Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-28/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X4 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 311.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X5, hakimlər: X9 və X6) 05 noyabr 2021-ci il tarixli hökmü ilə 11 iyul 1953-cü il tarixdə Neftçala rayonu Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Salyan rayonlararası psixiatriya xəstəxanasında şöbə müdiri işləməklə, baş həkim vəzifəsini müvəqqəti icra edən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Neftçala ray onu, Qırmızıkənd kəndində yaşayan Məhkum оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 311.1 -ci maddəsi ilə ona 1 (bir) il, 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında,bələdiyyə,müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsinə əsasən 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edi lməklə 3000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. CM-in 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları toplamaqla Məhkum qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması və 3000 manat cərimə cəzaları təyin edilmiş, CM-nın 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir.Məhkum cəza çəkməsinin əvvəli cəzam icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış,ona təyin edilən cəzanın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli, 1(106)157/2022 saylı hökmü ilə (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə, Məhkum 04 İyun 2011-ci ıl tarixli, 123 saylı əmrlə Salyan Rayonlararası Psixiatriya xəstəxanının şöbə müdiri, həmçinin 23 iyul 2021- ci il tarixli 162-K nömrəli əmrlə 05 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək şöbə müdiri kimi vəzifəsində saxlanılmaqla həmin xəstəxananın baş həkimi vəzifəsini müvəqqəti icra edərkən, 12 iyun 2001-ci il tarixdə təsdiq edilmiş “Psixiatriya haqqında” Azərbaycan Respublikasının Q anununa və 26 iyun 1997-ci il tarixdə təsdiq edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirmək, psixi pozuntusu olan şəxslərə stasionar və ambulator şəraitində məsləhət-diaqnostika, müalicə, psixoprofilaktika, reabilitasiya yardımını həyata keçirmək, pasiyenti zəruri tibbi yardımla təmin etmək, pasiyentə onun şikayətinə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin ünvanları və telefon nömrələri ilə tanış olmaq imkanı yaratmaq, pasiyentin təhlükəsizliyini təmin etmək, pasiyentləri müalicə etmək, onlara diaqnoz yazmaq, diaqnoza uyğun olaraq epıkriz kağızı vermək və digər səlahiyyətlərə malik vəzif əli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin təyin olunmasından ötrü davranış pozuntusu diaqnozu ilə əlaqədar epikriz verilməsi üçün özünə 2021-ci ilin iyun ayının əvvəllərində özünə müraciət etmiş Biləsuvar rayon sakini X2 1 aydan artıq müddət ərzində stasionar müalicə alması barədə yalan qeydlər daxil etməklə mərkəzi sinir sisteminin üzvi xəstəliyi, davranış pozuntusu diaqnozu yazılmaqla yekunda epikriz (xəstəlik tarixi) verilməsinə görə 2021-cu ilin iyun ayının əvvəllərində sonuncudan Salyan rayonu Şorsulu kəndində yerləşən Salyan rayonlararası Psixiatrik xəstəxanasında xidməti otağında özü üçün birbaşa yolla maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, razılığını aldıqdan sonra 17 iyun 2021-ci il tarix də xidməti otağında Şahid1 ilk olaraq 500 manat pul vəsaitini alıb, cinayətkar niyyətini davam etdirərək Mühəddin Abbasova ümumiyyətlə heç bir stasionar müalicə növü tətbiq etmədən, davranış pozuntusu diaqnozunun olması, gündəlik kliniki söhbətlərin aparılması, laboratiya müayinələrinin keçirilməsi, davranış və hərəkətlərinə nəzarətin edilməsi, psixoloji və somatik müayinələrin aparılması kimi qeydlərin aparılması barədə rəsmi sənəd olan epikrizin məzmununa həmin inzibatı binada şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək yekunda “mərkəzi sinir sisteminin üzvi xəstəliyi, davranış pozuntusu" diaqnozu ilə 31 iyul 2021-ci il tarixdə stasionar müalicə müddətinin bitməsi ilə əlaqədar sonuncunun adına 17 iyun 2021-ci il tarixdə açmış olduğu “924/2021" nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik tarixini (epikrızi) 16 avqust 2021-ci il tarixdə yenidən xidməti otağında Mühəddin Abbasova verərək həmin vaxt vahid niyyətlə 300 manatı ondan alıb, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə Mühəddin Abbasovdan ümumilikdə özü üçün birbaşa yolla vahid niyyətlə maddi nemət olan 800 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə almış, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli, 1(106)-157/2022 saylı qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri v erilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, o cümlədən kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, apelyasiya məhkəməsi əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkum ilk dəfə cinayət törətməsi, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsi, ailənin yeganə qazanc gətirən fərdi olması, onun azadlıqdan məhrum edilmədən də islah edilməsinin mümkünlüyünün nəzərə alaraq ona təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsi barədə qərar çıxarıla bilər. Kassasiya şikayətinin təmin edilərək Məhkum Cinayət Məcəlləsinin 311.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının cə za hissəsində dəyişdirilməsini həmin cəzanın CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 18 yanvar 2023-cü il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarından müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmada n geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kolle giyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-28/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-28/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver