Məhkəmə qərarları › İş №1(102)-282/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-282/2020

18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-282/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyası, Amur vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Münvan qeydiyyatda olan və ünvan 1 yaşamış və hal hazırda həbsdə o lan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakim N.İ.Abıyev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmə ləğv olunaraq, həmin hökmlə ona təyin olunmuş 01 il 10 ay 2 2 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, onun üzərində qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), N.R.Mövsümov və R.O.Əsgərova) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx xxx x 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 10 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş, üzərində 2 il 7 ay müddətinə azadlıqdan məhrum etrmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 09:45 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən "MN- dekor" bəzək əşyalarının satışı mağazasına daxil olub dükanda satıcı işləyən X7 pıştaxtanın üzərində olan mobil telefonunu görüb onu oğurlamaq qərarına gələrək, bu məqsədlə satıcının başının qarışması üçün müxtəlif bəzək əşyaralarını sifariş edərək, sonuncudan onların yığılmasını xahiş etmış, satıcının həmin əşyaları yığarkən onu görməməsinə əmin olaraq mağazada olan masanın üzərinə qoyulmuş dəyəri 170 (bir yüz yetmiş) manat olan ''Samsung C2" markalı mobil telefonu piştaxtanın üzərindən gizli yolla talayıb, zərərçəkmiş X9 170 (bir yüz yetmiş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən "My baby brends" uşaq geyimlərinin satışı mağazasına daxil olub, dükanda satıcı işləyən X2 piştaxtanın üzərinə qoyduğu "Sony Z2" markalı mobil telefonu görüb onu oğurlamaq qərarına gələrək, bu məqsədlə satıcının başının qarışması üçün müxtəlif uşaq geyimlərinin qiyməti barədə soruşaraq, onların göstərilməsini xahiş etmiş, satıcının həmin paltarlara tərəf getməsindən istifadə edərək və sonuncunun onu görməməsinə əmin olduqdan sonra Xya məxsus üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** nömrəli sim kartla birlikdə 120 (bir yüz iyirmi) manat dəyərində "Sony Z2" markalı mobii telefonu pişiaxtanın üzərindən gizlı yolla talayıb zərərçəkmiş X4 124 (bir yüz iyirmi dörd) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2018-ci ii tarixdə saat 10:30 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "İdeal" mebel evinə daxil olaraq həmin mebel evində satıcı işləyən Zərərçəkmiş şəxs2 məxsus "Xiaomi Redmi 5" markalı mobil telefon görüb onu oğurlamaq qərarın a gələrək, bu məqsədlə satıcının başını qarışdırmaq üçün bacısına mebel almaq istədiyini bildirib, birlikdə baxıb mebeldə rəng seçməyə kömək etməsini satıcıdan xahiş etmiş, sonuncunun onunla birlikdə mağazanı gəzib mebelləri ona göstərərkən fikrindən yayındığından onu görməməsinə əmin olaraq, Zərərçəkmiş şəxs2 məxsus içərisində 5 manat dəyərində 070 *** ** ** nömrəli telefon kartı olan 150 (bir yüz əlli) manat dəyərində "Xiaomi Redmi 5" markalı mobil telefonunu masanın üzərindən gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 155 (bir yüz əlli beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "Ağ Şam" çərəz aləmi mağazasına gələrək mağazada satıcı işləyən X3 “Samsung Galaxy prayn 2" markalı mobil telefonunu masanın üzərində görüb onu oğurlamaq qərarına gələrək, bu məqsədlə satıcıdan çərəz çəkməyi xahiş etmiş, həmin vaxt sonuncunun mağazaya gələn digər müştərilərlə məşğul olduğundan onu görməməsinə əmin olaraq X2ya məxsus içərisində 5 (beş) manat dəyərində 055 292 71 44 nömrəli telefon kartı olan 120 (bir yüz iyirmi) manat dəyərində "Samsung Galaxy prime 2" markalı mobil telefonunu masanın üzərindən gizli olaraq talamaqla, zərərçəkmiş X5 125 (bir yüz iyirmi beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "Parabüzən" kitab satış mağazasına daxil olaraq həmin kitab mağazasında satıcı işləyən X8 masanın üzərində olan "Samsung Galaxy A 5" markalı mobil telefonunu görüb onu oğurlamaq qərarına gələrək bu məqsədlə, satıcının görməməsi üçün sonuncuya hədiyyələr seçməkdə kömək elməyi xahiş etmiş, sonuncunun hadiyyələri gedib gətirməsindən istifadə edarək, onun görməməsinə əmin olaraq x3ya məxsus içərisində 5 (beş) manat dəyərində 051 *** ** ** nömrəli telefon danışıq kartı olan 180 (bir yüz səksən) manat dəyərində ''Samsung Galaxy A 5" markalı mobil telefonunu masanın üzərindən gizli olaraq talayaraq, zərər çəkmiş X10 185 (bir yüz səksən beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri 45-ci məhəllədə olan 'Əyri bina" adlanan binanın 1-ci m ərtəbəsində yerləşən "Faberlik" şirkətinin parfyumeriya mağazasına daxil olaraq orada satıcı işləyən Zərərçəkmiş şəxs1 piştaxtanın üzərində olan "İphone 6s" markalı mobil telefonu görüb, onu oğurlamaq qərarına gələrək, satıcının başının qarışması üçün parfyumeriya mallarını sifariş edib onların yığılmasını xahis etmiş, sonuncunun parfyumeriya yığarkən onu görməməsinə əmin olaraq Zərərçəkmiş şəxs1 məxsus içərisində 6 (altı) manat dəyərində 050 *** ** ** nömrəli telefon danışıq kartı olan dəyəri 450 (dörd yüz əlli) manat olan "İphone 6s" markalı mobil telefonu piştaxtanın üzərindən gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 456 (dörd yüz əlli altı) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 16:40 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 3/26-nın birinci mərtəbəsində yerləşən "Nuray" parfyumeriya mağazasına gələrək həmin mağazada satıcı işləyən X12 masanın üzərində olan "Samsung Galaxy C3" markalı mobil telefonunu görüb onu oğurlamaq qərarına gəlmiş, bu məqsədlə satıcının fikrinin yayınması üçün sonuncuya ətirlərin göstərilməsini xahiş etmiş, ətirlərin sonradan gəlib alacağını bildirdikə satıcı onları qaytarıb yerina qoyarkən, sonuncunun onu görməməsinə əmin olaraq Zöhrə Abdullayevaya məxsus içində 5 (beş) manat dəyərində ***-***-**-** və 3 (üç) manat dəyərində ***-***-**-** nömrəli kartları 200 (iki yüz) manat dəyərində "Samsung Galaxy C3" markalı mobil telefonu ilə birlikdə masanın üzərindən gizli yolla talamaqla zərərçəkmiş şəxs X6 ümumilikdə 208 (iki yüz səkkiz) manat z iyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli və qanuni qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr onun əməli nəticəsində dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını nəzərə almayaraq sərt cəza təyin etməklə ədalətsiz qərar qəbul etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşa ğıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instans iya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi q ərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, ailəli olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivinin cəzasını ağırlaşdıran hal kimi düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosia l ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, t əqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini gö stərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, ailəli olması, törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olması və zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət i şinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tər əfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar