Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-284/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Məhkum, Müdafiəçi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Hüseynov Xaliq Nazim oğlunun iştirakları ilə Azərbay can Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim T.Qurbanov) xx xxxxxx 1979-cu ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Laçın rayonu, Qayğı qəsəbəsində qeydiyyatda olmaqla Bərdə rayonunun Kələntərli inzibati ərazi dairəsində yaşayan Məhkum Azərbaycan Respubl ikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 281.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsinin tətbiq edilərək üzərində 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə, təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.Ə.Əliyev, hakimlər A.M.Eyvazov v ə İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, lakin CPM-in 44.2.1-ci və CM-in 75.1.1-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün cəza təyin edilməmişdir. Məhkum CM-in 281.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş və onun təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışd ır. Apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxxxx 2017-ci il tarixdə Bərdə rayonunun Kələntərli inzibati ərazisində yerləşən evində olarkən özünə məxsus «Siemens» markalı kompüter vasitəsilə qeyri-məhdud şəxslər dairəsinin istifadə etdiyi “facebook” sosial şəbəkəsinə daxil olaraq əvvəlcədən qeydiyyatdan keçdiyi «xxxxx» adlı şəxsi hesabında həmin sosial şəbəkənin texniki imkanlarından istifadə edər ək vahid qəsdlə Azərbaycanın əzəli və tarixi torpaqlarına qarşı Ermənistan Respublikası tərəfindən hərbi-siyasi təcavüzün davam etdiyi dövrdə Qafqazın cənubu, İraq, İran, Suriya və Türkiyəyə aid torpaqları iddia edən “Böyük Kürdüstan" dövlətinin yaradılmasına yönəlmiş və ilkin olaraq İraq Respublikasının şimalında yerləşən torpağın bir hissəsini əhatə edəcək xx.xx.2017-ci il tarixli müstəqillik referendumu fonunda müxtəlif şəkillər olmaqla üzərində “Yes for indepence Kurdistan-25 September 2017“ (xx xxxxxxxx 2017-Kürdüstanın müstəqilliyinə hə) sözləri yazılmış fotoşəkillər paylaşmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına (Dağlıq Qarabağ fonunda) dolayı yolla açıq çağırışlar etmiş, habelə Azərbaycanın tarixi torpağı olan Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər ərazilərini əhatə etməklə xəyalən «Kürdüstan dövləti»-nin xəritəsini paylaşmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn məzmunda materiallar yaymışdır. Bundan başqa, o, xx xxxx 2017-ci ildə Zərdab rayonunun Böyük Dəkkə kəndində yaşayan qohumu X2 yaşadığı evin qarşısında sonuncudan digər qohumu X1 qarşı dövlət orqanına ünvanladığı şikayət ərizəsini geri götürməsini tələb etməsindən sonra ondan rədd cavabı aldığını qəbul etməyərək, nalayiq ifadələr işlətməklə üzərinə hücum çəkmiş, bundan sonra cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları və qanunvericiliklə müəyyən edilən qarşılıqlı birgəyaşayış və davranış qaydalarını pozmaqla, habelə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına zidd olaraq X2in sifət nahiyəsindən bir dəfə yumruqla vuraraq ona dərəcəsi təyin edilməyən sol yanağın qançırı xəsarətini yetirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı göstərilən xəritəni o paylaşmış olsaydı və ya bu barədə hər hansı bir fikir bildirmiş olsaydı, xəbər saytları xx xxxxxxxx 2017-ci ildə və eləcə də ondan sonrakı dövrlərdə bu barədə məlumat vermiş olardı. Xəbər saytlarının verdiyi həmin məlumatlarda da qeyd edildiyi kimi, o, iddia edilən xəritəni deyil, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixdə Davosda X3 ilə görüşü zamanı çəkilmiş şəkilləri və xəbəri paylaşm ışdır. Bundan başqa, həmin dövrdə məqsədli şəkildə kimlərinsə onun adına açdıqları "Məhkum" və "Məhkum kürd" adı ilə 4 saxta facebook hesabının paylaşdığı məlumatlar içərisində də iddia edilən xəritə olmamışdır. O, xx xxxxxx 2017-ci il tarixindən xx xxxxxxxx 2017-ci il tarixinə qədər " Facebook" sosial şəbəkəsindən istifadə etməmişdir. İbtidai istintaq zamanı həmin facebook hesabları barədə məlumat verməsinə baxmayaraq, hesabların kimlər tərəfindən yaradıldığı araşdırılmamışdır. Hesablar hazırda da vardır, ancaq fəaliyyət göstərmir. İbtidai araşdırmada ona məxsus telefondakı məlumatlar yoxlanılsa da, xəritə və Kürdüstanın dəstəklənməsi barədə sübutlar aşkar edilməmişdir. Bu barədə onun iştirakı ilə protokol tərtib edilmişdir. İstintaq materiallarında olan digər baxış, götürmə protokolların da iştirak etməmiş, ümumiyyətlə həmin şəkillərin və materialların haradan götürülməsi ona məlum deyildir və qanuna görə sübut növü kimi qiymətləndirilə bilməz. İbtidai istintaq zamanı onun iştirakı ilə telefonuna baxış keçirilərkən telefondan onun övladlarının bir neçə şəklini və əlavə olaraq üzərində kürdcə sözlər yazılmış 3 başqa şəkil götürmüşlər. Şəkillərin birinin üzərində 3 yarpaq şəkli olan kürdcə "həyat və yaşam" yazılmış, digər 2 şəkildə isə üzərində kürdcə yazılmış "8MartQadınlarBayramı" təbrikiolmuşdur. Bütünbunlardandagöründüyü kimi, iddia edilən xəritə nə onun telefonunda, nə də kompüterində aşka redilməmişdir. İttihamda göstərilən bu fikirlərin də onun tərəfindən paylaşması aşkar edilməmişdir. İstintaq orqanının ona qarşı irəli sürdüyü "Azərbaycanın əzəli və tarixi torpaqları na qarşı Ermənistan Respublikası tərəfindən hərbi-siyasi təcavüzün davam etdiyi dövrdə Qafqazın cənubu, İraq, İran, Suriya və Türkiyəyə aid torpaqları iddia edən "Böyük Kürdüstan" dövlətinin yaradılmasına yönəlmiş və ilkin olaraq İraq Respublikasının şimalında yerləşən torpağın hissəsini əhatə edəcək xx.xx.2017-ci il tarixli müstəqillik referendumu fonunda müxtəlif şəkillər paylaşmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına (Dağlıq Qarabağ fonunda) dolayı yolla açıq çağırışlar etmiş, habelə Azərbaycanın tarixi torpağı olan Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər ərazilərini əhatə etməklə xəyali "Kürdüstan dövləti"nin xəritəsini paylaşmışdır" ittihamı uydurmadır. Belə cinayət hadisəsi olmamışdır. Qeyd olunan yazılar xx xxxxxx 2017-ciildə paylaşılmışdır. Referendum isə xx xx xxxxxx 2017-ci ildə baş tutmuşdur. Göründüyü üzrə yazılar paylaşılan tarixdə referendumun olacağı belə məlum deyildi. Onun şəxsiyyətini xarakterizə edən xüsusatlara gəlincə, ittihamda göstərilənlərin əksinə olaraq vətəni olan Azərbaycan Respublikasına, Azərbaycan dövlətinə sadiq bir vətəndaş olaraq Bakı Dövlət Universitetində hüquq təhsilini başa vurduqdan sonra vətənin müdafiəsində iştirak etmək üçün təcavüzkar Ermənistan Respublikası ilə sərhəddə Azərbaycan ordusunda zabit olaraq xidmət etmiş, xidmət zamanı dəfələrlə fəxri fərmanlarla, təşəkkürnamələrlə, pul mükafatları ilə təltif edilmişdir. Xidmətini şərəf və ləyaqətlə başa vurduqdan sonra ordu sıralarından tərxis edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir. Ailəlidir, üç azyaşlı övladı var. İndiyə kimi müxtəlif vəzifələrdə o, cümlədən Laçın Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ona qarşı şər və böhtan kampaniyası bugünə qədər davam etməkdədir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məh kəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlə t ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn məzmunda materiallar yayması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza r əyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmış, həmçinin Məhkum törətdiyi əməllərin ictimai təhlükəliliyi və onun şəxsiyyətinin xarakteri baxımından cəzasını şərti olaraq deyil, real çəkilməsi qənaətinə gəlmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 221.1 və 281.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əha tə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkum kassasiya şikayətində göstərilən ittihamların onunla heç bir əlaqəsinin olmaması, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq məhkum olunduğu, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, buna görə də, ona bəraət verilməli olduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir- biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillər və əməlin tövsifi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, m ümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Məhkum CM-in 221.1 və 281.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə şahidlərin ibtidai araşdırma zamanı, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, mütəxəssis rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biridigərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum cinayət əməli məhkəmədə tam sübuta yetirilmişdir. O, CM-in 221.1 və 281.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllə rini törətmişdir. Məhkum əməli düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdıraraq Məhkum qeyd olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. İş materillarında olan arayışlardan, o cümlədən Məhkum fəaliyyəti, əlaqələri və iş üzrə əhəmiyyət kəsb edən digər məlumatların əməliyyat-axtarış yolu ilə müəyyən edilməsi barədə verilmiş məxfi sorğuya əsasən daxil olmuş Azerbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2017-ci il tarixli 23/5-4745 nömrəli, xx.xx.2017-ci tarix li 23/5-532 nömrəli, xx.xx.2018-ci il tarixli 23/5-3011 nömrəli, Xarici Kəşfiyyat Xidmətinin xx.xx.2017-ci il tarixli 14/1/1364 nömrəli, xx.xx.2018-ci il tarixli 14/10/309 nömrəli, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin xx.xx.2017-ci il tarixli 4/32-1114m nömrəli məktublarında Məhkum milliyətcə kürd olması, ölkəmizdə eləcə də, Rusiya Federasiyası və Qazaxıstanda yaşayan kürd milliyyətli şəxslərlə geniş əlaqələrinin olması, kürd milliyyətli şəxslərin Azərbaycan Respublikasında təşkil etdikləri və hazırda fəaliyyət göstərməyən Azərbaycan “Rojhat” kürd gənclər fəaliyyətini dəstəkləməsi, onun Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışarkən facebook sosial şəbəkəsində İraqın şimalında Kürd Muxtariyyətinin xx.xx.2017-ci il tarixdə keçirdiyi müstəqi llik referendumunu dəstəklədiyini bəyan etməsi və buna müvafiq fotolar yerləşdirməsi... müəyyən olunur. xx.xx.2017 və xx.xx.2017-ci il tarixli baxış protokollarından, xx.xx.2017-ci il tarixli götürmə protokolundan görünür ki, Samsung J510 FN markalı mobil telefona baxış keçirilən zaman təqsirləndirilən şəxs Məhkum mobil telefonunun yaddaşından “Kürdüstan bayrağı olan və Yes for indepence Kurdistan- xx.xx.2017” sözləri yazılmış fonunda isə Məhkum iş masası arxasında olan fotoşəkli, “Yes to kurdishindepence, Ere jiboSerxwebun” sözləri yazılmış fonunda isə Məhkum kostyumda olan fotoşəkli, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Barzaninin fotoşəkli, “Yes for Kurdistan İndepence" sözləri yazılmış və fonunda Məhkumle Kürdüstan bayrağı olan fotoşəkil, Şimali İraq Kürd Muxtariyyətinin rəhb əri Məsud Barzaninin şəklinin fonunda Məhkumun fotoşəkli, “Kürdüstanın bayrağı nian və Yes for independence Kurdistan- xx.xx.2017" sözləri yazılmış fonunda Məhkumun oğlu X3 fotoşəkli, Məsud Barzaninin xx.xx.2017-ci il tarixdə keçirilmiş referendumda olarkən çəkilmiş fotoşəkili, 6 nəfər şəxsin olduğu və həmin şəklin yuxarı hissəsində “Eylül-1971 Kuzey İrak” soldan birinci şəxsin qarşısında “Mesud Barzani”, 2-ci şəxsin qarşısında “X12 Mossad 2.Başkanı (1984-1986)", 3-cü şəxs “Mahmud Osman" 4-cü şəxs “Zvi Zamir” Mossad başkanı (1968-1974)", 5-ci şəxs "Nahum Admani” Mossad başkanı (1982-1989), 6-cı şəxs "Kürt koruma” sözləri yazılmış fotoşəkil, başına "puş, yəni şal bağlanmış Məhkum fotoşəkli,...facebook sosial şəbəkəsində olan şəxsi hesabında isə "Jin, Jiyan, Azadi" sözləri yazılmış fonund a yarpaq şəkilləri olan fotoşəkil, “Adar, X16 X15 Em Dımesin” sözləri yazılmış fonunda 8 rəqəmi olan fotoşəkil, "Adar Roja Jinan a cihane piroz be” sözləri yazılmış fonunda 8 rəqəmi olan fotoşəkil və Şimali İraq Kürd Muxtariyyətinin bayrağı olan fotoşəkillər, o cümlədən Azərbaycan Respublikasının Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər ərazilərini əhatə etməklə xəyalən «Kürdüstan dövlətinin xəritəsi olan (İİ cild, i. v. 114, xəritə) fotoşəkil, bəzi şerlər və yazılar aşkar edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrində CM-in 281.1-ci maddəsi ilə ona qarşı irəli sürülən ittihamla qismən razı olduğunu bildirərək, xx.xx.2017-ci il tarixdə Şimali İraqda Kürdüstan Muxtariyatında yerləşən torpaqda müstəqil Kürdüstan dövlətinin yaradılması məqsədi ilə keçirilən müstəqillik referendumunu öz şəxsi hesabı vasitəsi ilə facebook sosial şəbəkəsinin texniki imkanlarından istifadə etməklə fcnunda "yes for independence Kurdistan - 25 September 2017” (Kürdistanın müstəqilliyinə hə) məzmunlu yazılar olan şəkillər paylaşdığını və həmin paylaşımları rendumdan öncə yaşadığı Bərdə rayonunun Kələntərli inzibati ərazisində yerləşən evində internetə qoşulu olan "Siemens” markalı kompüteri vasitəsi ilə etdiyini bildirmişdir. Belə olan halda mütəxəssisin şəxsin facebook sosial şəbəkəsində olan şəxsi səhifəsindən istənilən fikirləri, yazıları, fotoşəkilləri, videogörüntüləri heç bir maneə olmadan istənilən şəxslər dairəsinə paylaşmaq imkanının olması, habelə paylaşımdan sonra şəxsi səhifəsindən silə bilməsi və bundan sonra həmin materialların bərpa edil məsinin mümkün olmaması barədə məhkəmə kollegiyasının iclasında səsləndirdiyi fikirlər belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yaşadığı Bərdə rayonunun Kələntərli inzibati ərazisində yerləşən evində internetə qoşulu olan “Siemens“ markalı kompüteri vasitəsi ilə facebook sosial şəbəkəsində “yes for independence Kurdistan - 25 September 2017” (Kürdistanın müstəqilliyinə hə) məzmunlu yazılar olan şəkillər paylaşdığını etiraf etdiyindən, habelə ona məxsus Samsung J510 FN markalı mobil telefona baxış keçirilən zaman təqsirləndirilən şəxs Məhkum mobil telefonunun yaddaşından Azərbaycan Respublikasının ərazisinin bir hissəsini Kürdüstan dövləti kimi göstərən xəritənin olması onun adından eyni adlı profillərin, hesabların kimlər tərəfindən yaradılmasına və araşdırılmasına zərurət, həmin şəkillərin və materialların haradan götürülməsinə şübhə qalmır. Çünki, həmin məlumatın mənbəyi məlumdur. Ona görə də, apelyasiya şikayətinin həmin məlumatların sübut növü kimi qiymətləndirilməsinin qanunazidd olması barədə dəlilləri əsaslı hesab oluna bilməz. Təqsirləndirilən şəxs Məhkum Facebook sosial şəbəkəsində olan şəxsi səhifəsinin xx xxxxxx 2017-ci ildən xx xxxxxxxx 2017-ci ilədək bağlı olması barədə ifadəsinə gəlincə, dövlət ittihamçısı tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş Məhkum Facebook sosial şəbəkəsində olan şəxsi profilindən, (səhifəsindən) götürülmüş fotoşəkillərdən görünür ki, onun qeyd olunan şəxsi səhifəsindən xx xxxxx 2017, xx xxxx 2017, xx xxxxx 2017-ci il tarixlərində paylaşımlar olmuşdur. Hazırda həmin profil deaktivdir. Bunla rdan əlavə, apelyasiya şikayətinin zərərçəkmiş şəxs X2ə xəsarət yetirməməsi barədə dəlillərinə tənqidi qiymət verən məhkəmə kollegiyası bu dəlillərin də əsassız olması qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarında olan xx xxxx 2017-ci il tarixli cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs Məhərrəm Dünyamalıyev xx xxxx 20117-ci ildə Zərdab rayon prokurorluğuna gələrək Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Məhkum Zərdab rayonunda olan fermaya gələrək vəzifəsində sui-istifadə edib onu döyməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli 53 nömrəli rəyində göstərilmişdir ki, X2in almış olduğu xəsarəti (sol yanağın qançırı) küt əşya (əşyalar) t əsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2017-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş üzrə şahid X4 məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərmişdir ki, “...Birdən Məhkum ilə X2 arasında sözlü mübahisə düşdü və X2 Məhkumun biləyinə çomaqla vurdu. Mübahisə çox az sürdü və ciddi bir şey olmadı. Mən onları araladım və söhbətin alınmadığını görüb, Məhkumu oradan apardım”. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum Zərdab rayonunun Böyük Dəkkə kəndində yaşayan zərərçəkmiş şəxs X2in yaşadığı evin qarşısında ondan digər qohumu X1 qarşı dövlət orqanına ünvanladığı şikayət ərizəsini geri götürməyi tələb etdikdən sonra ondan rədd cavabı almasını qəbul etməyərək, nalayiq ifadələr işlətməklə üzərinə hücum çəkmiş, bundan sonra cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları və qanunvericiliklə müəyyən edilən qarşılıqlı birgəyaşayış və davranış nahiyəsindən bir dəfə yumruqla vuraraq ona dərəcəsi təyin edilməyən sol yanağın qançırı xəsarətini yetirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir...” Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb müəyyən etdi ki, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu n əticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini və ona bəraət verilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edi lməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində göstərilən məhkumun əməlində cinayət tərkibinin əlamətləri olmadığından ona bəraət verilməsi ilə bağlı dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili ə sassız olduğundan təmin edilməməlidir. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövoud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edi ldikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlardan, mütəxəssis rəylərindən görünür ki, Məhkum ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona ittiham olunduğu CM-in 221.1 və 281.1-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətinin bütün dəlilləri əsassızdır. Şikayətdə cinayət və cinayət-prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları (ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olması) cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-c u il tarixli qərarı Məhkum kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-284/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-284/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver