Məhkəmə qərarları › İş №1(102)-281/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-281/2020

04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-281/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1- ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2011-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2011-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.N.Osmanov, hakimlər C.İ.Hüseynov və E.H.İsmaylovdan ibarət tərkibdə) xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamışMəhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cə zasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2011-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 19 dekabr 2011-ci ildə, saat 1820 radələrində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanında mətbəxində arvadı X2 ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşmış, orada stolun üzərindən bir ədəd qatlanmayan, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb qəsdən öldürmək məqsədilə həmin bıçaqla X2 boyun nahiyyəsini kəsərək sonuncunu qəsdən öldürmüşdür. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi tərəfindən verilmiş apel lyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ramazanov Camal Cumar oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 12 oktyabr 2011-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2011-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2011-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Eyni zamanda Məhkum vəsatət verərək apellyasiya məhkəməsi qərarından kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkum vəsatətini üç azyaşlı qız övladının kimsəsiz qalması, törətdiyi cinayət əməli ilə bağlı psixoloji sarsıntı keçir məsi, həmçinin hüquqi savadı olmamasına görə qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası dövlət ittihamçısının qeyd olunan vəsatətin kassasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən ötürülməsinə görə rədd edilməsi barədə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti (məhkumun vəziyyətinin yaxşılaşdırılması əsası ilə) apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı 12 oktyabr 2011-ci ildə çıxarıldığı halda, kassasiya şikayəti məhkum tərəfindən 31 oktyabr 2019-cu il tarixdə verilm işdir (apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən 08 ildən çox vaxt keçmişdir). Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız iki halda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması və ya həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi hallarında bərpa oluna bilər. Vəsatətdə məhkumun səhhəti ilə əlaqədar vaxtında kassasiya şikayəti verə bilməməsinə istinad edilsə də, vəsatətə məhkumun uzu n müddətli ağır xəstəliyə düçar olmasını və xəstəliyin onun vaxtında şikayət vermə imkanından məhrum etməsini təsdiq edən sənədlər əlavə olunmamışdır. Həmçinin vəsatətdə məhkumun hüququ savadı olmadığını və bu səbəbdən kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət buraxılmaqla verilməsinə istinad edilsə də, qeyd olunan dəlil qanunun yuxarıda göstərilən normasına uyğun olmadığına görə kassasiya şikayətinin vermə müddətinin bərpa olunmasına əsas ola bilməz. Məhkəmə kollegiyası bunu, apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun və onun müdafiəçisinin yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadıgını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanu ni əsas yoxdur. Ona görə də vəsatət rədd edilməlidir. Göründüyü kimi, kassasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Ona görə də vəsatət rədd edilməlidir. Kassasiya şikayəti vermə müddəti bərpa olunmadığından kassasiya şikayətinə mahiyyəti üzrə baxıla bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 410-411-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2011-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olun

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar