Məhkəmə qərarları › İş №1(102)-280/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-280/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-280/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Əliyev Namiq Qadir oğlunun və Məhkum iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: H.E.Kamranov) Məhkum - xx xxxxxxxx 1993-cü ildə Naxçıvan şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 kirayənişin yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkm əklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin başlanğıcının 01 mart 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X5 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum və X5 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, Məhkum məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etmələri barədə tanışı X5 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup halında 24 fevral 2019-cu il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanda yerləşən köşkün pəncərəsini əli il ə sındıraraq içəri qanunsuz daxil olmaqla həmin köşkdən 20 blok, yəni 1 ədədinin dəyəri 3 manat olan, ümumilikdə 600 manat dəyərində 200 ədəd “Kent” markalı, 10 blok, yəni 1 ədədinin dəyəri 3 manat 30 qəpik olan, ümumilikdə 330 manat dəyərində 100 ədəd “Sobranİe” markalı, 2 blok, yəni bir ədədinin dəyəri 3 manat olan ümumilikdə 60 manat dəyərində 20 ədəd “Davidoff’ markalı, 5 blok, yəni 1 ədədinin dəyəri 1 manat 50 qəpik olan, ümumilikdə 75 manat dəyərində 50 ədəd “NZ” markalı, 10 blok, yəni 1 ədədinin dəyəri 1 manat 90 qəpik olan, ümumilikdə 190 manat dəyərində 100 ədəd “Palmall” markalı, 5 blok, yəni 1 ədədinin dəyəri 1 manat 70 qəpik olan, ümumilikdə 85 manat dəyərində 50 ədəd “Vest” markalı, 10 blok, yəni 1 ədədinin dəyəri 2 manat 80 qəpik olan, ümumilikdə 280 manat dəyərində 100 ədəd “Vinston XS” markalı, 5 blok, yəni 1 ədədinin dəyəri 1 manat 90 qəpik olan, ümumilikdə 95 manat dəyərində 50 ədəd “Vinchester” markalı, 3 blok, yəni 1 ədədinin dəyəri 1 manat 20 qəpik olan, ümumilikdə 36 manat dəyərində 30 ədəd “Argo” markalı siqaretləri, ümumilikdə 150 manat dəyərində müxtəlif çeşidli alışqanları, 3 ədəd 10 manat dəyərində Azercell, 3 ədəd 10 manat, 2 ədəd 5 manat dəyərində Bakcell, 2 ədəd 10 manat dəyərində Azerfon operatorlarına məxsus danışıq kartlarını, 750 manat məbləğdə əskinas və 200 manat məbləğdə qəpik pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 2.941 manat məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən və m əruzəçi), İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) 01 noyabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edərkən onun zərərçəkmiş şəxslə barışığa gəldiyini, ona dəymiş ziyanı tam olaraq ödədiyini cəzasını yüngülləşdirən hal kimi, ailə vəziyyətinin həm maddi, həm də mənəvi baxımdan çətin olduğu üçün bu cinayət əməlini törətdiyini nəzərə almamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq cəza müddətinin azaldılmas ı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olm ayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxslə barışığa gəldiyini, ona dəymiş ziyanı tam olaraq ödədiyini cəzasını yüngülləşdirə n hal kimi nəzərə almaqla cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Sübutların toplanması, məhkəmə iclasında tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində təsbit olunmuş tələblərin pozulması halları müəyyən edilməmiş, Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsində sadalanan hallara uyğun mümkünsüz sübutlara istinad edilməmişdir. Toplanmış və məhkəmənin istinad etdiyi sübutların məcmusu sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Belə ki, Məhkum təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum onun ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və əməli Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmiş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki Məhkum həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmışdır. Apelyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə eləməsini nəzərə almış və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və onun cəzasını ağırl aşdıran hal hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 12.03.2019-cu il tarixli cavabından görünür ki, Məhkum Bakı şəhəri Xətai rayon məhkəməsinin 16.12.2011-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilərək şərti olaraq məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 71.5, 67.1-ci maddələri ilə təqsirli bilinib 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 24.10.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 66.5-ci maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26.05.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon məhkəməsinin 24.10.2012-ci il tarixli hökmündən 177.2.4-cü maddəsi xaric edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 05 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.10.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26.05.2017-ci il tarixli qərarı ilə Məhkum təyin edilmiş 05 il 05 ay azadlıqdan məhrum etmə cəzası 05 il 06 aya endirilmiş, Bakı şəhəri Binəqədi RPİ İş-də Məhkum barəsində 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə icraat 01.10.2013-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (i.V. 202-204); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş sa yılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunmuşdur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Məhkum ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi Məhkum hazırki cinayət işi üzrə təqsirli hesab etdiyi cinayət əməlini törədənədək dəfələrlə mülkiyyət əleyhinə olan cinayətlər törətməyə görə məhkum olunmasını, təyin olunmuş cəzalara baxmayaraq Məhkum islah yoluna qədəm qoymamasını onun şəxsiyyətini mənfi səciyyələndirilən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq birinci instansiya məhkəməsi Məhkum onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni və ədalətli hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bil inən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, Məhkumna cəza təyin edilərkən yuxarıda göstərilən maddələrin tələblərinə əməl edildiyindən və cəzanın yüngülləşdirilməsi üçün başqa əsaslar ol madığından kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar