Məhkəmə qərarları › İş №1(102)-281/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-281/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-281/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2023-c ü il tarixli qərarından dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşad Əliyev (sədrlik edən), Fəhmin Hümbətov (məruzəçi hakim) və Hafiz Əliyevdən ibarət tərkibdə) 29 mart 2022-ci il tarixli, 1(124)-28/2022 nömrəli hökmü ilə 12 avqust 1990-ci ildə Beyləqan rayonunda doğulmuş, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 06 (altı) ay 21 (iyirmi bir) gün müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən o, cəzasını çəkmiş hesab edilmiş və dərhal həbsdən azad edilmişdir; 01 sentyabr 1993-cü ildə Beyləqan rayonunda doğulmuş, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Beyləqan rayonu, Əmirzeyidli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X3 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə bəraət verilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən X4 tanışı Məhkum ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, birlikdə əylənmək məqsədilə 07 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində tanış olduğu Zərərçəkmiş şəxs ilə hər biri ilə 50 manat, ümumilikdə 100 manat ödəmək şərti ilə cinsi əlaqədə olmaq üçün razılı ğa gəlmiş, bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında Sahibə Paşayevə ilə görüşmüş və sonuncunu Məhkum idarə etdiyi VAZ-21905 markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobilə mindirib Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən, heç kəsin görə bilməyəcəyi, yaşayış və iaşə obyektlərindən kənardakı təpəyə aparıb Zərərçəkmiş şəxs avtomobildən düşürərək, sonuncu ilə Məhkum ilə növbə ilə cinsi əlaqədə olub cinsi ehtirasını təmin etdikdən sonra tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Məhkum, Zərərçəkmiş şəxs boynuna istintaqla müəyyən edilməsi mümkün olmayan silah qismində istifadə edilən bıçaq dirəməklə sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edərək, sol əlin İİİ barmağının, sol iç top uq nahiyəsinin sıyrıqları, sol bud nahiyəsinin orta 1/3-nin qançırı ilə nəticələnən dərəcələri təyin edilməyən xəsarətlər yetirərək çantasında olan 300 manat pulu, 120 manat dəyərində, Çin istehsalı olan 1 ədəd “Redmi” markalı, “V1804C3CG” modelli mobil telefonu, içərisində 5 manat dəyərində 055 *** ** ** mobil nömrəsi olan, 240 manat dəyərində Çin istehsalı olan 1 ədəd “Redmi” markalı, “M1908C3JG” modelli mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 665 manat məbləğində ziyan vurmaqla quldurluq etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) 08 iyun 2023-cü il tarixli, 1(105)-12/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 1(124)-28/2022 nömrəli hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu kassasiya protesti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPMin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin CM-in 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.1- ci maddəsinə tövsif olunması, eləcə də X3 isə CM-in 181.2.1 və 181.2.5ci maddələri ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası yekun qərarında qanunsuz və əsassız olaraq, zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs barışıq əldə etdikdən sonra Məhkum və Ziyad Abbasovun vəziyyətini yüngülləşdirmək məqsədi ilə vermiş olduğu ifadələrini obyektiv olaraq qiymətləndirməmiş, xüsusilə də hökmün qanuni və əsaslı olmasını göstərmək və iş üzrə bütün halların araşdırılması və istinad etdiyi sübutların işin faktiki hallarına uyğun olmasını təmin etmək üçün zərər çəkmiş şəxsin istintaqın ilkin mərhələsində verdiyi ifadəsini, ifadəsinin yerində yoxlanılmasına dair protokolu, t əqsirləndirilən şəxslər Samir Mehraliyev və Ziyad Abbasovla üzləşdirmə protokollarını və Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə dair ekspertiza rəyini işin hallarına uyğun olan mötəbər sübutlar kimi qəbul etməmiş və bununla da iş üzrə ibtidai istintaqın qeyri- obyektiv aparılmasına dəlalət edən xüsusat qiyməti verməyə çalışmışdır. Halbuki, məhkəmə kollegiyası yekun qərarında iş üzrə ifadələri, istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədlərin mötəbərliyini şübhə altına almır. Məhkəmə kollegiyası isə yekun qərarda zərər çəkmiş şəxsin yalnız təqsirləndirilən şəxslərlə barışıq əldə etməsindən sonra verdiyi ifadələrə üstünlük vermiş və zərər çəkmiş şəxsin hadisənin ilk günlərində tam həqiqəti deyə biləcəyini nəzərə almaq istəməmi ş, hətta həmin ifadələri mötəbər sübut kimi qəbul etmədiyini göstərmiş və beləliklə qeyd edilən ifadəyə hüquqi qiymət vermədən, yəni iş üzrə obyektiv həqiqəti və hadisənin tam mexanizminin müəyyən etmək üçün demək olar ki, heç bir hüquqi qiymətləndirmə aparmamış və sübutlara birtərəfli yanaşmışdır. Bununla yanaşı ibtidai istintaq zamanı Məhkum Ziyad Abbasova Zərərçəkmiş şəxs götürdüyü 50 manatın 25 manatını ona verməsini, Z.Abbasovda belə bir halın olmasını göstərmələrinə baxmayaraq məhkəmə kollegiyası onların yalnız birinci və apelyasiya instansiya məhkəmələrində verdiyi ifadələrinə istinad etmiş və istintaq orqanının onlar arasında törədilən əmələ münasibətdə əlbirlik olmasını əsassız olaraq istisna etmişdir. Ziyad Abbasov da Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi insanlardan uzaq, yiyəsiz bir yerə getməyə narazılıq etməsini, həmçinin Samirlə Sahibə arasında mübahisə olmasını tam etiraf etsə də, 25 manat pulun isə həqiqətdə alınıb-alınmaması xüsusatlarını obyektiv qiymətləndirmədiyindən hadisənin bir şəxs tərəfindən icra edilməklə əmlakın açıq formada talanması qənaətinə gəlmişdir. Halbuki, görünür ki, X6 Mehralıyevin hərəkətlərinə hərəkətsizlik nümayiş etdirmiş, sonuncunun hərəkətlərinin qarşısını ala bilməli olduğu halda bunları etməmiş, əksinə olaraq Məhkum göstərişinə əsasən avtomobili hazır vəziyyətə gətirməklə maşında oturub gözləmişdir. Samirin həm ibtidai, həm də məhkəmə istintaqında verdiyi ifadəsinə əsasən 25 manat pulunu da alaraq Məhkum cinayət əməlinin törədilməsinə bilavasitə şərait yaratmışdır. Azərbaycan Respublikasının CM-in 31-ci maddəsində qeyd ed ilir ki, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Sadalanlardan əlavə məhkəmə kollegiyası gəlmiş olduğu nəticənin əsaslı olmasını göstərmək üçün həmçinin birinci instansiya məhkəməsinin hökmdə zərər çəkmiş şəxsin bədəni üzərində müəyyən edilmiş xəsarətlərin hadisə ilə bağlı yaranmadığı nəticəsinə gəlməsi ilə razılaşmışdır. Cinayət işi materiallarında olan məhkəmə tibbi ekspertizasının 11 sentyabr 2020-ci il tarixli, 1839 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol əlin İİİ barmağının, sol iç topuq nahiyəsinin sıyrıqları, sol bud nahiyəsinin orta 1/3-nin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, 07 sentyabr 2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan x əsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin həmin rəyin təsviri əsaslandırım hissəsində “müayinə olunanın deməsinə görə 07 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Xırdalan şəhərində tanıdığı Samir adlı şəxs dostu ilə birlikdə onu öz maşınına mindirərək Novxanı qəsəbəsinə aparmış. Orada isə maşından düşürərək əllərini selofanla bağlayaraq onu döymüşdürlər, 300 AZN pulunu, 500 AZN və 200 AZN dəyərində mobil telefonunu oğurlayaraq qaçmışlar. Göründüyü kimi tibb sahəsində xüsusi bilikləri olan, cinayət prosesində heç bir marağı olmayan tibbi ekspert zərər çəkmiş şəxslə fərdi söhbət aparmış və Zərərçəkmiş şəxs dilindən ifadə etdiyi fikirləri rəyə əlavə etmiş və yekunda belə bir nəticəyə gəlmişdir ki, həmin xəsarətlər dava-dalaş nəticəsində əmələ gələ bilər. Göstərilənlər dən başqa Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələbinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə olunmalıdır. CPM-in 125.1-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bununla yanaşı CPM-in 125.2-ci maddəsinə əsasən CPM-in 125.2.1-125.2.10-cu maddələrində nəzərdə tutulmuş pozuntulardan hər hansı biri mövcud olduğu təqdirdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş ma teriallarında olan dindirmə və üzləşdirmə protokolundan görünür ki, protokol qanunun tələblərinə əməl edilməklə tərtib edilmiş və CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinin təsiri altına düşmür. Məhkəmə kollegiyası isə qeyd edilən sübutları obyektiv və hərtərəfli qiymətləndirməli olduğu halda sadəcə ümumi ifadə əsasında həmin sübutları mötəbər sübut kimi qəbul etmədiyini qeyd etmişdir. Bununla da yuxarıda qeyd edilən bütün hallar məhkəmə kollegiyası tərəfindən ətraflı yoxlanılmadan, digər sübutlarla qarşılıqlı şəkildə təhlil edilmədən əksinə olaraq iş üzrə məhkəmə tibb ekspertinin zərər çəkmiş şəxsin bədəni üzərində əmələ gələn xəsarətlərin dava-dalaş nəticəsində əmələ gəlməsi ehtimalını neçə sayaraq yalnız zərər çəkmiş şəxsin sözlərinə görə onun xəsarətləri guya kola ilişməklə v ə beton hasara dəyməklə almasını sübut kimi qəbul etmiş və bütün bunlarda onu deməyə əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxslərə verilən ittihamlar üzrə sübutları obyektiv yoxlamadan səhv nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası zərər çəkmiş şəxsin ona dəyən ziyanın tam olaraq ödənilməsi, təqsirləndirilən şəxslərin ailə vəziyyətləri və cavan olmalarını nəzərə alaraq onlara qarşı hər hansı qəzəbinin qalmaması üçün “hümanist” mövqe nümayiş etdirməsini nəzərə almamışdır. Göstərilənlərlə yanaşı qeyd edilməsi zəruridir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsəd ilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Məhkəmə kollegiyasının yekun qərarda gəlmiş olduğu nəticədən də görünür ki, təqsirləndirilən şəxs əmlak olaraq 300 manat pul və Çin istehsalı olan 2 ədəd “Redmi” markalı, “V1804C3CG” və 'M1908C3JG” modelli mobil telefonları ələ keçirmiş, ancaq həmin vaxt zərər çəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli olan hər hansı zor və ya belə zor tətbiq edilməsi hədəsi ilə basqın etməmiş, sadəcə qeyd edilən əşyaları zərər çəkmiş şəxsin iradəsinə zidd açıq formada əldə etmişdir. Lakin, məhkəmə kollegiyası nəzərdən qaçırmışdır ki, zərər çəkmiş şəxsin bədəni üzərində yaranmış xəsarətlər məhz hadisə vaxtı zərər çəkmiş şəxsin müqaviməti nəticəsində yaranmı ş və məhz ona qarşı həyatı üçün təhlükəli olan biləcək bıçağın tətbiq edilməsi yekunda onun müqavimətinin qırılmasına və əmlakın əldə edilməsi ilə nəticələnmişdir. Qeyd edilən plenum qərarının 5-ci bəndinə əsasən, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət itti hamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili X3 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə bəraət verilməsi və Məhkum cinayət əməlini CM-in 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Protestdə qeyd edilmişdir ki, apelyasiya məhkəməsi bu əsassız və qanunsuz nəticəyə cinayət işi üzrə sübutların düzgün qiymətləndirilməməsi ilə əlaqədar gəlmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmayaraq Bakı Apelyasiya Məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları q eyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 181-ci maddəsi quldurluq cinayət əməlini – özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın kimi müəyyənləşdirir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədi lməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı təqsirləndirilən şəxslər Samir Mehrəliyevin və Ziyad Abbasovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələrini sübut etmək üçün məhkəməyə onların ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs ifadələri, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əm əlini törətmələri sübut edilməmiş, həmin sübutlarla təqsirləndirilən şəxs Samir Mehraliyev tərəfindən zərərçəkmiş şəxsə qarşı CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi müəyyən olunur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına nəzər salıb birinci instansiya məhkəməsinin gəldiyi nəticənin sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkum Samir Mehrəliyevin təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Belə ki, istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə məhkəməyə təqdim edilmiş yuxarıda sadalanan sübutlardan ittiham tərəfi yalnız zərərçəkmiş şəxsin ifadələrinə və məhkəmə-tibbi ekspetizası nın rəyinə əsaslanaraq iddia edir ki, Samir Mehrəliyev və Ziyad Abbasov onlara qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş əməlləri, yəni CM-in 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Digər sübutlar müstəqil olaraq nə Ziyad Abbasovun zərərçəkmiş şəxsə qarşı hər hansı bir cinayətin törətməsini, nə Samir Mehrəliyevin əməlində quldurluqun və ya soyğunçuluğun əlamətlərinin olub-olmamasını müəyyən etmirlər. Kassator protestində məhkəmələrin düzgün olmayan nəticəyə gəlməsinin səbəbini məhz zərərçəkmiş şəxsin ifadələrinin və məhkəmə-tibbi ekspertisazının rəyinin düzgün qiymətləndirilməməsi və nəzərə alınmaması ilə əlaqələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeryd edir ki, istintaq orqanı yalnız Zərərçəkmiş şəxs ibtidai istintaqın ilkin mərhələ sində verdiyi ərizə və ifadəsində göstərdiyi, yəni ona məxsus pul və telefon alınması zamanı Samirin ona bıçaqla hədələnməsi ilə bağlı xüsusatlara əsaslanaraq, bu halların baş verib-verməməsini, zərərçəkmiş şəxsin ilkin emosional vəziyyətini və təqsirləndirilən şəxslərə qarşı kinli ola bilməsini nəzərə alaraq, ona edilən hərəkətlərin şişirdilməsinin mümkünlüyünü ətraflı yoxlamadan, onun göstərdiyi halları araşdırmadan və digər sübutlarla müqayisəli təhlil edib qiymətləndirmədən təqsirləndirilən şəxslər Samir Mehrəliyev və Ziyad Abbasova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlam a zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İbtidai istintaqın sonrakı mərhələsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Məhkum onun əlindən pul və mobil telefonları tək almış, Ziyad Abbasov həmin vaxt onlardan uzaq məsafədə olan avtomobildə oturmuş və qaranlıq olduğuna görə Məhkum hərəkətləri görə bilməmişdir. Həmçinin zərərçəkmiş göstərmişdir ki, Məhkum ona bıçaqla hədələməmiş, onu döyməmişdir. Samirin onun əlindən pul və telefonları alıb onu gecə vaxtı qaranlıq və kimsəsiz yerdə tək qoyub getdiyinə görə ona qarşı çox acıqlı olmuş və ilkin ərizəsində və ifadəsində ona qarşı qərəzli, yəni bıçaqla baqlı ifadə vermişdir. Məhkəmə iclasında da zərərçəkmiş şəxs eyni məzmunlu ifadə verərək Məhkum ona qarşı cinayət əməlini tək törətməsi və onun əlində bıçağın olmamasını göstərmişdir. Zərərçəkmiş şəxsin həm istintaq zamanı, həm məhkəmə iclasında verdiyi həmin ifadə təqsirləndirilən şəxslərin ifadələri ilə uyğunluq təşkil etməsinə və zərərçəkmiş şəxsin ilkin ifadələrinin düzgün olmaması və təqsirləndirilən şəxslərə qarşı acıqlı olduğu səbəbindən verilməsi barədə izahına baxmayaraq, istintaq orqanı hər hansı bir əsas göstərilmədən zərərçəkmiş şəxsin ilkin ifadəsi düzgün və həq iqətə uyğun ifadə kimi qiymətləndirmiş və həmin ifadəyə əsasən təqsirləndirilən şəxslərə qarşı CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham irəli sürmüşdür. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsini nəzərdən keçirib qeyd edir ki, zərərçəkmiş şəxsin həmin ifadə verdiyi zaman qərəzli mövqedə olması yalnız Məhkum pul və telefonları onun əlindən bıçaqla hədələyərək almasını göstərməsində ifadə edilməmiş, həmdə zərərçəkmiş şəxs göstərmişdir ki, Məhkum onu cinsi əlaqədə olmağa məcbur etmək üçün onu bıçaqla hədələmiş və pul və telefonları aldıqdan sonra onun əllərini sellofan torba ilə bağlamışlar. Lakin istintaq orqanı özü də zərərçəkmiş şəxsin ifadəsinin bu hissəsini doğru saymamış və qəbul etməmişdir. Məhkəmə tibbi ekspertizasının 1839 №-li 11 sentyabr 2020-ci il tarixli rəyinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, həmin xəsarətlər hadisədən sonra gecə vaxtı çöllük ərazidə gedərkən getdiyi yolu görmədiyi üçün kollara ilişib qollarının sıyırılması, yola yaxınlaşdıqda isə yolun kənarında olan beton hasara ilişərək yıxılması nəticəsində alınmışdır. Qeyd edilməlidir ki, hətta zərərçəkmiş şəxsin ilkin ifadəsində Məhkum onu döyməməsini, yalnız bıçaqla hədələməsini göstərmişdir. Ona görə də zərərçəkmiş şəxsə ekspert rəyində göstərilən xəsarətlərin Məhkum tərəfindən törədilməsi hər hansı bir sübutla müəyyən edilməmişdir. Məhkum elan edilmiş ittihamda da onun zərərçəkmiş şəxsə bu xəsarətlərin hansı hərəkətlərin nəticəsində törətməsi də göstərilməmişdir. Kassator kassasiya şikayətində məhkəmə-tibbi ekspertizasının rəyində ekspert tərəfindən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərin onun əllərinin sellofan torbası ilə bağlayaraq onu döyməsini qeyd etməsini də sübut kimi və ya zərərçəkmiş şəxsin ifadələrinin qiymətləndirilməsi üçün əhəmiyyətli hal qismində nəzərə alınmasının zəruri olduğunu vurğulamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 140.0.1 və 264-cü maddələrinin tələblərinə görə məhkəmə-tibbi ekspertizası tibb sahəsində xüsusi biliklər tələb edildikdə yalnız ölümün səbəbi, bədən xəsarətlərinin mövcudluğu və xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün təyin edilir. Göründüyü kimi bədən xəsarətinin kim tərəfindən yetirilməsinin müəyy ən edilməsini qanun ekspert səlahiyyətinə aid etmir və ekspert rəyinə istinadən bu halın müəyyən edilməsi yol verilməzdir. Müayinə edilmiş Zərərçəkmiş şəxs bədən xəsarətinin hansı şəraitdə alınması barədə ekspertə bildirməsini onun ibtidai istintaqda və məhkəmədə verdiyi ifadəsinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etdiyinə dair kassasiya şikayətinin dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, zərərşəkmiş şəxsin Samir adlı şəxsin dostu ilə birlikdə onun zorla avtomaşına mindirib Novxanı qəsəbəsinə aparması, orada əlləri sellofan torbası ilə bağlayaraq onu döyməsi barədə dedikləri onun nə ibtidai istintaqın ilkin və sonrakı mərhələrində, nə işə məhkəmələrdə baxılması zamanı verdiyi ifadələrə uyğun gəlmir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərin dən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Məhkəmə kollegiyası protestin dəlilini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxs Ziyad Abbasovun ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş əməlləri törətməsi nə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadə, nə işdə olan hər hansı bir digər sübutla təsdiq olu nmur, kassasiya şikayətinin Ziyad Abbasovun elan olunmuş ittihamda təqsirinin sübuta yetirilməsi barədə dəlili iş materialları ilə uzlaşmır. Belə ki, hətta ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs baş vermiş hadisə və hər bir təqsirləndirilən şəxsin əməlləri ilə bağlı müstəntiq tərəfindən 16 mart 2021-ci il tarixdə ətraflı dindirilərkən göstərmişdir ki, X6 Mehralıyevin onun çantasındakı telefonlarını və pulu əlindən aldığını görməmişdir. Çünki Ziyad onunla cinsi əlaqədə olandan sonra Samirin göstərişi ilə kənarda olan avtomobili gətirmək üçün getmişdir. Bundan başqa məhkəmə kollegiyası kassasiya protestinin məhkəmələrin Z.Abbasovun hadisədən sonra Məhkum zərərçəkmiş şəxsdən alınmış pullardan 25 manat pulunu alması onun Məhkumlə cinayəti bir qrup şəxs tərəfindən törədilməsini təsdiq edən ha la qiymət verməməsinə dair dəlili ilə əlaqədar qeyd edir ki, Samir Mehrəliyev birinci instansiya məhkəməsində verdiyi ifadəsinə göstərmişdir ki, Ziyad Abbasovda pulu olmadığı üçün o, borc kimi öz pulundan 25 manat ona vermişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Samir Mehrəliyev onun çantasından 5 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əsginaslardan ibarət cəmi 300 manat pulunu götürməklə talamışdır. Göründüyü kimi həmin esginaslarla olan pullardan 25 manat verilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci və apelyasiya məhkəmələrinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Samir Mehraliyev tərəfindən onu bıçaqla hədə qorxu gəlinməsi, zorla cinsi əlaqədə olunması və qollarını sellofanla bağlanması barədə ifadəsinə tənqidi yanaşaraq həmin ifadələrin mötəbər sübut kimi hesab etməməsi əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları tam olaraq araşdırmış və haqlı olaraq nəticəyə gəlmişdir ki, X1 əməlləri hər hansi bir cinayətin tərkibini yaratmır, Məhkum əməli isə Azərbaycan Respublikası CM-in 180.1.2.1 və 181.2.5-ci maddələrinin tərkibi deyil, həmin Məcəllənin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Məhkum və X1 CM -in 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri müəyyən olunmamış, Məhkum Zərərçəkmiş şəxs məxsus əmlakı açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Ona görə də Məhkum və X1 əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələr düzgün olaraq hesab etmişlər ki, təqsirləndirilən şəxs X3 CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə bəraət verilməli və təqsirləndirilən şəxs Məhkum əməlləri isə CMin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlid ir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv, yəni CPM-in 144-146-cı maddələrinin tələblərinə əməl olunmaqla araşdırılmış və qiymət verilmiş dir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmə dikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və X1 barələrindəki 08 iyun 2023-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegi yasının Məhkum və X1 barələrində olan 08 iyun 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar