Məhkəmə qərarları › İş №1(102)-282/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-282/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-282/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum2, Müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Babayeva Xəyalə Rizvan qızının iştirakları ilə, Lənkəran Ağı r Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Babayeva Xəyalə Rizvan qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-462/2021 №-li, 24 avqust 2021-ci il tarixli (hakimlər: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətə ndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, xxx yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti cəza 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddəti 15 sentyabr 2020-ci ildən hesablanmışdır. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən hökmündən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 09 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından Məhkum2 tərəfindən kassasiya şikayəti və onun müdafiəçisi Babayeva Xəyalə Rizvan qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum2 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan digər şəxslə qeyriləri ilə müəyyən edilməmiş tarixdə və yerdə külli miqdarda narkotik vasitə və psixotrop maddəni müəyyən məbləğdə pul müqabilində, yəni qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikası ərazisində əldə etmək, saxlamaq və daşımaq üçün İran İR ərazisində əldə etmə, saxlama və oradan daşımaqla İran İR-dən Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirmə barədə əvvəlcədən razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və cinayətkar qrupun İran İR vətəndaşı olan digər üzvünün onlara narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi yeri deməsindən sonra göstərilən məqsədlə, qabaqcadan əlbir olan bir qrup şəxsin niyyətilə əhatə olunmuş qaydada İran İR-də əldə edilmiş, saxlanılmış və daşınaraq İran İR-dən Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilmiş, müvafiq olaraq ümumi təmiz çəkiləri N0,0 qram və 950,0 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan tiryək (bundan sonra - tiryək) və psixotrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin (bundan sonra - N nömrəli h/h) Beyləqan rayonu ərazisində yerləşən 21-ci sərhəd zastavasının (bundan sonra - s/z) xidməti ərazisində gizlədildiyi yerdən götürüb Bakı şəhərinə aparmaq üçün 15 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Məhkum2 i darə etdiyi “KİA Rio markalı”, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobildə Beyləqan rayonu, İİ Şahsevən kəndinə gəlmiş, N nömrəli h/h-nin orada yerləşən 21-ci s/z-nın 23-cü sahəsi ərazisində, mühəndis texniki çəpərin arxa tərəfində olarkən daxil olmuş əməliyyat məlumatı əsasında N nömrəli h/h-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Göstərilən kütlələr həmin tarixdə Məhkum1 və Məhkum2 götürəcəklərini göstərdikləri, N nömrəli h/hnin 21-ci s/z-nin Beyləqan rayonu, Qaradağlı kəndi ərazisində yerləşən 31-ci sahəsinə keçirilmiş baxış zamanı mühəndis texniki çəpərdən dövlət sərhəd xətti istiqamətində 100 metr içəridə bir ədəd polietilen torbadakı iki ədəd bağlamada aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiə t ərəfi kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, şərh olunan maddələrə dair qanunvericiliyin tələbləri baxımından, birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlarla təqsirləndirilən şəxs Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsini, saxlamasını, daşımasını və satmasını, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İrandan AR ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsini təsdiq edəcək hər hansi sübut növü müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmələr AR CM-nin 59-cu maddəsinə əsasən Məhkum2 cəzasını yüngülləşdirən halların, CM-nin 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran halların olmadığını müəyyən etməklə, cəza məsələsini müzakirə edərək, təqsirləndirilən şəxs Məhkum2 təyin olunan cəzanın ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olması üçün belə müəyyən etmişdir ki, o, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Müdafiə tərəfi məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, həmin cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Məhkəmənin hökmündə Məhkum2 məsuliyyətini yüngülləşdirən və onun cəzasını ağırlaşdıran halların olmaması göstərilsə də, bu cəza təyinində nəzərə alınmamış, ona ağır cəza təyin edilmiş, göstərilən cəza ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəzadır. Odur ki, göstərilənlərə əsasən, m əhkum tərəfindən verilmiş kassasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinin qərarını dəyişdirməklə Məhkum2 əməlini CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsi, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavə ilə isə Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinə aid hissədə bəraət verilməsini, CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə isə təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsində Məhkum2 çıxış edərək, verilmiş kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni müdafiə etdiyini, özünün heç narkotik istifadəçisi olmadığını, qeyd edilənlərlə əlaqəsinin olmadığını, yalnız taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib, kassasiya şikayətinin və on a əlavənin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Babayeva Xəyalə Rizvan qızı çıxış edərək, CM-nin 206.3.2-ci maddəsinə münasibətdə, Ali Məhkəmənin Plenum qərarının olduğunu, mal və digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətinə görə məsuliyyəti istisna etdiyini, bu cinayət işi üzrə digər Məhkum1 ifadəsindəndə görsəndiyi kimi Məhkum2la pul müqabilində, ondan taksi kimi istifadə edərək sərhəd zonasına getdiklərini, narkotik vasitə ilə bağlı bir məlumatının olmadığını, avtomobilin Beyləqan rayonu ərazisində xarab olduğundan Məhkum2n elə həmin ərazidə də qaldığını bildirib Məhkum2 Azərbayca n Respublikası CM-nin 206.3.2-ci maddəsinə aid hissədə bəraət verilməsini, CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə isə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirliliyinin cinayət işinin materialları ilə tam sübuta yetirildiyini bildirib kassasiya şikayətinin və ona əlavənin təmin olunmamasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarının Məhkum2 münasibətdə dəyişdirilmədən qüvvə də saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfinin kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21 -ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcə llənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törə dilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilm əsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi P lenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cin ayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cin ayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarı isə Məhkum2 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddəl ərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum2 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kol legiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməli olduğu və ya Məhkum2 Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsinə aid hissədə bəraət verilməsi, CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə isə təyin edilmiş cəzanın yüngülləşdirilməsi iddia edilir. Belə ki, Məhkum2 iş üzrə məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində aşkar edilmiş tiryək və metamfetaminin ona aidiyyətinin olmaması, 15 sentyabr 2020-ci il tarixdə idarə etdiyi avtomobildə Məhkum1 ilə Beyləqan rayonuna getməsinə səbəbin sonuncunun orada kimdənsə pul almaq məqsədilə getmək istədiyini deməsindən ibarət olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər Məhkum1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Nicat Kazımova həmin tarixdə Beyləqan rayonuna kimdənsə pul almaq məqsədilə getməsini deməməsini və sonuncunun onunla “Arif” adlı İran İR vətəndaşı arasında baş vermiş telefon danışıqlarının ümumi məzmununu, yəni Beyləqan rayonuna sonuncunun İrandan göndərdiyi narkotik vasitələri qəbul etmək üçün getdiklərini bilməsini göstərməsi, iş materiallarında olan sübutlarla, eləcə də Nicat Kaz ımovun göstərilən halı bilə-bilə ifadəsində olmuş avtomobili Beyləqan rayonu, İİ Şahsevən kəndi istiqamətində idarə etməsi, orada Məhkum1lə avtomobildən düşdükdən sonra N nömrəli h/h-nin 21-ci s/z-nın xidməti ərazisindəki çöl sahədə mühəndis texniki çəpərə doğru getmələri və orada Məhkum1 kimdənsə pul alması ehtimalının olmadığı barədə işin faktiki halları ilə tam təkzib edilir. Eyni zamanda, Məhkum1 verdiyi etirafedici ifadələrindən görünür ki, İranlı Ariflə telefonla danışanda Məhkum2 nəyisə götürmək üçün gəldiklərini başa düşmüş, buna görə də Beyləqan rayonuna çatmağa az qalmış Nicata Arif adlı iranlının İrandan göndərdiyi narkotik vasitəni qəbul etmək üçün gəldiklərini bildirmişdir. Nicat əvvəlcə buna etiraz etsə də, sonradan dostu olduğu üçün onunla razılaşmış, onu yarıyolda qoymamaq üçün onun xahişi ilə avtomobili Arifin dediyi istiqamətə sürmüşdür. Məhkum1 və Məhkum2 özünün də göstərdiyi kimi Əliağanın narkotik vasitəni götürmək üçün gəldiyini bilsədə narkotik vasitəni götürmək üçün getməkdən imtina etməmiş, bununla bağlı hüquq mühafizə orqanlarına heç bir məlumat verməmişdir. Eyni zamanda kassasiya məhkəmə kollegiyası Məhkum2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair şikayətin dəlillərinə (yəni cinayətin obyektiv cəhətinə aid hərəkətlərin onun tərəfindən icra edilməməsinə dair) qiymət verərək, həmin dəlilləri əsassız, məhkumun başqa şəxslərlə qabaqcadan razılaşmaqla CM-nin 206.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə verilmiş ittiham üzrə məhkəmələrin gəldiyi nəticənin qanuni və əsaslı hesab edir. Belə ki, cinayət in icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-in 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normalar hazırki iş üzrə müəy yən edilmiş hallarla əlaqələndirildikdə görünür ki, baxılan işdə külli miqdarda narkotik vasitə qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini yaradan hərəkətlər narkotik vasitənin Azərbaycan Respublikasına gömrük sərhədindən (İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətin dən gizli (kənar) keçirməsi tələb olunur. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkə Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, y axud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qeyd ediləm normaların tələbləri baxımından məhkumun törətdiyi cinayət əməlinə məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarına uyğun olaraq (narkotik vasitələri bilavasitə keçirildiyi yerlərdə onları qəbul edərkən tutulmalarını nəzərə alaraq) hüquqi qiymət verilərkən müəyyən olunur ki, Məhkum2 əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkə mə kollegiyası hesab edir ki, məhkum N.Kazımovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə qeyd edilmiş, məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. N.Kazımovun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanı n əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkum N.Kazımova cəza təyin edi lərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yeri üzrə normal xarakterizə oluması, əvvəllər məhkum olunmaması), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum N.Kazımovun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləc ək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum N.Kazımovun kassasiya şikayəti və onun müdafiəçisinin kassasiya şikayətinə əlavəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəl ləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi Babayeva Xəyalə Rizvan qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar