Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2821/2025 24.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin böyük prokuroru X1, maraqlarına toxunan şəxs Maraqlı şəxs6 və onun nümayəndəsi - “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 04 sentyabr tarixli 1(103)-2019/2024 nömrəli qərarından maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş kassasiya şik ayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs9 və digərlərinin məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 27 iyul tarixli hökmündən maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi, Nümayəndə3 vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 16 may tarixli 1(101)-183/2017 nömrəli qərarı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi Nümayəndə3 həmin məhkəmənin 2017-ci il 27 iyul tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan maraqlarına toxunan şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə ba xan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 04 sentyabr tarixli 1(103)-2019/2024 nömrəli qərarı ilə (hakimlər E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 16 may tarixli 1(101)-183/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 04 sentyabr tarixli 1(103)-2019/2024 nömrəli qərarından narazı qalan maraqlarına toxunan şəxsin nümayəndəsi Nümayəndə3 kassasiya şikayəti verərək, həmin qərarın Maraqlı şəxs6 münasibətdə ləğv edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 27 iyul tarixli hökmündən maraqlarına toxunan şəxs Maraqlı şəxs6 tərəfindən verilmiş prosssual müddətin bərpasına dair vəsatətin tə min edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi şikayətin rədd edilməsinin əsası kimi yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasını göstərmişdir. Halbuki, maraqlarına toxunan şəxs Maraqlı şəxs6 kimi eyni müddətdə ərizə vermiş digər şəxslərə münasibətdə tamamilə fərqli qərarlar qəbul edilmişdir. Yəni, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli 1(101)-183/2017 saylı hökmündən maraqlarına toxunan şəxs Maraqlı şəxs5 (Məhkum münasibətdə) apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilmiş, qərar qəbul edən məhkəmə həmin qərarda bu dəfə hökmün sur ətinin İradə Qəmbərovaya göndərilməməsi, şəxsin cinayət işi ilə heç bir əlaqəsinin olmaması və ona məxsus əmlakın hərracda satışı zamanı məlumatı olmasına istinad etmişdir. Eləcə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli digər qərarı ilə eyni tarixli hökmdən digər maraqlarına toxunan (məhkum Təqsirləndirilən şəxs2 münasibətdə) Maraqlı şəxs7 və digərləri tərəfindən verilmiş apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilmişdir. Eynilə bu hallar maraqlarına toxunan Maraqlı şəxs6 da aiddir. Yəni, Maraqlı şəxs6 da cinayətlə bağlı heç bir əlaqəsi olmamış, həmin şəxs nə ibtidai istintaq, nədə ki, uzun müddətli məhkəmə istintaqında dəvət edilməmiş və ona heç bir sənəd, o cümlədən məhkəmə hökmü göndərilməmişdir. Məhkəmə kollegiyası kassa siya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə maraqlarına toxunan şəxsin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədləri nə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yekun məhkəmə aktlarından şikayətin və ya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökm və digər qərarlara apellyasiya icraatı qaydasında yenidən baxılması yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin olduğu halda mümkündür və belə şikayətlə müraciət etmək hüququ olan şəxslərin dairəsi CPM-in 383-cü maddəsi ilə müəyyən edilmişd ir. Qanunverici apellyasiya şikayəti vermək hüququ olan şəxsləri yalnız cinayət prosesinin tərəfləri, yəni cinayət prosesinin iştirakçıları ilə məhdudlaşdırmışdır ki, bu da birinci instansiya məhkəməsinin hökmü ilə hüquq və qanuni maraqlarına toxunulmuş cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) pozulmuş hüquqlarının müdafiəsi imkanından kənar qalması ilə nəticələnir. Lakin “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şik ayəti vermək hüququnun nəzərdə tutulmaması Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə uyğun olmayan hesab edilmiş, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş, Azərbaycan Respublik ası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilmişdir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qəra rın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə maraqlarına toxunulan şəxslərin apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq, məhkəməyə müraciət etməsi üçün müddətlərin axımının müəyyən edilməsi məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinin təmin edilməsi baxımından zəruridir. Odur ki, maraqlarına toxunulan şəxslərə münasibətdə CPM-in 384cü maddəsində müəyyən edilən apellyasiya şikayətinin verilmə müddətlərinin başlanğıcının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə maraqlarına toxunulan şəxsə münasibətdə CPM-in 384-cü maddəsində müəyyən edilə n apellyasiya şikayətinin verilmə müddətlərinin başlanğıcı onun öz hüqununun pozulmasını bildiyi və ya bilməli olduğu vaxtdan hesablanmalıdır. Əks yanaşma, yəni maraqlarına toxunulan şəxslərə münasibətdə qeyri-məhdud zaman kəsiyində hökm və ya qərarın mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirə bilər. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü Təqsirləndirilən şəxs9 iştirakı ilə elan olunmuş, hökm elan edilərkən proses işti rakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış və hökmün surəti bütün proses iştirakçılarına göndərilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs9 ilə Maraqlı şəxs6 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. Məhkum Təqsirləndirilən şəxs9 arvadı Maraqlı şəxs6 7 il müddət keçdikdən sonra nümayəndəsi vasitəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Maraqlı şəxs6 cinayət işi üzrə proses iştirakçısı qismində tanınmasa belə, birinci instansiya məhkəməsinin hökmü onun ailə münasibətl ərində olduğu əri Təqsirləndirilən şəxs9 iştirakı ilə elan edilmiş, hökmün surəti sonuncuya rəsmi qaydada təqdim edilmişdir. Maraqlı şəxs6 xx.xx.2024-cü il tarixdə hərrac təşkilatı tərəfindən göndərilən bildirişi aldıqdan sonra əmlakların müsadirə edildiyini bildiyini iddia etsə də, iş materiallarından görünür ki, həmin əmlakların müsadirə edilməsi məsələsi məhkum Təqsirləndirilən şəxs9 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərində də mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs9 məxsus olan və xüsusi müsadirə tətbiq olunmuş əmlaklarla bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmişdir. Belə olan vəziyyətdə, məhkum edilmiş şəxsin birgə ailə münasibətlərində olduğu arvadı Maraqlı şəxs6 məhkəmənin hökmündən və əmlakların müsadirə edilməsindən məlumatlı olmamasına dair kassasiya şikayətinin dəlilləri inandırıcı görünmür. Onu hökmün çıxarıldığı vaxtdan 7 il ərzində ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı üzrlü səbəbin mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, maraqlarına toxunula şəxsin hazırkı vəsatətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Həmçinin qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə aktından uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyə nlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu da məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, “Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, maraqlarına toxunulan şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 04 sentyabr tarixli 1(103)-2019/2024 nömrəli qərarı Maraqlı şəxs6 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 04 sentyabr tarixli 1(103)-2019/2024 nömrəli qərarı Maraqlı şəxs6 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2821/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2821/2025
24.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver