Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2820/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Nizami oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5, X6 və sonuncunun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının 8 avqust 2025-ci il tarixli qərarı ilə barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X11 və X6, hə r birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı X3 şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarı ilə isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək şikayətin yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallar üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X11 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X8 15 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək X5, 1 noyabr 1958-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, və X6, 18 yanvar 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hər birisinin CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X3 öz şikayətini onunla əsaslandırılmışdır ki, 2025-ci ilin may ayından başlayaraq ünvan 2 ünvanında yerləşən Bakı şə həri Nəsimi Rayon Məhkəməsinin inzibati binasının 4cü məhkəmə iclas zalında hakim Solmaz Mustafayevanın sədrliyi ilə X9 CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(006)-420/2025 nömrəli cinayət işinə baxılır və bu cinayət işi üzrə təqsirləndirilən şəxsin hüquqlarını o, müdafiə edir. 30 iyun 2025-ci il tarixdə, saat 13 radələrində yenə də həmin işə məhkəmə baxışı davam etdirilərkən iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X14 və məhkəmə iclas zalında olan onun atası X11 təqsirləndirilən şəxsə qarşı təhdidlər etməyə başlamış, o, isə bir neçə dəfə bununla əlaqədar etirazını bildirməsinə və hakim tərəfindən də onlara irad tutulmasına baxmayaraq X11 bu etirazlara və iradlara məhəl qoymayaraq onu nalayiq sözlərlə təhqir etmiş və onu ağır cinayətdə ittiham edərək onun mü stəntiq işlədiyi zaman rüşvət alması barədə böhtan xarakterli ifadələr işlətmişdir. Bundan ruhlanan X6 da atasına qoşularaq onu, yəni X3ü nalayiq ifadələrlə təhqir edərək hətta üstünə cumub onu vurmağa cəhd göstərmiş və yalnız ədliyyə işçilərinin səyləri nəticəsində onun zorakılıq hərəkətlərinin qarşısı alınmış, X11 isə zaldan çıxarılmışdır. Bütün bu hadisələr kütləvi şəkildə, yəni hakim Mustafayeva Solmaz Rafael qızının, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı X10, təqsirləndirilən şəxs X9, onun digər müdafiəçiləri X12 və X7, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndələri vəkillər X15 və X16 gözləri qarşısında baş vermiş və həmin hadisənin hallarını həm onlar, həm də zalda olan ədliyyə işçiləri və məhkəmə zalında olan kənar şəxslər təsdiq edə bilərlər. Bundan başqa, qeyd edilən ha disənin halları məhkəmə iclas protokolunda da öz əksini tapmış, həmçinin bu hadisə zalda quraşdırılmış videokameralar vasitəsilə də qeydə alınmışdır. Qeyd olunanlara əsaslanaraq X3 onun xüsusi ittiham qaydasında verdiyi şikayətinin təmin edilməsini və X11in və X6nın CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Tağıyev Ceyhun Əlikram oğlu) hazırlıq iclasının 8 avqust 2025-ci il tarixli qərarı ilə X11 və X6nın, hər birisinin CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X3in xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8 avqust 2 025-ci il tarixli qərarından xüsusi ittihamçı X3 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Zəfər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Qarayeva Mehriban Cəfər qızından ibarət tərkibdə) 16 sentyabr 2025-ci il tarixli qərarı ilə X3in apellyasiya şikayəti qismən təmin edilmiş, X11 və X6nıın, hər birisinin CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin icraaata qəbul edilməsindən imtina olunmasına dair birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarı ləğv edilərək toplanmış materiallar yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclası mərhələsinə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarından barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X11 və X6 ayrıayrılıqda kassasiya şikayətləri verərək, hər birisi həmin qərarın ləğv edilərək CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X11 və X6 verdikləri eyni məzmunlu kassas iya şikayətlərində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarına, iş üzrə qəbul edilmiş məhkəmə aktlarına və əsasən də apellyasiya instansiyası məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə ifadə etdiyi mövqeyə və gəldiyi nəticəyə istinad edərək həmin müraciətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır ona görə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə X3ün istinad etdiyi hadisənin baş verdiyi ünvan göstərilsə də, həmin şikayətin tərtib olunduğu yerin ünvanı göstərilməmişd ir. Halbuki CPM-in 293.3.6-cı maddəsinin tələblərinə görə, xüsusi ittiham qaydasında verilən şikayətdə hadisənin baş verdiyi ünvan yox, onun tərtib edildiyi ünvan göstərilməldir ki, X3 də həmin tələbə əməl etməmişdir. Birinci instansiya məhkəməsi göstərilən tələbə əməl olunmadığından haqlı olaraq X3ün şikayətini icraata qəbul etməkdən imtina etsə də, apellyasiya instansiya məhkəməsi bu pozuntuya başqa mövqedən yanaşaraq şikayətdə yalnız hadisənin baş verdiyi yerin göstərilməli olmasını qeyd etmiş, şikayətdə onun tərtib edildiyi yerin göstərilməməsinə diqqət yetirməmiş və nəticədə qanunun tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X11 və X6 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində hər birisi barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilərək CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. Hüquqi məsələlər: X11in və X6nın kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə xatırlatmağı lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız hə min məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq, onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyi n edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həm in maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq və kassasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bunu nla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə cinayətkar qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu no rması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetiril məsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Ci nayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandır ıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gəti rib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizl iyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtör ədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu m addəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmu suna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti CM-in 147.1-ci maddəsində, ağır və ya xüsusilə ağ ır cinayətdə ittiham etməklə böhtan atmağa görə isə CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuşdur. CM-in “Təhqir” adlanan 148-ci maddəsinin dispozisiyasına görə həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və layaqətini nalayiq formada alçaltmada, subyektiv cəhətdən isə birbaşa başqa şəxsin şərəf və ləyaqətinin alçaldılması qəsdində ifadə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 № li qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, e lektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi h alda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarak terli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndinin 2-ci abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayəti n öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bu izah və tövsiyələr CPM-in 293.3 və 302.1-ci maddələrinin tələblərindən irəli gəlir. Cinayət qanunun göstərilən maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri üçün isə təhqirə və böhtana məruz qalmış şəxs xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququna malikdir, bu hüququn həyata keçirilməsi üçün sonuncu CPM-in 293.3.3.1293.37-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl etməklə tərtib etdiyi şikayətini əməlin törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə təqdim edə bilər. CPM-in 293.3.1 və 293.3.7-cı maddələrinin tələblərinə görə isə xüsusi ittiham qaydasında verilmiş yazılı şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. X3in Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xüsusi ittiham qaydasında yazılı şikayətindən görünür ki, o, həmin şikayətində göstərilən maddələrdə nəzərdə tutulmuş bütün halları əks etdirmiş və yalnız həmin şikayətin tərtib edildiyi yeri göstrəməmişdir. CPM-in 302.1-ci maddəsində təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibin ə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Lakin, elə həmin şikayətin məzmunundan və şikay ət üzrə toplanmış digər materiallardan müəyyən edilir ki, X3 ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, özü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla Bakı şəhərində yerləşən “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərir, şikayətdə istinad olunan hadisə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baş vermişdir və məhkəmə kollegiyasının qənaətinə görə bütün bu hallar xüsusi ittiham qaydasında şikayətin hər hansı başqa ərazidə deyil, məhz Bakı şəhərində tərtib edilməsinə dəlalət edir. Məhkəmə kollegiyasının fikrincə, X3ün xüsusi ittiham qaydasında şikayət ərizəsində yalnız “Bakı şəhəri” söz birləşməsinin yazılmaması heç də həmin şikayətin icraata qəbul edilməsindən və həmin şikayətə mahiyyəti üzrə baxılmasından imtina olunmasına əsa s vermir, çünki, yuxarıda qeyd olunduğu kimi, həmin şikayətdə CPM-in 293.3-cü maddəsində tələb olunan bütün hallar göstərilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, X3ün xüsusi ittiham qaydasında verdiyi şikayətində CPM-in 293.3.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından həmin şikayəti icraata qəbul etməkdən imtina etmiş birinci instansiya məhkəməsinin hazırlıq iclasında qəbul etdiyi qərar cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, CPM-in ümumi hissəsinin normalarını pozduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının 8 avqust 2025-ci il tarixli qərarını ləğv edərək şikayət üzrə toplanmış materialların yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası m ərhələsinə göndərilməsinə dair tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu nəticəni qanuni və əsaslı, kassasiya şikayətlərinin dəlillərini isə - qəbuledilməz hesab edərək həmin şikayətlərin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda vurğulayır ki, hazırki materiallara baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X11un, X6nun və sonuncunun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətlərinin təmin edilməməsi barədə isə xüsusi ittihamçı X3ün çıxışlarını di nləyərək o nəticəyə gəlir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X11 və X6 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməməli və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətə yenidən baxılması üçün həmin şikayət üzrə toplanmış materialların birinci instansiya məhkəməsinə qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şə xslər X11un və X6nun kassasiya şikayətləri təmin edilməsin. X11 və X6, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı X3 şikayətinə yenidən baxılması üçün həmin şikayət üzrə toplanmış materialların Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2820/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2820/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver