Məhkəmə qərarları › İş №1(102)-28/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-28/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-28/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-188/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəç isi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 01 avqust 1980-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı şəhəri, Natavan küçəsi, dalan 3, ev 5 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq İsmayıllı rayonunun Talıstan kəndində yaşamışdır. 2. 29 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 188.3 və 2222.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 10 noyabr 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum torpaq sahəsini qanunsuz olaraq özbaşına tutub üzərində tikinti işləri aparmaq qərarına gəlmiş, bu məqsədlə 2008-ci ildə, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı rayonu Talıstan kəndinin ərazisində yerləşən, 1:1000 miqyası üzrə döngə nöqtələrinin koordinatları X262091.86, Y4518727.47; X262098.75, Y4518720.23; X262113.47, Y4518704.8; X262102.32, Y4518691.17; X262078, Y4518714.4, X262085.6, Y4518721.54 olmaqla, İsmayıllı rayonu Talıstan bələdiyyəsinin mülkiyyətində olan bələdi yyənin ehtiyat fonduna aid 0,6 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin ətrafını ağac budaqları və məftillərlə çəpərləyərək özbaşına tutmuş, Talıstan bələdiyyəsi tərəfindən verilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq o, həmin torpaq sahəsinin onun mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsinə dair Talıstan bələdiyyəsinin qərarı, bələdiyyə ilə müqaviləsi və ya sair sənədi olmadan, habelə bu məqsədlə bələdiyyəyə hər hansı rəsmi müraciəti olmadan 2017-ci ildə, dəqiq tarixi müəyyən edilməyən vaxtda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan həmin torpaq sahəsinin gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, yəni 10000 voltluq yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasına düşən hissəsində, elektrik şəbəkəsinin 3,5 metr yaxınlığında yerləşən İsmayıllı rayonu Talıstan bələdiyyəsinin mülkiyyətinə aid həmin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi üzərində davamlı olaraq müxtəlif günlərdə özbaşına tikinti işləri aparmaqla əvvəlcə bir mərtəbədən ibarət tikili inşa etdirmiş, daha sonra, yəni 2022-ci ilin aprel ayınadək olan müddət ərzində dəqiq tarixi müəyyən edilməyən vaxtadək tikinti işlərini davam etdirib özünə iki mərtəbədən ibarət fərdi yaşayış evi inşa etdirərək və torpaq sahəsinin bir tərəfini daş hasarla hördürərək tikinti işlərini başa çatdırmaqla vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz olaraq mülkiyyət, istifadə və ya icarə hüququ olmadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonasına düşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ü zərində tikinti işləri aparmaqla və başqa üsullarla qanunsuz olaraq özbaşına tutmuşdur.

5. İsmayıllı Rayon Məhkəməsinin 1(037)-2/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 188.3 və 222-2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsinə əsasən 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə islah işləri cəzasının həmin Məcəllənin 68.3.1-ci maddəsinə əsasən 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası C M-nin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxs İsmayıllı rayonu Talıstan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-188/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-2/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə islah işləri cəzasına məhkum edilməsinə dair hissədə qazancından tutulan pulun məbləği müəyyən edilmədiyindən dəyişdirilmiş və onun həmin maddə üzrə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilməsi qərara alınmış, hökm verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti vermiş, daha sonra məhkumun kassasiya icraatında iştirak edən müdafiəçisi Müdafiəçi2 k assasiya şikayətinə əlavə vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində məhkuma Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə təyin edilmiş cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və həmin maddə ilə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi xahiş edilmişdir.

10. Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə məhkum tərəfindən törədilmiş hesab edilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olduğu, cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyündən onun barəsində cinayət işinin icraatına xitam verilməsi xahiş edilmişdir. Həmçinin əlavə olaraq göstərilmişdir ki, Məhkum tərəfindən istifadə olunan torpaq sahəsinin kənd təsərrüfat təyinatlı torpaq sahəsi olması ilə əlaqədar heç bir sübut yoxdur. Həmin torpaq sahəsinin kateqoriyasının müəyyən olunması ilə əlaqədar ekspertiza keçirilməli və torpaq sahəsinin kənd təsərrüfat təyinatlı torpaq olması ilə əlaqədar rəy alınmalı, yaxud heç olmazsa bununla bağlı mütəxəssis rəyi alınmalı idi. Göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyündən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Kassasiya şikayətinə və ona əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya m üraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, k assasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkumun apellyasiya instansiyası məhk əməsində icraatda iştirak etmiş müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində məhkum X2 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və cəzasının yüngülləşdirilməsini xahiş etsə də, kassasiya icraatında iştirak edən Müdafiəçi2 kassasiya şikayətinə verilmiş əlavə üzrə tələbi dəyişdirərək, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyündən cinayət işi üzrə icraata xitam verilməsi barədə tələblər üzrə işə baxılmasını xahiş etmişdir.

17. Müdafiəçi1 kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməli və cəzasının yüngülləşdirilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş məhkəm ə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Müdafiəçi2 kassasiya şikayətinə əlavədə cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyündən cinayət işi üzrə icraata xitam verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.11-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-188/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötməsi barədə kassasiya şikayətinə əlavədə göstərilən dəlillərə qiymət verilməsini zəruri hesab edir.

20. Məhkum qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi o, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini 2008-ci ildə dəqiq tarixi müəyyən edilməyən vaxtda bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hasarlamaqla başlamışdır. Həmçinin məhkum edilmiş şəxs həmin torpaq sahəsinin gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkəsinin mühafizə zonasına düşən hissəsində qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə almadan 2017-ci ildə dəqiq tarixi müəyyən edilməyən vaxtdan 20 22-ci ilin aprel ayınadək olan müddət ərzində dəqiq tarixi müəyyən edilməyən vaxtadək özbaşına tikinti işləri aparmaqla Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

21. Göründüyü kimi, məhkum edilmiş şəxsə verilmiş ittiham üzrə hər iki cinayət əməli uzanan cinayətlərə aid olmaqla, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi üzrə 2008-ci ildə dəqiq tarixi müəyyən edilməyən vaxtdan ona ittiham elan edilən 10 avqust 2022-ci il tarixədək, Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi üzrə isə 2017-ci ildə dəqiq tarixi müəyyən edilməyən vaxtdan 2022-ci ilin aprel ayınadək olan müddət ərzində dəqiq tarixi müəyyən edilməyən vaxtadək davam etmişdir.

22. Azərbaycan Respublikası CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədil diyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır.

23. Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin mahiyyəti qanunda göstərilən müddətin keçməsi ilə əlaqədar şəxsin törətdiyi cinayətə görə cinayət məsuliyyətinin aradan qalxmasıdır.

24. Cinayət məsuliyyətinə cəlbetmə müddəti cinayətin faktiki qurtardığı vaxtdan, uzanan cinayətlərdə təqsirkarın öz təşəbbüsü ilə, yaxud onun iradəsindən asılı olmayan səbəblər üzündən cinayətin dayandırıldığı vaxtdan, davam edən cinayətlərdə isə davam edən cinayətin tərkib hissəsi olan sonuncu hərəkət aktının törədildiyi vaxtdan başlanır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinin cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bu növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-ci il tarixli qərarı).

26. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi hər iki cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir.

27. Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsində isə müəyyən edilir ki, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

28. Müvafiq olaraq, baxılan işdə Məhkum törətdiyi hər iki cinayət əməli az ağır ci nayətlər kateqoriyasına aid edilməklə uzanan cinayət olduğundan, iradəsindən asılı olmayan səbəblərə görə 2022-ci ilin aprel ayınadək davam etdiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı məhz həmin andan başlandıqdan, qeyd edilən andan indiyədək qanunvericiliklə müəyyən edilmiş 7 il müddəti keçmədiyindən, törətdiyi cinayətlərə görə onun müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi yolverilməzdir.

29. Torpaq sahəsinin kateqoriyasının müəyyən edilməli olması ilə bağlı kassasiya şikayətinə əlavədə göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, bələdiyyənin mülkiyyətində olması cinayət işi materiallarında olan səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlər əsa sında tam təsdiqini tapmışdır. Buna görə də həmin halın araşdırılmasına dair ibtidai istintaq orqanı və məhkəmələr tərəfindən əlavə sübutun əldə edilməsinə zərurət olmamışdır.

30. Məhkəmə kollegiyası həmçinin Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi edilməsi barədə kassasiya müraciətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

31. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nə zərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-c i maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

32. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

33. Cəzanın təyin edilməsinin ümumi əsa slarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

34. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindi rmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

36. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.

37. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquq i xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

38. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə isə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin tö rədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

39. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edibetməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyin ində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.

40. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin və ona əlavələrin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi haqqında iddianın əsassız olduğu müəyyən edilir.

41. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza t əyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, nəticə etibarilə məhkuma təyin edilmiş cəza onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyalarının aşağı həddindədir və maddi cinayət-hüquqi normalarına uyğundur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi məsələsi daxil olmaqla) imkan yaradan hallar kimi qiymətləndirmək üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmiş, məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

44. Qeyd olunanlar apellyas iya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

45. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-188/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-188/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar