Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-284/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X3 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(106)-429/2022 saylı qərarından məhkum edilm iş şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-167/2022 nömrəli hökmünə əsasən (sədrlik edən hakim X8, hakimlər X5 və X6) 30 sentyabr 1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran rayonu Şilavar kəndində yaşamış, hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2021-ci il tarixdən hesablanması, eyni zamanda Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Məhkum narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji xəstəxanasında qeydiyyata аlınması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə) 11 may 2022-ci il tarixli, 1(106)429/2022 saylı qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-167/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə əsasən təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il 6 (altı) ay müddətə endirilmiş, hökm qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(106)-429/2022 saylı qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə, ümumi təmiz çəkisi 103,199 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. 21 sentyabr 2021-ci il tarixdə Lənkər an Şəhər Rayon Polis Şöbəsinin (bundan sonra – Lənkəran ŞRPŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində piyada hərəkətdə olarkən saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən göstərilən kütlə əynindəki şalvarın sol yan cibindən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum edilmiş şəxs Məhkum əsaslandıraraq işə baxan birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən onun işinə düzgün baxılmadığını və ona ağır cəza verildiyini bildirmiş, bu səbəbdən işin düzgün araşdırılmasını və onun barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı məhkum çıxış edərək kassasi ya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı isə çıxış edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil e tdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilm əməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun kassasiya şikayətində işə işə baxan birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən onun işinə düzgün baxılmadığını və ona ağır cəza verildiyini bildirmiş, bu səbəbdən işin düzgün araşdırılmasını və onun barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(106)-429/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq qeyd edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qanuna uyğun və əsaslı şərhlər verilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququ nun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etmə mişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiya məhkəmələri məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclaslarında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü v ə mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş təmiz çəkisi 103,199 qram təşkil edən heroinin bir qramdan artıq olan hissəsinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən aldadılması və ona zor tətbiq edilməsi səbəbindən ibtidai araşdırma zamanı həqiqətə uyğun olmayan etirafedici məzmunda izahat və ifadələr verməsi, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinə münasibətdə satış niyyətinin olmaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edildiyi göstərilmiş faktiki halları, fiziki-kimyəvi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 19/9 51 rəyi, üzərindən aşkar edilmiş heroinin şəxsi istehlak miqdarından 688 dəfə, külli miqdarından isə 51 dəfədən çox olması, məhkəmə-tibbi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 944 nömrəli rəyində (səh. 55, 56) Məhkum məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsi və şikayətinin olmamasının göstərilməsi, Lənkəran Rayon Prokurorluğunda araşdırılması aparılmış 245C-21 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli qərarla Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq edilməsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işi başlanmasının rədd edilməsi və məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə tam təkzib edilmiş, törətdiyi cinayət əməlinin özünün qismən etirafı, şahid ifadələri, ““Şəxsi axtarış keçirilməsi haqqında” 21 sentyabr 2021-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fizikikimyəvi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 19/951 nömrəli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Lənkəran ŞRPŞ-nin 13 noyabr 2021-ci il tarixli məktubu, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış heroin qalığı, yəni toplanmış sübutların məcmusu, habelə tədqiq olunmuş digər mötəbər sübutlarla təsdiq edildiyini nəzərə alaraq apellyasiya in stansiyası məhkəməsi tam əsaslı olaraq Ş.Hacıyevin əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi h issəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ə dalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilm əsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini v ə cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı cəzasını ağırlaşdıran hal olaraq Ş.Hacıyevin əməlində cinayətlərin residivinin olmasını, onun cəzasını yüngülləşdirən halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhk əməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, CPM-nin 405.1.1 maddəsinə görə haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayətin in təmin edilməməsi barədə çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(106)429/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(106)-429/2022 saylı qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-284/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-284/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver