci mərtəbəsində yerləşən, sahəsi 165 m2 olan 3 otaqlı mənzil və 24 m2 qaraj sahəsi almışdır. Hər iki müqavilə bacısı X14 adına rəsmiləşdirilmişdir. Keçən bir neçə il ərzində MTK-nın əməkdaşları, habelə Məhkumla münasibəti yaranmışdır. 2011 -ci ildə MTK-nın Elşad adlı əməkdaşı ona binanın qeyriyaşayış sahəsindən də yer almağı təklif etmişdir. O, qeyri-yaşayış sahəsi ilə maraqlanmış, lakin pulu çatmadığını görüb almaqdan imtina etmişdir. MTK-nın sədri R7binanın tikintisi ilə əlaqədar təcili pul lazım olduğunu bildirib, qeyri-yaşayış sahəsinin dəyərinin 50 faizini əvvəlcədən ödəməklə qalan məbləğin bir neçə ay ərzində hissə-hissə ödəməsinə şərait yaradacağını demişdir. Bundan sonra o, qeyri-yaşayış sahəsi almağa razılaşmışdır. 07.01.2011 -ci il tarixdə «xxxx» MTK ilə bağlanmış müqaviləyə əsasən binanın 1-ci mərtəbəsində yerləşən ticarət fəaliyyəti üçün nəzərdə tutulan ümumi sahəsi 103 m2 olan qeyri-yaşayış sahəsinin 1. m2 1200 manat olmaqla ümumilikdə 120.000 manata almışdır. Həmin vaxt məbləğin 50 faizini, yəni 60.000 manatını ödəmiş, qalanını isə hissə-hissə olmaqla 03.08.2015-ci il tarixədək ödəyib qurtarmış və bunu təsdiq edən maliyyə arayışı almışdır. Aldığı mənzil və qeyri- yaşayış sahəsi təmirsiz olmuşdur. Həmin ərəfədə binanın ətrafında, «Sovetski» adlanan ərazidə söküntü işləri aparılsa da, bina plana düşməmişdir. 2016-cı ilin sonundan binanın söküləcəyi barədə s öz-söhbətlər başlamış, 2017-ci ildə isə binanın söküləcəyi qətiləşmiş, sakinlərə kompensasiya ödənilməklə köçürüləcəyi bildirilmişdir. Buna görə Məhkumla əlaqə saxlayıb maraqlanmışdır. Məhkum binanın söküləcəyini təsdiq edib, təmirsiz mənzillərin hər m2 sahəsinə görə 1700 manat, təmirli mənzillərin hər m2 sahəsinə görə 2200 manat, qarajların hər m2 sahəsinə görə 1500 manat, qeyri-yaşayış sahəsinin isə hər m2 sahəsinə görə 2100 manat kompensasiya ödəniləcəyini bildirmişdir. Təxminən 2017-ci ilin may ayından başlayaraq binanın sökülməsinə başlanmış və kompensasiyalar ödənilməklə sakinlər köçürülmüşdür. O, kompensasiya almaq üçün özünün və bacısı A8 adına rəsmiləşdirilmiş 2 mənzil, 2 qaraj və 1 qeyri-yaşayış sahəsinin sənədlərini Məhkum vermişdir. Sonuncunu uzun illər tanıdığından yaxın münas ibətləri olmuşdur. A6 onun verdiyi sənədləri götürərək həmin əmlaklara dair arayış yazıb vermişdir. Digər əmlakların, yəni 10.06.2009-cu il tarixli və 07.01.2011 -ci il tarixli müqavilələr ilə öz adına aldığı ümumi sahəsi 24 m2 olan qaraj sahəsi və ümumi sahəsi 103 m2 olan qeyri-yaşayış sahəsinin sənədlərini A6 götürməmişdir. O, həmin sənədləri götürməməsinin səbəbini soruşarkən A6 «darıxma qoy hələ ki, bu əmlakların kompensasiyasını həll edim, pulunu al, digər əmlakların pulunu isə kömək edəcəm daha yüksək məbləğdə alacaqsan»-deyə bildirmişdir. Belə ki, A6 söküntü komissiyasının əməkdaşları ilə yaxın münasibəti olduğunu və həmin şəxslərlə danışıb qaraj sahəsinin 1 m2 sahəsini 1500 manatdan deyil 1700 manatdan, qeyri-yaşayış sahəsinin is« 1m2 sahəsini 2100 manatdan deyil 2400 manatdan olma qla kompensasiya almasını həll edəcəyini demişdir. O, kompensasiyanın nə vaxt veriləcəyini soruşmuş, A6 bir qədər gözləməsini bildirmişdir. O, uzun müddət gözləyə bilməyəcəyini bildirib, aşağı qiymətlərlə kompensasiyanı almağa razı olduğunu demişdir. Lakin A6, komissiya üzvləri ilə danışıb hər şeyi razılaşdırdığını, qısa müddətə həll olunacağını bildirmişdir. Bacısı A8 adına olan qaraj sahəsi 24 m2 olsa da, sənədləşmədə 18 nn2 kimi göstərilmişdir. O, bu məsələyə etiraz etmiş, A6 sənəddə texniki səhv nəticəsində 6 m2 az sahə göstərildiyini, növbəti dəfə digər qaraja görə kompensasiya alarkən, 6 m2 atıq yazıb, bu problemi aradan qaldıracağını demişdir. O, məcbur qalıb razılaşmış, ümumi sahəsi 18 m2 hesablanan həmin qaraj sahəsinə görə 27.000 manat kompensasiya almışdır. Bir müddət sonra o, d igər əmlakların kompensasiyanı almaq üçün A6lə əlaqə saxlamış, sonuncu yenə də vaxtı uzatmışdır. Bir qədər sonra bina tamamilə sökülmüş, A6dən isə bir xəbər çıxmamış, sonuncu hər dəfə müxtəlif bəhanələr uyduraraq vaxtı uzatmış, daha sonra isə pulu bank vasitəsi ilə deyil, nağd qaydada alacağını və pulun ödənişi gecikdiyinə görə ona əlavə 10.000 manat pul ödəniləcəyini bildirmişdir. A6in bu sözlərindən sonra o, sonuncunun nəsə qanunsuz işlər görməsindən şübhələnmiş və onu söküntü komissiyasının əməkdaşları ilə görüşdürməsini tələb etmişdir. A6 bunu da etməyib, komissiya üzvləri ilə sövdələşməsinin baş tutmadığını, buna görə ona yüksək kompensasiya ödətdirə bilmədiyini demişdir. Bundan sonra o, məcbur qalıb Yasamal rayon icra hakimiyyətinə sənədlərini təqdim edərək həmin əmlaklara dair kompe nsasiya ala bilmədiyini demişdir. İcra hakimiyyətindən həmin bina üzrə bütün əmlakların sahiblərinə kompensasiyalarının tam şəkildə ödənildiyi bildirilmişdir. Odur ki, ona çatası kompensasiyanı başqa şəxsin aldığını başa düşmüşdür. O, A6in yalan danışdığını görüb onun əməllərindən şikayət etmişdir. Məhkum ona məxsus ümumi sahəsi 24 m2 olan, dəyəri 36.000 manat təşkil edən avtomaşın dayanacağını və ümumi sahəsi 103 m2 olan, dəyəri 175.100 manat təşkil edən qeyri-yaşayış sahəsini onun razılığı olmadan 12.11.2013-cü il tarixdə 90.000 manata, 20.02.2014-cü il tarixdə isə avtomobil dayanacağını isə 11.700 manata olmaqla, cəmi 101.700 manata X2, hər iki müqaviləni MTK-nın sədri R8 imzaladıb, möhürlə təsdiq etməklə sonuncunun qızı L8 adına rəsmiləşdirmişdir. 2017-ci ilin əvvəllərində binanın yerl əşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq binanın sakinlərinə qeyri- yaşayış sahəsinin 1 m2-nə görə 1.700 manat, avtomobil dayanacağı sahəsinin 1 m2-nə görə 1.500 manat olmaqla kompensasiya verilməsinə başlandıqdan sonra İl8 rayon İcra Hakimiyyətindən 211.000 manat pulu qızı L.Babayevanın vasitəsi ilə almışdır. X38 əlbir olub cinayət əlaqəsinə girməklə onun ümumilikdə 211.100 manat dəyərində olan əmlakını 101.700 manata qanunsuz alqı-satqı aparmaqla ələ keçirməyə nail olmuşdur. Nəticədə ona çatmalı olan pul X10 tərəfindən ələ keçirilmişdir. Ona dəymiş ziyanın böyük hissəsi İ8 tərəfindən vurulmuşdur.

27. Məhkum məhkəmə araşdırmaları zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 20 noyabr 2005-ci ildə «xxxx» MTK il» müqavilə bağlayıb binanın 9-cu mərtəbəsində yer ləşən, ümumi sahəsi 222 m2 olan A otaqlı 27 nömrəli mənzili 75.000 ABŞ dollarına almışdır. Mənzilin dəyərini tam ödədiyindən, ona maliyyə arayışı verib mənzil adına rəsmiləşdirmişdir. 10 iyun 2009-cu ildə Rüfət yenidən qaraj sahəsi almaq məqsədilə MTK-nın satış ofisinə müraciət etmişdir. R6 binanın zirzəmisində yerləşən avtomobil dayanacağından ümumi sahəsi 24 m2 olan qaraj sahəsini 1 m2 sahə üçün 450 manat olmaqla 10.800 manata satmışdır. Rüfətin adına müqavilə və borcun olmadığı barədə maliyyə arayışı tərtib edib vermişdir. Bir müddət sonra R6 atası Ə6 birlikdə yenidən MTK-ya gəlib əlavə bir mənzil və bir qaraj sahəsi də almaq istədiklərini bildirmişdir. 29 dekabr 2010-cu ildə «xxxx» MTK-nın sədri R2 bağlanmış müqavilələrə əsasən binanın 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 165 m2 o lan 3 otaqlı, 44 nömrəli mənzil və ümumi sahəsi 24 m2 olan qaraj sahəsi Zərərçəkmiş şəxs2 satılmışdır. Rüfət hər iki əmlakı bacısı X14 adına rəsmiləşdirmişdir. 2011-ci ildə binanın girişində yerləşən başqa bir evi köçürmək üçün ona pul lazım olmuş, həmin vaxt binanın qeyriyaşayış sahəsində satılmayan yerləri yaxın münasibətdə olduqları bina sakinlərinə almağı təklif etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 103 m2 sahəsi olan bir qeyri-yaşayış sahəsini 120.000 manata almışdır. R6 pulun 50 faizini ödəmiş, qalan 50 faizi isə bir neçə il ərzində ödəməyi öhdəsinə götürmüşdür. 3 avqust 2015-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinə görə pulu tam ödəyib qurtarmış və borcunun olmamasına dair maliyyə arayışını almışdır. R6 aldığı mənzillər və qeyri-yaşayış sahəsi təmirsiz olmuşdur. 2013-cü ilin əvvə llərində həmin binada yaşayan İlahə Ələsgərova ona müraciət edərək binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsini göstərib, həmin yeri bəyəndiyi bildirib oranı almaq istədiyini demişdir. Həmin yer bir müddət əvvəl Zərərçəkmiş şəxs2 satılmış, lakin həmin vaxt sonuncu yerin pulunu tam şəkildə ödəməmişdir. Bundan başqa R6 qeyri-yaşayış sahəsinə maraq göstərməmiş, ona müraciət edib həmin qeyri-yaşayış sahəsini mənzillə dəyişdirməyə və ya satmasına köməklik göstərməsini xahiş etdiyindən o, həmin yeri İlahəyə satmaq qərarına gəlmişdir. Sonradan imkan olanda əvəzində ucuz qiymətə Zərərçəkmiş şəxs2 üçün bir mənzil təşkil edəcəyini fikirləşmişdir.Bu məqsədlə İlahəyə bəyəndiyi yerin Zərərçəkmiş şəxs2 məxsus olduğunu, sonuncunun həmin yeri satdığını bildirmişdir. İl8 yalandan qeyri-yaşayış sah əsinin sahibi ilə danışıb satmağa razılıq verdiyini demişdir. R6 qeyri-yaşayış sahəsini 120.000 manata alsa da, həmin vaxt pulun hamsını deyil, cəmi 90.000 manat ödədiyindən, həmin yeri İlahəyə 90.000 manata da təklif etmişdir. İlahə həmin qiymətlə razılaşmış, lakin həmin pulu hissə-hissə olmaqla bir il ərzində ödəyə biləcəyini demişdir. Məcbur qalıb İlahənin təklifini qəbul etmişdir. İlahə ilkin ödəniş kimi ona 10.000 manat pul vermiş, həmin yerin sonuncuya satılması barədə müqaviləni MTK sədri R7 imzaladıb möhürlə təsdiq etdirmişdir. R7 həmin yerin güya Zərərçəkmiş şəxs2 tərəfindən İ8 satılmasını demiş, İ8 adına yazılan yeni müqaviləni təsdiq etməsi üçün R210.000 manat pul vermişdir. İlahə bir il ərzində qalan 80.000 manatı ona ödəmişdir. Odur ki, maliyyə arayışı yazıb R2 imzaladıb möhür lə təsdiq etdirməklə İlahəyə vermişdir. İlahədən aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyindən, bu barədə R6 bir söz deməmişdir. Rüfət həmin yeri özünün hesab etdiyindən «xxxx» MTK-ya qalan borcunu da ödəyib qurtarmış və heç bir borcunun olmaması haqqında maliyyə arayışını almışdır.Bir müddət sonra İlahə yenidən ona müraciət edib qaraj sahəsi almaq istədiyini bildirmişdir. Binada bütün qaraj sahələri satıldığından boş yer olmamışdır. Lakin bununla belə İlahəyə yox cavabı verməmiş, Zərərçəkmiş şəxs2 adına olan qaraj sahəsini İlahəyə satmaq qərarına gəlmişdir. İlahəyə yalandan binada boş qaraj sahəsinin olduğunu deyib, həmin qaraj sahəsini 15.000 ABŞ dollarına təklif etmişdir. Sonuncu razılaşıb həmin məbləğdə pulu ona vermişdir. Həmin məbləğin 5.000 ABŞ dollarını R7 verib, qaraj sahəsi ni R6 adından çıxarıb İlahənin adına rəsmiləşdirmişdir. Bu barədə R7 Həsənova həqiqəti deməmiş, güya R6 özü tərəfindən qaraj sahəsini İ8satdığını bildirmişdir. 2017-ci ilin əvvəllərində bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləği qətiləşdikdən sonra kompensasiya ödəniləcək şəxslərin siyahısı hazırlanmışdır. Həmin vaxtı R6 ona zəng edib binanın sökülüb-sökülməyəcəyi ilə maraqlanmışdır. Sonuncuya binanın söküləcəyini deyil, kompensasiya almaq üçün sənədlərini gətirməsini tapşırmışdır. Kompensasiyalar birbaşa vətəndaşların müraciəti əsasında onlara verilmiş, bu sahədə MTK-nın heç bir rolu olmamış, yalnız mənzildə kimin qeydiyyatda olub-olmaması, mənzilin dəyərinin ödənilibödənilməmosı barədə arayış vermişdir. R6 özünün və bacısı A8 adına olan 2 mənzil, 2 qaraj və 1 qeyri-yaşayış sahəs inin sənədlərini gətirib kompensasiya alması üçün ona təqdim etmişdir. Qeyri-yaşayış sahəsini və R6 adına olan qarajı İ8 satdığından və sonuncu həmin əmlaklara görə artıq kompensasiyanı aldığından, R6 həmin əmlaklarla bağlı söküntü komissiyasına müraciət etməsinə çalışmışdır. R6 gətirdiyi sənədlərdən sonuncunun adına olan mənzilin, habelə bacısı A8 adına olan mənzil və qaraj sahəsi üzrə komissiyaya müraciət edib kompensasiya alması üçün həmin əmlaklara dair MTK-nın adından arayış vermiş, lakin digər qaraj və qeyri-yaşayış sahəsinin kompensasiyasını almaması üçün arayış verməmişdir. Yalandan R6 bildirmişdir ki, güya yaxın gələcəkdə qaraj və qeyri-yaşayış sahəsi üzrə ödəniləcək kompensasiyanın məbləği artırılacaqdır. Bu səbəbdən həmin əmlaklara dair öncədən müraciət etməsi məqsədə müvafiq ol madığını bildirib bir qədər gözləməsini məsləhət görmüşdür.Əsl həqiqətdə məqsədi Rüfətin həmin qeyri-yaşayış və qaraj sahəsinə görə komissiyaya müraciət etməsinin qarşısını almaqla, törətdiyi əməllərin üstünün açılmamasına nail olmaq olmuşdur. Bundan sonra bir müddət müxtəlif bəhanələrlə vaxtı uzatmış, Rüfəti başqa yollarla razı salmağa çalımışdır. R6 iki mənzilin və bir qaraj sahəsinin kompensasiyasını almış, digər qaraj və qeyri-yaşayış sahəsinin kompensasiyasını almaq üçün bir müddət onu gözləsə də, sonradan birbaşa komissiyaya müraciət etmiş, həmin qaraj və qeyri-yaşayış sahəsinə görə başqa şəxsin kompensasiya aldığını öyrənmişdir. Bundan sonra R6 ona müraciət edib nə baş verdiyini soruşmuşdur. Ona bir də qədər gözləməsini, ona çatası pulu özünün ödəyəcəyini demişdir. Rüfət onunla razı laşmayıb, hüquq mühafizə orqanlarına şikayət etmişdir.

28. Cinayət işinin materiallarındakı sənədlərdən də müəyyən olunur ki, “Kooperativ” tərəfindən R6 satılmış sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsi və sahəsi 24 kv.m olan qaraj yenidən X1 və onun qızı X8 adına rəsmiləşdirilmişdir.

29. Belə ki, cinayət işinin materiallarında olan “xxxx” Mənzil-Tikinti Kooperativinin İdarə heyətinin sədri X26 bir tərəfdən, digər tərəfdən, Bakı şəhəri, **************** yaşayan X19 (İlahə Ələsgərovanın qızıdır) arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” 20 fevral 2013-cü il tarixli müqavilədən görünür ki, “Kooperativ” ünvan 1 ünvanında “xxxx” MTK-nın tikilməkdə olan binasında Ləman Babayevaya ümumi sahəsi 104 kv.m olan qeyri-yaşayış sahəsi verməyi (Zərərçəkmiş şəxs2 satılan qeyri-yaş ayış sahəsini), L8 isə həmin qeyri-yaşayış sahəsi müqabilində qabaqcadan müəyyənləşdirilmiş 1 kv.m-i üçün 850 manat olmaqla (halbuki həmin sahənin 1 kv.m Zərərçəkmiş şəxs2 1200 manata satılmışdır) cəmi 88.000 (səksən səkkiz min) manat məbləğin ödənilməsini öhdəsinə götürür. (cild 2, iş vərəqə 245).

30. Cinayət işinin materiallarında olan“xxxx” Mənzil-Tikinti Kooperativinin İdarə heyətinin sədri R6 və mühasibi Ə6 imzaları və MTK-nın möhürü ilə təsdiq edilmiş 02 fevral 2015-ci il tarixli Maliyyə arayışından müəyyən edilir ki, “xxxx” MTKya məxsus ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki 104 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri X19 tərəfindən tam ödənilmişdir. (cild 2, iş vərəqə 246).

31. Bundan başqa, cinayət işinin materiallarında olan “xxxx” Mənzil-Tikinti Kooperativin in İdarə heyətinin sədri X26 bir tərəfdən, digər tərəfdən, Bakı şəhəri, ************** yaşayan X19 (İ8 qızıdır) arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” 20 fevral 2013-cü il tarixli müqavilədən görünür ki, “Kooperativ” ünvan 1 ünvanında “xxxx” MTK-nın tikilməkdə olan binasında L8 ümumi sahəsi 54 kv.m olan qeyri-yaşayış sahəsini- 2 və 4 saylı qarajları verməyi (Zərərçəkmiş şəxs2 satılan qaraj da daxil olmaqla), L8 isə həmin qarajların müqabilində qabaqcadan müəyyənləşdirilmiş 1 kv.m-i üçün 670 manat olmaqla cəmi 36.000 (otuz altı min) manat məbləğin ödənilməsini öhdəsinə götürür. (cild 2, iş vərəqə 248).

32. Bundan başqa, kollegiya qeyd edir ki, cinayət işinin materiallarında olan 23 may 2017-ci il tarixli Müqavilədən müəyyən olunur ki, birinci tərəf: X19 və ikinci t ərəf: Yasamal Rayon İcra Hakimiyyəti adından X24 Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12.12.2013-cü il tarixli 501 saylı sərəncamının icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında “xxxx” MTK-a tərəfindən müqavilə əsasında X15 verilmiş və L8 istifadəsində olan qeyri-yaşayış sahəsinə görə dövlət proqramı çərçivəsində L8 178.600 (yüz yetmiş şəkkiz min altı yüz) manat məbləğində kompensasiya ödənilir, L.Babayeva isə ikinci tərəfdən (Yasamal Rayon İcra Hakimiyyətindən) 178.600 (yüz yetmiş şəkkiz min altı yüz) manat məbləğində kompensasiya almaqla qeyri-yaşayış sahəsindən imtina edir. (cild 2, iş vərəqə 248).

33. Bundan başqa, kollegiya qeyd edir ki, cinayət işinin materiallarında olan 23 may 2017-ci il tarixli Müqavilədən müəyyən olunur ki, birinci tərəf: X19 və ikinci tərəf: Yasamal Ray on İcra Hakimiyyəti adından X24 Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12.12.2013-cü il tarixli 501 saylı sərəncamının icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında “xxxx” MTK-a tərəfindən müqavilə əsasında X15 verilmiş və L8 istifadəsində olan qeyri-yaşayış sahəsinə görə (burada söhbət qarajlardan gedir) dövlət proqramı çərçivəsində L8 36.000 (otuz altı min) manat məbləğində kompensasiya ödənilir, L8 isə ikinci tərəfdən (Yasamal Rayon İcra Hakimiyyətindən) 36.000 (otuz altı min) manat məbləğində kompensasiya almaqla qeyri-yaşayış sahəsindən (qarajlardan) imtina edir. (cild 2, iş vərəqə 251).

34. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi “xxxx” MTK tərəfindən 120.000 manata Zərərçəkmiş şəxs2 satılmış 103 kv.m qeyri-yaşayış sahəsi və 10.800 manata satılmış 24 kv.m olan qaraj sahəs i Məhkum tərəfindən İlahə Ələsgərovaya satılaraq onun qızı Ləman Babayevanın adına rəsmiləşdirilmiş və sonuncu da həmin sahələrdən kompensasiya almaqla imtina etmişdir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən isə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

36. Kollegiya vurğulayır ki, Məhkum Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməklə ona 101.700 (yüz bir min yeddi yüz) manat məbləğində zərər vurması işə baxan məhkəmələrin gəldikləri nəticə əsaslıdır və heç bir şübhə doğurmur. Amma məhkəmə kollegiyası onu da apellyasiya məhkəməsinin diqqə tinə çatdırır ki, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq epizodu üzrə Məhkum 211.000 (iki yüz on bir min) manat zərər vurmaqla dələduzluq etməsi, yəni konkret olaraq məhkuma 109.300 manat məbləğində əlavə ittiham verilərək təqsirli bilinməsi anlaşılan deyildir və heç bir sübuta söykənmir. Çünki, cinayət işinin materiallarında Zərərçəkmiş şəxs2 qarşı dələduzluq epizodu üzrə Məhkum Zərərçəkmiş şəxs2 məxsus sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsi və 24 kv.m olan qaraj sahəsinə görə X15 verilmiş kompensasiyanı ələ keçirməsi barədə cinayət işinin materiallarında heş bir fakt və sübut yoxdur.

37. Bu fakt mübahisə olunmur ki, Zərərçəkmiş şəxs2 məxsus sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsi və 24 kv.m olan qaraj sahəsi məhkum tərəfindən sonradan X1, həmin sahələr onun qızı X8 adına rəsmiləşdirilmi ş və sonuncu da öz növbəsində Zərərçəkmiş şəxs2 məxsus həmin əmlaklara görə icra hakimiyyətindən müvafiq kompensasiya almışdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən epizod üzrə Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı 211.000 manat məbləğində dələduzluq etməsi barədə məhkəmələrin gəldikləri nəticənin əsassızlığı elə işin hallarından müəyyən olunur. İşin hallarında bu barədə belə göstərilir: “...Məhkum Zərərçəkmiş şəxs2 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, sonuncuya məxsus qeyd olunan əmlakların qanunsuz satılmasından əldə etdiyi ümumilikdə 101.700 (yüz bir min yeddi yüz) manat pul vəsaitini R7 aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və eti bardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 211.100 manat ziyan vurmaqla dələduzluq etmişdir”.

39. Göründüyü kimi 211.000 manatın Məhkum ittihamına hansı səbəbə görə daxil olması müəyyən deyildir.

40. Bu hallarla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı" 13 yanvar 2009-cu il, "Xirvisaari Finlandiyaya qarşı" 27 sentyabr 2001-ci il, "X25 qarşı" 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı" 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin h ər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alınmadığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.

41. Kollegiyanın qənaəti belədir ki,İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd edilən qərarlarının fövqündə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, işə baxan məhkəmələrin Məhkum Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsi epizodu üzrə gəldikləri qənaət qanun suz və əsassızdır.

42. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməlidir. Çünki sübutlara qiymət verilməsində bu mütləq şərtdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

43. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Lakin, işə baxa n məhkəmələr tərəfindən CPM-in 143-146-cı maddələrinin tələbləri pozulmuş və sübutlara qeyri-obyektiv qiymət verilmişdir.

44. Bundan başqa məhkəmə qeyd edir ki, işə baxan məhkəmələrin gəldikləri nəticə əsassız olmaqla CPM-in 349-cu maddəsinin tələbləri pozulmuşdur.

45. Belə ki, CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. (CPM 349.4) - Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;(CPM 349.5.1.) bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; (34 9.5.2) məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3).

46. Odur ki, kassasiya kollegiyası kassatorun dəlilləri ilə qismən razılaşır, onları əsaslı hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsinə dair hissədə hərtərəfli və obyektiv araşdırma aparmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutları qanuna müvafiq qaydada tədqiq etməli, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə düzgün qiymət verməli, iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir.

47. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və CPM-in 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikay ətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin qismən təmin edilməsi, göstərilən qərarın kassasiya şikayətinə münasibətdə ləğv edilməklə işin yeni apellyasiya baxışına təyin edilməsi əsaslı və məqsədəmüvafiqdir. ŞərhedilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-in416.0.1, cimaddələrinirəhbərtutaraq,məhkəməkollegiyası QƏRARA 416.0.2 və 419.10.2- ALDİ: Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi bu hissədə yeni apellyasiya baxışına təyin e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar