Məhkəmə qərarları › İş №1(102)-283/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-283/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-283/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İ Namiq Qadir oğlu, məhkumun müdafiəçiləri X18 və X6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmünə əsasən Məhkum A zərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) 21 yanvar 2019-cu il tarixli hökmü ilə xx xxxx 1964-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Ukrayna Respublikasında yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinib, CM-nin 206.4-cü maddəsi ilə 09 il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X19 və X1 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Müdafiəçi tərəfindən apellyasiya şikayətinə əlavə təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmü cəzanın təyin edilməsi hissədə dəyişdir ilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 206.4-cü maddəsi ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrumetmə cəzası 08 il müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrumetmə cəzası 08 il müddətə endirilmiş, CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2014-cü ildə Ukrayna Respublikasında başqası, Azərbaycan Respublikasında X26 və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda Ukrayna Respublikasında əldə etmə, saxlama, Rusiya F ederasiyasına və Rusiya Federasiyası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına daşıma, göndərmə, qanunsuz olaraq narkotik vasitələri Rusiya Federasiyasında və Azərbaycan Respublikasında satma, həmçinin, narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərini törətmək üçün sabit cinayətkar qrup - mütəşəkkil dəstə yaratmış, cinayətlərin törədilməsini planlaşdırmış, özü və ya digər təşkilatçılar vasitəsilə cinayətlərin edilməsi üçün dəstəyə digər iştirakçılar, o cümlədən X27, X8, X20, X9, X21, X12, X7, X13, X22, sonuncunun vasitəsilə isə X23 və digər şəxsləri cəlb etmiş, iştirakçıların fəaliyyətlərini əlaqələndirmiş, Ukrayna Respublikasında narkotik vasitələrin əldə edilməsini və Azərbaycan Respubli kasına daşınmasını təşkil etmiş, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar iştirakçılara göstərişlər vermiş, cinayətkar fəaliyyəti istiqamətləndirmiş və cinayətlərin törədilməsinə rəhbərlik etmişdir. Belə ki, mütəşəkkil dəstə tərəfindən gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməklə Azərbaycan Respublikasına gətirilmiş 11 ədəd şəffaf sellofan bağlamada külli miqdarda, 6055 qram qurudulmuş marixuana narkotik vasitəsini 2014-cü ilin avqust ayında onun göstərişinə əsasən mütəşəkkil dəstənin üzvü R R 2 sellofan torbada mütəşəkkil dəstənin digər üzvü Bayram Əzimovdan götürərək saxlaması üçün İ İə vermiş, İ İ isə həmin narkotik vasitəni satış məqsədilə cinayətkar qrup üzvlərinə paylaşdırmaq üçün əldə etmiş, üzərində "Sadri premium quality” yazılmış karton qut uda yerləşdirərək faktiki rəhbəri olduğu "GGG” daşınmaz əmlak agentliyinin Bakı şəhəri yerləşən ofisində iş otağının girişindən sol tərəfdə yerləşən divarın içinə yığılmış şkafın yuxarı gözündə saxlamış və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan narkotik vasitə 02 fevral 2015-ci ildə aşkar edilib olduğu yerdən götürülmüşdür. Bundan başqa o, mütəşəkkil dəstə tərəfindən gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməklə Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda, 2.492,1 qram qurudulmuş marixuana narkotik vasitəni təkrar onun göstərişinə əsasən cinayətkar fəaliyyətə cəlb etdiyi İ İ cinayətkar qrupun üzvü OO Oə çatdırmaq üçün əldə etmiş, 2014cü ilin dekabr və 2015-ci ilin yanvar aylarında R Run vasitəsilə satılması üçün OO Oə göndərmiş, sonuncu isə həmin narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib 590 qramını üzəri qırmızı və sarı yapışqanlı lentlə bağlanmış 1 ədəd sellofan torbada, 375 qramını 1 ədəd qırmızı sellofan torbada və 99,27 qramını həmin torbada olan digər şəffaf sellofan bağlamada, 250 qramını üzəri yapışqanlı lentlə bağlanmış 1 ədəd sellofan torbada, 1095 qramını üzəri qırmızı yapışqanlı lentlə bağlanmış göy sellofan torbada, 33,80 qramını 10 ədəd kibrit qutusunda, 42,50 qramını 9 ədəd damalı kağız bükümdə qablaşdırıb kirayə götürdüyü Bakı şəhəri yerləşən evin mətbəxindəki soyuducununun içərisində, 5,88 qramını 2 ədəd salfet kağızında qablaşdırıb həmin mənzilin qonaq otağındakı dolablarda, 0,65 qramını 1 ədəd ağ kağız bükümdə qablaşdırıb idarə etdiyi "X41 Prado” markalı, ** RX *** dövlət nömrə nişanlı nəqliyyat vas itəsinin salonundakı eynək qoyulması üçün nəzərdə tutulmuş yerdə saxlamış və keçirilmiş əməliyyat- axtarış tədbirləri ilə qeyd olunan narkotik vasitələr 02-03 fevral 2015-ci il tarixlərdə olduqları yerdən aşkar edilib götürülmüşdür. Bundan başqa o, mütəşəkkil dəstə tərəfindən gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməklə Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda, 535,57 qram qurudulmuş marixuana narkotik vasitəsini təkrar onun göstərişinə əsasən İ İ mütəşəkkil dəstə üzvləri R Ra və R Ra çatdırmaq üçün əldə etmiş və 2015-ci ilin yanvar ayında R Ra və R Ra vermiş, sonuncular isə həmin narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib 2 bağlamada üzərində "MODOC JEANS” sözləri yazılmış sellofan torbada yerləşdirirək yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi, ev 454-də birinci mərtəbədən yuxarı mərtəbələrə qalxmaq üçün nəzərdə tutulmuş pilləkənin altında və 2 bükümdə həmin evin ikinci mərtəbəsində dəhlizin sonunda olan yataq otağındakı paltar şkafında gödəkçənin döş cibində saxlamış, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan narkotik vasitələr 02 fevral 2015-ci il tarixdə olduqları yerdən aşkar edilib götürülmüşdür. Bundan başqa o, 2015-ci ilin yanvar ayında Ukrayna Respublikasının Melipotol şəhərində külli miqdarda, 10625 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ön sol qapısının içərisində 4 və arxa sol qapısının içərisində 11 olmaqla, cəmi 15 bağlamada faktiki olaraq özünə məxsus "VAZ 21703” markalı, P dövlət nömrə nişanlı minik avtomobilində gizlədilməsini təşkil etmiş və narkotik vasitəni Azərbaycan Respublikasına gətirib X14, İ İin isə öz növbəsində satış məqsədilə X3, X4, X10, X15, sonuncunun vasitəsilə X11 və qrupun müəyyən edilməmiş digər üzvlərinə X24 və X5 vasitəsilə paylaşdırması üçün nəqliyyat vasitəsini 29 yanvar 2015-ci ildə Melipotol şəhərində cinayətkar qrupun başqa bir üzvü X16 təhvil vermiş, B B B isə həmin nəqliyyat vasitəsini qəbul edib idarə etməklə avtomobildə gizlədilmiş külli miqdarda narkotik vasitəni daşımış və 01 fevral 2015-ci ildə saat 0700 radələrində Xaçmaz Gömrük idarəsinin "Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi birgə kassasiya şikayəti verərək məhkəmələr tərəfindən işin faktiki hallarına düzgün qiymət verilmədiyini, ədalətsiz cəza təyin olunduğunu vurğulamış, məhkumun ilk dəfə məhkum edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkməsini, təyin olunmuş ağır cəzanın onun ailə vəziyyətinə təsirini qeyd edərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçilərinin, kassasiya şikayətinin təmin edil məməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində k assasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Müdafiə tərəfi kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41. 2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərə cəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı da vranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa g östərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 21 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, əvvəllər məhkum olunmadığını və yaşadığı yer üzrə müxbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi əsas götürmüş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran halların olmadığını qeyd etmişdir. Apellyasiya məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, birinci instansiya məhkəməsinin hökmünü dəyişməklə və məhkuma təyin olunmuş yüngülləşdirməklə cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar