Məhkəmə qərarları › İş №1(102)-280/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-280/2019

22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-280/2019 22.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)280-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 22 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, məhkum Hüseynov Cəmaləddin Musa oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü ilə Hüseynov Cəmaləddin Musa oğlunun və Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və qeyrisinin təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarından məhkumlar Hüseynov Cəmaləddin Musa oğlu və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə) 01 mart 2017-ci il tarixli hökmü ilə Məhkum1 –xx xxxxx 1991-ci ildə *********** şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ********** şəhəri, ****************** qeydiy yatda olan və yaşamış, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum1 qəti cəza - cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. H6 –xx xxxxxx 1962-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsindəqeydiyyatda olmaqla Bakı şəhəri, ************************** yaşamış, Azərbayc an Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə H6 qəti cəza - cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə X8 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Azərbaycan Respublikası vətəndaşları Məhkum1, Məhkum2 və X8 2016-cı ilin iyul ayında öz aralarında və İran İslam Respublikasında olan digər şəxslə satış m əqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum1 31 iyul 2016-cı ildə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postundan keçərək Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, İran İslam Respublikasının Biləsuvar şəhərində cinayətkar qrupun üzvü Məhkum2la görüşərək onunla birlikdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən 5 ədəd bükümdə külli miqdarda, 167,512 qram qram heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, hər birinə veriləcək 500 manat pul müqabilində Azərbaycan Respublikasına gətirib Bakı şəhərində cinayətkar qrupun üzvü Zahir Novruzova təhvil vermək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Məhkum1 düz bağırsağında yerləşdirib saxlamış, daşımış, Məhkum2la birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıdarkən həmin gün saat 15:30 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə birgə keçirmiş, gömrük nəzarəti zamanı düz bağırsağında olan narkotik vasitə bükümləri aşkar edilib götürülmüş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum2 da “Qoşa Təpə” gömrük postunda gömrük nəzarətindən keçərkən saxlanılmışdır. Hökmdən məhkum H6, Mə hkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X13 və X1 ibarət tərkibdə) 23 may 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarından məhkumlar H6 və Məhkum1 kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı işin hal və xüsusatları əsaslı şəkildə araşdırılmamış, nəticədə ədalətli olmayan qərar qəbul ed ilmişdir. Belə ki, istər ibtidai istintaq, istərsə də işə baxmış məhkəmələr üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitənin satış məqsədi ilə ölkəyə gətirilib-gətirilmədiyini sübutlarla və dəlillərlə sübuta yetirməyib. Belə ki, o, narkotik istifadəçisi olmuş və bu analizlərlə də təsdiq olunmuşdur. Üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitə şəxsi istehlak məqsədi ilə gətirilib. Bunu istintaq və məhkəmədə də təsdiqləyib. Məhkəmələr qeyd olunan halı nəzərə almamışdır. Məhkəmələr cəza təyin edərkən sosial vəziyyətini, şəxsiyyətini və digər halları nəzərə almamışlar. Anasının ağır onkoloji xəstə olmasını, ailədə yeganə qazanc gətirən olmasını, atasının vəfat etməsi nəticəsində xəstə və yaşlı anasının onun himayəsində olmasını, ilk dəfə cinayət törətməyini nəzərə almamışlar. Hökm ç ıxarılarkən sosial ədalət prinsipi pozulub. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum H6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış məhkəmələr onun cəzasını yüngülləşdirən halları nəzərə almımışlar. Belə ki, işin sifarişçisi X8 onun və iş üzrə digər Məhkum1 ifadələri əsasında ifşa olunaraq həbs olunmuşdur. Belə olan halda CM-nin 234-cü maddəsinin “Qeyd”inə əsasən cinayət məsuliyyətindən azad olunmalıdır. Bundan başqa, yaşını, xəstə olmasını, törədilmiş cinayətin sifarişçisinin ifşa olunmasına köməklik etməsini nəzərə alıb ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edilməməsini və ya təyin edilmiş cəzanın CM-nin 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin mate riallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışı nın nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkum1 kassasiya şikayətini onunla əsa slandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitənin satış məqsədi ilə ölkəyə gətirilib-gətirilmədiyini sübutlarla və dəlillərlə sübuta yetirməyib. Hər iki məhkumun məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərmişlər ki, Z6 narkotik vasitəni İrandan gətirib Bakı şəhərində ona təhvil vermələri müqabilində onların hər birinə 500 manat pul verməyi vəd etmişdir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş məhkum X8 ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, H6 2016-cı ilin iyul ayının 29-da ona zəng edərək İranda olduğunu, orada olan tanışından narkotik vasitə heroin ala biləcəyini demiş və narkotiki Azərbaycana aparmaq üçün bir nəfər adam tapmasını təklif etmişdir. Həmin ərəfədə əsgərlik yoldaşı Məhkum1 ilə görüşmüşlər. Söhbət zamanı H6 təklifi barədə O6a demişdir. O6 gedib İrandan narkotiki gətirmək istədiyini bildirmişdir. Bundan sonra H6 telefon nömrəsini O6a vermiş, O6 H6lə danışmışdır. 31 iyul 2016-cı il tarixdə O6la birlikdə İrana yola düşmüşlər. X12 İdarəsinin «Qoşa Təpə» gömrük postundan onu İrana buraxmamışlar. Belə ki, onun sərhəddən keçməsinə qadağa qoyulmuşdur. Ona görə də o geri, Bakıya qayıtmış, O6 isə İran tərəfə keçmişdir. Həmin gün axşam tərəfi H6 ona zəng edərək narkotiki gətirdiyini demiş, pulu harada götürəcəyini soruşmuşdur. O, H6lə pul danışmadığından H6 gömrükdə saxlanıldığını başa düşərək telefonu söndürmüşdür. Narkotiki İrandan Azərbaycana gətirməyə görə Məhkum1 və Məhkum2 pul vermə yi vəd etməmişdir. Hər üç məhkumun ifadələrindən göründüyü kimi, Məhkum1 və Məhkum2 faktiki olaraq narkotik vasitələri Z6 sifarişi ilə hər birinə 500 manat verəcəyini vəd etdiyinə görə satış məqsədi ilə gətirmişlər. Ona görə də narkotik vasitəni şəxsi istehlakı üçün gətirdikləri barədə kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkum H6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış məhkəmələr onun cəzasını yüngülləşdirən halları nəzərə almamışlar. Belə ki, işin sifarişçisi X8 onun və iş üzrə digər Məhkum1 ifadələri əsasında ifşa olunaraq həbs olunmuşdur. Belə olan halda CM-nin 234-cü maddəsinin “Qeyd”inə əsasən cinayət məsuliyyətindən azad olunmalıdır. Bundan başqa, yaşını, xəstə olmasını, törədilmiş cinayətin sifarişçisinin ifşa olunmasına köməklik etməsini nəzərə alıb ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edilməməsini və ya təyin edilmiş cəzanın CM-nin 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndində göstərilir ki, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadəsində Məhkum2 göstərmişdir ki, göz xəstəliyi ilə əlaqədar olaraq İran İslam Respublikasına gedərkən orada D6 adlı şəxslə tanış olmuşdur. D6 ona bir neçə dəfə Azərbaycana narkotik vasitə daşımasını təklif etmiş, lakin o, razılaşmamışdır. Hadisədən təxminən bir ay əvvəl Bakı şəhərində “Zako” ləqəbli Z6 adlı şəxslə tanış olmuşdur. Z6 İran barədə danışdıqda Zahir ondan İrandan narkotik vasitə gətirməyin mümkün olub-olmadığını soruşmuşdur. O isə narkotik gətirməyin mümkün olduğunu, bu barədə iranlı tanışı ilə danışacağını demişdir. Bir-birlərinin telefon nömrələrini götürmüşlər. 28 iyul 2016-cı il tarixdə Biləsuvar Gömrük idarəsinin “Qoşa Təpə” gömrük postundan keçməklə İrana getmiş, Farsabad şəhərində tanışı D6 görüşmüşdür. D6 Z6 haqqında danışmış və onun telefon nömrəsini vermişdir. D6 onun telefonundan istifadə etməklə «Zako» ləqəbli Zahi r ilə danışmışdır. D6 Zahir ilə danışdıqdan sonra bir nəfərin İrana gələcəyini demişdir. Cinayət işinin materiallarında X5 cinayət məsuliyyətinə cəlb edilməsi, cinayətlərinin açılması və onun məsuliyyətdən yayınıb gizləndiyi yerin aşkar edilməsindəMəhkum2 fəal iştirak etməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsində onun təşəbbüskar iştirakı isə sübut edilmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cina yətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 barəsində cinayət təqibinə xitam verilməsi və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cümaddələrinin sanksiyalarında nəzərdə tutulmuş a zadlıqdan məhrum etmə cəzalarının aşağı həddindən də az cəza təyin edilməsi üçün əsasların olması müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri də əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. H6, Məhkum1 və qeyrisinin təqsirli bilinmələri barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarı Hüseynov Cəmaləddin Musa oğluna və Məhkum1 aid hissədə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar