Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-281/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Məmmədovun sədrliyi ilə, F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdə) xx xxxx 1967-ci ildə İmişli rayonu, Bəhramtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, Ünvan1də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkumun müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər İ.M.Murquzov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Bədəlov Fuad Murad oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökm ü ilə Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Zərərçəkmiş şəxs2ə Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa edilən binadan ev satacağına dair yalan vəd verib aldatmaqla 2014-cü ilin avqust ayının ikinci on günlüyündə ünvan 1 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs2dən 10000 (on min) manat məbləğində pul almış, lakin verdiyi vədi yerinə yetirməmişdir. Bununla da, Məhkum qabaqcadan əlbir olan bir qrup şəx s halında Zərərçəkmiş şəxs2in 10000 (on min) manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanda yerləşən 27 saylı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs1ə məxsus «Maserati Quattroporte» markalı, **HO-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb Zərərçəkmiş şəxs1ə 87000 (səksən yeddi min) ABŞ dolları məbləğində pul verəcəklərinə dair yalan vəd verib aldatmaqla, həmin dövrün məzənnəsi ilə 68242 (altmış səkkiz min iki yüz qırx iki) manat 80 (səksən) qəpik təşkil edən 87000 (səksən yeddi min) ABŞ dolları dəyərind əki “Maserati Quatroporte” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Məhkum qeyd edilən avtomobilin satışından hasil olunmuş pulu Məhkum2 ilə birlikdə ələ keçirməklə vədinə əməl etməmiş və bununla da Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1ə 68 242 (altmış səkkiz min iki yüz qırx iki) manat 80 (səksən) qəpik məbləğində, yəni külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3ə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində tikilməkdə olan “Avrositi” Holdinqdə mağaza satacağına dair yalan vəd verib aldatmaqla bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3dən ümumilikdə 115710 (yüz on beş min yeddi yüz on) manat məbləğində pulu almış, lakin verdiyi vədi yerinə yetirməmişdir. Bununla da Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3ə 115710 (yüz on beş min yeddi yüz on) manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Bədəlov Fuad Murad oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkumun əməllərində hər hansı cinayət tərkibi yoxdur və ona bəraət verilməlidir. Belə ki, iş üzrə şahid, zərərçəkmiş şəxsin ifadələri sübut qismində qəbul edilmişdir. Həmin sübutlar onun təqsirini təsdiq etmir və onlar ittiham sübutu kimi qəbul oluna bilm əz. İş üzrə Zərərçəkmiş şəxs1in izahat, ərizə və müraciətlərində ona məxsus olmuş “Maserati Quattroporte” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin razılaşması, onun satılması barədə nə Məhkum, nə də ki, X4 ilə hər hansı sövdələşmə olmamış və X8 barəsində şikayət üzrə istintaq gedən zamana qədər (sikavət 2016-cı ildə verilmişdir) ümumiyyətlə tanımadığı mübahisəsiz hal kimi təsdiq olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X5in ifadələrindən göründüyü kimi iş üzrə Zərərçəkmiş şəxs1 avtomobili satmaq istədiyi zaman yəni 2014-cü ilin noyabr ayından Binəqədi rayon Polis İdarəsində istintaq gedən ana (2016-cı ilə) kimi X8 nə Məhkum, nə də X2 tanımamış, onlarla hər hansı sövdələşmələri olmamışdır. Qeyd olunanlar onu təsdiq edir ki, etibarnamə əsasında Zərərçəkmiş şəxs 1ə məxsus olmuş “Maserati Quattroporte” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillin satışı ilə bağlı nə Məhkum, nə də ki, X1 Zərərçəkmiş şəxs1 ilə hər-hansı sövdələşməsi olmamış və 2016-cı ilə kimi bir-birlərini tanımamışlar. Belə olan halda isə Abbasov Altav Əhliman oğlunun və X1 əməllərində cinayət hadisəsi olması istisna edilir. Bundan başqa, ikinci və üçüncü epizod üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxslər Məhkum və X4 arasında mülki münasibətlərdən irəli gələn (podrat müqaviləsi üzrə) öhdəliklərdən borc münasibətləri yaranmışdır. Bu tərəflər arasında yaranmış münasibətlər cinayəti istisna edir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv etməklə Məhkum ba rəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsini, bu mümkün olmadıqda isə onun barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessua l Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məh kəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi F.Bədəlov tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməllərində cinayət tərkibin əlamətlərinin olmadığı, məhkəmələr tərəfindən qanunsuz və əsassız olaraq məhkum edildiyi, bununla da sübutetməyə dair maddi və prosessual qanunvericiliyin tələblərinin pozulduğu, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasi ya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu ilə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum birinci instansiya məhkəməsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, toplanmış mötəbər süb utlarla kifayət qədər təsdiq olunmuşdur. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərd ə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları tə krarən sadalamağa zərurət görmür. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini (onun təqsirliliyi barədə mötəbər sübutların olmaması haqqında iddiaları) əsassız hesab edir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində həmçinin, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və məhkumun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən h əm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edib belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqq ında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkumun cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkuma şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. İş mat eriallarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3ün Məhkumla barışdığını, qeyd edilən zərərçəkmiş şəxslərə ayrı-ayrılıqda vurulmuş maddi ziyanın ödənilməsini, qeyd edilən zərərçəkmiş şəxslərin Məhkuma qarşı şikayət və tələblərinin olmamasını), cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstər ilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası həddində ən aşağı həddə, kifayət qədər ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin d əlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-281/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-281/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver