Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(102)-2840/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlәr Cәfәrov İlqar Xanlar oğlu (sәdrlik edәn vә mәruzәçi), Mövsümov Nazim Rasim oğlu vә Muxtarov Teyyub Asif oğlundan ibarәt tәrkibdә, Babayeva Lalә Tahir qızının katibliyi, Dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru, R Mәmmәdli Rәşad Tәvәkkül oğlunun vә mәhkum Mәhkum müdafiәçisi Mәmmәdova Adilә İsa qızının iştirakları ilә, 18.11.1995-ci il tarixdә Bakı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, evli, ali tәhsilli, “Kanal-S” studiyasında rejissor işlәmiş, әvvәllәr mәhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla hәmin ünvanda yaşamış Məhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra CM-in) 127.2.3 vә 221.1-ci maddәlәri ilә mәhkum edilmәsinә dair cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının *(***)-****/**** nömrәli 11 sentyabr 2025-ci il tarixli qәrarından mәhkumun müdafiәçisi Mәmmәdova Adilә İsa qızı vә zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş kassasiya şikayәtlәrinә açıq mәhkәmә iclasında baxaraq Müəyyən etdi: Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin (hakim G.Əsәdova) *(***)-**/**** nömrәli 5 iyun 2025-ci il tarixli hökmü ilә Məhkum - Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 127.2.3 vә 221.1-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinmiş, ona CM-in 221.1-ci maddәsi ilә 6 (altı) ay müddәtә azadlıqdan mәhrum etmә cәzası, CM-in 127.2.3-cü maddәsi ilә 1 (bir) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmiş, CM-in 66.2-ci maddәsinә әsasәn tәyin edilmiş cәzaları qismәn toplamaq yolu ilә 1 (bir) il 3 (üç) ay müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmiş, cәzasının ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, cәzaçәkmә müddәtinin әvvәlinin 5 iyun 2025-ci il tarixdәn hesablanması qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsinin hökmündәn mәhkumun müdafiәçisi Mәmmәdova Adilә İsa qızı, elәcә dә zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs vә onunla birgә nümayәndәsi tәrәfindәn apellyasiya şikayәtlәri verilmiş, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının *(***)-****/**** nömrәli 11 sentyabr 2025-ci il tarixli qәrarı ilә (hakimlәr A.F.İbrahimov (sәdrlik edәn), Z.N.Hüseynov vә R.A.Qaraqurbanlı ibarәt mәhkәmә tәrkibindә) apellyasiya şikayәtlәri tәmin edilmәmiş, Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin 5 iyun 2025-ci il hökmü dәyişdirilmәdәn saxlanılmışdır. İşin halları: Mәhkәmә qәrarlarına әsasәn, Mәhkum oglu qәsdәn xuliqanlıq niyyәti ilә sağlamlığa az ağır zәrәr vurmuş vә xuliqanlıq etmişdir. Belә ki, o, 19.06.2024-cü ildә saat 19 radәlәrindә Bakı şәhәri, Nәrimanov rayonu, Ziya Bunyadov prospekti, 58 ünvanda Zәrәrçәkmiş şәxs avtomobili idarә edәrkәn azyaşlıya qarşı qәza şәraiti yaratmasına görә Zәrәrçәkmiş şәxs kobud, tәhqiredici tәrzdә irad tutduqdan sonra, Zәrәrçәkmiş şәxs da ona kobud tәrzdә cavab qaytarmasını cüzi sәbәb kimi bәhanә edәrәk ictimai qaydanı, insanlar arasında bәrqәrar olmuş davranış qaydalarını vә etik normaları kobud surәtdә pozaraq özü vә әtrafda olan cәmiyyәtin digәr üzvlәri üçün ictimai qaydaya әhәmiyyәtli dәrәcәdә laqeydlik, etinasızlıq göstәrib, cәmiyyәtdә hamı tәrәfdәn qәbul edilmiş elementar davranış, әxlaq, mәnәviyyat normalarını pozub cәmiyyәtin üzvünün mәnafeyinә toxunan hәrәkәtlәr etmәklә cәmiyyәtә açıqca hörmәtsiz ifadә edib xuliqanlıq niyyәti, yәni özünü qeyrimüәyyәn şәxslәrin şüurunda müstәsna şәxsiyyәt olmasını, başqalarından әsaslı surәtdә fәrqlәndiyini tәsdiq etmәk mәqsәdi ilә Zәrәrçәkmiş şәxs hücum edәrәk yumruğu ilә burun nahiyәsinә zәrbә endirib zor tәtbiq etmәklә, ona Cinayәt Mәcәllәsinin 126-cı maddәsindә nәzәrdә tutulan nәticәlәrә sәbәb olmayan, lakin burun tәnәffüsünün pozulması ilә müşayiәt olunan burun sümüyünün orta 1/3-nin yerdәyişәn, proksimal hissәdә yerdәyişmәyәn iki әdәd qapalı sınıqları, burunun yumşaq toxumalarının şişkinlik halında әzilmәsi, sağ vә sol gözaltı nahiyәlәrinin qançırları kimi dәrәcәsinә görә sağlamlığın uzun müddәtdә pozulmasına sәbәb olan qәsdәn sağlamlığa az ağır zәrәr vurmaya aid xәsarәtlәr yetirib qәrәzli hәrәkәtlәr etmәklә xuliqanlıq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının *(***)-****/**** nömrәli 11 sentyabr 2025-ci il tarixli qәrarının lәğv edilmәsi, onun әmәlinin CM-nin 127.2.3-cü maddәsindәn hәmin mәcәllәnin 127.1-ci maddәsinә tövsif edilmәsi, CM-in 221.1-ci maddәsinin ittihamdan xaric edilmәsi vә ona CM-in 127.1ci maddәsinә әsasәn minimum hәddә cәza tәyin edilmәsi xahiş olunur. Kassasiya şikayәtindә göstәrilmişdir ki, mәhkәmә iş üzrә sübutları tәhlil edәrәk qiymәtlәndirәrkәn, zәrәr çәkmiş şәxsin mövqeyindәn çıxış edәrәk, şahidlәrin ifadәlәrini sadalamaqla kifayәtlәnәrәk, Zәrәrçәkmiş şәxs guya onu tәhqir etmәsi sәbәbindәn hadisәnin baş vermәsi kimi yanaşaraq, ancaq zәrәrçәkmişin vә işdә maraqlı olan arvadının bir-biri ilә ziddiyyәtli ifadәlәrini inandırıcı hesab etsә dә, hәr iki hala münasibәtdә әsaslandırmamışdır. Qeyd edilәn qaydada mәsәlәyә yanaşan mәhkәmә nәzәrә almamışdır ki, Mәhkum әmәlinin xuliqanlıq kimi qiymәtlәndirilmәsi üçün kifayәt qәdәr hüquqi potensialı olan zәrәrçәkmişin öz ifadәsi vә arvadının ifadәsi ilә dә azyaşlı uşaqla ananın yolu keçmәsi vә uşağın hәyatına tәhlükәnin yaranması hadisәnin gedişi vә ardıcıllığı ilә dolayısı ilә tәsdiq olunur. Bu hissәdә zәrәrçәkmişin vә arvadının ifadәsini belә әsas götürmüş olsaq, onların ifadәlәrinin düzgünlüyünә inansaq, hәr iki şәxs dә ifadәlәrindә uşağın anasının avtomobilә yaxınlaşıb, hәtta uşağı görürdünüzmü deyә soruşması da onu göstәrir ki, uşağın hәyatına hәr hansı bir tәhlükә yaranmışdır ki, әtrafdakılar vә uşağın anası da narahat olub, sürücüyә iradını bildirmişdir. Mәntiqi düşüncә ilә mәsәlәyә bir qәdәr diqqәt yetirsәk, әgәr heç nә baş vermәmişdirsә, uşağın anası niyә avtomobilә yaxınlaşıb, uşağı görüb görmәmәsini soruşmalı idi. Hadisәlәrin ardıcıllığı onu göstәrir ki, uşağa hәrәkәtdә olan avtomobildәn tәhlükә yaranmışdır ki, ana avtomobilә yaxınlaşıb qışqıraraq, sәs-küy yaratmışdır. Sәs-küyü Mәhkum yaratmamışdır. Sadәcә, zәrәrçәkmişә yaranmış vәziyyәtә görә iradını bildirmişdir. Zәrәrçәkmiş isә mәhz iradı qәbul etmәmişdir vә tәqsirlәndirilәn şәxsi tәhqir etdiyi üçün hadisә baş vermişdir. Cinayәt işinin baş verdiyi ünvan, hadisәnin, habelә tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrinin törәdilmә şәraiti vә mexanizmini, tәqsirkarın niyyәtini, motivi vә mәqsәdi kimi halları, o cümlәdәn hadisәnin ictimai yerdә insanların gediş-gәliş yolunda baş vermәsi, tәxminәn yarım saatdan artıq davam etmәsi, bu vaxt әrzindә yolun bağlı qalmasını, oraya sәs-küyә insanların toplaşmasını vә heç bir әsaslı sәbәb olmadan әtrafdakı insanların gözü qarşısında Elxan Süleymanova yumruğu ilә zәrbә endirmәsini nәzәrә alaraq hesab edir ki, Mәhkum hәrәkәtlәrindә Azәrbaycan Respublikası CM-nin 221.1 vә 127.2.3-cü maddәlәrinin tәrkib hissәsi vardır vә әmәl düzgün olaraq CM-nin qeyd edilәn maddәlәri ilә tövsif edilmişdir. Mәhkәmәnin qeyd edilәn ittiham yönümlü әsaslandırmasını tәsdiq edәcәk sübutlar nә ibtidai istintaq, nә dә mәhkәmә araşdırması zamanı müәyyәn edilmәmişdir. İş materiallarından görünür ki, sәs-küy avtomobilin uşağa tәhlükә yaratdığı anda әsasәn ananın qışqırığı ilә başlamışdır vә azyaşlı ilә anası da oradan tez uzaqlaşmışlar. Zәrәr çәkmiş şәxslә tәqsirlәndirilәn şәxs arasında hadisә isә anidәn tez başa çatdığından, hadisәnin yarım saatdan çox davam etmәsi dә mümkünsüzdür. İş üzrә dindirilәn şahidlәrin ifadәlәrindәn dә görünür ki, onlar sәs-küy eşitsәlәr dә, çıxan zaman artıq ana ilә uşağı görmәmişlәr. Mәhkum kәnarda şok vәziyyәtindә dayanıb, zәrәrçәkmiş isә avtomobilindә әylәşmiş vәziyyәtdә olmuşdur. Hәmin vaxt isә heç bir mübahisә vә digәr içtimai qaydanın pozulmasına sәbәb olan hәrәkәtlәr dә görmәmişlәr. Mәhkәmә hadisәnin yarım saatdan artıq davam etmәsini qeyd etsә dә, hәmin halı tәsdiq edәn heç bir sübuta istinad etmәmişdir. Oraya sәs- küyә insanların toplaşmasını heç bir sәbәb olmadan insanların gözü qarşısında zәrәrçәkmişi vurmasını qeyd etsә dә dindirilәn şahidlәrin ifadәlәrindәn görünür ki, onların heç biri hadisәni görmәmişlәr, hәtta sәsküy salan ananı yanında uşağı belә görmәmişlәr. Zәrәr çәkmiş şәxslә tәqsirlәndirilәn şәxsin dә hәr hansı mübahisә etdiklәrini dә eşitmәmiş vә görmәmişlәr. Çünki uşağa avtomobildәn yaranan tәhlükә ilә Mәhkumla zәrәr çәkmiş şәxs arasında mübahisә dә anidәn yaranmaqla çox tez başa çatmışdır. Mәhkәmәnin istinad etdiyi әtrafdakı insanların gözü qarşısında zәrәrçәkmişә yumruq zәrbәsini endirdiyi qәrarda qeyd edilsә dә, belә bir şәxslәrin olması, elәcә dә yolun hәqiqәtәn yarım saatdan artıq bağlanmasını bu sәbәbdәn dә insanlara narahatçılığın yaranmasını tәsdiq edәn heç bir hal ibtidai istintaqda vә mәhkәmәdә müәyyәn edilmәmişdir. Mәhkәmә istintaqında müәyyәn olunan vә yuxarıda tәsvir olunan mexanizmindәn göründüyü kimi, Mәhkum tәrәfindәn öz şәxsiyyәtini digәrlәrinin şәxsiyyәtinin fövqündә qoymaqla, әtrafdakı şәxslәr vә özü üçün açıq surәtdә ictimai qaydaya әhәmiyyәli dәrәcәdә laqeydlik, etinasızlıq göstәrmәklә birgәyaşayış qaydalarının qәrәzli surәtdә pozulmasında ifadә olunan, әtrafdakıların qanuni mәnafeyinә toxunan, hәmçinin ictimai qaydanı kobud surәtdә pozaraq, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn hәrәkәtlәrә yol vermişdir. Hesab edir ki, mәhkәmә tәrәfindәn Mәhkum ictimai qaydanı kobud surәtdә pozmaq vә cәmiyyәtә açıqca hörmәtsizlik ifadә etmәk niyyәtinin olması müәyyәnlәşdirilmәmişdir. Mәhkәmәnin gәldiyi nәticә işin halları ilә uyğun gәlmir vә toplanmış sübutlarla tәsdiq olunmur. Qәrarda baş vermiş hadisә zamanı Mәhkum hansı hәrәkәtlәri ilә ictimai qaydanın pozulması, cәmiyyәtә açıqcasına hörmәtsizlik ifadә edilmәsi, birgәyaşayış qaydalarının pozulması vә sair halların olması sübutlarla qarşılıqlı әsaslandırılmamışdır. Mәhkum tәrәfindәn zәrәr çәkmiş şәxsә xәsarәt yetirilmәsi vә onun әmәlindә cinayәt tәrkibinin olması toplanmış sübutlarla vә mәhkәmә araşdırması ilә inkar olunmur. Lakin Mәhkum cinayәti xuliqanlıq niyyәti ilә törәtmәsi vә onun әmәllәrindә xuliqanlıq cinayәtinin olması işin araşdırılan halları ilә tәsdiq edilmir. Mәhkәmә sübutların qymәtlәndirilmәsindә belә ittihamın tәsdiqinә uyğun mövqe tutduğundan hәrәkәtdә olan avtomobilin uşağın hәyatına yaradacaq ağır nәticәnin qarşısının alınması sәbәbindәn sәs-küyün yaranmasına, nәticәdә isә Mәhkum zәrәr çәkmiş şәxsin tәhqirinә mәruz qaldığı sәbәbindәn zәrәrçәkmişә xәsarәtin yetirilmәsindә olan sәbәbli әlaqәni görmәzdәn gәlәrәk hadisәnin heç bir sәbәb olmadan törәdilmәsi nәticәsinә gәlmәsi mövqeyini dә sübutlarla әsaslandırmamışdır. Mәhkum ittiham üzrә özünü tәqsirli bilmәsә dә, törәtdiyi әmәlindәn peşman olduğunu, zәrәr çәkmiş şәxsdәn dәfәlәrlә üzr istәmәsini, bağışmağa cәhd göstәrmәsini, birinci dәfә mәsuliyyәtә cәlb edilmәsini, gәnc olmasını, müsbәt xarakterizә olunmasını, himayәsindә iki azyaşlı uşağının, heç yerdә işlәmәyәn valideynlәrinin vә arvadının olmasını, ailәyә işlәyib yeganә qazanc gәtirәn şәxs olmasını nәzәrә almadan mәhkәmә ona azadlıqdan mәhrum etmә cәzası tәyin etmişdir. Ona tәyin edilmiş cәza Mәhkum ailәsinin hәyat şәraitini çox ağır duruma salmışdır. İş üzrә dindirilmiş şahidlәrin ifadәlәrindәn, elәcә dә Mәhkum davranışlarından da görünür ki, o, cinayәtә meyilli birisi deyil, hadisәnin hansı sәbәbdәn baş vermәsindәn aslı olmayaraq artıq o öz hәrәkәtlәrindәn peşmançılıq keçirmәklә özünü islah etmişdir. Belә olan halda Mәhkum cәmiyyәtdәn tәcrid edilmәsi, ona azadlıqdan mәhrum etmә növündә cәza tәyin edilmәsi özü bir әdalәtsizlikdir. Onu da qeyd etmәyi zәruri hesab edir ki, mәhkәmә Mәhkum әmәlinin düzgün tövsif edilmәsi qәnaәtinә gәlmәklә, ittiham olunduğu CM-nin müvafiq maddәlәri üzrә cәza tәyin edәrkәn dә cәza tәyin etmәnin ümumi prinsiplәrinә riayәt etmәmişdir. Hәr iki maddәnin sanksiyasında alternativ cәzalar olduğu halda cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini tәqsirlәndirilәn şәxsin şәxsiyyәtini vә yuxarıda sadalanan kifәyәt qәdәr yüngüllәşdirici halları nәzәrә almadan ona daha ağır cәza növünü seçmәklә azadlıqdan mәhrum etmә cәzası tәyin etmişdir. Qeyd edilәn maddәlәrin sanksiyasında daha ağır cәza növü kimi nәzәrdә tutulan azadlıqdan mәhrum etmә yalnız o vaxt tәyin oluna bilәr ki, hәmin qanunda buna alternativ olan az ciddi cәza növlәrinin tәyin olunması, cәzanın mәqsәdini tәmin edә bilmәsin. Cәzanın mәqsәdi isә sosial әdalәtin bәrpasına, mәhkumun islah edilmәsinә vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısının alınmasına nail olmaq sahәsindә mühüm vasitәdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tәrәfindәn verilmiş kassasiya şikayәtindә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının *(***)-****/**** nömrәli 11 sentyabr 2025-ci il tarixli qәrarının lәğv edilmәsi, mәhkumun cәzasının CM-in 221.1 vә 127.2.3-cü maddәlәrinin sanksiyasında nәzәrdә tutulmuş, hәm dә cinayәtlәrin mәcmusu üzrә nәzәrdә tutulmuş yuxarı hәddәdәk artırılması, hәmçinin mülki iddianın maddi vә mәnәvi hissәdә tam tәmin edilmәsi barәdә qәrar qәbul edilmәsi xahiş olunmuşdur. Kassasiya şikayәtindә qeyd olunmuşdur ki, mәhkәmә mәhkum Mәhkum cәza tәyin edәrkәn vә mülki iddia mәsәlәsini hәll edәrkәn әdalәtli olmamış, nәticәdә açıqdan-açığa mәhkumun әmәlinә vә şәxsiyyәtinә uyğun olmayan yüngül cәza tәyin etmiş vә verilmiş mülki iddianı vurulmuş hәm maddi, hәm dә mәnәvi zәrәrlә müqayisәdә adekvat olmayan hissәdә tәmin etmişdir. Mәhkәmә aktlarından görünür ki, mәhkum әmәlini tam deyil, qismәn etiraf etmiş, mülki iddianı qәbul etmәmiş, zәrәr çәkmiş şәxslә barışıq әldә etmәmişdir. Mәhkumun heç bir әsaslı sәbәb olmadan şәxsiyyәt әleyhinә zor tәtbiq etmәklә vә zәrәrçәkmişin sağlamlığına az ağır xәsarәt yetirilmәsi ilә nәticәlәnәn cinayәti törәtmәsi vә bundan sonra әmәlini qismәn etiraf etmәsi, qismәn peşman olması, mülki iddianı qәbul etmәmәsi vә zәrәrçәkmişlә barışıq әldә etmәmәsi onun şәxsiyyәtinin cәmiyyәt üçün tәhlükәli olduğunu göstәrir. Hökmdәn isә görünür ki, mәhkәmә mәhkuma tәqsirlәndirildiyi maddәlәr üzrә hәm ayrı-ayrılıqda, hәm dә cinayәtlәrin mәcmusu üzrә sanksiyada nәzәrdә tutulmuş minimum hәddә cәza tәyin etmişdir vә apellyasiya instansiyası mәhkәmәsi dә әsassız olaraq hәmin cәzanı mәhkumun әmәlinә vә şәxsiyyәtinә uyğun hesab edәrәk, onu zәrәr çәkmiş tәrәfin şikayәti әsasında ağırlaşdırmamışdır. Mәhkuma hәm ayrı-ayrı maddәlәr, hәm dә cinayәtlәrin mәcmusu üzrә aşağı hәddә cәza tәyin edilmәsi mәhkumun әmәlini qismәn etiraf etmәsi, әmәlindәn peşman olması vә himayәsindә yetkinlik yaşına çatmayan uşaqlarının olması ilә әsaslandırmışdır. Hesab edirәm ki, mәhkәmәnin qeyd etdiyi bu yüngüllәşdirici hallar mәhkuma hәm ayrı-ayrı maddәlәr, hәm dә mәcmu üzrә aşağı hәddә cәza tәyin edilmәsi üçün әsas hesab oluna bilmәz vә mәhkәmәlәrin bu hissәdә gәldiyi nәticәlәr әsassızdır. Belә ki, göründüyü kimi mәhkum әmәlini tam deyil, qismәn etiraf etmişdir. Əmәlini qismәn etiraf edәn mәhkumun isә әmәlindәn tam peşman olması hәqiqәtә uyğun deyildir vә mәhkәmәnin gәldiyi nәticә ilә ziddiyyәtlidir. Yәni әmәlini tam etiraf etmәyәn şәxs, törәtdiyi әmәldәn dә tam peşman olmamışdır demәkdir. Bundan başqa, mәhkumun әmәlindәn hәr hansı hissәdә peşman olmasını tәsdiq edәn konkret hәrәkәtlәrinә vә işin konkret halına da istinad edilmәmişdir. Ona görә ki, mәhkumun әmәlini etiraf edib ondan peşman olması cinayәt işinin materialları ilә tәkzib olunur. Mәhkum Mәhkum ona yetirdiyi xәsarәtlәrin müayinә vә müalicәsi ilә bağlı ona ümumilikdә 2630,0 manat mәblәğindә maddi ziyan vurulmuşdur. Bu mәblәğ işә mәhkәmәdә baxılanadәk çәkilәn xәrcdir vә әlavә olaraq müalicә davam edir vә müalicә hәkimi yenidәn әmәliyyat olunmağına ehtiyac olduğunu bildirir. Mәnәvi zәrәrlә bağlı isә mәhkәmә kollegiyasının nәzәrinә çatdırılır ki, mәhkum Mәhkum heç bir әsaslı sәbәb olmadan, ictimai yer hesab olunan yaşadığı binanın hәyәtindә, onu tanıyan әtrafdakı insanların gözü qarşısında, avtomaşına yaxınlaşıb, hәmin vaxtı avtomaşında olan hәyat yoldaşının gözlәri qarşısında ona burun nahiyәsindәn zәrbә vurmaqla xәsarәt yetirmişdir vә o, bu hәrәkәtlәri ilә yaşadığı yerdә onu tanıyan qonşuların vә hәyat yoldaşının yanında şәxsiyyәtini, şәrәf vә lәyaqәtini, işgüzar nüfuzunu alçaltmışdır. O, hәr gün evdәn çıxarkәn hadisәnin baş verdiyi yerdәn keçmәk mәcburiyyәtindәdir vә mәhkum Mәhkum yuxarıda qeyd olunan yerdә vә şәraitdә ona yetirdiyi xәsarәt vә alçaldıcı hәrәkәtlәri xatırlayıb mәnәvi sarsıntılar keçirir, hәmin anları vә ağrıları yaşamaq mәcburiyyәtindә qalır. Bu hadisә artıq onun şüurunda müәyyәn mәnfi psixi reaksiyaya sәbәb olmuşdur. Bundan başqa, bu gün dә vә onun sağlamlığı tam bәrpa olunmayıb vә o, rahat nәfәs ala bilmir, hәlә dә ağrılar narahatlıqlar hiss edir vә bu da ona fiziki iztirab verir. Mәhkәmә isә hökmdә verilmiş mülki iddia ilә bağlı mәsәlәni hәll edәrkәn ona hәqiqәtәn maddi vә mәnәvi zәrәr vurulduğu qәnaәtinә gәlsә dә, bu halları demәk olar ki, nәzәrә almamış vә mülki iddianı çox cüzi hissәsini tәmin etmişdir ki, bu da onun әlavә mәnәvi sarsıntı keçirmәklә, ümidsizlik vә inamsızlığına zәmin yaratmışdır. Hüquqi məsələlər: Mәhkәmә kollegiyası kassasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, mәhkumun müdafiәçisi tәrәfindәn verilmiş kassasiya şikayәtinin tәmin edilmәsi, zәrәr çәkmiş şәxs tәrәfindәn verilmiş kassasiya şikayәtinin tәmin edilmәmәsi barәdә mәhkum Mәhkum müdafiәçisi A.Mәmmәdovanın, zәrәr çәkmiş şәxs tәrәfindәn verilmiş kassasiya şikayәtinin tәmin edilmәmәsi, mәhkumun müdafiәçisi tәrәfindәn verilmiş kassasiya şikayәtinin qismәn tәtbiq edilmәsi vә amnistya aktının tәtbiq edilmәsi barәdә dövlәt ittihamçısı R.Mәmmәdlinin çıxışlarını dinlәyәrәk hesab edir ki, aşağıdakılara әsasәn zәrәr çәkmiş şәxs tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәmәli, mәhkumun müdafiәçisi tәrәfindәn verilmiş kassasiya şikayәti qismәn tәmin edilmәli, apellyasiya instansiyası mәhkәmәsinin qәrarı dәyişdirilmәlidir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419-cu maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәti vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmetini qanuni qüvvәyә minmiş mәhkәmә aktları tәşkil etdiyindәn, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar tәqdim edilmir vә mövcud sübutlara hüquqi qiymәt verilmir. Kassasiya qaydasında hökm vә ya qәrarın qanuniliyi, başqa sözlә birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә işә baxılarkәn vә mübahisә edilәn hökm vә ya qәrar qәbul edilәrkәn maddi vә ya prosessual normalara, yәni cinayәt qanununun vә CPM-in normalarının tәlәblәrinә әmәl edilib-edilmәmәsi yoxlanılır. Faktları araşdırmaq vә müәyyәn etmәk funksiyaları üzәrilәrinә qoyulmuş birinci vә apellyasiya instansiyası mәhkәmәlәri isә tәqdim olunan sübutları araşdırmaqla belә nәticәyә gәlmişlәr ki, Mәhkum mәhkәmә qәrarlarında tәsvir edilәn cinayәt hadisәsini törәtmişdir. Bu zaman mәhkәmәlәr iş üzrә şahidlәrin ifadәlәrinә, ekspert rәylәrinә, habelә toplanmış digәr sübutlara istinad etmişlәr. Cinayәt-prosessual qanunvericiliyinә uyğun surәtdә әldә edilmiş hәmin sübutların qanuniliyinin vә mötәbәrliyinin şübhә altına alınması üçün heç bir qanuni әsas yoxdur. Mәhkumun müdafiәçisi kassasiya şikayәtindә mәhkumun әmәlinin CM-in 127.2.3-cü maddәsindәn CM-in 127.1-ci maddәsinә tövsif edilmәsini, CM-in 221.1-ci maddәsi ilә icraata xitam verilmәsini, zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs isә kassasiya şikayәtindә mәhkuma daha ağır cәza tәyin edilmәsini xahiş etmişdir. Azәrbaycan Respublikası CM-in 127.1-ci maddәsindә “zәrәr çәkmiş şәxsin hәyatı üçün tәhlükәli olmayan vә bu Mәcәllәnin 126-cı maddәsindә nәzәrdә tutulan nәticәlәrә sәbәb olmayan, lakin sağlamlığın uzun müddәt pozulmasına sәbәb olmuş vә ya ümumi әmәk qabiliyyәtinin üçdә bir hissәsindәn az olmaqla әhәmiyyәtli dәrәcәdә itirilmәsi ilә nәticәlәnәn qәsdәn sağlamlığa az ağır zәrәr vurma”ya görә, Azәrbaycan Respublikası CM-in 127.2.3-cü maddәsindә CM-nin 127.1-ci maddәsindә nәzәrdә tutulmuş eyni әmәllәrin ümumi tәhlükәli üsulla vә ya xuliqanlıq niyyәti ilә törәdilmәsinә görә mәsuliyyәt nәzәrdә tutulur vә bu әmәllәr bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya bir ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Azәrbaycan Respublikası CM-in 221.1-ci maddәsindә “xuliqanlıq, yәni ictimai qaydanı kobud surәtdә pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn, şәxslәr üzәrindә zor tәtbiq olunması ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, habelә özgәnin әmlakının mәhv edilmәsi, yaxud zәdәlәnmәsi ilә müşayiәt edilәn qәrәzli hәrәkәtlәr” әmәlinә görә cinayәt mәsuliyyәti nәzәrdә tutulur vә bu әmәl min manatdan üç min manatadәk miqdarda cәrimә vә ya bir ilәdәk müddәtә islah işlәri vә ya bir ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya bir ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221.3-cü maddәsinin şәrh edilmәsi haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun 20 may 2011-ci il tarixli qәrarında göstәrilir ki, törәdilәn hәr hansı bir ictimai tәhlükәli әmәlә görә şәxsin azadlıq hüququnun mәhdudlaşdırılmasına sәbәb olan cinayәt hüquq norması tәtbiq edilәrkәn hәmin cinayәtin tәrkibi, onun xüsusiyyәtlәri vә bu cinayәt әmәlinin tövsifi mәsәlәlәrinә xüsusi diqqәt yetirilmәlidir. Cinayәt әmәlinin tәrkibinin düzgün müәyyәn olunmaması vә düzgün tövsif edilmәmәsi şәxsin azadlıq hüququnun pozulmasına gәtirib çıxara bilәr. "Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun 17 mart 2011-ci il tarixli qәrarında qeyd edilmişdir ki, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәthüquq normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәt-hüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif CM-dә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәti olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi proses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının düzgün seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. “V.Bayramov vә qeyrilәrinin şikayәtlәri üzrә” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qәrarında qeyd edilir ki, mәhkәmә hökmü şәxsin tәqsirli olub-olmaması kimi hәyati әhәmiyyәti olan mәsәlәni hәll edir. Bu sәbәbdәn prosessual qanunvericiliyin tәlәbinә görә mәhkәmәnin hökmü qanuni vә әsaslı olmalıdır (CPM-in 349.3-cü maddәsi)... mәhkәmә hökmünün әsaslılığının şәrtlәrindәn biri dә hökmdә müәyyәn edilmiş halların mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara uyğun gәlmәsidir. Bu o demәkdir ki, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır (CPM-in 28.5-ci maddәsi). İnsan Hüquqları üzrә Avropa Mәhkәmәsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994cü il vә “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qәrarlarında göstәrilmişdir ki, hәmin mәhkәmәnin bәrqәrar olmuş presedent hüququna әsasәn mәhkәmәlәr qәrarlarında әsaslandıqları sәbәblәri göstәrmәlidirlәr. Əsaslandırma sәviyyәsi qәrarın xarakteri vә işin hallarından asılı olaraq müәyyәn edilmәli, lakin hәr bir halda mәhkәmәnin gәldiyi nәticәnin sәbәb vә motivinin konkret olaraq göstәrilmәsindәn ibarәt olmalıdır. Mәhkәmә qәrarı әsaslandırılmış olmaqla tәrәflәrә onu anlamağa, yuxarı instansiya mәhkәmәsindә mübahisәlәndirmәyә, yuxarı instansiya mәhkәmәlәrinә isә qәrarın әsaslılığına dair әdalәtli mәhkәmә araşdırmasını hәyata keçirmәyә imkan vermәlidir. Qәrar, hәmçinin, tәrәflәrә onların arqumentlәrinin nәzәrә alındığını nümayiş etdirmәlidir. Qәrarın әsaslandırılması әdalәtli mühakimәnin hәyata keçirildiyini göstәrәn yeganә vasitәdir. “İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında” Konvensiyanın 6-cı maddәsinin tәlәb etdiyi әdalәtli araşdırmanın mәcburi tәlәblәri arasında cinayәt tәqibini hәyata keçirәn hakimiyyәt orqanının bütün sübutlar barәdә müdafiә tәrәfinә mәlumat vermәk vәzifәsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddәsi ilә tәminat verilәn әdalәtli mәhkәmә baxışı prinsipi hüququn әlilliyinә vә insan hüquqlarına hörmәtin hәyata keçirilmәsinә xidmәt edir. Əks maraqların toqquşduğu mәhkәmә prosesindә tәrәflәrin prosesdә bәrabәrliyinin tәmin edilmәsi mәhkәmәlәr tәrәfindәn hәyata keçirilmәlidir. Müdafiәçinin şikayәtindә göstәrilәn dәlillәrlә razılaşmayan mәhkәmә kollegiyası qeyd edir ki, cinayәt işinin materiallarına әsasәn mәhkum Mәhkumnin әmәli mötәbәrliyi heç bir şübhә doğurmayan, Azәrbaycan Respublikası CPM-nin 143-146-cı maddәlәrinin tәlәblәrinә uyğun olaraq әldә edilmiş sübutlarla, yәni şahid ifadәlәri, ekspert rәylәri vә bir çox istintaq hәrәkәtlәrinin aparılması haqqında protokollarla vә işә әlavә edilmiş sәnәdlәrlә tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası mәhkәmәsi işә baxılması zamanı natamamlığa, qeyriobyektivliyә, cinayәt prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol vermәmiş, mәhkәmә iclasları ağlabatan müddәtlәrdә cinayәt mühakimә icraatının prinsiplәrinә uyğun olaraq keçirilmiş vә mәhkәmәlәr hәr hansı bir sübutun tәdqiqindәn imtina etmәyәrәk qanunsuz yolla әldә olunmuş sübutlardan istifadә etmәmişlәr. Mәhkәmә baxışları zamanı hәmçinin “İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında” Konvensiyanın 6-cı maddәsindә nәzәrdә tutulmuş әdalәtli vә qәrәzsiz mәhkәmә baxışına malik olmaq, müdafiә, onun lehinә vә әleyhinә ifadәlәr vermiş şahidlәri dindirmәk vә başqa hüquqları da pozulmamışdır. Mәhkәmә kollegiyası iş materiallarını bir daha tәhlil edәrәk belә qәnaәtә gәlir ki, işә baxan mәhkәmәlәr Azәrbaycan Respublikası CPM-in 145.1-ci maddәsinin tәlәblәrinә müvafiq olaraq araşdırılmış sübutları onların mötәbәrliyi, mümkünlüyü vә mәnsubiyyәti üzrә qiymәtlәndirib CPM-in 146-cı maddәsinә әsasәn hәmin sübutların mәhkum Mәhkum tәrәfindәn ittiham edildiyi cinayәtin törәdilmәsinә dair onun tәqsirliliyinin müәyyәn edilmәsi üçün kifayәt etmәsi haqqında düzgün nәticәyә gәlmişlәr. Mәhkәmә kollegiyası hesab edir ki, işә baxan apellyasiya instansiyası mәhkәmәsi mәhkumun qeyd edilәn cinayәti törәtmәsi ilә bağlı yekun nәticәyә gәlәrkәn ibtidai araşdırma orqanları tәrәfindәn toplanmış vә mәhkәmә iclasında araşdırılıb qiymәtlәndirilәn sübutlara düzgün istinad etmişdir. Bu sәbәbdәn dә mәhkәmә kollegiyası hәmin sübutları hazırkı qәrarda tam sadalamasa da, bәzi xüsusatların qeyd olunmasını zәruri hesab edir. Mәhkәmә qәrarlarından görünür ki, Mәhkum tәrәfindәn öz şәxsiyyәtini digәrlәrinin şәxsiyyәtinin fövqündә qoymaqla, әtrafdakı şәxslәr vә özü üçün açıq surәtdә ictimai qaydaya әhәmiyyәtli dәrәcәdә laqeydlik, etinasızlıq göstәrmәklә birgәyaşayış qaydalarının qәrәzli surәtdә pozulmasında ifadә olunan, әtrafdakıların qanuni mәnafelәrinә toxunan, hәmçinin, ictimai qaydanı kobud surәtdә pozaraq, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn hәrәkәtlәrә yol verilmişdir, Elxan Süleymanova yumruğu ilә zәrbә endirmәsini nәzәrә alaraq hesab etmişdir ki, Mәhkum hәrәkәtlәrindә CM-in 221.1 vә 127.2.3-cü maddәlәrinin tәrkib hissәsi vardır vә әmәl düzgün olaraq CM-in qeyd olunan maddәlәri ilә tövsif edilmişdir. İş materiallarından görünür ki, mәhkum, zәrәr çәkmiş şәxs vә şahid verdiklәri ifadәlәrindә vә verilmiş suallara cavab olaraq göstәrmişlәr ki, baş vermiş hadisә ictimai yerdә, gediş-gәliş olan yerdә baş vermiş, hadisә tәxminәn 20 dәqiqә davam etmiş, tәqsirlәndirilәn şәxs zәrәr çәkmiş şәxsin üstünә gәlmәk istәsә dә, әtrafda toplaşmış adamlar buna imkan vermәmiş, hadisә olan yer yol qovşağıdır, hәyәtә axın olan yer oldugundan, hadisә yerinә çoxlu insanlar toplaşmış, hadisә yarım saatdan çox davam etmiş vә yol bağlı qalmışdır. Cinayәt işinin materiallarından görünür ki, müdafiә tәrәfi kassasiya şikayәtindә irәli sürülәn dәlillәri apellyasiya instansiya mәhkәmәsindә dә irәli sürmüş vә onun dәlillәri mәhkәmә tәrәfindәn hәrtәrәfli, tam vә obyektiv şәkildә iş üzrә toplanmış mötәbәr sübutların mәcmusu әsasında qiymәtlәndirilmiş vә mәhkum tәrәfindәn ona qarşı irәli sürülmüş ittihamda nәzәrdә tutulmuş cinayәt әmәlinin törәdilmәsi nәticәsinә gәlmişdir. Mәhkәmә kollegiyası mötәbәrliyi mәhkәmәlәr tәrәfindәn yoxlanılmış sübutları hazırkı qәrarda mәhkәmәlәr tәrәfindәn hәmin sübutlara münasibәtdә qiymәtlәndirmә ilә razılaşır vә hesab edir ki, mәhkumun әmәlinin tövsifi ilә bağlı apellyasiya instansiyası mәhkәmәsinin qәnaәti qanuni vә әsaslıdır. Kassasiya kollegiyası zәrәr çәkmiş şәxsin kassasiya şikayәtinә münasibәtdә qeyd edir ki, aşağı instansiya mәhkәmәlәri mәhkuma cәza tәyin edәrkәn Azәrbaycan Respublikası CM-nin 59cu maddәsinә әsasәn Mәhkum cinayәti qismәn etiraf etmәsi, әmәlindәn peşman olmasını, himayәsindә iki yetkinlik yaşına çatmayan övladının olmasını yüngüllәşdirәn hallar kimi qiymәtlәndirib, Azәrbaycan Respublikası CM-nin 61-ci maddәsinә әsasәn ağırlaşdırıcı hal kimi müәyyәn etmәyәrәk ona Azәrbaycan Respublikası CM-nin 127.2.3 vә 221.1-ci maddәlәri ilә tәqsirli bilәrәk CM-in 66.2-ci maddәsinә әsasәn tәyin edilmiş cәzaları qismәn toplamaq yolu ilә ona 1 (bir) il 3 (üç) ay müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmişdir. Göstәrmәk vacibdir ki, Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi “Azәrbaycan Respublikası CM-nin 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsinә dair” 17 mart 2011-ci il tarixli qәrarında cәzanın bir tәrәfdәn, törәdilәn cinayәtә görә dövlәtin reaksiyası olmasını qeyd etmiş, digәr tәrәfdәn isә cinayәt әmәlini törәdәn üçün onun törәtdiyi cinayәtin cinayәt-hüquqi nәticәsi olmasını vurğulamışdır. Bundan başqa mәlumdur ki, sosial әdalәtin bәrpası cәzanın mәqsәdi kimi o zaman hәyata keçirilmәyә başlanır ki, artıq cinayәt törәdilmiş olsun, bununla sosial balans pozulmuş olsun vә bu balansın bәrpası üçün törәdilmiş cinayәtә uyğun cәza tәtbiq edilmiş olsun. Cәza tәtbiq edilmәsi yolu ilә sosial әdalәtin bәrpası aşağıdakıları nәzәrdә tutur: - dövlәt cinayәt törәtmiş şәxs tәrәfindәn vurulmuş zәrәrin ödәnilmәsini cinayәt cәza növlәrini tәtbiq etmәklә tәmin edir; - cәmiyyәt dövlәtin cinayәt törәtmiş şәxsi cәzalandırmağa qadir olmasına inanır. Ədalәtli cәza öz növbәsindә CM-in 41-ci maddәsindә nәzәrdә tutulmuş cәzanın mәqsәdinә nail olmaq üçün mühüm vasitәdir. Cinayәt qanununun tәlәblәrinә görә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә cәza CM-in Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәddә bu Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla tәyin olunur. Qeyd edilmәlidir ki, mәhkәmә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә CM-in ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla, Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәdlәrdә әdalәtli cәza tәyin edir vә әdalәtli cәzanın tәyin edilmәsi ilk әvvәl cәzanın mәqsәdinә, yәni sosial әdalәtin bәrpasına, mәhkumun islah edilmәsinә vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısının alınmasına xidmәt edir. Qanuni vә әdalәtli cәzanın tәyin edilmәsi hüquq qaydalarının möhkәmlәndirilmәsi üçün vacib vasitә olmaqla, lazımi cәzalandırma tәsirini tәmin edir, mәhkumun islah olunması, onun yenidәn tәrbiyә edilmәsinә kömәklik göstәrir, eyni zamanda sair şәxslәr tәrәfindәn yeni cinayәt edilmәsinin qarşısını alır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun "Cinayәt Mәcәllәsinin 59.1.9 vә 60-cı maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair" 2 aprel 2012-ci il tarixli qәrarında qeyd edilmişdir ki, cinayәt qanunvericiliyindә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halların müәyyәn edilmәsi mәhkәmә tәrәfindәn cәza hüdudları daxilindә cәzanın әdalәtli tәyin edilmәsinә vә tәyin edilmiş cәzanın hәr bir konkret halda fәrdilәşdirilmәsinә xidmәt edir. Belә ki, mәhkәmә cinayәt mühakimә icraatı zamanı ittiham hökmü ilә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır (CM-in 58.3-cü maddәsi). Bu baxımdan cәzanı yüngüllәşdirәn halların düzgün müәyyәn olunması xüsusi әhәmiyyәt kәsb edir. Mәhkәmә kollegiyası mәhkuma tәyin edilmiş cәzaya münasibәtdә qeyd edir ki, cәza mәhkumun törәtdiyi әmәlin sanksiyasına uyğun әdalәtli tәyin edilmişdir. Hәmçinin zәrәr çәkmiş şәxs kassasiya şikayәtindә mülki iddianın tam tәmin edimәsini xahiş etmişdir. Zәrәr çәkmiş şәxs tәrәfindәn verilmiş mülki iddiadan görünür ki, zәrәr çәkmiş şәxs Mәhkum maddi zәrәr görә 2.630 manat, mәnәvi zәrәr görә 200.000 manat, cәmi 202.630 manatın onun xeyrinә tutulmasını xahiş etmişdir. Kassasiya kollegiyası aşağı instansiya mәhkәmәlәrinin gәldiyi qәnaәtlә razılaşaraq, zәrәr çәkmiş şәxsin kassasiya şikayәtindә mülki iddianın tam tәmin edilmәsinә dair xahişini әsaslı hesab etmir. Belә ki, birinci instansiya mәhkәmәsi hökmündә qeyd etmişdir ki, mәhkuma qarşı zәrәr çәkmiş şәxs tәrәfindәn verilmiş mülki iddianın maddi ziyan hissәsi işdә olan ödәniş qәbzlәri nәzәrә alınmaqla tәmin edilmәli, tәqsirlәndirilәn şәxsdәn vurulmuş maddi zәrәrә görә 1700 (min yeddi yüz) maddi ziyan zәrәr çәkmiş şәxsin xeyrinә tutulmalıdır. Hәmçinin birinci instansiya mәhkәmәsi mülki cavabdehin dә әmlak vәziyyәti nәzәrә alaraq tәlәb olunan mәnәvi ziyan mәblәğini ağlabatan vә әdalәtli hesab etmәmiş vә bu baxımdan mәhkәmә, mülki iddianın mәnәvi ziyanla bağlı hissәsinin qismәn tәmin edilmәsi qәnaәtinә gәlmiş, mәnәvi zәrәrin mәblәgini 2.000 (iki min) manat müәyyәn etmişdir. Apellyasiya mәhkәmәsi mülki iddiaya dair hissәdә qәrarında qeyd etmişdir ki, birinci instansiya mәhkәmәsinin gәldiyi qәnaәtlә razılaşır, zәrәr çәkmiş şәxsin vә nümayәndәsinin apellyasiya şikayәtindә mülki idianın tam tәmin edimәsinә dair xahişini әsaslı hesab etmir. Kasasiya kollegiyası da aşağı instansiya mәhkәmәlәrin mülki iddiaya dair mövqeyini dә әdalәtli hesab edir vә qeyd edir ki, mülki iddianın maddi ziyana aid hissәsi düzgün nәzәrә alınmışdır. Hәmçinin mülki iddianın mәnәvi ziyan aid hissәsindә qeyd edir ki, mәhkәmәdә mәnәvi zәrәrlә bağlı işә baxılarkәn zәrәr çәkmiş şәxsin mәnәvi vә fiziki iztirablar keçirmәsi ilә әlaqәdar zәrәrin hansı şәraitdә vә hansı hәrәkәt (hәrәkәtsizlik) nәticәsindә vurulması, zәrәr vuranın tәqsirinin dәrәcәsi vә mübahisәnin hәlli üçün әhәmiyyәt kәsb edәn digәr hallar әtraflı araşdırılaraq müәyyәn edilmәlidir. Vurulmuş mәnәvi zәrәrә görә tәzminatın mәblәğinin hesablanması zamanı mәhkәmәlәr cavabdehin maddi durumunu nәzәrә almalıdır. Göründüyü ki, aşağı instansiya mәhkәmәlәri mülki iddiaya aid hissәdә iş materiallarını düzgün araşdırmışlar. Belәliklә zәrәr çәkmiş şәxsin kassasiya şikayәtindә apellyasiya mәhkәmәsinin qәrarının mülki iddiaya aid hissәdә lәğv edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, 19 dekabr 2025-ci il tarixdә “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin qәrarı qәbul edilmişdir. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 81.1-ci maddәsinә әsasәn amnistiya aktı fәrdi qaydada müәyyәn edilmәyәn şәxslәr barәsindә Azәrbaycan Respublikasının Milli Mәclisi tәrәfindәn qәbul edilir. “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 2.3-ci bәndindә göstәrilmişdir ki, az ağır cinayәt törәtmәyә görә tәyin edilmiş müәyyәn müddәtә azadlıqdan mәhrum etmә cәzasının bu Qәrar qüvvәyә mindiyi günәdәk çәkilmәmiş hissәsi 1 ildәn artıq olmayan şәxslәr müәyyәn müddәtә azadlıqdan mәhrum etmә cәzasından azad edilsinlәr. Hәmin qәrarın 5.3-cü bәndinә әsasәn mәhkәmәlәr icraatlarında olan apellyasiya vә ya kassasiya şikayәtlәri (protestlәri) üzrә işlәrә baxarkәn bu Qәrarın 5.1-ci vә 5.2-ci bәndlәrinin müddәalarına müvafiq olaraq amnistiya tәtbiq edirlәr. “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 27-ci hissәsinә әsasәn kassasiya şikayәti vә ya protesti verilmiş mәhkәmә qәrarları üzrә mәhkumlara bu qәrara uyğun olaraq amnistiya tәtbiq edilmәmişdirsә, onların şikayәtlәrinә vә ya protestlәrә kassasiya instansiyası mәhkәmәsindә baxılarkәn amnistiya tәtbiq edilir. Göstәrilәnlәrә әsasәn, kassasiya şikayәtinin dәlillәrini vә cinayәt işinin materiallarını tәdqiq etmәklә, mәhkәmә kollegiyası hesab edir ki, müdafiәçinin kassasiya şikayәti qismәn tәmin edilәrәk Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının *(***)-****/**** nömrәli 11 sentyabr 2025-ci il tarixli qәrarı dәyişdirilmәli, mәhkum barәsindә amnistiya aktı tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.4-cü maddәsini vә Azәrbaycan Respublikası Milli Mәclisinin “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında” 19 dekabr 2025-ci il tarixli qәrarının 5.3-cü bәndini vә 27-ci hissәsini rәhbәr tutaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası Qərara aldı: Zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәsin. Mәhkumun müdafiәçi Mәmmәdova Adilә İsa qızı tәrәfindәn verilmiş kassasiya şikayәti qismәn tәmin edilsin. Mәhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 127.2.3 vә 221.1-ci maddәlәri ilә mәhkum olunmasına dair Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının *(***)-****/**** nömrәli 11 sentyabr 2025-ci il tarixli qәrarı dәyişdirilsin. Azәrbaycan Respublikası Milli Mәclisinin “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında” 19 dekabr 2025-ci il tarixli qәrarının 2.3-ci bәndinә әsasәn Mәhkum ona tәyin edilmiş 1 il 3 ay azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsindәn azad edilsin. Qәrar Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәti tәrәfindәn dәrhal icra olunsun. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 11 sentyabr 2025-ci il qәrarı qalan hissәlәrdә dәyişdirilmәdәn saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2840/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2840/2025
15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver