Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-282/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi X6, məhkumun qanuni nümayəndəsi X5 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qərarı il ə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilmiş və barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi təyin edilmiş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı1 Adil oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qərarı ilə (hakimlər: Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə) xx.xx.1992-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olm ayan, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş, həmçinin onun haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli tədbirlər tətbiq olunmuşdur. Qərardan qanuni nümayəndə M.S.Qasımov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə) 10 avqust 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qərarı dəyiş dirilmiş, anlaqsız vəziyyətdə cinayət törətmiş Məhkum əməli CM-nin 127.1-ci maddəsi üzrə tövsif edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Məhkum 16 yanvar 2017-ei il tarixdə X8 onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini zənn edərək sonuncuya zəng edib ünvan 2 olmasını dəqiqləşdirdikdən sonra yaşadığı evdən odun baltasını götürüb həmin kafeyə gəlmiş, orada saat 14 radələrində X1a onu öldürəcəyini deməklə həyətə çıxmasını tələb etmiş, həmin vaxt zərərçəkmiş şəxslə birlikdə kafedə yemək yeyən tanışları X15, X4 və X20 onu sakitləşdirərək yaşadığı evə getməsini tövsiyyə etmələrinə baxmayaraq kafedən kənarda dayanıb X1un həyətə çıxmasını gözləmiş, sonuncu onun getdiyini zənn edib yemək yediyi beş nömrəli kabinetdən telefonla danışmaq üçün kafenin həyətinə çıxdıqda X1a ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini bildirib X10 qəsdən öldürmək qərarına gəlib bu niyyətlə yaşadığı evdən götürüb özü ilə həmin yerə gətirdiyi silah qismində istifadə etdiyi odun baltasının arxa hissəsi ilə X1un həyat üçün vacib sayılan baş və kürək nahiyəsinə iki dəfə vuraraq ona qapalı kəllə beyin travması, sol fronto-temporal (alıngicgah), sağ frontal (alm) epidural h ematoma, metopik suturdan keçən lineer sınıq, sol İV qabırğanın xətti yerdəyişməyən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd etmiş, lakin, həmin yerdə olan X15, X4 və X11 hadisə yerinə gələrək ona mane olmaları, o cümlədən X8 qısa müddət ərzində X13 Mərkəzinə çatdırılaraq orada vaxtında üzərində cərrahiyyə əməliyyatı aparılmaqla ixtisaslı tibbi yardım almasına görə bilavasitə öz iradəsindən asılı olmayan qeyd olunan səbəblərdən X1u qəsdən öldürmək kimi cinayətkar məqsədinə nail ola bilməmiş, bununla da o, sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmiş dir ki, təqsirkarın niyyəti balta ilə zərərçəkmiş şəxsin həyat üçün mühüm orqana xəsarət yetirməklə öldürmək olmuş, hadisə yerində olan şəxslərin və sonradan da həkimlərin müdaxiləsinə görə Məhkum cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən qəsdən adam öldürmək kimi cinayətkar məqsədinə nail ola bilməmişdir. Məhkəmə kollegiyasının gətirdiyi dəlillər əsassızdır. Belə ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs və şahidlər ifadələrində Məhkum açıq aşkar adam öldürməyə cəhd etməsini göstərsə də, məhkəmə kollegiyası öz mülahizəsinə görə bunu qəbul etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, bu icraat üzrə Məhkum təqsirliliyi deyil, onun tərəfindən cinayət qanunu ilə qadağan edilmiş məhz hansı əməlin törədilməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən kass asiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin və məhkumun qanuni nümayəndəsinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcə llənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belənəticəyə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Kassasiya protestində göstərilmişdir ki, qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq o laraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum qəsdən adam öldürməyə cəhd etməsi cinayətinin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 127.1-ci maddəsində isə Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətl i dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.12.2002-ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın n iyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İbtidai istintaq zamanı Məhkum ifadələrində göstərmişdir ki, X10 on ilə yaxındır ki tanıyır. X1ı tanıyandan sonra son vaxtlara kimi onların aralarında normal münasibətlər olmuş, əvvəllər onların aralarında dava dalaş olmamışdır. Lakin son bir neçə aydır ki, aralarında olan münasibətlər dəyişmiş, çünki son dövrlər heç bir səbəb olmadan X1 onu söymüş, X1 onun atasının, anasının, bacısının ünvanına söyüşlər işlətmişdir. O, X1la rastlaşanda sonuncuya heç nə deməmiş, heç bir şey olmamış durduğu yerdə onun və ailəsinin ünvanına söyüşlər etmişdir. X1ın ona qarşı ədəbsizlik etməsinin, söyməsinin təhqir etməsinin səbəbini o bilməmiş və indi də bu ona məlum olmamış, X1 onu hansı səbəbə söydüyünü deməmişdir. Neçə müddət, o, X1ın onu hansı səbəbə söyməsi haqda fikirləşmiş, lakin tapa bilməmişdir. Hətta o, gecələr yatanda yuxusunda X1ın ona və ailəsinin ünvanına söyüşlər etdiyini, ona rahatlıq vermədiyini görmüş, yuxuda ona X1ın onu söydüyünü demişlər. O, X1ı görüb bu barədə sonuncuya nə qədər desə də, buna baxmayaraq X1 ondan əl çəkməmiş, mütəmadi olaraq onun, atasının, anasının bacısının ünvanına söyüşlər etmişdir. X1ın onu və ailə üzvlərini heç nə olmadan söyməsi bir neçə ay davam etmişdir. Bu barədə o, götür qoy edəndən sonra X1la görüşüb bu narahatçılığa son qoymağı, məsələni qurtarmağı və X1ı öldürməyi qərara almışdır. Ona görə də 16 yanvar 2017-ci il tarixdə saat 15 radələrində o, X1a zəng edib harda olduğunu soruşmuş, X1 ona Tovuz şəhərində X2in kafesində olduğunu demişdir. O, X1a onunla işi olduğunu, ora gəldiyini bildirmişdir. O, evlərindən odun baltasını özü ilə götürüb təkcə piyada X1 dediyi kafeyə gəlmişdir. O, X1ın kafenin hansı otağında, yaxud zalında oturduğunu bilmədiyi üçün kafenin həyətində X1ı səsləmiş və çıx çölə gəlmişəm səninlə məsələni bitirməyə, bu məsələyə son qoymalıyam, səni öldürməyə gəlmişəm” sözlərini demişdir. O, həmin sözləri səslənəndə kabinet otağın birindən X1ın dostları X7, X9 və X14 çölə çıxmışlar. O, həmin uşaqlara "X1a deyin çölə çıxsın, gəlmişəm ki, onu öldü rəm və bu məsələyə son qoyam. Nə qədər o, məni və ailəmi söyməlidir, bu nə qədərə kimi davam etməlidir, indi burada bu məsələ bitməlidir, ona deyin çölə çıxsın" sözlərini demişdir. Həmin vaxt X7, X9 və X14 onu sakitləşdirməyə başlamışlar, bundan sonra o, bir qədər sakitləşmiş, baltanı əlindən yerə qoymuşdur. X7, X9 və X14 onunla bir az söhbət etdikdən sonra, ona evə getməyi məsləhət görmüşlər. O, da geri qayıtmağa başlamış və X7, X9 və X14 onun çıxıb getdiyini başa düşüb yenidən kabinet otağına keçmişlər. O, isə kafenin həyətində gözləyib siqaret çəkməyə başlamışdır. Bu zaman siqaret çəkərkən aradan bir müddət keçmiş, X1 kabinet otağından təkcə çölə çıxmışdır. X1ın nəyə görə çölə çıxmasını o, bilməmiş və X1 onu görmüş və "gəl görüm məndən nə istəyirsən nə deyirsən” sözlərini demişdir. O, X 1a "nə səbəbə məni və ailəmi söyürdün, səninlə məsələni bitirməliyəm, sən ölməlisən" sözlərini deyib və baltanı əlinə götürüb X1ın üstünə getmişdir. X1 onun əlindəki baltanı görüb qaçıb həyətdə olan avtomaşının ətrafına fırlanmış, o da əlində balta ilə X1ın dalınca qaçıb sonuncunu qovmuşdur. O, X1a çatanda X1 dayanmış çevrilib ona nə istədiyini soruşmuş, həmin vaxt çatan kimi o, əlindəki odun baltası ilə X1ın başında zərbə endirmiş, bu vaxtı X1 qolunu qabağa vermiş və balta sonuncunun qoluna dəyərək fırlanmış və baltanın kəsici tərəfi deyil, arxa tərəfı-küt hissəsi X1ın başından dəymişdir. Bu zaman zərbə dəyən kimi X1 zərbədən yerə oturmuşdur. O, dərhal ikinci zərbəni X1a endirmiş və bu dəfə baltanın küt tərəfi X1ın belindən dəymişdir. Həmin vaxtı səs küyə X1ın dostları X7, X9 və X14 kabin et otağından çölə çıxıb görüb onun üstünə hücum etmişlər. Həmin səbəbdən artıq X1ı yenə vura bilməmiş və baltanı götürüb oradan qaçmışdır. O, oradan uzaqlaşıb bir başa Tovuz şəhər avtovağzalına gəlmiş, avtovağzala gələrkən yolda hardasa baltanı kənara tullamışdır. O, avtovağzaldan marşurut avtobusu ilə Bakı şəhərinə gəlmiş, iki gün Bakı şəhərində qalmışdır. Bundan sonra atası onun dalınca gəlmiş, X1ın xəstəxanada olduğunu bildirib, onu özü ilə Tovuz şəhərinə qaytarıb gətirmişdir. X18 ilə onun arasında yuxarıda qeyd etdiyi ziddiyyət, söz söhbət olsa da əvvəl aralarında dava dalaş olmamışdır. O, birinci dəfə idi ki X1la dalaşmışdır. Onun məqsədi X1ın yanında olan adamlar onun üstünə hücum etməsəydilər, yaxına gəlməsəydilər o, X1a yenə də balta ilə zərbələr endirəcəkmiş. X1 həyatda yaşamamalı, onu öldürməlidir, ya özü bu həyatda yaşamamalı, bu məsələ bitməlidir. X1ın ona və ailəsinin ünvanına etmiş olduğu söyüşləri o, qəbul edə bilməmişdir, qulaq ardına vura bilməmişdir, ona görə də X1ı öldürmək niyyətində olmuş, həmin məqsədlə də odun baltasını özü ilə aparmışdır. Həmin məqsədlə X1ı balta ilə vurmuşdur. İbtidai istintaq və birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Məhkumla qohumluğu və ədavəti olmamışdır. Qabaqlar aralarında dava dalaş olmamışdır. Son vaxtlar isə Məhkum ondan əl çəkməmiş, tez-tez onun yanma gəlib ona: “məni söyürsən, gecələr yuxumda məni, ailə üzvlərimi söyürsən, təhqir edirsən, mənim dostlarımı söyürsən, sən məndən nə istəyirsən?” sözlərini demişdir. X3 danışanda o, hiss etmişdir ki, X3ın danışığı rabitəsiz və məntiqsizdir. Hətta X3 onun dalınca onların yaşadığı evə gəlib ailələrində narahatçılıq yaratmışdır. O, X3ı, X3ın tanışlarını, ailəsini, dostlarını söyməmiş, X3ın ondan nə istədiyini bilməmişdir. 16 yanvar 2017-ci il tarixdə dostu X9 “Nissan” markalı **-BR-*** dövlət qeydiyyat nömrəli avtomaşını Tovuz şəhəri H.Əliyev prospektində “taksimotornıy” adlanan ərazinin yanında yolun qırağında yerləşən sexə təmirə qoymuş, o, dostları Azər və X7 də oraya gedib toplaşmışlar və birlikdə söhbət etmişlər. Bu zaman X3 onun telefonuna zəng etmiş, ona yenə “məni niyə söyürsən, ailəmi söyübsən” sözlərini deyib ondan yenə əl çəkməmişdir. Təxminən saat 14 radələri olduğundan onlar yolun əks tərəfində olan kafeyə gedib kabinet otaqda oturub yemək sifariş vermişlər. Onlar dördü kafenin kabinet o tağında oturub yemək yeyərkən X3 ona yenə də zəng etmiş, ondan harda olduğunu soruşmuşdur. O, X3a olduğu yeri bildirmişdir. Həmin vaxt X3 ona ora gəldiyini, onunla işi olduğunu bildirmişdir. O, X3a yerini düzgün deməsə X3 yenə onların yaşadığı evə gedəcəyini, onu axtaracağını və ailəsində narahatçılıq yaradacağını fikirləşmişdir Aradan bir müddət keçmiş onlar kabinet otaqda yemək yeyərkən çöldən X3ın qışqıraraq “X1 çölə çıx səninlə söhbətim var” sözlərini demişdir. Onlar kabinetin pəncərəsindən baxanda Məhkum əlində odun baltası ilə gəldiyini və onu axtardığını görmüşlər. X14il ona kabinetdən çıxmamağı məsləhət bilmişlər, ona görə o, kabinetdə oturmuş, X7, X9 və X14 X3dan nə istədiyini soruşmaq üçün özləri çölə çıxmışlar. Bu zaman artıq yeməkxananın işçiləri də X3ın qabağına çıxmışlar. X3 həmin vaxt “X1ı öldürməyə gəlmişəm, onu öldürəcəm, onu mütləq öldürməliyəm, sözlərini demişdir. X14il X3ı sakitləşdirməyə çalışmışlar. X3a: “X1 sənə nə edib ki, onu öldürmək istəyirsən” deyə sual vermişlər. X3 isə “gecə mənim yuxuma girib X1 məni və ailəmi söyür, X1ı öldürməliyəm, ya o, ölməlidir ya mən ölməliyəm, bu gün bu məsələni qurtarmalıyıq, indi məslə həll olmalıdır, qoy çıxsın onu öldürəcəm o, yaşamamalıdır” sözlərini demişdir. X3ı uşaqlar şirin dilə tutub bir qədər sakitləşdirməyə nail olmuşlar, uşaqlardan kimsə baltanı X3ın əlindən almışdır. Bundan sonra X3 kabinetə gəlmiş, X3ın əsəbdən bədəni əsmişdir. Uşaqlar X3a əsəbi olduğunu, özünü yaxşı hiss etmədiyini deyib evə gedib dincəlməyi məsləhət görmüşlər. X3 da kabinet otağından çıxmışdır. Onlar X3ın evə getdiyini hesab etmişlər. Bir qədər sonra düşünmüşdür ki, ola bilsin ki, X3 onun yaşadığı evə gedib narahatçılıq yaradar, dava dalaş edər. Bu fikirlə evə zəng edib ailə üzvlərini məlumatlandırmaq qərarına gəlmişdir. Bu səbəbdən çölə çıxıb evləri ilə danışmaq istəmişdir. Çölə çıxandan sonra kafenin həyətində X3ın əlində odun baltası ilə durduğunu görmüşdür. Onu görən kimi X3 ona: "bu gün onsuz da məsələni qurtarmalıyıq, axırıncı gündür, səni öldürməliyəm” sözlərini deyib ona hücum etmişdir. O, da kafenin həyətində dayanmış, "VAZ 2107” markalı qırmızı rəngli avtomaşının ətrafına dolanıb qaçmağa başlamışdır. X3 da əlində odun baltası ilə onun dalına düşmüşdür. X3 ona çatanda o da dayanıb ona: "axı mən sənə nə etmişəm, məndən nə istəyirsən?” sözlərini demişdir. Həmin vaxt X3 “səni öldürməliyəm” deyərək əlindəki odun b altası ilə onun başından bir dəfə zərbə endirmişdir. O, baltanın dəmir kəsici ucu başına dəyən kimi başını parçalayıb onu öldürəcəyini görmüş, ona görə qolunu baltanın qabağına vermiş, balta onun qoluna dəyəndən sonra fırlanıb çevrilərək kəsici tərəfi deyil dəmir hissəsinin arxa tərəfi, küt hissəsi onun başında dəymişdir. X3 baltanın küt tərəfi ilə ikinci zərbəni belindən vurmuş, zərbənin təsirindən o, yerə çökmüşdür. Bu zaman X14, X7 və X9 səs küyə otaqdan çölə çıxmış və X3ı zərərsizləşdirmək üçün ona doğru qaçmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 16 yanvar 2017-ci il tarixdə saat 14 radələrində, X1, digər dostları X14 və X7lə birlikdə saat 14 radələrində kafedə nahar edən zaman səs-küy gəlmiş, kimsə qışqırıb demişdir ki, "X1 çölə çıx s əninlə söhbətim var”. Onlar kabinetin pəncərəsindən baxanda görmüşlər ki, Məhkumdur, əlində də odun baltası vardır. Onlar X1a demişlər ki, “sən çölə çıxma, biz çıxıb onu sakitləşdirək”. X1 kabinetdə qalmış, o, X14 və X7 kabinet otaqdan çölə çıxmışlar. Ona kimi yeməkxananın işçiləri də X3ın qabağına çıxmışlar, X3 demişdir ki, "X1ı öldürməyə gəlmişəm, onu öldürəcəm”. Ondan soruşmuşlar ki. X1 nə edib ki, onu öldürmək istəyirsən. X3 da demişdir ki, "gecə yuxuda görürəm ki, X1 məni, ailəmi söyür, mən onu nə qədər axtarmalıyam? Ya o ölməlidir, ya da mən ölməliyəm, bu gün bu məsələni qurtarmalıyıq, məsələ həll olunmalıdır”. Hamı birlikdə onu birtəhər sakitləşdirmiş və kimsə onun əlindən baltanı almışdır. X1 da bundan sonra kabinetdən çölə çıxmışdır, X1ı görən kimi X3 ona demişdir ki, bu gün onsuz da məsələni qurtarmalıyıq, axırıncı gündür. Onlar X3ı şirin dilə tutmuşlar ki, özülri ilə otuzdurub, X1la arasındakı münasibəti düzəltsinlər. Onlar kabinet otağa keçəndə X3ı da dəvət etmişlər, o kabinet otağa girmiş, lakin oturmamış, çünki görmüşlər ki, onun bədəni əsir. Stolun üstündə yemək üçün çəngəl, bıçaq olduğundan, birdən X3 əlinə götürüb X1ı vurmasından ehtiyat etdiklərinə görə X14 X3a demişdir ki, "çıx get evinizə”, ona görə X3 kabinet otaqdan çıxmışdır. X3 kabinet otaqdan çıxandan bir neçə dəqiqə keçmiş X1 demişdir ki. "mən çölə çıxım evimizə zəng edim, birdən X3 evimizə gedib dava dalaş salar, qoy əvvəlcədən evdəkilərin məlumatı olsun". Onlar hesab etmişlər ki, X3 artıq çıxıb getmişdir, ona görə X1 telefonla danışmaq üçün kabinet otaqdan çölə çıxanda onlar çıxmamışlar. X1 çöl ə çıxandan heç iki üç dəqiqə keçməmiş səs küyə çölə çıxmışlar. Çölə çıxanda görmüşlər ki, yeməkxanadan 10-15 metr aralıda X3 əlində odun baltası X1ın dalınca düşüb. X1 orada olan VAZ-2107 markalı qırmızı rəngli avtomaşının ətrafına dolanır, X3 da onu təqib edir. X1 avtomaşının başına bir dəfə fırlananadan sonra X3 ona çatmışdır. X1 da fırlanıb ona tərəf çevrilib demişdir ki, nə istəyirsən. Bu zaman X3 əlindəki balta ilə X1ın başından zərbə endirmişdir. X1 qolunu baltanın qabağına vermiş və bu zaman sanki balta çevrilirək kəsici tərəfi deyil, dəmir hissənin arxa tərəfi, yəni küt hissəsi X1ın başından dəymişdir. X3 balta ilə X1ın başından vuran kimi X1 zərbədən yerə çökmüş və bu zaman X3 baltanın küt tərəfi ilə X1ın belindən vurmuşdur. Onlar bu zaman X3ın üstünə gedəndə X3 dərhal əlində balt a qaçıb getmişdir. Onların başı X1a qarışdığından, həm də əlində balta olduğundan X3ın dalınca gedən olmamışdır. X3 yola tərəf qaçıb getmişdir. Onlar baxmışlar ki, X1ın huşu itib, onun sifətinə su vurub, bir qədər ayılıtmışlar. Bu zaman orada kimsə X1ın atası X8ə zəng edib hadisə barədə xəbər vermişdir. Aradan təxminən 15-20 dəqiqə keçmiş X8 bir nəfərlə avtomaşınla gəlmişdir. X27 öz avtomaşınına qoymuşlar, X8 də gəldiyi şəxslə X1ı xəstəxanaya aparmışdır. Onlar də Tovuz rayon xəstəxanasına getmişlər. Təxminən yarım saata kimi X1 xəstəxanada qalmış, oradan isə Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X12 (kafenin işçisi) ifadəsində göstərmişdir ki, 16 yanvar 2017-ci il tarixdə X1, tanıdığı X9lə, X14 və X7lə kafeyə gəlmişlər. Onlar 5 nömrəli k abinet otaqda oturub yemək sifariş vermişlər. Onların sifarişi yerinə yetirilmiş və kabinetdə oturub yeməklərini yeməyə başlamışlar. X1gil gələndən təxminən yarım saat, qırx dəqiqə keçmiş o, kafenin bufetində olarkən Məhkum təkcə onun yanına gəlmiş və soruşmuşdur ki, “X1 harada oturub?”. O, da X3ı müştəri zənn edib X1gilin oturduğu yeri göstərib ona demişdir ki, “kabinetdə oturub yemək yeyir”. X3ın əlində balta və ya hər hansı bir predmet olmamışdır. X3 qabaqlar X1la kafeyə gəlib getdiyindən o, heç nədən şübhələnməmişdir. X3 bufetdən çölə yeməkxananın həyətinə çıxmışdır. Aradan bir neçə dəqiqə keçmiş çöldə səs küy eşitmişdir. Çıxıb görmüşdür ki, X1gil oturduğu kabinetin qabağında çöl tərəfdə X3 əlində odun baltası səs küy salır, X1la gələn uşaqlar da otaqdan çölə çıxıblar. X3 X1a səslənib demişdir ki, “çıx çölə səninlə işim var, bu məsələni qurtarmalıyam”. X3 demişdir ki, X1ı baltalayacaqdır, öldürəcəkdir. X3ı sakitləşdirməyə çalışmışlar, ona demişlər ki, “X1ı niyə baltalayıb öldürmək istəyirsən, o sənə nə edib?”. Onlar birtəhər X3ı sakitləşdirmişlər, o, baltam X3ın əlindən alıb kənara yeməkxananın həyətinə qoymuşdur. X3 kafedən bir qədər aralanmış və hesab etmişdir ki, o çıxıb getmişdir. O, isə öz işi ilə məşğul olmaqda davam etmişdir. Aradan bir müddət sonra yenə səs-küy qopmuş, baxanda görmüşdür ki, X3 çıxıb getməmiş, qayıdıb baltanı götürüb, X1da kafenin həyətindədir. X3 əlində odun baltası X1ın dalınca düşüb, X1 da kafenin həyətində dayanmış “VAZ-2107” markalı qırmızı rəngli avtomaşının ətrafına dolanır. X3 da əlində odun baltası onu təqib edib vurmaq üçün dalınca qaçı r. X3 X1a çatmış, bu zaman X1 dayanıb ona tərəf çevriləndə X3 əlindəki balta ilə X1ın başından bir dəfə zərbə endirmişdir.. İşin tədqiq edilmiş hallarından göründüyü kimi təqsirkarın niyyəti balta ilə zərərçəkmiş şəxsin həyat üçün mühüm orqana xəsarət yetirməklə öldürmək olmuş, hadisə yerində olan şəxslərin və sonradan da həkimlərin müdaxiləsinə görə Məhkum cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən qəsdən adam öldürmək kimi cinayətkar məqsədinə nail ola bilməmişdir. Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının 1-ci bəndində izah edilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndi rilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq sürətdə müəyyən edilmiş prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Kollegiya işin hallarına əsasən hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilməmiş və məhkəmənin əməlin tövsifi ilə bağlı nəticəsi işin faktiki hallarına uyğun deyildir. Beləliklə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegi yası törədilmiş əməlin tövsifində səhvə yol vermişdir. Ona görə də kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində və həmin Məcəllənin 416.02-ci maddəsinə görə sübutların tədqiqində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2018-ci il tarixli q ərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-282/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-282/2019
02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver