Məhkəmə qərarları › İş №1(102)-281/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-281/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-281/2025 14.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Xüsusi ittihamçı X12 və məhkum X2 iştirakı ilə, 3 oktyabr 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 13 sentyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(008)-65/2024 nömrəli hökmü ilə (hakim: N.A.İmanova) X4 - Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xüsusi ittihamçı X12 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, 25 avqust 2023cü il tarixdə saat 22:10-da “Facebook” sosial şəbəkəsində məhkumə məxsus “Abdulla Efendizade” adlı səhifədə X12 barəsində yalan olduğunu bilə-bilə paylaşılmış, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların həqiqətə uyğun olmaması ilə bağlı kütləvi informasiya v asitəsində rəsmi qaydada təkzib verməsi və məlumatları yaymasına görə üzr istəməsi öhdəliyi X2 üzərinə qoyulmuşdur. Həmçinin, 25 avqust 2023cü il tarixdə, saat 22:10-da “Facebook” sosial şəbəkəsində məhkumə məxsus “Abdulla Efendizade” adlı səhifədə X12 barəsində yalan olduğunu bilə-bilə paylaşılmış, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar X9 dəymiş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitin X1 tutularaq X9 ödənilməsi qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs X4 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.Z.Əliyev (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Eyyubov) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, X12 xüsusi ittiham qaydasında verdiyi şikayətdə qeyd etmişdir ki, 2014-cü ilin dekabr ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, uzun müddətdir ki, peşəkar vəkillik fəaliyyəti ilə məşğul olur. 20172022-ci illərdə Vəkillərin İntizam Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. 2022-ci ilin dekabr ayından isə həmin Komissiyanın sədri vəzifəsini icra edir. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə uzun illər səmərəli vəkillik fəaliyyətinə görə "X16" adı ilə təltif olunmuş və həmin təltif ona VK RH-nin xx.xx.2023-cü il tarixdə keçir ilən iclasında təqdim edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 22.10-da hüquqşünas X4 "Facebook" sosial şəbəkəsində özünə məxsus "Abdulla Efendizade" adlı səhifədə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan aşağıda qeyd edilən məlumatları paylaşmaqla yaymışdır: "EHTİYATLİ OLUN, SAXTAKARLİQ! “Hər şey üst-üstə düşür. Cavid Alıyev vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20.000 manat pul alıb onu aldadır. Bundan xəbər tutan Vəkillər Kollegiyasının sədri X15 bu dələduzluğa görə cəzalandırmaq əvəzinə ona A4 formatında saxta bir "X16" diplomu soxuşdurur. Yəqin bu "mükafat" elə belə verilməz. Ortada 20.000 olan yerdə hər şeyə göz yummaq olar". Bununla, barəsində hazırkı şikayətin verildiyi Abdulla Əfəndizadə yalan olduğunu bilə-bilə onun şərə f və ləyaqətimi ləkələmək və onu cəmiyyətdə nüfuzdan salmaq məqsədi güdən sözügedən həqiqətə uyğun olmayan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayaraq onu dələduzluq cinayəti törətməkdə ittiham etməklə böhtan atmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yayılmış məlumatlar heç bir sübuta söykənməyərək açıq-aşkar böhtan xarakterli olmaqla, onun şəxsi və ictimai həyatına, işgüzar fəaliyyətinə kobud müdaxilədir. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən böhtana görə cinayət məsuluyyətinin yaranması üçün yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nimayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması tələb olunur ki, bu halda Abdulla Əfəndizadə tərəfindən onunla bağlı həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ona ciddi xələl gətirən və nüfuzdan salan məlumatlar "Facebook" sosial şəbəkəsində yayılmaqla kütləvi nümayiş etdirilmiş və Abdulla Əfəndizadənin bu əməli böhtan cinayətinin tərkibini yaratmışdır.. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinə ədalətli qərar edilməsi üçün yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, apellyasiya məhkəməsi məhkəmə iclaslarında cinayət məcəlləsininmüvafiq sürətdə müəyyən edilmiş hüquqi proseduralara uyğun faktlar əsasında qərəzsiz və ədalətli baxılmamış, cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa birinci instansiya məhkəməsinin və xüsusi ittihamçının mənafelərini ifadə etmiş, cinayət prosesində ona cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şərait yaradılmamış, cinayət prosesi gedişində qanunsuz verilən sübutlar yoxlanılmamış və nəticədə o, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bundan əlavə məhkəmələr AMEA Nəsimi adma X5 Dilçilik Şöbəsinin müdiri filologiya elmləri dokturu, professor İsmayıl M əmmədlinin verdiyi rəyə şübhə ilə yanaşmışlar. Bundan əlavə o, paylaşımını xx.xx.2023-cü il tarixdə saat 23:29-da etdiyini məhkəməyə təqdim etdiyi bütün sübutlarda göstərsədə, məhkəmələr əsassız olaraq onun paylaşımını xx.xx.2024-cü il saat 22:10-da etdiyini qeyd etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətlərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkum X2, kassasiya şikayətinin təmin edilməməsi barədə xüsusi ittihamçı X7 çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən verilmiş kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya inst ansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş cinayət şikayətində cinayət işinin düzgün araşdırılmaması mübahisəndirilir və cinayət işinin apellyasiya instansiyası məhkəməsinin təkrar baxışına qaytarılması xahiş olunur. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur və əməl min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz sə ksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. “Xüsusi ittiham qayd asında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informa siya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökm də müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X10rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edi lməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəf inə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum A.Əfəndizadənin əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş və şahid ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. B undan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, əda lət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və X2 əməlini Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. İş üzrə qəbul olunmuş məhkəmə qərarlarından görünür ki, xüsusi ittiham qaydasında şikayət ərizəsinə əlavə edilmiş “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsində 25 avqust 2023-cü il tarixdə paylaşılmış postun mətnindən də həmin paylaşım bu məzmunda olmuşdur: “Eh tiyyatlı olun, saxtakarlıq! Hər şey üst-üstə düşür. Cavid Alıyev vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20.000 manat pul alıb onu aldadır. Bundan xəbər tutan Vəkillər Kollegiyasının sədri X15 bu dələduzluğa görə cəzalandırmaq əvəzinə ona A4 formatında saxta bir “X16” diplomu soxuşdurur. Yəqin bu “mükafat” elə belə verilməz. Ortada 20.000 olan yerdə hər şeyə göz yummaq olar”. Göründüyü kimi sözügedən mətndə məhkum X11 Alıyevin vətəndaş Aytən Mahmudovadan 20000 manat pul alaraq onu aldatmasına və bununla da ona qarşı dələduzluq etməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya onun barəsində həmin fakt üzrə cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş hər hansı qərar olmadan onu vətəndaşa maddi ziyan vurmaqla onu aldatmaqda, b aşqa sözlə dələduzluqda ittiham edərək (belə ki, mətndə olan növbəti cümlədə məhkum onun bu hərəkətini açıq-aşkar dələduzluq adlandırır) ona böhtan atmış, bununla da yalan olduğunu bilə-bilə X7 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. X4 məhkəmənin birinci instansiya məhkəməsinin hazırlıq iclasında verdiyi izahatında Cavid Alıyevin onun barəsində xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş həmin yazının ona paylaşım kimi gəldiyini, həmin yazının ilk olaraq “Günün Səsi”, “Yeni Söz”, “Təzə Xəbər”, “Yeni Xəbər”, “Tərəf.az”, “Arqumenti.az” və digər saytlarında, həmçinin digər şəxslərin Facebook səhifələrində də 23-24 avqust 2023-cü il tarixlərdə işıq üzü gördüyünü, həmin yazının ona məh z paylaşım şəklində gəldiyindən onun səhifəsində paylaşıldığını, facebook səhifəsində Cavid Alıyev barəsində belə bir yazını görəndən sonra dərhal sildirdiyini bildirsə də, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, həm xüsusi ittihamçı tərəfindən, həm də məhkum tərəfindən təqdim edilmiş paylaşımlardan görünür ki, sözügedən mətn hər hansı başqa səhifədən repost (yenidən paylaşım) edilməmiş və birbaşa həmin səhifədə yazılmaqla yayılmış, əksinə həmin yazı məhz “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsindən “Vəkilin səsi” adlı facebook istifadəçisinə məxsus səhifədə repost edilmiş və üç istifadəçi tərəfindən bəyənilmişdir. X2 paylaşılmış məlumatların müxtəlif xəbər saytlarından götürülməsinə, həmin yazının xəbər saytlarından əldə edilmiş məlumatlar əsasında paylaşılmasın a dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Abdulla Efendizade” adlı profilə məxsus “Facebook” səhifəsində 25 avqust 2023-cü il tarixdə paylaşılmış postun mətnindən orada hər hansı xəbər saytına və ya digər mənbəyə istinad olunmadığı, mətndəki fikirlərin istifadəçinin öz fikirləri olması açıq-aşkar görünməkdədir. Belə ki, Abdulla Əfəndizadə həmin mətndə nəinki Cavid Alıyevin vətəndaşı aldadaraq onu pulunu ələ keçirməkdə ittiham edir, hətta onun bu əməlini dələduzluq adlandıraraq onun təltif olunmasını da tənqid edir. Məhkumun özü tərəfindən təqdim edilmiş “Arqument.Az”, “Sonxeber.Az”, “Xalqxeber.Az”, “Teref.Az” saytlarında yayımlanan yazıların mətnindən görünür ki, həmin yazılar həmin xəbər saytlarının şəxsi məlumatları kimi paylaşılmamış, hər bir paylaşımda “Gununsesi.info-nun xə bərinə görə, bu barədə Aytən Mahmudova bildirib” ifadəsindən istifadə olunaraq başqa şəxsin məlumatına istinad olunmuş, məlumatın başlanğıcında “Vəkilə qarşı rüşvət ittihamıBəraət hökmü üçün 20 min alıb?” sualı qoyularaq bununla da hələ məlumatların mötəbər və təsdiqini tapmamış məlumatlar olması nümayiş etdirilmişdir. Lakin bunun əksinə olaraq Abdulla Əfəndizadənin şəxsi “Facebook” səhifəsində paylaşılmış yazıda olan ifadələrdə hər hansı xəbər saytına və ya bunu iddia edən şəxsin sözlərinə istinad olunmadan birbaşa ittihamedici məzmunda böhtan xarakterli sözlər yazılmaqla paylaşılmışdır. X4 məhkəmənin baxış iclasında bir qədər fərqli formada paylaşım mətni təqdim edərək Cavid Alıyev tərəfindən təqdim edilmiş paylaşımın əvvəlində “Ehtiyyatlı olun, saxtakarlıq” ifadəsindən sonra “Sosial şəb əkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” ifadəsinin yazıldığını, bununla da yazılanların onun şəxsi fikri olmadığını və həmin postu sosial şəbəkələrdə yazılanlara istinadən paylaşdığını iddia etmişdir. Məhkum “Facebook” səhifəsində paylaşılmış mətnin əvvəlində “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsindən sonra məhkum “Hər şey üst-üstə düşür” cümləsi yazmaqla sosial şəbəkələrdə sadəcə sual şəklində Aytən Mahmudovanın sözlərinə istinadən yazılmış xəbərlərin onun fikirləri ilə üst-üstə düşdüyünü bəyan edərək “Hər şey üst-üstə düşür” cümləsindən sonra artıq öz fikirlərini paylaşmağa başlayaraq tam qəti şəkildə və heç bir şübhə yeri qoymamağa cəhd edərək Cavid Alıyevin vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20.000 manat pul alıb onu alda tdığını, bundan xəbər tutan Vəkillər Kollegiyasının sədri X14 bu dələduzluğa görə cəzalandırmaq əvəzinə ona A4 formatında saxta bir “X16” diplomu soxuşdurduğunu iddia edərək həmin “mükafat”ın elə belə verilmədiyini və ortada 20.000 olan yerdə hər şeyə göz yummağın mümkün olduğunu bildirir. Cavid Alıyev tərəfindən təqdim edilmiş rəngli paylaşımın mətnindən də açıq-aydın görünür ki, dələduzluğa görə sözü dırnaq işarəsi arasında olmamaqla həmin durğu işarəsi olmadan yazılmış, lakin məhkumin saxta hesab etdiyi “X16” və “mükafat” sözləri dırnaq işarəsi içərisində yazılmışdır ki, bu da onu deməyə əsas verir ki, əgər məhkumin iddia etdiyi kimi həqiqətən də xüsusi ittihamçı düşünülmüş şəkildə dələduzluğa sözünün yazıldığı dırnaq şarələrini silməmiş, sadəcə kağızı çap edərkən həmin sözün ətrafında olan dırnaq işarəsi kağızda düşməmişdirsə, onun elə həmin paylaşımda həqiqiliyini şübhə altına aldığı “X16” və “mükafat” sözlərinin dırnaq işarəsində çap olunması, rəngli və kifayət qədər aydın çap edilmiş yazıda bütün sözlərin, ifadələrin və durğu işarələrinin aydın göründüyü halda yalnız dələduzluğa sözünün ətrafında olan dırnaq işarələrinin çap zamanı yoxa çıxması hər hansı məntiqə sığmır. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq məhkuma 1000 (min) manat məbləğində cərimə cəzası və xüsusi ittihamçı X12 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş cəzası təyin etmiş, həmçinin apellyasiya məhkəməsi məhkuma təyin edilmiş cəza ilə razılaşmışdır. Bundan əlavə məhkəmə kollegiyası X2 “sosial şəbəkələrdən istifadə edə bilməməsi, ona məxsus “Abdulla Efend izadə “Facebook” səhifəsi”nin başqa şəxs tərəfindən idarə olunması, həmin paylaşımı edən şəxsin adını deyə bilməyəciyi və demək istəmədiyi, daha sonra paylaşımı edən şəxs Camal Bağırzadənin onun icazəsi və xəbəri olmadan Cavid Alıyev haqqında 25 avqust 2023-cü il tarixdə saat 23:29 radələrində ona məxsus Abdulla Efendizadə “Facebook” səhifəsində “Ehtiyyatlı Olun! Saxtakarlıq!” başlıqlı məqaləsinin altında - “Sosial şəbəkələrdə vəkil C.Alıyev haqqında yazılanlar həqiqətdirmi?” cümləsi” olan məqaləni dərc etdirməsi” haqqında qeyd etdiyi xüsusatları onun məsuliyyətdən yayınmasına və özünə bəraət qazandırmasına cəhd kimi qiymətləndirir və qəbul etmir. Əlavə olaraq məhkəmə kollegiyası hesab edir ki, AMEA Nəsimi adına X6 dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru professor İ.O.Məmmə dli tərəfindən verilmiş həmin məktubda məhz Abdulla Əfəndizadənin özünün sonradan fərqli məzmun yükləməyə çalışdığı və həqiqiliyi şübhə doğuran mətn nəzərə alınmaqla verildiyindən məktuba da sübut kimi istinad edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi A.Əfəndizadəyə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum X3 elan olunmuş ittihamla bağlı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərd ə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişi klik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. X2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar