Məhkəmə qərarları › İş №1(102)-281/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-281/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-281/2023 11.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "11" yanvar 2023-cü il İş № 1 (102) – 281/2023 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarından xüsusi ittihamçı və mülki iddiaçı X2 tərəf indən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Ceyhun Əmir oğlu) xx.xx.1996-cı ildə Masallı rayonunda anadan olmuş, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, xxx qeydiyyatda olan, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə X6 aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla qəti olaraq 04 (dörd) ay müddətə işləri cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı aylıq qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablanmış, mülki iddia qismən təmin edilmiş, X3 mənəvi ziyana görə 500 (beş yüz) manat və dövlət rüsumuna görə 2 (iki) manat 41 (qırx bir) qəpik, cəmi 502,41 (beş yüz iki manat qırx bir qəpik) manat pul tutularaq X1 verilmiş, mülki iddia qalan hissədə təmin edilməmişdir. Hökmdən xüsusi ittihamçı və mülki iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər E.İ.Əliyev və İ.Q.Abdullayevdən ibarət tərkibdə) 13 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarından xüsusi ittihamçı və mülki iddiaçı X2 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: X2 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək X4 “Youtube” sosial şəbəkəsində yaradılmış “Haqsızlığa son” adlı kanalda 23 oktyabr 2021-ci il tarixdə “Vətən müharibəsi qazisini girov götürə Hacı Mazan kimdir” başlığı ilə yayımlanmış 3,5 dəqiqəlik videoyayımda və “Youtube” sosial şəbəkəsində yaradılmış “Haqsılıza son” adlı kanalda 25 oktyabr 2021-ci il tarixdə “Hacı Mazanın ölüm həddinə çatdırdığı qazi Ali Baş Komandandan kömək istəyir” başlığı ilə yayımlanmış 1,54 dəqiqəlik videoyayımda onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatları sosial şəbəkə iştirakçıları arasında qəsdən yaymaqla ona böhtan atdığına, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldıb təhqir etdiyinə görə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını xahiş etmişdir. Həmçinin, xüsusi ittihamçı X2 mülki iddia ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi ziyana görə X5 50000 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Xüsusi ittihamçı və mülki iddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin yekun qərarı ilə X4 barəsində təyin edilmiş cəza əsassız və qanunsuz olduğundan dəyişdirilməli və ona həmin sanksiya çərçivəsində daha ağır cəza təyin olunmalıdır. Belə ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza ədalətsiz olmaqla, işin hallarına, onun törətdiyi cinayət əməlinə, cinayət anı və sonrakı dövrdəki hərəkətlərinə adekvat deyil, ən əsası təyin edilmiş cəzalar islah təsirinə malik deyil. Bu ondan irəli gəlir ki, Faiq Eyvazov əməlindən peşman deyil. Nəzərə almaq lazımdır ki, o, iştirak etdiyi məhkəmə iclasında xüsusi ittihamçı barəsində təhqiramiz ifadələri işlətdiyini və xüsusi ittihamçının buna layiq olduğunu israrlı şəkildə ifadə etmiş və buna görə hər hansı peşmançılıq çəkdiyini bəyan etməmişdir. Üstəlik, xüsusi ittihamçının hə r hansi hərəkətlərinin təsiri nəticəsində F.Eyvazovun belə davranması müəyyən olunmamışdır. Yəni F.Eyvazov tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsində xüsusi ittihamçı hər hansı təhrikedici formada rol almamışdır. Digər tərəfdən, X4 hərəkətləri nəticəsində müxtəlif vaxtlarda hüquq mühafizə orqanlarında başlamış icraatlara cəlb olunmuş, buda əlavə olaraq vaxtını almaqla əsəblərinə təsir etmiş, stres keçirmişdir. Bir sözlə göstərilənlərlə bağlı ona mənəvi ziyan dəymişdir və cavabdehdən 50.000 manat mənəvi ziyanın tutulmasını xahiş etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, X6 təyin edilmiş cəzanın ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş edirlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Xüsusi ittihamçı Ramazan Zeynalov tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu, törədilmiş cinayət əməlinin ədalətli hüquqi nəticəsi olmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlər inə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini yuxarıda sadalanan normaların tələblərinə uyğun qiymətləndirərək, hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Faiq Eyvazova verilm iş böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayma və təhqir, yəni kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş əldə edilməsi və həqiqiliyi şübhə doğurmayan, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. A pellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Xüsusi ittihamçı və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu və törədilmiş əməlin ədalətli hüquqi nəticəsi olmadığı iddia edilmişdir. Qeyd edilən dəlillərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şə xsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onu n ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Faiq Eyvazova cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (əməlindən qismən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, Vətən Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarla təltif edilməsini), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Faiq Eyvazovun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, kifayət qədər ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, kassasiya məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, xüsusi ittihamçı və mülki iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1 -ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittihamçı və mülki iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar