Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-284/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra məndə CM-nin) 126.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər Musayev Aqil Əlisa oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1998-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1də qeydiyyatda olmaqla yaşamış, CM-nin 126.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum CM-nin 126.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, əvvəllər yaşadığı evdən iki dəfə qaçdıqdan sonra polis vasitəsi ilə tapılıb-ailəsinə təhvil verildiyi halda, xx xxxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində yaşadığı evdən ailə üzvlərindən xəbərsiz getdiyinə görə xx xxxxxxxx 2019-cu il tarixdə anası X1 Salyan Rayon Polis Şöbəsinə bu barədə verdiyi yazılı müraciətinin araşdırılması tapşırılmış təhqiqat qrupunun baş təhqiqatçısı, polis kapitanı X9 onun Salyan şəhərində A.Hüseynov və Ə.Kürçaylı küçələrinin kəsişməsində olduğunu müə yyən etdikdən və ailə üzvlərinə bu barədə məlumat verdikdən sonra həmin tarixdə saat 12 radələrində onu ailə üzvlərinə təhvil vermək məqsədilə, razılığı ilə olduğu yerə getdiyi, etibarnamə əsasında idarə etdiyi “Lexus LX570” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşdirərək, avtomobili Salyan şəhəri, Ə.Hüseynov küçəsi ilə idarə edərkən o, bacısını təhvil alacağı barədə Zərərçəkmiş şəxsla əvvəlcədən razılaşmış qardaşı X4 qarşıdan onlara tərəf piyada gəldiyini, bu vaxt Zərərçəkmiş şəxsun idarə etdiyi avtomobili Ə.Hüseynov və Ə.Zeynalov küçələrinin kəsişməsinə yaxın yerdə, asfalt yolun ortasında saxladığını gördüyünə, qardaşının olduğu avtomobilin sağ arxa qapısını açdıqdan sonra ondan avtomobildən düşüb birlikdə getmələrini tələb etdiyinə görə Zərərçəkmiş şəxsin onu ailə üzvlərinə təhvil vermək istəməsindən qəzəblənib, Zərərçəkmiş şəxsdən göstərilən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qisas almaq niyyətilə əynində olmuş şalvarın sağ iç tərəfində gizlətdiyi, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə sonuncuya döş qəfəsinin sağ nahiyəsinə qəsdən bir dəfə zərbə vurması nəticəsində həmin nahiyəni dəlib qarın boşluğuna keçən, qaraciyəri zədələyən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi F.M.Mehdiyev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əliye v Elşad İbiş oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın dəyişdirilməsini və barəsində CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cəza təyini və şərti məhkum etmənin tətbiqi ilə bağlı CM-nin müvafiq normalarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə onun apellyasiya şikayətini təmi n etməyərək həmin cəzanı dəyişdirilmədən saxlayarkən cəzanı yüngülləşdirən bütün halları kifayət qədər nəzərə almamışdır. Belə ki, kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, o, zərər çəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda məhkum əməlindən peşman olmasını, istintaq orqanına könüllü olaraq təslim olmasını, əvvəllər məhkum olmamasını, iş üzrə ağırlaşdırıcı hallarının olmamasını bildirərək barəsində şərti məhkumetmənin tətbiqi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərər çəkmiş şəxs X9 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum kassasiya şikayətinə baxılmasında iştirak emək arzusu ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şə xs isə məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi və ya barəsində CM-nin 70-ci maddəsini tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul olunmas ı barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayət inə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-h ansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qə rarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsaslar ı isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən cəza təyin edilməsi məsələsinə münasibətdə onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kolleg iyası Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarş ısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin” və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1ci maddəsinin şər h edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret ha lda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Əvvəla, məhkəmə kollegiyası vurğulayır ki, Məhkum hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş cinayət əməllərini törətdiyinə görə təqsirli bilinmiş və onun bu əməlləri CM-nin 126.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkəmə kollegiyası Məhkum əməlinin belə tövsifi ilə razılaşır, həmin əməlin başqa cür tövsif edilməsi üçün əsaslar görmür və qeyd edir ki, CM-nin 126.2.2-ci maddəsinin sanksiyasında yalnız bir növ – azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və həmin maddə ilə təqsirli bilinmiş şəxsin altı ildən on bir ilədək müddətə bu növ cəza ilə cəzalandırılması müəyyən edilmişdir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. İş materiallarından göründüyü kimi, qanunvericiliyin yuxarıdakı tələblərindən çıxış edən birinci instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi CM-nin 126.2.2-ci maddəsi ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın həddə - 07 (yeddi) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edərkən məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı onun ibtidai istintaq orqanına könüllü gəlib təgsirini boynuna almasını (CM-nin 59.1.10-ci maddəsi), zərər çəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12-ci maddəsi), sonuncunun ondan heç bir şikayətinin olmamasını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyy ən edilməməsini nəzərə almış, apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bu zaman məhkəmələr tərəfindən CM-nin 60.1-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Belə ki, CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrində (həmin maddələrdən biri də CM-nin 59.1.12-ci maddəsidir) hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, iş üzrə CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olmasına görə Məhkum 07 (yeddi) il müddətində cəza təyin edilərkən CM-nin 60.1-ci maddəsində müəyyən edilmiş həddin aşılmasına yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, cəza təyininin ümumi prinsiplərini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş, həm də CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi hesab edən məhkəmələrin Məhkum təqsirli bilindiyi CMnin 126.2.2-ci maddəsinin sanksiyasının ən aşağı həddinə yaxın həddə cəzanın təyin edilməsi haqda gəldikləri nəticə qanunidir. Lakin, məhkəmə kollegiyası iş materiallarını, o cümlədən məhkumun şəxsiyyətini səciyyələndirən halları təhlil edərək belə q ənaətə gəlir, həmin cəzanın ədalətli olması nöqteyi nəzərdən məhkəmələrin gəldikləri nəticə ilə razılaşmaq olmaz. Belə ki, qanunvericiliyin tələbinə və mənasına görə, cinayət törətmiş şəxsin barəsində cəza tədbiri seçilərkən cinayətin ictimai təhlükəliliyi və xarakteri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı həmçinin həmin şəxsin bu cinayəti törətməyə sövq edən amillər, onun cinayətkar davranışına təsir edən və şəxsiyyətinə aid olan hallar da nəzərə alınmalıdır. Cinayət işi üzrə müəyyən edilmiş faktiki hallara görə, Məhkum üzərində olan bıçaqla Zərərçəkmiş şəxsin avtomaşınında sonuncunun döş qəfəsindən bir zərbə vurub ona yetirilən anda həyat üçün təhlükəli olan xəsarətlər yetirmişdir ona görə, əməliyyat- axtarışı fəaliyyətini həyata keçirən Zərərçəkmiş şəxs Məhkum qohumla rına təhvil vermək məqsədilə onun Bakı şəhərinə aparacağı adı ilə aldadıb avtomaşınına əyləşdirdikdən sonra Salyan şəhərində hərəkətdə olarkən, Məhkum aldadılğını başa düşmüş və bundan qəzəblənərək ittiham olunduğu cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, törədilmiş cinayətin halları nəzərdən keçirələrkən iş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2183 saylı rəyinə də əhəmiyyət verilməlidir. Həmin rəyə görə, Məhkum qıcığa qarşı həssaslıq və tez özündən çıxma kimi fərdixüsusi xüsusiyyətlərə malik olan şəxsdir, baş vermiş hadisə zamanı onun psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması onda müəyən edilən xasiyyəti psixopatik cizgilərlə sərtləşmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin halları ilə birgə Məhkum şəxsiyyətini səciyələndirən psixoloji vəziyyətini də nəzərə alaraq, hesab edir ki, ona təyin edilmiş cəzanın ədalətli olub olmaması məsələsi həll edilərkən bu hallara da önəm verilməlidir. Buna görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlillərindən və həmin şikayətdə irəli sürülmüş tələbdən asılı olmayaraq Məhkum onun təqsirli bilindiyi CM-nin 126.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinədək azaldılması cinayət qanun normalarının tələbləri və işin halları baxımından ədalətli olar. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətində barəsində şərti məhkum etmənin tətbiq edilməsini, faktiki olaraq isə cəzalandırılması i lə bağlı vəziyyətinin yüngülləşdirilməsini tələb edən Məhkum həmin şikayətinin qismən təmin edilməsini mümkün bilir. Kassasiya şikayətində irəli sürülmüş tələbə - Məhkum təyin olunmuş cəzanın CMnin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi tələbinə gəldikdə, məhkəmə kollegiyası bu tələbin təmin olunmasını məqsədə uyğun hesab etməyərək aşağıdakıları vurğulayır. CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qanunun bu normasının mənasına görə, azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş t əqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən C M-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır k i, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə və Məhkum CM-nin 126.2.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinədək endirilməklə onun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarix li qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi CM-nin 126.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilədək endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-284/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-284/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver