Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-284/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2023-cü i l tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim: Səfərov Hüseyn Akif oğlu) 23 may 2023-cü il tarixli hökmü ilə xx.xx.1960-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, Masallı rayonu, Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törət məkdə təqsirli bilinib, ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə) 27 iyul 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmi ş apellyasiya şikayətləri təmin olunmamışdır. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 1(004)-288/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, 16 aprel 2022-ci ildə saat 08:45 radələrində Bakı- Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 5,8-ci kilometrliyində idarə etdiyi Mercedes Benz E 220 minik markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni isti qamətdə hərəkət etdiyi istiqamətdə dayanmış avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafəsi saxlayaraq onun yanından keçib getməli, lazım gəldikdə isə vaxtında tormozlama əməliyyatı aparmaqla həmin avtomobilə çatmadan dayanmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X14» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda həmin zolaqda hərəkətdə olarkən HOWO yük markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində yaranan nasazlıq səbəbindən avtomobili idarə edən sü rücü X8 tərəfindən dayandırılmış həmin avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Mercedes Benz E 220 minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan başın-beyinin alın payı nahiyəsinin subdural qansızması ilə müşayiət olunmuş başın təpə nahiyəsinin əzilmiş yarası, sağ bazu sümüyünün cərrahi boyunun və sağ bud sümüyü boyunun qapalı sınıqları xəsarətini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, baş vermiş hadisə nəticəsində səhhətinə dəyən ziyanın aradan qaldırılması üçün məhkum edilmiş şəxs sona qədər kömək edəcəyinə söz versə də, barışıq əldə edəndən sonra onun müalicəsi üçün pul ödəməkdən imtina etmişdir. İşə baxan məhkəmələr tərəfindən ona yüngül cəza təyin edilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması, Məhkum barəsində layiqli cəza verilməsi, ona təzminat ödənilməsi, yol nəqliyyat hadisəsində iştirak etmiş digər avtomobilin sürücüsü X6 məsuliyyətə cəlb edilməsi xahiş olunmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum istər ibtidai istintaq zamanı, istərsə də hər iki məhkəmə instansiyasında keçirilən məhkəmə proseslərində işə baxılarkən törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Apellyasiya məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə barədə cəza ilə razılaşmış, lakin bunu kifayət qədər əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyin edərkən cəza təyin edilməsinə dair hüquq normalarını nəzərə almamış, apellyasiya instansiya məhkəməsi də əsassız olaraq həmin hökmlə tam halda razılaşmışdır. Apellyaslya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlinin və onun özünün bütün sosial-psixoloji keyfiyyətlərini, cəzasını ağırlaşdıran halların olmadığını, əksinə yüngülləşdirən bir neçə əsaslı halın olduğunu, xəstəliyini, şəxsiyyətini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunduğunu, xüsusən də təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almamış, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini əsassız olaraq təmin etməmişdir. İş mat eriallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum hadisədən əvvəl kobud yol-hərəkət qayda pozuntusu törətməmişdir. Belə ki, hadisədən əvvəl HOWO markalı, **-JO-*** qeydiyyat nömrəli yük avtomobilin sürücüsü X8 avtomobili nasaz vəziyyətdə olduğuna görə yolun hərəkət hissəsində hərəkətsiz vəziyyətdə saxlayıb oradan uzaqlaşarkən ən azı 30 metr aralıda qəza dayanma nişanını quraşdırmamışdır. Yəni digər avtomobilin sürücüsü «X14» Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə sürücü Məhkum maneəni vaxtında görə bilməmiş, hadisə qaçılmaz olmuşdur. Bundan başqa yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra Məhkum bu barədə 103 Xidmətinə zəng edərək məlumat vermiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili il ə Bakı şəhəri, 1 saylı X13 aparmışdır. Eləcə də Məhkum zərərçəkmiş şəxsin ilkin müayinə xərclərini ödəyərək ona tibbi yardımın göstərilməsində fəal iştirak etmişdir. Bundan əlavə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılmış ilkin araşdırma zamanı sürücü Məhkum və onun yaxın qohumları Zərərçəkmiş şəxs bütün müalicə xərclərini tam halda ödəmiş, sonuncu bu barədə notariat qaydasında ərizə yazaraq istintaq orqanına təqdim etmişdir. Zərərçəkmiş şəxs ərizəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Məhkum heç bir iddia tələbinin, şikayətinin olmadığını, gələcəkdə də olmayacağını, Məhkumla barışdığını qeyd etmişdir. Odur ki, istintaq orqanı faktla bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 may 2022-ci il tarixli qərar qəbul etmiş, həmin qər ar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 24 may 2022-ci il tarixdə təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs dəymiş ziyanın tam halda ödənilməsi faktı onun doğma qardaşı X7 Bakı Apellyasiya Məhkəməsinə yazdığı ərizənin surəti ilə də təsdiq olunur. Ramiz Əmirov ərizəsində yazmışdır ki, qardaşı Zərərçəkmiş şəxs bütün müalicə xərclərini sürücü Məhkum və yaxın qohumları tərəfindən 4500 (dörd min beş yüz) manat olmaqla ödənilmiş, bundan əlavə həmin şəxslər onun iştirakı ilə qardaşı Zərərçəkmiş şəxs 2000 (iki min) manata yaxın nağd pul vermişlər. Həmçinin sığorta şirkəti onun qardaşına 1500 (bir min beş yüz) manat pul vəsaiti ödəmişdir. Bununla belə psixioloji dispanser qeydiyyatında olan qardaşı Zərərçəkmiş şəxs sonradan iddia etmişdir ki, guya «hadisədən sonra sürücü Məhkum həkimlə birləşərək onun iliyini çıxarıb kiməsə satmışlar». Buna görə qardaşı Zərərçəkmiş şəxs Məhkum əlavə olaraq 500.000 (beş yüz min) manat pul tələb etməyə başlamışdır. Cinayət işi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli ittiham aktında təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətini yüngülləşdirən halın olmadığı əsassız olaraq qeyd edilmişdir. Faktla bağlı araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında təhqiqatçı Tural Mustafayev 16 may 2022-ci il tarixli qərar qəbul etdikdən, eləcə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin qərarı 24 may 2022-ci il tarixdə təsdiq etdikdən sonra Məhkum Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə Yol Patrul Xidməti inspe ktoru, polis baş serjantı Elnur Abbasov tərəfindən tərtib olunmuş TP ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» Qərara əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Həmin qərarın surəti də iş materiallarına əlavə olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı sürücü Məhkum sərxoş vəziyyətdə olmamış, xx.xx.1960-cı il təvəllüdlü olmaqla pensiya yaşına çatmasına iki il qalmışdır. Sürücü Məhkum oğlu Murad Soltanovun müdafiə tərəfinə təqdim etdiyi müxtəlif tarixli həkim reseptlərinin surətlərindən görünür ki, Məhkum demensiyanın geniş yayılmış və müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəliyə, yəni alshevmer xəstəliyinə düçar olmuşdur və hazırda bu xəstəlikdən müalicə olunur. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi təqsirləndirilən səxs Məhkum cəza təyin e dərkən onun kobud yol-hərəkət qayda pozuntusuna yol vermədən yol-nəqliyyat hadisəsi törətdiyini, hədisə vaxtı sərxoş vəziyyətdə olmadığını, bas vermiş hadisədən dərhal sonra zərərcəkmis səxs Zərərçəkmiş şəxs vardım göstərib onu təcili tibbi vardım avtomobili ilə xəstəxanaya çatdırdığını, törətdiyi hüquqazidd əməlini səmimi etiraf etdiyini, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, yasını və agır xəstəliyini, xüsusən də zərərçəkmiş şəxsə vurdudu ziyanı tam halda ödədiyini nəzərə almamış, Əliaqa Soltanova təqsirləndirildiyi cinayət əməlinə görə ən ağır cəza təyin etmək gərarına gəlmiş, apellyasiya instansiya məhkəməsi də qəbul etdiyi qərarı ilə həmin hökmü dəyişdirmədən saxlamaqla Azərbaycan Respublikası CM-in ədalət (8-ci maddə) və humanizm (9-cu maddə) pri nsiplərini pozmuşdur. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarını dəyişdirərək Məhkum Azərbaycan Respublikası CM-in 263.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün verdiyi kassasiya şikayətinin təmin olunması, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin, özünün verdiyi kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətlərini n təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas ver ərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin edildini göstərərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etsə də, kassasiya şikayətinin məzmunundan göründüyü kimi, eyni zamanda iş üzrə sübutların düzgün araşdırılmaması, məhkumun əməlinə düzgün qiymət verilməməsi barədə dəlillər də irəli sürmüşdür. Zərərçəkmiş şəxs məhkuma yüngül cəza təyin edilməsini iddia edərək, ona ağır cəza təyin edi lməsi, təzminat ödənilməsi, yol nəqliyyat hadisəsində iştirak etmiş digər avtomobilin sürücüsü X6 məsuliyyətə cəlb edilməsi tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada m ənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Belə ki, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair c inayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1-ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlam lıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X14» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsini n 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyy at vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Cinayət işinini materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 419 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər- başın-beyinin alın payı nahiyəsinin subdural qansızması ilə müşayiət olunmuş başın təpə nahiyəsinin əzilmiş yarası, sağ bazu sümüyünün cərrahi boy unun və sağ bud sümüyü boyunun qapalı sınıqları küt əşyanın təsirindən 16 aprel 2022-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 05 may 2022-ci il tarixli 8/1031 saylı rəyindən görünür ki, Mercedes Benz E 220 minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «X14» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum yo l hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması barədə qanunvericiliyin tələblərinə əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib ehtiyatsızlıqdan şəxsin az ağır bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olması barədə nəticəyə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq bir-birilə müqayisəli şəkildə yoxlay ıb qiymətləndirmiş, hadisənin baş verdiyi şəraitdə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində ittiham olunduğu CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Zərərçəkmiş şəxsin kassasiya şikayətində digər şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir: Məhkəmə baxışının hədlərinə həsr edilmiş Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qar şı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıl ması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstit usiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsas ında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan so nra - BMT) Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək olmaz. “Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik v ə qərəzsizlik prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır. Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətinin iş üzrə digər şəxsin də məsuliyyətə cəlb ol unması tələbini əsassız hesab edir və qeyd edir ki, məhkəmələr tərəfindən işə verilmiş ittiham daxilində baxılmış və cinayət prosessual qanunvericiliyin məhkəmə baxışının hədlərinə dair tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətinin ona səhhətinə dəyən ziyanın ödənilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1 və 183.2-ci maddələrinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əml ak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət mühakimə icraatı zamanı dəymiş ziyanın ödənilməsinə dair mülki iddia ərizə ilə müraciət etməmişdir, həmçinin cinayət mühakimə icraatı başa çatdıqdan sonra da, onun dəymiş ziyanla bağlı mülki qaydada iddia ərizəsi vermək hüququ istisna olunmur. Kassasiya məhkəmə kollegiyası həmçinin Məhkum təyin olunmuş və kassasiya şikayətlərində mübahisələndirilən cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həya t şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halları na və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərə cəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəz anı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümum i prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halı (cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəli olmasını) və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum e tmə növündə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilməsinin (ağırlaşdırılması və ya yü ngülləşdirilməsi) islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaları n təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhk əmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində təyin edilmiş cəzanın dəyişdirilməsi zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilməsinin (ağırlaşdırılması və ya yüngülləşdirilməsi) məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdilərək Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunverici liyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiy a şikayətləritəmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllənin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-284/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-284/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver