Məhkəmə qərarları › İş №1(102)-2801/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2801/2025

12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2801/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə, xx xxxxxxx 1977-ci il tarixdə Quba rayonu, Zərdabi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 1(105)56/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2024-cü il 23 oktyabr tarixli 1(067)-77/2024 nömrəli hökmü ilə (hakim N.Abiyeva) Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı iki gün müddətin ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkk iz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 1(105)56/2025 nömrəli qərarı ilə (hakimlər E.Əhmədov (sədrlik edən), M.Rzayev və İ.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2024-cü il 23 oktyabr tarixli 1(067)-77/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 1(105)-56/2025 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq tərkibində narkotik vasitə olan metadon həbini xeyli miqdarda, məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə o, Xaçmaz rayonu, Qaraqurtlu kəndində saxlanılıb xx.xx.2023-cü il tarixdə saat 18:50-dən 19:00-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində ola n qara rəngli dəri gödəkçənin sol döş cibindən üzərində “M-40” göstəricisi olan tərkibində təsiredıci maddəsinin ümumi miqdarı 0,04 qram narkotik vasitə metadon olan 01 ədəd həb aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqda və daşımaqda, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, məhkəmələr hüquqi nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduqları halda CPM-in müvafiq tələblərini kobud şəkildə pozaraq onun ibtidai istintaq zamanı işgəncə və qeyri-insani rəftar vasitəsi ilə verdiyi ifadəni əsas götürmüşlər. Onun üzərində narkotik vasitə olmamışdır. İş materiallarında qeyd olunan narkotik vasitə polis şöbəsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən onun üzərindən çıxarılmışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının onun barəsində olan 2025-ci il 15 yanvar tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 2025-ci il 15 yanvar tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Məhkumun kassasiya şikayətindən görünür ki, o, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hər hansı bir cinayət əməlini törətmədiyini iddia etməklə, CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən e tməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəm əsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irə li sürdüyü, iş üzrə müəyyən edilmiş faktlara əsaslanmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət prosessual qanunun tələblərinə, o cüm lədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 234.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyas iya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr yalnız onun müdafiəçinin iştirakı ilə ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrlə deyil, işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən narkotik vasitənin müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı məhkumun üzərindən götürülməsi və həmin vaxt məhkumun narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsi, polis əməkdaşları tərəfindən ona qarşı işgəncə və ya sair zorakılığın, hər hansı formada qanunsuz təsir etmənin tətbiq edilmədiyini bildirməsinə dair 2023-cü il tarixli 11 noyabr, 12 noyabr və 20 dekabr tarixli dindirmə protokolları, fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı məhkəmə istintaqı zamanı səsləndirdiyi fikirlərlə əlaqədar məhkəmənin müraciətinə əsasən Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində aparılan araşdırmanın nəticələrinə görə çıxarılmış cinayət işinin başlanmasının rədd edilməsinə dair 2024-cü il 14 iyun tarixli qərar, məhkumdan götürülmüş predmetin təmiz çəkişi 0,04 qram təşkil edən narkot ik vasitə metodon olması barədə məhkəmə kimyəvi ekspertizasının 2023-cü il tarixli 11 noyabr tarixli rəyi, məhkumda opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyinin müəyyən edilməsinə dair ambulator məcburi narkoloji tibbi yoxlamanın 2023-cü il 12 dekabr tarixli rəyi, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ibtidai araşdırma dövründə məhkum barəsində həbs qətimkan tədbiri seçilməmiş və o, azadlıqda olmuş, iddia etdiyi fiziki və psixi təzyiqlə bağlı müraciətlər etmək imkanını məhdudlaşdıran, istisna edən hal olmamışdır. Eyni zamanda, məhkuma zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər də mövcud olmamışdır. Beləliklə, məhkum edilmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsassız olmaqla iş materialları ilə təkzib edilmiş, müdafiə tərəfi polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşdığından məhkəmələr həmin ifadələri mötəbər sübut kimi qiymətləndirməkdə haqlı olmuşdur. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apelly asiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkuma cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi ilə yanaşı cəzanın CM-in 65.2-ci maddəsinə əsasən, yəni CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaq şərti ilə təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin residivinin müəyyən olunmasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib məhkuma təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cinayətlərin residivinə görə cəzanın təyin edilməsinə və cəzanın məqsədlərinə dair C M-in müvafiq olaraq 59, 61, 58, 65.2, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Həmçinin qeyd olunmalıdır ki, məhkum qəsdən analoji cinayətləri törətməyə görə əvvəllər təqsirli bilinərək məhkum olunmasına baxmayaraq, bunlardan nəticə çıxarmamış və yenidən qəsdən az ağır cinayət törətmişdir. Həmin hal məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, cinayət törədərək əvvəl məhkum olunmasına və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül cəza təyin edilməsinə baxmayaraq, cinayətkar hərəkətlərini dayandırmaması, yenidən qəsdən az ağır cinayət törətməsi onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəki nməməsini və görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Məhkəmə kollegiyasına işin bu halı məhkumun islah yoluna qədəm qoymadığını göstərməklə, onun yalnız məhkəmə tərəfindən təyin edilən həddə azadlıqdan məhrumetmə növündə cəza çəkməklə islah edilməsinin mümkünlüyü nəticəsinə gəlməyə əsas verir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbi q edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə ko llegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1416.1.3, 416.1.6-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 15 yanvar tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edi lməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 1(105)-56/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar