Məhkəmə qərarları › İş №1(102)-2804/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2804/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2804/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov X1 ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum – Məhkum iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, İİİ qrup əlil, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 20/9, mənzil 18-də qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrum etmə növ ündə cəza çəkən Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 21 iyun tarixli 1(105)-382/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 03 aprel tarixli 1(124)-58/2025 nömrəli hökmü (hakimlər F.Hümbətov (sədrlik edən və məruzəçi), H.Əliyev və A.Rzayeva) ilə Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməs i, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib, ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-in 79.1-ci maddəsinə əsasən himayəsində olan iki azyaşlı uşaqları on dörd yaşına çatanadək ona təyin edilmiş cəzanın çəkilməsi təxirə salınmış, iş üzrə qətimkan tədbiri, maddi sübutların taleyi məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 21 iyun tarixli 1(105)-382/2025 nömrəli qərarı ilə (hakimlər K.Muxtarov (sədrlik edən və məruzəçi), M.Rz ayev və E.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 03 aprel tarixli 1(124)-58/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 21 iyun tarixli 1(105)-382/2025 nömrəli qərarından Məhkum kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin mahiyyəti üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək b ir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, Təqsirləndirilən şəxs məxsus «Blackview» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» adlı səhifə açaraq, həmin səhifədə «WhatsApp» mobil tətbiqində olan nömrələrin gizli izlənməsi barədə elan yerləşdirib, həmin səhifənin bir nüsxəsini özünə məxsus «Xiaomi» markalı mobil telefonunda açaraq «Kapital Bank»dan Təqsirləndirilən şəxsnm adma 4169 7388 6910 0234 nömrəli bank kartı almaqla kartı özündə saxlamış, Təqsirləndirilən şəxsnm mobil telefonundakı «Birbank» tətbiqində həmin kartı qeydiyyatdan keçirərək, sonuncunun mobil telefonunda ***-***-**-** nömrəsinin «WhatsApp» mobil tətbiqini açmış, bundan sonra xx.xx.2023-cii il ta rixdə «günel_agayefha» adlı səhifəsinə sevgi münasibətində olduğu xanımın «WhatsApp» mobil tətbiqini izləmək istəməsi barədə müraciət edən Zərərçəkmiş şəxs1 izləmək istədiyi şəxsin mobil nömrəsini və 50 manat pulu ona deyilən kart hesabına göndərməsini dedikdən sonra, sonuncu xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində özünə məxsus «Unibank» bank kartının hesabından Məhkum ona göndərdiyi 4169 7388 6910 0234 nömrəli kart hesabına 50 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, Zərərçəkmiş şəxs1 aldadaraq ona istədiyi, tətbiqi izləmək üçün hər hansı proqram linki göndərməmiş, əksinə aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün Zərərçəkmiş şə xs1 xx.xx.2023-cü il tarixdə, axşam saatlarında 150 manat pul tələb etdiyindən, sonuncunun həmin gün yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivində yerləşən fərdi evdə olan zaman mobil telefonunda olan «Unibank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan 4169 7388 6910 0234 nömrəli kart hesabına göndərdiyi 150 manat məbləğində əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirməklə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talamışlar. Bundan başqa, Məhkum və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Məhkum, Təqsirləndirilən şəxs məxsus «Blackview» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» adlı səhifə açaraq, həmin səhifədə «WhatsApp» mobil tətbiqində olan nömrələrin - gizli izlənməsi barədə elan yerləşdirib həmin səhifənin bir nüsxəsini özünə məxsus «Xiaomi» markalı mobil telefonunda açaraq «Kapital Bank»dan Təqsirləndirilən şəxsnm adına 4169 7388 6910 0234 nömrəli bank kartı almaqla kartı özündə saxlamış, Təqsirləndirilən şəxsnm mobil telefonundaki «Birbank» tətbiqində həmin kartı qeydiyyatdan keçirərək, sonuncunun mobil telefonunda ***-***-**-** nömrəsinin «WhatsApp» mobil tətbiqini açmış, bundan sonra xx.xx.2023-cü il tarixdə «günel_agayefha» adlı səhifəsinə sevgi münasibətində olduğu xanım ın «WhatsApp» mobil tətbiqini izləmək istəməsi barədə müraciət edən Zərərçəkmiş şəxs2 izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu ona deyilən kart hesabına göndərməsini dedikdən sonra, sonuncu xx.xx.2023-cü il tarixdə, tanışına məxsus «ABB» bank kartının hesabından Məhkum ona göndərdiyi 4169 7388 6910 0234 nömrəli kart hesabına 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, Zərərçəkmiş şəxs2 aldadaraq ona istədiyi tətbiqi izləmək üçün hər hansı proqram linki göndərməmiş, əksinə aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində sonuncunun yaşadığı ünvan 1 ünvanında olan zaman 400 manat pul tələb etdiyindən, Zərərçəkmiş şəxs2 həmin gün tanışının vasitəsi ilə «ABB» bank kartının hesabından Təqsirləndirilən şəxsnm adma 4169 7388 6910 0234 nömrəli kart hesabına göndərdiyi 400 manat məbləğində əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirməklə Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talamışlar. Bundan əlavə, Məhkum və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Məhkum, Təqsirləndirilən şəxs məxsus «Blackview» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «günel_agayefha», adlı səhifə açaraq, həmin səhifədə «WhatsApp» mobil tətbiqində olan nömrələrin gizli izlənməsi barədə elan yerləşdirib həmin səhifənin bir nüsxəsini özünə məxsus «Xiaomi» markalı mobil telefonunda açaraq «Kapital Bank»dan Təqsirləndirilən şəxsnm adma 4169 7388 6910 0234 nömrəli bank kartı almaqla kartı özündə saxlamış, Təqsirləndirilən şəxsnm mobil telefonundaki «Birbank» tətbiqində həmin kartı qeydiyyatdan keçirərək, sonuncunun mobil telefonunda ***-***-**-** nömrəsinin «WhatsApp» mobil tətbiqini açmış, bundan sonra xx.xx.2023-ci il tarixdə «günel_agayefha» adlı səhifəsinə arvadının «WhatsApp» mobil tətbiqini izləmək istəməsi barədə müraciət edən Zərərçəkmiş şəxs4 izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu ona deyilən kart hesabına göndərməsini dedikdən sonra, sonuncu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə olduğu zaman xx.xx.2023-cü il tarixdə, saat 14:18-də özünə məxsus «Kapital Bank» bank kartının hesabından «Birbank» tətbiqi vasitəsi ilə Məhkum ona göndərdiyi 4169 7388 6910 0234 nömrəli kart hesabına 30 manat, həmin yerdə eyni vasitə ilə saat 15:10-da həmin kart hesabına 30 manat olmaqla, ümumilikdə 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, Zərərçəkmiş şəxs4 aldadaraq ona istədiyi tətbiqi izləmək üçün hər hansı proqram linki göndərməmiş, əksinə aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün Zərərçəkmiş şəxs4 həmin gün 250 manat pulu hədə-qorxu ilə tələb etmiş, sonuncu həmin pulu göndərmədiyindən yazışmaları qarşı tərəfə göndərərək Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 rüsvay edilməsinə nail olmuşlar. Bundan başqa, Məhkum və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Məhkum, Təqsirləndirilən şəxs məxsus «Blackview» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» adlı səhifə açaraq, həmin səhifədə «What sApp» mobil tətbiqində olan nömrələrin gizli izlənməsi barədə elan yerləşdirib həmin səhifənin bir nüsxəsini özünə məxsus «Xiaomi» markalı mobil telefonunda açaraq «Kapital Bank»dan Təqsirləndirilən şəxsnm adına 4169 7388 6910 0234 nömrəli bank kartı almaqla kartı özündə saxlamış, Təqsirləndirilən şəxsnm mobil telefonundaki «Birbank» tətbiqində həmin kartı qeydiyyatdan keçirərək, sonuncunun mobil telefonunda ***-***-**-** nömrəsinin «WhatsApp» mobil tətbiqini açmış, bundan sonra xx.xx.2023-cü il tarixdə «günel_agayefha» adlı səhifəsinə xanım qohumunun «WhatsApp» mobil tətbiqini izləmək istəməsi barədə müraciət edən Zərərçəkmiş şəxs3 izləmək istədiyi şəxsin mobil nömrəsini və 60 manat pulu ona deyilən kart hesabına göndərməsini dedikdən sonra, sonuncu yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivində yerləşən fərdi yaşayış evində xx.xx.2023-cü il tarixdə, tanışına məxsus «ABB» bank kartının hesabından Məhkum ona göndərdiyi 4169 7388 6910 0234 nömrəli kart hesabına 60 manat pul və izləmək istədiyi şəxsin mobil nömrəsini göndərmiş, lakin o, İbrahim İbrahimıini aldadaraq ona istədiyi tətbiqi izləmək üçün hər hansı proqram linki göndərməmiş, əksinə aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün Zərərçəkmiş şəxs3 həmin gün 200 manat pulu hədə-qorxu ilə tələb etmiş, sonuncu həmin pulu göndərmədiyindən yazışmaları qarşı tərəfə göndərərək Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 rüsvay edilməsinə nail olm uşlar. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki cinayət işində onun əməli düzgün tövsif olunmamış, ona təyin edilmiş cəza şəxsiyyətinə uyğun deyildir. Belə ki, onun ilkin ifadələri təzyiq və təsirlə alınmış, iş materiallarında olan «Blackview» markalı mobil telefonun, «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» səhifəsinin ona heç bir aidiyyəti yoxdur. Zərər çəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar heç bir yerdə yayılmamış, iki şəxs arasında olan yazışma yayılma sayılmır. Onun törətdiyi əməllər CM-in 178.1-ci maddəsinə uyğun gəlir. Bundan başqa, onun atası Malik Məcidov İ Qarabağ müharibəsinin veteranıdır və İ qrup əlildir, özü isə aprel döyüşlərində iştirak edib yaranmış və İİİ qrup əlildir. Həmçinin anası və qardaşı da əli ldir. Zərər çəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş, onların hər biri ərizə ilə müraciət edərək şikayətçi olmadıqlarını bildirmişlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən onun hədə-qorxu ilə tələb etmə cinayətlərində təqsirli olması, əməlinin CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun verdiyi kassasiya şikayəti ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 21 iyun tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur k i, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiy mət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif olunmadığına dair müdafiə tərəfinin dəlillərini əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum qarşı CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə ittiham irəli sürmüş və onun elan edilmiş ittiham üzrə təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə özünün ilkin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə, mobil telefonlara baxış keçirilməsi, bank məlumatlarına baxış keçirilməsi haqqında istintaq hərəkətlərinin protokolları və digər sübutları təqdim etmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxsi və zərər çəkmiş şəxsləri dindirib, təqdim edilmiş sübutları tədqiq edib, onlara qiymət verərək nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum hökmün təsviri hissəsində göstərilən şəraitdə zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə onlardan ittihamda göstərilən məbləğlərdə pul vəsaitlərini tələb etməsi təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hö kmündən görünür ki, məhkəmə zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı və onunla uzlaşan birinci instansiya məhkəməsində verdikləri ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib həmin ifadələrin işin hallarına uyğun olmasını qeyd etmiş, bundan əlavə təqsirləndirilən şəxsin törətdiyi əməllərin iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini cinayət işi üzrə digər sübutların məcmusu ilə təkzib olunduğundan həqiqətə uyğun olmayan, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirmiş, təqsirləndirilən şəxsin ilkin ifadələri və zərərçəkmiş şəxslərin verd ikləri ifadələri isə digər sübutlarla uyğunluq təşkil etdiyi üçün düzgün və həqiqətə uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin sübutların qiymətləndirməsi və təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkənlərə qarşı ilkin olaraq sevgi münasibətində olduğu xanımın «WhatsApp» mobil tətbiqini izləmək istəməsi müqabilində aldığı pullarda dələduzluğun elementləri olsa da, sonradan zərərçəkmiş şəxslərdən aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün onlardan 150, 200, 250 və 400 manat pul vəsaitlərini tələb etməsi hərəkətləri hədə-qorxu cinayətinin tərkibini yaratmışdır. Göründüyü kimi, Məhkum CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərini törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (onun əməlinin CM-in 178-ci maddəsinə tövsif edilməsi bar ədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, CM-in 182.2.1 və 182.2.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində CM-in ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, əməlinin dələduzluq cinayət əməli kimi tövsif olunması üçün əsasların olmaması haqqında nəticəyə gəlmişdir. M əhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessua l normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumun əməlinin CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymı r. Məhkum kassasiya şikayətində ibtidai araşdırma zamanı ilkin ifadələrini təzyiqlər nəticəsində verməsi barədə dəlil irəli sürsə də bu dəlil əsaslı görünməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçi si cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğu n gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Məhkum ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin fiziki və psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirsə də, işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla ona hər hansı formada fiziki və ya psixi təsir göstərilməsi barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, bu məsələ təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmamışdır. Məhkum istintaq zamanı ilkin izahat və ifadələrinin sonunda fiziki və ya psixi zorakılığın olmamasını göstərmişdir. Həmçinin, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəmə qarşısına çı xarılan zaman da ona qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiqin göstərilmədiyini, əksinə özünü təqsirli bilərək ittihamda göstərilən hadisələrin onun tərəfindən törədildiyini etiraf etmiş, atasının əlil olduğunu və onun dərmana olan ehtiyacını qarşılamaq üçün bu əməlləri törətdiyini bildirmişdir. Bundan başqa, zərər çəkmiş şəxslər haqqında rüsvayedici məlumatların heç bir yerdə yayılmaması, iki şəxs arasında olan yazışmanın yayılma sayılmaması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, CM-in 182-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatlar ı yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Burada rüsvayedici məlumatı yayma hədəsi dedikdə, bu cür məlumatın mütləq qaydada bir neçə şəxsə çatdırılacağı ilə hədələmə deyil, məlumatın ən azı bir üçüncü şəxsə çatdırılması hədəsi də artıq rüsvayedici məlumatı yaymaqla hədələmə hesab olunur. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1998-ci il 25 dekabr tarixli, 2 nömrəli qərarının 3cü bəndində göstərilmişdir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2011-ci il 21 oktyabr tarixli Qərarında qeyd edilir ki, rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məl umatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. CM-in 182-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir, yəni hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Mövcud halda hədə-qorxu ilə tələb etmə zamanı cinayət tərkibinin yaranması üçün əsas meyar Məhkum rüsvayedici məlumatları y aymaq hədəsi ilə zərər çəkmiş şəxslərdən pul vəsaitlərini tələb etməsidir. Burada hüquqi baxımdan əsas olan zərər çəkmiş şəxslərin həmin məlumatın yayılmasını öz nüfuzu və ya ictimai mövqeyi üçün təhlükə kimi qəbul etməsidir. Hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Məhkum, aralarında olan yazışmaları «WhatsApp» mobil tətbiqini izləmək istədikləri şəxslərə göndərərək zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə həmin yazışmaları göndərməmək üçün zərərçəkmiş şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini tələb etmişdir. Zərərçəkmiş şəxslər isə izləmək istədikləri şəxslərin bunu bilməsi müqabilində rüsvay olacaqlarını, həmin şəxslərin qarşısında hörmətdən düşəcəklərini yəqin etmişlər. Sonradan pul vəsaitinin ələ keçirilmə si əməldə cinayət tərkibinin yaranması baxımından əhəmiyyət daşımasa da, qeyd edilməlidir ki, ittihamda göstərilən iki epizod üzrə zərər çəkmiş şəxslər tələb olunan pul məbləğlərini versə də, digər iki epizod üzrə zərərçəkmiş şəxslər tələb olunan pul məbləğlərini vermədiklərindən, onların yazışmaları izləmək istədikləri şəxslərə göndərilməklə, həmin şəxslər qarşısında zərərçəkmiş şəxslərin rüsvay olmasına nail olunmuşdur. İş materiallarında olan «Blackview» markalı mobil telefonun, «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» səhifəsinin ona heç bir aidiyyətinin olmaması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi fo rması kimi çıxış edir. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Vahid cinayətkar nəticə iştirakçılığın növlərindən və formalarından asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərək ətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin faktiki halları da qeyd olunan təfsirə uyğun gəlir və Məhkum hərəkətləri ittihamda qeyd edilən cinayətlərin törədi lməsində onun icraçı kimi iştirak etməsi ilə bağlı qənaətə gəlməyə əsas verir. Belə ki, iş üzrə toplanmış sübutlara əsasən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Məhkum Təqsirləndirilən şəxs məxsus «Blackview» markalı mobil telefonda «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» adlı səhifə açaraq, həmin səhifədə «WhatsApp» mobil tətbiqində olan nömrələrin gizli izlənməsi barədə elan yerləşdirmiş, daha sonra həmin səhifənin bir nüsxəsini özünə məxsus «Xiaomi» markalı mobil telefonunda açaraq «Kapital Bank»dan Təqsirləndirilən şəxs adına 4169 7388 6910 0234 nömrəli bank kartı almaqla kartı özündə saxlamış, Təqsirləndirilən şəxs mobil telefonu ndakı «Birbank» tətbiqində həmin kartı qeydiyyatdan keçirərək, sonuncunun mobil telefonunda ***-***-**-** nömrəsinin «WhatsApp» mobil tətbiqini açmış, bundan sonra «günel_agayefha» adlı səhifəsinə sevgi münasibətində olduğu xanımın «WhatsApp» mobil tətbiqini izləmək istəməsi barədə müraciət edən zərərçəkmiş şəxslərə, aralarında olan yazışmalarını izləmək istədiyi şəxsə göndərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək həmin yazışmaları göndərməmək üçün onlardan müxtəlif məbləğlərdə pul vəsaitləri tələb etmişlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası «Blackview» markalı mobil telefonun və «İnstagram» sosial şəbəkəsində «günel_agayefha» səhifəsinin ona heç bir aidiyyətinin olmaması, bütövlükdə onun CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli b ilinməsinin mübahisələndirilməsinə dair məhkumun kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ibtidai araşdırma zamanı kobud qanun pozuntusuna yol verilməmiş, birinci və apellyasiya instansiya məhkəmələrində isə məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmətlə yanaşılmış, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, məhkəmə iclasında dindirilmiş və əleyhinə ifadə vermiş zərər çəkmiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, bir sözlə ona müdafiəsini əlverişli qaydada təşkil etməsi və öz mənafelərini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Məhkum barəsində cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi məhkuma CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə yuxarıda qeyd olunan cəzanı təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanın t əyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 60, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Belə ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, İİİ qrup əlil olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onu n barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və ə saslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 21 iyun tarix li qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 21 iyun tarixli, 1(105)-382/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar