Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-280/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ xx xxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun və məhkum x1 iştirakları ilə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim Ə.A.Cəfərov) xx xxxxx 2019-cu İl tarixli hökmü ilə, x1- xx xxxx 1995-ci il tarixdə Ü1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ü1 qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçək mə müddətinin əvvəli xx xxxxxx 2018-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 04:48 radələrində Ü2 ünvanında yerləşən vətəndaş x2 məxsus “Sultan” hamamının arxa giriş qapısının açıq olmasından istifadə edərək oraya və hamamın müdir otağında yerləşən saxlanc yeri olan seyfə qanunsuz daxil olaraq həmin seyfdən 4000 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs x2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), R. K.Səfərov və R.M.Abdulov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından x1 kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəllər x2 məxsus “Sultan” hamamında ofisiant işlədiyini, həmin müddətdə onun əmək haqqı müxtəlif bəhanələrlə kəsildiyi, sonuncu ay ümumiyyətlə ona əmək haqqı verilmədiyi üçün onun hamamdan oğurladığı məbləğ haqqı olduğu məbləğ qədərdir. Seyfdə daha çox məbləğdə pul olsa da, o yalnız ona verilməli olan məbləğdə pul götürmüşdür. Ona residivin mövcud luğuna uyğun cəza təyin edilmişdir. Lakin onun əməlində residiv olmamışdır. Göstərilən halları nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə x1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsas ən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. x1 kassasiya şikayətində əvvəllər x2 məxsus “Sultan” hamamında ofisiant işlədiyi, həmin müddətdə onun əmək haqqı müxtəlif bəhanələrlə kəsildiyi, sonuncu ay ümumiyyətlə ona əmək haqqı verilmədiyi üçün onu n hamamdan oğurladığı məbləğ haqqı olduğu məbləğ qədərdir. Seyfdə daha çox məbləğdə pul olsa da, o yalnız ona verilmli olan məbləğdə pul götürmüşdür. Ona residivin mövcudluğuna uyğun cəza təyin edilmişdir. Lakin onun əməlində residiv olmamışdır. Göstərilən halları nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə onun ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halın olmamsını nəzərə almışdır. Eyni zamanda hökmdə qeyd edimişdir ki, x1 əməlinə tənqidi yanaşmamış, öz qanunsuz hərkətlərinə haqq qazandırmağa çalışmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üz rə qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi məhkumun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun cəza təyin etmişdir. Cəzanın yüngülləşdirilməsi üçün cinayət işinin materiallarında başqa zəruri halların mövcudluğu müəyyən edilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkum x1 tərəfindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş zərər ödənilməmişdir. Məhkəmə kollegiyası məhkumun cinayət əməlini törətdikdən sonra davranışına qiymət verərək, hesab edir ki, məhkum cinayət əməli nəticəsində vurulmuş zərəri ödəməmiş, cinayətin ictimai təhlükəliliyini aradan qaldıran başqa heç bir tədbir görməmişdir. Beləliklə məhkəmə kollegiyası apelyasiya məhkəmə kollegiyasının gəldiyi nəticəni əsaslı hesab edərək, cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkum x1 x2 məxsus “Sultan” hamamında ofisiant işlədiyi müddətdə əmək haqqından əsassız tutmaların olmasını və əmək haqqının verilməməsini təsdiq edən hər hansı sübut cinayət işinin materiallarından müəyyən edilməmişdir. Məhkum bu barədə müvafiq məhkəməyə mülki mühakimə qaydasında mülki iddia verməmişdir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdiri lməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cə maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı x1 kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-280/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-280/2020
10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver